Məhkəmə qərarları › İş №1(102)-1815/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1815/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1815/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-348/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Şikayət edən şəxs X5 xüsusi ittiham qaydasın da şikayətlə məhkəməyə müraciət edərək 04 noyabr 1977-ci il təvəllüdlü, Qobustan rayonu Bədəlli kəndində qeydiyyatda olan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, ona qanuna müvafiq qaydada cəza təyin edilməsini xahiş etmişdir.

2. Qobustan Rayon Məhkəməsinin 1(026)-14/2022 nömrəli, 25 may 2022-ci il tarixli qərarı ilə X4 X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunmuşdur.

3. Birinci instansiya məhkəməsinin həmin qərarından xüsusi ittiham qaydas ında şikayət vermiş şəxs X5 apellyasiya şikayəti verərək, mübahisəli qərarın ləğv edilməsini, X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə şikayətin icraata qəbul olunması və işin baxılması üçün Qobustan Rayon məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-348/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Qobustan Rayon Məhkəməsinin 1(026)-14/2022 nömrəli, 25 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, X4 xüsusi ittiham qaydasında şikayəti hazırlıq iclası mərhələsində yenidən baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və müdafiəçisi Müdafiəçi2 birlikdə kassasiya şikayəti vermişlər. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

6. Kassasiya şikayətində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarının mətnlərini təsvir etməklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-348/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş edir.

7. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

8. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

9. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

10. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsas ən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

11. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

12. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və Müdafiəçi2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən Azərbaycan Respublikası CPM- nin 416-cı maddəsində təsbit olunmuş əsaslardan hər hansı birinə istinad etməyərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsinə dair məsələləri tənzimləyən cinayət-prosessual normaların tətbiqi üzrə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini mübahisələndirib, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-348/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə tələb irəli sürmüşlər.

13. Məhkəmə kollegiyası X3 və Müdafiəçi2 apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya instansiyası məhkəməsində mübahisələndirərkən bu cür qərarların kassasiya qaydasında ləğv edilməsi əsaslarından hər hansı birinə müraciət etməməsini onun öz mövqeyini kifayət qədər əsaslandırmadığını göstərən hal kimi qiymətləndirərək, həmin şikayə tlə əlaqədar həmçinin aşağıdakıları qeyd edir.

14. Azərbaycan Respublikası CPM-in 302.1-ci maddəsi məhkəmənin hazırlıq iclasının nəticələrinə görə digər hallarla yanaşı aşağıdakı hallar olduqda da xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini tələb edir: - şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə (Azərbaycan Respublikası CPM, maddə 302.1.2); - şikayətin məzmunu Azərbaycan Respublikası CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (Azərbaycan Respublikası CPM, maddə 302.1.3); - cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə (Azərbaycan Respublikası CPM, maddə 302.1.4); - cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda (Azərbaycan Respublikası CPM, maddə 302.1.6); - şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə (Azərbaycan Respublikası CPM, maddə 302.1.7); - şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə (Azərbaycan Respublikası CPM, maddə 302.1.8).

15. Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə görə həmin (CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində göstərilən) hallar olduqda məhkəmə hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir.

16. Təsvir olunan normalarla müqayisə edilməklə apellya siya instansiyası məhkəməsinin 1(105)-348/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli nömrəli qərarına nəzər yetirildikdə müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, əsaslı və yuxarıda qeyd edilən cinayət-prosessual qaydaların tələblərinə cavab verən nəticədir.

17. İşin materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, şikayət ərizəsində şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və n ecə törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri) tam şəkildə əksini tapmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə alıb haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında verilmiş şikayəti, həmçinin barəsində şikayət verilmiş əməllərin bir qisminin ictimai və ictimai-xüsusi ittiham qaydasında təqib edilməli oldu ğu əsası ilə icraata götürməkdən imtina etməkdə də haqlı olmamışdır.

19. Belə olan halda məhkəmə kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-348/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyini qanuni və əsaslı yanaşma kimi qəbul edərək, həmin qərarın ləğv edilməsinə əsas verə biləcək – Azərbaycan Respublikası CPM-nin 416.1-cı maddəsində sadalanan əsaslardan hər hansı birini müəyyən etmir və bu səbəbdən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 və Müdafiəçi2 kassasiya şikayətini əsassız müraciət kimi qiymətləndirir.

20. Odur ki, məhkəmə kollegiyası yuxarıda şərh edilən əsaslara görə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 və Müdafiəçi2 kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-348/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və Müdafiəçi2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-348/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar