Məhkəmə qərarları › İş №1(102)-1814/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1814/2025

26.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1814/2025 26.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum müdafiəçisi – XXX12nun vəkili Müdafiəçi iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 aprel 2025-ci il tarixli 1(107)-465/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Şəki Ağır Cinayətər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 1(091)-166/2022 nömrəli hökmü ilə (sədrlik edən hakim R.Ə.Əliyev, hakimlər N.N.Mirzəyev və B.M.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx 1991-ci il tarixdə ünvan2ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci mаddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 17 mart 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 1(107)-465/2 022 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.H.Şükürov, hakimlər G.Q.Abbasov və A.M.Eyvazovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 1(091)-166/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 aprel 2025-ci il tarixli 1(107)-465/2022 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.H.Şükürov, hakimlər X.H.Səmədov və Z.C.Tahirovdan ibarət məhkəmə tərkibi) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci mаddəsi ilə məhkum olunmasına dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2022-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmı ş prosessual müddətin bərpa olunması barədə Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 aprel 2025-ci il tarixli 1(107)-465/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum 2016-cı ilin noyabr ayından mobil telefon vasitəsi ilə tanış olduğu və sonradan sevgi münasibətində olmaqla könüllü razılıq əsasında 27 yanvar 2017-ci il tarixədək dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olduğu, ünvan3 sakini, xx xx xx 1999-cu il təvəllüdlü X1 ilə 27 yanvar 2017-ci il tarixdə sonuncunun istifadəsində olmuş ********** nömrəli mobil telefonla özünün istifadəsində olmuş ********** nömrəli mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq görüşmək və cinsi ə laqədə olmaq istəyini bildirdikdə, X13 bu təkliflə razılaşdıqdan sonra həmin gün saat 22 radələrində şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü kimi fəaliyyət göstərən şəxsin “XX12” markalı, dövlət qeydiyyat nişanı müəyyən edilməyən avtomobili ilə X13nın yaşadığı ünvan 2 ünvanında yerləşən evin yaxınlığına gedib, orada X13 ilə görüşərək birlikdə qeyd olunan avtomobillə tanışı Şahid1 nəzarətçi işlədiyi Şahid16 məxsus ünvan4ndə yerləşən nömrəsiz həyət evinə gəlmiş, əvvəlcədən aldığı şərabı X13 ilə birlikdə içdikdən sonra yataq otağında çarpayının üzərində sonuncu ilə könüllü olaraq təbii yolla cinsi əlaqədə olmaqla bəkarətini pozmuş, həmin vaxt aralarında olan söhbət zamanı X13 bəkarətinin pozulduğunu, artıq yaşadığı evinə gedə bilməyəcəyini, onunla ailə həyatı qurmaq məcburiyyətində olduğunu, bunun üçün də onu öz evinə arvadı kimi aparmasını istədiyini bildirdikdə, tanış olduqdan sonra dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olduğu, yüngül əxlaqlı həyat tərzi yaşayan biri kimi təsəvvür etdiyi qadının ona ailə qurmaq, arvadı olaraq onu qəbul etmək kimi tələblərini özünün qohum-tanışları arasında rüsvay olması və şəxsiyyətinin alçalması kimi qəbul edib bununla bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış nifrət səbəbindən mübahisənin gedişində X13nın təkidlə bildirdiyi tələblərinə görə onu qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib bunu arzu etməklə özündə cinayət törətmək qətiyyətini yaradıb törədəcəyi əməlin ictimai təhlükəliliyini dərk etməklə cinayətkar niyyətini həyata keçirməkdən ötrü həmin evin mətbəx otağından istintaqla əldə edilməsi müm kün olmayan kəsici-deşici aləti götürərək əynində olan şalvarın kəmərinin altında gizlətmiş, təfəkküründə yaratdığı qəsdən adam öldürmə cinayət əməlinin törədilməsində hər hansı maneə olmaması, heç kimin ondan şübhələnməməsi üçün kimsəsiz yerə aparmaq və adam öldürmədə ifadə olunan qəsdini daha rahat icra etmək məqsədilə X13ya yalandan onu evlənmək niyyəti olduğundan öz xalasının evinə aparacağını deyib 28 yanvar 2017-ci il tarixdə, gecə saat 01 radələrində birlikdə evdən çıxaraq piyada ünvan 5 qəbirstanlığı istiqamətində, daha sonra isə xalasıgilə kəsdirmə yoldan getmək adı ilə X13nı aldadaraq qəbiristanlığın içərisinə aparmış, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra ünvan7 qəbirstanlığı ərazisində şalvarın kəmərinin altında gizlətdiyi bıçağı çıxararaq X13nın həyati vacib orqan o lan ağ ciyərin yerləşdiyi sinə nahiyəsinə bir dəfə kəsici-deşici alətlə vurmuş, həmin anda X13 qaçmaq istəyəndə ona fiziki zor tətbiq edərək yerə yıxmaqla müqavimət göstərməsinin qarşısını almış və kəsicideşici alətlə yenidən boğaz nahiyəsinə bir dəfə, həyati vacib orqan olan ürəyin yerləşdiyi sol döş qəfəsi nahiyəsinə üç dəfə və sağ ayağın dizdən aşağı nahiyəsinin arxa hissəsinə dörd dəfə vurmaqla ümumilikdə ən azı doqquz dəfə kəsici-deşici alət xəsarətləri yetirərək sonuncunu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, törətdiyi cinayəti gizlətmək məqsədi ilə hadisədən dərhal sonra tanışı Şahid1 ********** mobil nömrəsinə özünün mobil nömrəsindən zəng edərək X13nı öldürdüyü barədə məlumat verib olduğu yerə çağırmış, Şahid1 qəbiristanlığa gəldikdən sonra birlikdə X13nın meyitini n üzərini kol və digər əşyalarla örtərək qəbirstanlıq ərazisində gizlətmiş, oradan uzaqlaşıb yaşadığı evə qayıtdıqda həmin gün Şahid1 onun atası Şahid8 törədilmiş cinayət əməli barədə məlumat verdikdən sonra hər üçü birlikdə X13nın meyitini gecə saatlarında olduğu yerdən götürüb başqa əraziyə apararaq kimsənin aşkar edə bilməyəcəyi sahədə qazıb basdırmaqla bağlı razılığa gələrək 28 yanvar 2017-ci il tarixdə, saat 22 radələrində Şahid1lə birlikdə atası Şahid8 idarə etdiyi göy rəngli, XX12 markalı, xxx-xxx-xxx dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 5 qəbiristanlığına gəlib X13nın meyitini Şahid1lə birlikdə götürərək avtomobilin arxa oturacağına yerləşdirib ünvanXXXnun XXX16 ərazisindən keçən Baş XXX15 kanalının qorunma zolağında yerləşən sahəyə aparmış, orada meyiti Şahid1lə köməkli avto mobildən düşürərək sonuncu ilə birlikdə qazdıqları quyuda basdırmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şahid8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2022-ci il tarixli yekun qərarı və birinci instansiya məhkəməsinin hökmü icra olunduqdan sonra Məhkum özünün uzun müddət psixi xəstəlikdən Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alması, anasının onkoloji xəstə olması, atasının isə ürəyindən ağır cərrahiyyə əməliyyatı keçirməsi səbəbindən 13 dekabr 2022-ci il tarixli qərardan kassasiya şikayətinin verilməsi üçün vaxtında vəkillə müqavilə bağlamaq mümkün olmamış və buna görə Şa hid8 kassasiya şikayəti verilməsi müddətini ötürmüşdür. Lakin, prosessual müddətin ötürülməsinə bu cür üzrlü halların səbəb olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi müdafiəçi (Müdafiəçi) tərəfindən verilmiş müddətinin bərpa olunmasına dair vəsatəti əsassız olaraq təmin etməmişdir. Müdafiəçi həmin hallara görə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair qərarın qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntulardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası CPM-in 411.5-ci maddəsinin nəzərdə tutduğu apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatətin rədd edilməsinə dair qərarı mübahisələndirdiyindən (cinayət-prosessual qanunun 411.6-cı maddəsində göstər ilən hal) məhkəmə kollegiyası onun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 aprel 2025-ci il tarixli 1(107)-465/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən onun çıxarıldığı, azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə isə ona verildiyi gündən 12 ay müddətində kassasiya şikayəti verilə bilər. Məhkum barəsində olan Şə ki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının yekun qərarı 13 dekabr 2022-ci il tarixdə çıxarılmaqla məhkəmə iclas zalında məhkum edilmiş şəxsin və müqavilə üzrə birinci və apellyasiya instansiyası məhkəmələrində onun müdafiəçisi olmuş – XXX12nun vəkili Müdafiəçi iştirakı ilə elan edilmiş və proses iştirakçılarına qərardan kassasiya şikayəti verilməsi qaydası izah edilmiş, onun surəti 20 dekabr 2022-ci ildə məhkəmə qəbzinə imza olunmaqla Şahid8 təqdim edilmiş, 13 dekabr 2022-ci il tarixli 1(107)-465/2022 nömrəli məktubla isə müdafiəçı Müdafiəçi göndərilmişdır. Lakin yekun qərarın çıxarılmasından və məhkuma verilməsindən sonra 12 ay ərzində müdafiəçi və ya məhkum kassasiya şikayəti vermədikləri üçün, onlar tərəfindən həmin prosessual müddət buraxılmışdır. Yalnız 19 fevral 2025-ci ildə, yəni apellyasiya instansiyası məhkəməsinin yekun qərarının çıxarılmasından 2 il 2 aydan (qərarın surətinin məhkum edilmiş şəxsə verilməsindən 2 il 1 aydan) artıq vaxt keçdikdən sonra Şahid8 müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatət və kassasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsində təsbit edilir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya protestinin verilməsi üçün buraxılmış müd dətin bərpası haqqında vəsatəti kassasiya şikayəti vermək hüququna malik olan şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda və ya kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə təmin etmək hüququna malikdır. Müdafiəçi prosessual müddətin bərpasına dair vəsatətində (kassasiya şikayətində olduğu kimi) məhkumu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən hansısa bir fövqəladə hadisənin baş verməsinə istinad etməmiş, vaxtında kassasiya şikayətinin verilməməsini Məhkum psixi xəstəliyi ilə əlaqədar müalicə müəssisəsində olması, anasının onkoloji xəstəlikdən əziyyət çəkməsi, atasının ürəyində ağır cərrahiyyə əməliyyatı keçirməsi səbəbindən kassasiya şikayətinin tərtib edilməsi üçün vaxtında “vəkil tuta” (vəkillə müqavilə bağlaya) bilməmələri ilə izah etmişdir. Lakin bu hallar barədə vəsatətdə göstərilənlər Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 203.3 və 411.2-ci maddələri ilə ehtiva olunan əsasların gercəkdən də mövcud olduğunu təsdiq edən dəlillər kimi qiymətləndirilə bilməz. Belə ki, məhkum Şahid8 hal-hazırda cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsindən təqdim olunmuş 2 sentyabr 2025-ci il tarixli 3-16-17/18/2-1660/2025 nömrəli arayışa və ona əlavə olunan XXX16nin göndərişlərinə əsasən apellya siya instansiyası məhkəməsinin 13 dekabr 2022ci il tarixli qərarının çıxarılmasından sonra Şahid8 yalnız 2 dəfə - 09 mart 2024-cü ildən 16 mart 2024-cü ilədək və 27 avqust 2024-cü ildən 15 oktyabr 2024-cü ildək "xxxx" diaqnozu ilə Müalicə Müəssisəsinə keçirilmiş, yəni cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 25 aprel 2022-ci il tarixli 1035 nömrəli rəyinə əsasən psixi xəstəlik sayılmayan və anlaqlığı istisna etməyən həmin şəxsiyyət pozuntusu ilə əlaqədar apellyasiya şikayətinin verilməsi üçün cinayət-prosessual qanunun müəyyən etdiyi - 20 dekabr 2022-ci ildən 20 dekabr 2023-cü ilədək davam edən 12 ay ərzində ümumiyyətlə tibbi stasionarda olmamışdır. Müdafiəçi vəsatətində və kassasiya şikayətində Məhkum və onun valideynlərinin sa ğlamlıq vəziyyətlərini onları kassasiya şikayətinin verilməsi üçün müdafiəçi ilə müqavilə bağlamaq imkanından məhrum edən hal (prosessual müddətin buraxılmasının üzrlü səbəbdən baş verdiyini təsdiq edən əsas dəlil) kimi şərh etməsinə gəldikdə, qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsində Şahid8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə müqavilə üzrə müdafiəçi qismində çıxış edən vəkil Müdafiəçi özünün apellyasiya şikayəti əsasında və onun iştirakı ilə baxılmışdır. Bundan (Müdafiəçi apellyasiya instansiyası məhkəməsində aparılan icraatda müdafiəçi qismində iştirak etməsindən) isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.9.17, 409.1.1, 409.2-ci maddələrinə əsasən (eləcə də, CPM-in 414.4-cü maddəsi nin mənasına görə) vəkil N.X5 Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2022-ci il tarixli yekun qərarından kassasiya şikayəti vermək hüququ irəli gəlirdi ki, o da, artıq yuxarıda qeyd olunduğu kimi qanunla müəyyən edilmiş prosessual müddət ərzində bu hüquqdan istifadə etməmişdir. Belə olan təqdirdə, yəni vəkil Müdafiəçi özü apellyasiya instansiyası məhkəməsində cinayət işinə baxılmasında iştirak etmiş müdafiəçi kimi 13 dekabr 2022-ci il tarixli yekun qərardan kassasiya şikayəti vermək hüququna və 12 ay müddətində bunu etmək imkanına malik olduğu halda, məhkum edilmiş şəxsin “vəkil tuta” bilməməsini, yəni müdafiəçiyə malik olmamasını kassasiya şikayəti verilməsi müddətinin buraxılmasının başlıca səbəbi kimi göstərməsi və bunun üzrlü səbəb olduğunu iddia etməsi əsaslı mövqe kimi qiymətl əndirilə bilməz. Göründüyü kimi, Məhkum və yaxud onun müdafiəçisini obyektiv olaraq apellyasiya instansiyası məhkəməsinin yekun qərarından vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən, CPM-in 411.2-ci maddəsi ilə ehtiva olunan hər hansı bir hal mövcud olmamış, yəni onların Azərbaycan Respublikası CPM-in 410.1.4-cü maddəsinin tələb etdiyi prosessual müddət daxilində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2022-ci il tarixli yekun qərarını kassasiya qaydasında mübahisələndirməmələri apellyasiya instansiyası məhkəməsinin 7 aprel 2025-ci il tarixli qərarında müəyyən edildiyi kimi, üzrlü hallardan baş verməmişdir. Odur ki, məhkəmə kollegiyası buraxılmış müddətin bərpa olunmasına dair məhkum Şahid8 müdafiəçisi Müdafiəçi vəsatətinin təmin edilməməsi haqqında Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 aprel 2025-ci il tarixli qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə CPM-in 416.1-ci maddəsində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən hər hansı bir əsasın olmaması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkum Şahid8 müdafiəçisi Müdafiəçi, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 7 aprel 2025-ci il tarixli, 1(107)-465/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 411.6 və 419.10.1-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 aprel 2025-ci il tarixli, 1(107)-465/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar