Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1814/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü ilə Məhku m Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə) 30 yanvar 2023-cü il tarixli hökmü ilə Məhkum, xx xxx 1986-cı il tarixdə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhku m olunmamış, Salyan rayonunun Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşamış, CM-in 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-in 237.1-ci maddəsi ilə 1 (bir) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin aprel ayında Salyan rayonu Qaraçala qəsəbəsində yerləşə n yaşadığı evin həyətyanı ərazisinin bağ sahəsində yerləşən 23 x 7 metr ölçüdə olan istixananın içərisində pomidor kollarının arasında qanunsuz olaraq əkməklə xeyli miqdarda cəmi 5 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, 2022-ci il sentyabrın 2-də saat 15:00 radələrində Salyan rayonu Qaraçala qəsəbəsində yaşadığı evin yaxınlığında şübhəli bilinib saxlanıldıqdan sonra saat 15:30 dəqiqədə ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, həmin gün saat 16:40 radələrində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən bağ sahəsində yerləşən istixananın içərisindən xeyli miqdarda 5 ədəd yaş vəziyyətdə kök üstə olmaqla ümumi təmiz çəkisi 35000,0 qram olan əkilib-becərilməsi qadağa n olunmuş tərkibində narkotik maddələr olan eyni tərkibli çətənə (kannabis) bitkiləri, eləcə də 2 ədəd sintetik torbanın içərisində həmin bitkilərdən topladığı onlarla eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkisi 600 qram, 2750 qram, ümumi çəkisi 3350,0 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, tamah niyyəti ilə həyətyanı ərazisinin bağ sahəsində yerləşən istixanada aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 24250,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı hazırlayıb əldə edərək yaşadığı evin həyətyan ı ərazisinin bağ sahəsində yerləşən istixanada qanunsuz olaraq saxlamış, 2022-ci il sentyabrın 2-də saat 16:40 radələrində həmin istixanaya baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq hazırlamaqla əldə edib saxladığı 6 ədəd sintetik torbada ayrı-ayrılıqda təmiz çəkiləri 2850 qram, 6400 qram, 3200 qram, 4600 qram, 4000 qram, 3200 qram, ümumi təmiz çəkisi 24250,0 qram olan kütlələr - külli miqdarda çətənə bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzə çi), Xasməmmədov Elçin İsgəndər oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 5 aprel 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarının ləğv edilərək ona daha yüngül cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Məhkum barəsində olan cinayət işi üzrə ibtidai araşdırmanın düzgün aparılmamasını iddia edərək həmin şikayətini belə əsaslandırmışdır ki, onun təqsirli bilindiyi ittihamda göstərilən narkotik vasitəni satmasına və ya satış məqsədilə əldə edərək saxlamasına dair heç bir sübut əldə olunmamış, o, i btidai istintaq orqanı tərədindən edilmiş təsirlərə və təzyiqlərə məruz qalaraq tərtib olunmuş prosessual sənədlərə imza etmiş və nəticədə ona qarşı ağır ittiham irəli sürülmüşdür. Şikayət müəllifi həmçinin qeyd etmişdir ki, həyətində aşkar edilmiş 5 kol narkotik vasitəni o, şəxsi istifadəsi üçün əkib-becərmiş, işə məhkəmələrdə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntularına yol verilmiş, barəsində yekun məhkəmə aktları qəbul edilərək onun barəsində cəza tədbiri seçilərkən isə onun ailə vəziyyəti, himayəsində bir azyaşlı uşağının olması, ailənin yeganə qazanc gətirən şəxs olması nəzərə alınmamış və nəticədə o, ağır cəzaya məruz qalmışdır. Göstərilən dəlillərə əsaslanaraq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassas iya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə prosesində iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi b arədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılanadək Ali Məhkəməyə Məhkum ərizəsi daxil olmuşdur. Həmin ərizə məhkumun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 9 oktyabr 2024-cü il tarixli 3-16-17/19/2-2124/2024 saylı məktubu ilə müşaiyət edilmişdir. Ərizədə Məhkum özü tərəfindən verilmiş kassasiya şikayətinə baxılmadan hə min şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkum ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-in 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. CPM-in 414.8-ci maddəsində isə göstərilmişdir ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassas iya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdən keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, göstərilən ərizə təmin edilməklə CM-in 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarından onun özü tərəfindən verilmiş kassasiya şikayəti geri q aytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum ərizəsi təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarından məhkum olunmuş şəxs tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin şikayət üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-1814/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1814/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver