Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1815/2024 17.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş hüquqi şəxs – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlir lər Baş İdarəsinin nümayəndəsi X5, Zərərçəkmiş hüquqi şəxs – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Şamaxı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 162-1.1, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 mart 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş hüquqi şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət So sial Müdafiə Fondu və məhkumun müdafiəçisi Əsgərov Zöhrab İmaməli oğlu tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 1(074)-15/2022 nömrəli (hakim: Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi ilə) hökmü ilə xx xxxxxx 1969-cu il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" Azərbaycan-X3 təsisçisi və direktoru, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 162-1.1, 313 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, ona CM-in 162-1.1 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, yəni Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsində göstərilən əsasla ona cəza təyin edilməməsi, CM-in 308.1ci maddəsi ilə 2000 manat cərimə cəzasının təyin edilməsi, CM-in 213.1-ci maddəsinə aid hissədə CPM-in 42.1.2-ci maddəsinə əsasən bəraət verilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, mülki iddiaçılar Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs17 və Zərərçəkmiş şəxs10 mülki cavabdeh Məhkum qarşı mülki iddialarına xitam verilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə fondu publik hüquqi şəxsin mülki iddiasının baxılmamış saxlanılması müəyyən edilmişdir. Hökmdən zərərçəkmiş hüquqi şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı Hüseynov Elşad Güloğlan oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 mart 2024-cü il tarixli 1(105)-8/2024 nömrəli (hakimlər: Ağayev Rəşadət Əhməd oğlu (sədrliyi və məruzəsi ilə), Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 21 dekabr 2022ci il tarixli hökmü apellyasiya protestinə əsasən Məhkum CM-in 308.1-ci maddəsi ilə 2000 manat cərimə cə zası təyin edilməsi hissəsində dəyişdirilmiş, Məhkum CM-in 308.1-ci maddəsi ilə aylıq qazancından 20 (iyirmi) faiz tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Məhkum cəza çəkməsinin əvvəlinin onun aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulduğu vaxtdan hesablanması, onun təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəkməsi, qərarın icrasının Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi müəyyən edilmiş, hökm apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 mart 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş hüquqi şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi X idmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və məhkumun müdafiəçisi Əsgərov Zöhrab İmaməli oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Məhkum Azərbaycan Respublikası CM-nin 162-1.1, 213.1, 308.1 və 313-cü maddələri ilə ittiham olunaraq məhkəməyə ona görə verilmişdir ki, o, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifad ə etmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən vahid niyyətlə xeyli sayda işçiləri işlərin yerinə yetirilməsinə cəlb etmiş, xeyli miqdarda vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən vahid niyyətlə qəsdən yayınmış, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmış hüquqi ünvanı xxx olan "xxxx" Azərbaycan – X3 (VÖEN: **********) 5 yanvar 2010-cu ildən təsisçisi və direktoru vəzifəsində işləyərkən Müəssisə üzrə xx.xx.2010-cu il tarixli baş direktorun vəzifə təlima tına əsasən, müəssisənin proqramlarına və planlarına uyğun surətdə onun işinə operativ rəhbərlik etmək, maliyyə vəsaitləri də daxil olmaqla müəssisənin əmlakı üzərində sərəncam vermək, ştat cədvəlinə uyğun olaraq müəssisənin əməkdaşlarını işə qəbul və azad etmək, daxili nizam-intizam qaydalarına riayət etməklə işçiləri maddi və mənəvi cəhətdən həvəsləndirmək, onların iş əhval-ruhiyyəsini yüksəltmək və ya cərimə üsullarından istifadə etmək, müəssisədə fəaliyyət göstərən həmkarlar təşkilatı ilə kollektiv müqavilə bağlamaq, müəssisəni ixtisaslı kadrlarla təmin etmək, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilmək, müəssisənin adından hərəkət etmək, müəssisəni təmsil etmək və digər səlahiyyətlərə malik maddi məsul, vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergi lərin ödənilməsinin təmin edilməsinə cavabdeh vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli çıxarışa əsasən reyestrdə ******* nömrə ilə qeydiyyata alınmış xxxx ərazisində xüsusi mülkiyyətində olan 103,666 hektar torpaq sahəsinin 46 hektarında üzümçülük fəaliyyəti ilə məşğul olması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə və 49-cu maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə mindiyi, beləliklə işəgötürən tərəfindən əmək münasibətlərinə daxil olan hər bir şəxslə əmək müqaviləsi bağlanılmalı olduğu halda öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək 2011-ci ilin yanvar ayından 2020-ci ilin sentyabr ayınadək olan müddətdə qeyd edilən torpaq sahəsində həmin üzümçülük fəaliyyətinin təmin edilməsi üçün ayrı-ayrı şəxsləri ərazidə xüsusi aqrotexniki və köməkçi işlərə, o cümlədən, 2011-ci ilin yanvar ayından işləyən Zərərçəkmiş şəxs15 fəhlə və Zərərçəkmiş şəxs2 gözətçi, Zərərçəkmiş şəxs8 traktorçu kimi, 2012-ci ilin yanvar ayından Zərərçəkmiş şəxs22 aqronom, Zərərçəkmiş şəxs7, X2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 fəhlə kimi, 2012-ci ilin dekabr ayından Zərərçəkmiş şəxs17 və Zərərçəkmiş şəxs16 fəhlə kimi, 2015ci ilin yanvar ayından Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs20, X6, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs11 fəhlə kimi, 2017-ci ilin yanvar ayından Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs10 fəhlə kimi, 2017-ci ilin y anvar ayından Zərərçəkmiş şəxs23 sürücü kimi, 2019-cu ilin dekabr ayından Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs6 fəhlə kimi, ümumilikdə 25 nəfər, yəni xeyli sayda işçiləri əmək müqaviləsi bağlamadan 2014-cü ilin fevral ayından 2020-ci ilin sentyabr ayınadək olan müddətdə müvafiq işlərin yerinə yetirilməsinə vahid niyyətlə cəlb edib, yerinə yetirdikləri işlərlə əlaqədar həmin şəxslərə ödənilmiş əmək haqqından 58.497,5 manat məbləğində məcburi tutulmalar, o cümlədən, məcburi dövlət sosial sığorta haqqı və məcburi dövlət sosial sığorta ayırmaları, həmçinin, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirməli olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 16.1.7-1, 22 -1.2, 53.1, 77.3, 78.1, 97.3, 98, 102.1.6, 116.2, 130.1, 130.2 və 149-cu maddələrinin tələblərini pozaraq, bununla əlaqədar bəyannamə təqdim etməməklə 20112020-ci illər ərzində qeyd edilən məcburi tutulmalar və 9.197,58 manat gəlir vergisi olmaqla, vahid niyyətlə xeyli miqdar təşkil edən ümumilikdə 67.695,08 manat (altmış yeddi min altı yüz doxsan beş manat səkkiz qəpik) məbləğində məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisini dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmış, qeyd edilən hərəkətləri ilə əmək münasibətlərinin tənzimlənməsi sahəsində müvafiq qanunvericiliyin tələblərinə eyni qaydada və dürüst əməl edilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, işçilərin hüquqlarını pozulmasının qarşısının alınması və eyni zamanda fərdi və ictimai rifahın əsası kimi əmək və uyğun münasibətlərin, habelə Azərbaycan Respublikasının Konstitusiyası ilə insan hüquqları və azadlıqlarının qorunması sahəsində müəyyən edilmiş prinsiplərinin pozulmasına səbəb olmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərind ən sui-istifadə etməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən vahid niyyətlə xeyli sayda işçiləri işlərin yerinə yetirilməsinə cəlb etməsi və xeyli miqdarda vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən vahid niyyətlə qəsdən yayınması faktları üzrə gələcəkdə cinayət məsuliyyətdən kənar qalmaqla əks arqumentlər gətirmək məqsədi ilə guya həmin torpaq sahəsində bütün işlərin 2012-ci ildə həmin torpaq sahəsində faktiki olaraq aqronom işinin görülməsinə cəlb etdiyi cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs22 ötürülməsi görüntüsü yaratmaqdan ibarət şəxsi niyyətlə rəsmi sənəd olan xx.xx.2019-cu il tarixli 6 nömrəli alqı-satqı müqaviləsini verdiyi tapşırıq əsasında həmin tarixdən 2021-ci ilin əvv əllərinədək olan müddətdə istintaqla müəyyən edilməyən şəraitdə guya həmin müqavilənin "xxxx" Azərbaycan–X3 direktoru kimi özü ilə müqavilənin bağlanma tarixi kimi göstərilmiş xx.xx.2019-cu il tarixindən sonrakı tarixdə, yəni xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 4 saylı Ərazi Vergilər İdarəsində ********** VÖEN-lə qeydiyyata alınmış Zərərçəkmiş şəxs22 arasında müqavilənin 1.1-ci bəndinə görə kənd təsərrüfatı texnikası və avadanlıqlarına texniki servis xidmətinin göstərilməsi məqsədilə bağlanmasına dair bilə-bilə yalan məlumatlar daxil edilib mətni kompüterdə hazırlandıqdan və həmin sənədin əksi çap qurğusu (printer) vasitəsilə kağız daşıyıcı üzərində çıxarıldıqdan sonra müqaviləni özünə aid hissədə imzalayıb, "xxxx" Azərbaycan–X3 möhürü ilə təsdiq edib, müqav ilədə Zərərçəkmiş şəxs22 rekvizitlərinin altında olan qrafanı istintaqa məlum olmayan şəraitdə qəsdən fərqli formada oxşatmaqla imzalayaraq özündə saxlayıb, cinayət əməllərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində aparılan araşdırma zamanı nəzərə alınması üçün həmin müqavilənin kserosurətini 12 oktyabr 2021-ci il tarixli ərizə ilə Baş İdarənin ünvan 4 ünvanında yerləşən binasında şəxsən araşdırmaya təqdim edib vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmələr yuxarıda qeyd edilən nəticəyə gəlmişlər. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət itt ihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum CMnin 213.1-ci maddəsi ilə əsassız verilmiş bəraət hökmünü qüvvədə saxladığından həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışma təyin edilməlidir. Belə ki, ibtidai istintaq zamanı toplanmış təkzibedilməz sübutların məcmusu ilə tam sübuta yetirilmişdir ki, Məhkum vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməməklə dövlətin qanunla qorunan mənafelərin ə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən vahid niyyətlə xeyli sayda işçiləri işlərin yerinə yetirilməsinə cəlb etmiş, xeyli miqdarda vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən vahid niyyətlə qəsdən yayınmış, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə kollegiyası həmin sübutları yekun qərarda əks etdirsə də, işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bu nəticəyə gələn zaman istintaq zamanı toplanmış sübutları əsassız olaraq şübhə altına almış, istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxslərin nə səbəbdən məhkəmə istintaqı zamanı fərqli və ziddiyyətli ifadə vermələrini araşdırmamış, onların ifadələrinə tənqidi yanaşmamış, məhkəmə istintaqında verdikləri ifadələri rəhbər tutmuşdur. Zərərçəkmiş şəxslərin ilkin şikayət ərizələrində və hələ cinayət işi başlamadan ilkin araşdırma dövründə nə səbəbdən Məhkum adını qeyd etmələri və əmək haqlarını məhz Məhkum tələb etmələrini, məhz onlara əmək haqları ödənildikdən sonra məhkəmə baxışında gəlib tamam ziddiyyətli ifadə vermələrini qiymətləndirməmiş, əlavə mötəbər sübutlar olmadan məhkəmədə verdikləri ifadələrini əsaslı hesab etmiş, Məhkum həmin torpaq sahəsində təsərrüfat işlərinə rəhbərlik edən şəxs kimi hazırda ölmüş olan X adlı şəxsin adını qeyd etməsini, X adlı şəxs öldükdən sonra onun ailə üzvləri tərəfindən heç bir ödən iş edilmədən nə səbəbdən bu qədər qiymətli bir torpaq sahəsinin ona verilməsini şübhə altına almamış, əksinə istintaq orqanı tərəfindən toplanmış sübutları əsassız olaraq şübhə altına alaraq əsassız hissəvi bəraət hökmünü qüvvədə saxlamışdır. Belə ki, mütəxəssis rəyi ilə Məhkum təsərrüfata rəhbərlik etdiyi xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə hesablanmış 269.858,33 manat əmək haqqından ümumilikdə 9.197,58 manat vergi, 67.464,59 manat sosial sığorta haqqları, 1.031,34 manat işsizlikdən sığorta haqqı (cəmi 77.693,5 manat) aidiyyəti üzrə büdcəyə ödənilməkdən yayındırıldığı qeyd edilməsinə baxmayaraq, məhkəmə tərəfindən tam əsassız olaraq Məhkum 2018-ci ilin dekabr ayından 2020-ci ilin aprel ayınadək təsərrüfata rəhbərlik etdiyi və həmin dövr ərzində ümumilikdə 14.8 62,50 manat məcburi sığorta haqqı və 89,04 manat gəlir vergisini ödəməkdən yayınması rəhbər tutulmuşdur. Odur ki, göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya icraatı zamanı məhkəmə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi əsas götürülməklə 2.397,36 manat verginin və 16.408,60 manat məbləğində dövlət sosial müdafiə fonduna ayırmaların (işsizlikdən sığorta və icbari sığorta haqlarının) təqsirləndirilən şəxs Məhkum tərəfindən dövlət büdcəsindən yayındırılmasının öz təsdiqini tapdığı bildirilsə də, Vergi Xidmətində sosial yığıma görə hesablamaların 2019-cu ildən aparıldığı, həmin dövrə qədər olan hesablamaların Dövlət Sosial Müdafiə Fonduna aid olması nəzərə alınmamışdır. Eyni zamanda mütəxəssis rəyindən də göründüyü kimi, təqdim olunan materiallarda imza ilə ödənişlərin alındığı və ya ödənildiyi barədə hər hansı sənəd aşkar olunmadığından hesablamalar ifadələrdən və baza məlumatlarından istifadə edilməklə aparılmışdır. Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs10 X12 və Korrupsiya qarşı mübarizə idarəsinə verdikləri izahatlarda əmək haqqı borclarını fərqli məbləğlərlə bildirmişlər ki, bu da hesablamaya öz təsirini, göstərmişdir. Lakin nə birinci instansiya nə də apellyasiya məhkəməsi tərəfindən ifadələr arasında olan bu ziddiyyətlərin səbəbləri araşdırılmamış və aradan qaldırılmamışdır. Bundan başqa məhkəmənin mötəbər sübut kimi qəbul edərək istinad etdiyi xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində əmək haqlarının verilməməsi barədə şikayət edən şəxslərin 2012-ci ildən başlayaraq üzüm bağlarının salınması, becərilməsi və yığımı zamanı işləmiş şəxslər olduğu qeyd edilmişdir. Eyni zamanda həmin şəxslərin işlədikləri dövr ərzində onlarla əmək müqaviləsi bağlanılmadığı qeyd edilmişdir. Mütəxəssis rəyindən də göründüyü kimi qeyd edilən şəxslərin 2012-ci ildən orada iş ləməsi təsdiqini tapdığı halda, mütəxəssis rəyinə əlavə edilmiş cədvəldə hesablamalar 2012-ci ildən deyil, 2017-ci və 2019-cu ildən hesablanmışdır. Həmçinin 2012-ci ildən qeyd edilən şəxslərin üzüm bağlarında əmək müqaviləsiz işləməsi də öz təsdiqini tapmışdır ki, bu da həmin dövrdən gəlir vergisi və məcburi dövlət sosial sığorta haqlarının yayındırılması halını bir daha sübut edir. Lakin bütün bu qeyd edilənlərə baxmayaraq mütəxəssis tərəfindən hesablamalar 2012-ci ildən deyil 2017-ci ildən aparılmışdır. Mütəxəssis rəyində əksini tapmış bu ziddiyyətli hal məhkəmə tərəfindən araşdırılmamışdır. Odur ki, göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi ba rədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qanuna zidd və əsassız hesab olunmaqla ləğv edilməlidir. Belə ki, Məhkum törətdiyi cinayət əməlləri iş üzrə toplanmış biri digərinə uyğun gələn sübutların məcmusu - şahid ifadələri, baxış protokolları, eləcə də cinayət işinin materiallarında olan başqa sənədlərlə tam sübuta yetirilmişdir. İş üzrə zərərçəkmiş şəxs Dövlət Sosial Müdafiə Fonduna vurulmuş zərər ümumilikdə 67.695,08 manat (altmış yeddi min altı yüz doxsan beş manat səkkiz qəpik) təşkil edir. İş üzrə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi 67.695,08 manat manat ziyanın təqsirləndirilən şəxs Məhkum Fondun xeyrinə tutulması barədə mülki iddiaçı kimi çıxış etmişdir. Tərəflərindən verilmiş mülki iddia ərizəsində iş üzrə dəymiş zərərin mahiyyəti tam şəkildə izah edilmiş, ərizə qanunvericilikdə nəzərdə tutulmuş normalarla əsaslandırılmışdır. Məhkum hərəkətlərinin qanunsuz olması, onların bu qanunsuz hərəkətləri nəticəsində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə 67.695,08 manat (altmış yeddi min altı yüz doxsan beş manat səkkiz qəpik) məbləğində maddi ziyan dəydiyi və zərərlə hərəkət arasında səbəbli əlaqənin olması işin mübahisəsiz halıdır. Buna görə də məhkəmə təqsirləndirilən şəxsə qarşı verilmiş mülki iddianı baxılmamış saxlamaqda haqlı o lmamışdır. Apellyasiya instansiya məhkəməsi əsaslandığı motivləri qərarın təsviriəsaslandırıcı hissəsində göstərməmiş, mövqeyini ümumi cümlələrlə əsaslandırmaqla kifayətlənmişdir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin kollegiyasının 1 mart 2024-cü il tarixli qərarının tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum təqsiri iş materialları ilə sübuta yetmir. Cinayət işinin materialları sübut əhəmiyyəti mübahisə doğuran məlumat və sənədlərdən ibarətdir. Məhkum elan olunmuş ittiham qərəzli olmaqla əsassız, qanunsuzdur. Onun bu işdə təqsiri olmad ığı sübuta yetir. Belə ki, CM-in 162-1.1 maddəsi - əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müstəqil norma kimi Cinayət Məcəlləsinə 27 dekabr 2013-cü il tarixli 878-İVQD nömrəli Qanunla əlavə edilmişdir. İstintaq orqanı bu qanun qəbul olunmamışdan əvvəlki dövrə, yəni 2011, 2012 və 2013-cü illərdə işçiləri kontrakt olmadan işə cəlb olunması faktlarını ittihama daxil etmişdir, halbuki qanun 2013-cü ilin dekabr ayının sonunda qəbul edilib və CM-in 10.4-cü maddəsində birbaşa göstərilmişdir ki, ağırlaşdırıcı hallarda cinayət qanununun geriyə qüvvəsi yoxdur, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslər də Məhkum tanımadıqlarını, onu ilk dəfə məhkəmə iclasında gördüklərini bildirmişlər. Məhkum zərərçəkmişləri hər h ansı bir işə cəlb etməsi məhkəmə istintaqında sübuta yetməmişdir. Cinayət işi üzrə istintaq 25 nəfər işçinin "Kaspi-Yıldız’' MMC-dən şikayəti əsasında aparılırdı və Məhkum "Kaspi-Yıldız’' MMC ilə bağlı təqsiri olmasına dair ortada heç bir sübut yox idi. Məhkum xx.xx.2019-cu il tarixli 6 nömrəli alqı-satqı müqaviləsini istintaqa təqdim etdikdən sonra müstəntiq "Kaspi-Yıldız” MMC-ni “yaddan çıxarıb” istintaqın gedişini "Kaspi-Yıldız’' Azərbaycan-Türkiyə MM-nə tərəf yönəltmiş və qərəzli istintaq aparmışdır. Vergilər Nazirliyinin verdiyi dövlət reyestrindən çıxarışa əsasən "xxxx" Azərbaycan X9 kommersiya hüquqi şəxsdir. Bu səbəbdən 10 iyun 2019-cu il tarixli 6 saylı “alqı-satqı müqaviləsi" saxta deyil. Müqavilə bağlandıqdan sonra onun icrasını yerinə yetirmək məqsədi ilə Zərərçəkmiş şəxs22 özü ndə olan "ASAN İMZA” vasitəsilə xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə 'Kaspi-Yıldız" Azərbaycan X9nə elektron qaimələr göndərərək texniki xidmətə görə 4300 manat və 3400 manat ödənilməsini xahiş etmişdir. Buna müvafiq olaraq "xxxx" Azərbaycan X9 xx.xx.2019-cu ildə 4300 manat, xx.xx.2019-cu il tarixdə 3400 manat pulu Zərərçəkmiş şəxs22 göndərmişdir. Məhz həmin pullardır ki, Zərərçəkmiş şəxs22 2019-2020-ci illərin əmək haqqısı kimi işçilərinə vermiş və cədvəl tərtib etmişdir. Zərərçəkmiş şəxs22 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olduğundan işçiləri ilə əmək müqaviləsi bağlanılmamasına, vergi tutulmamasına görə məsuliyyəti o daşımalıdır. Məhkum həmin torpaq sahəsindən 2019-cu ildə, cəmi 1 il istifadə etmiş və yalnız bu müddətdə baş vermiş hər hansı qanunsuz luğa görə cavabdehlik daşıya bilər. İbtidai istintaq orqanı və məhkəmələr Məhkum 2019-cu ildə hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hansı hərəkətləri etdiyini müəyyən etməmişlər. Mütəxəssis və ekspert rəyləri Məhkum təqsirli olmasını sübut etmir. Apellyasiya məhkəməsi Məhkum əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda ittiham qərarı çıxarmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 mart 2024-cü il tarixli qərarının ləğv edilərək, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş edir. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş hüquqi şəxs AR ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 çıxış edərək, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, digər kassasiya şikayətlərinin və kassasiya protestinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş hüquqi şəxs Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X13 çıxış edərək, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, digər kassasiya şikayətlərinin və kassasiya protestinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, məhku mun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, digər kassasiya şikayətlərinin və kassasiya protestinin təmin edilməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 mart 2024-cü il tarixli qərarının ləğv edilib işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətləri nin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində, zərərçəkmiş hüquqi şəxslər və müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərində, məhkum barəsində olan iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı, sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-ci (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 mart 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsində qeyd edilmişdir ki, c inayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Müdafiəçinin kassasiya şikayətinin dəlillərindən müəyyən olunduğu kimi, Məhkum ona verilmiş ittiham - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafey i tələb etdiyi halda istifadə etməməsi, o cümlədən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyini, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyas ı müdafiəçinin kassasiya şikayətinə (o cümlədən Məhkum təqsirliliyinin sübuta yetirilməməsi haqqında iddialara) baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsində əsasən sübutların toplan ılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 1 46.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İlkin olaraq iş üzrə müəyyən olunmuş sübutların yoxlanması və qiymətləndirilməsi zamanı mötbərliyinin müəyyən edilməsi baxımından məhkəmələr tərəfindən səhvlərə yol verilməsi və məhkumun təqsirliyi barədə dəlillərə müdafiəçinin kassasiya şikayətində istinad edildiyindən kassasiya məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərindən çıxış edərək aşağıdakıları qeyd etdməyi məqsədə müvafiq hesab edir. İş materiallarında olan "xxxx" Azərbaycan – X3 təsisçilərinin iclasının 5 yanvar 2010-cu il tarixli 1 nömrəli iclas protokolundan görünür ki, Məhkum təsisçilərin qərarı ilə 5 yanvar 2010-cu il tarixdən müəssisənin baş direktoru vəzifəsinə təyin edilmişdir. Qərar xx.xx.2010-cu il tarixli 1 nömrəli əmrlə rəsmiləşdirilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli çıxarışa əsasən reyestrdə ******* nömrə ilə qeydiyyata alınmış x rayonu, x kəndi ərazisində olan 103,666 hektar torpaq sahəsi Məhkum xüsusi mülkiyyətinə verilmişdir. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs22 xx.xx.2019-cu il tarixdə 4 Saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış və ona ********** nömrəli vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Məhkum 2019-cu ildə “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na 1 nömrəli əlavəyə əsasən, ərizə ilə X rayonunun X kənd ərazi komissiyasına müraciət edərək, əkin sahəsinin becərilməsində sərf edilən yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına, becərdiyi əkin sahələri və çoxillik əkmələr barədə məlumatlar əsasında hesablanıb verilməsini xahiş etmiş və ərizəyə əlavə etdiyi məlumatda 42 ha torpaq sahəsində buğda əkini, 46 ha torpaq sahəsində isə üzüm əkini ilə məşğul olduğunu qeyd etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olmuş məktubdan görünür ki, "xxxx" MMC-nin direktoru Məhkum məxsus X rayonu, X kəndi ərazisində yerləşən üzüm bağında işləyən zaman hüquqlarının pozulması barədə müraciətləri əsasında aparılmış araşdırma zamanı sonuncu tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçinin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb olunduğu müəyyən edilmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhlil edərək hesab edir ki, CM-in 162-1.1, 308.1 və 313-cü maddələri ilə ittiham elan olunmuş əmə llərin Məhkum tərəfindən törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işinin materiallarında olan ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi ilə və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılm ış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Qeyd edilənlərə əsasən, tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş "xxxx" Azərbaycan-X3 baş direktoru olarkən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək üzümçülük təsərrüfatında işçilərin əmək müqaviləsi bağlanılmadan xeyli sayda şəxsi işlərə cəlb edilməklə işlətməsi, həmçinin Zərərçəkmiş şəxs2 adına saxta müqavilə tərtib edərək vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı etməsi ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş və apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məs ələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 162-1.1, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya protestinin və zərərçəkmiş hüquqi şəxslər tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edərək o qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum əməlində ittiham olunduğu xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayətinin tərkibi olmadığı qənaətinə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də bu nəticə ilə razılaşmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin Audit İdarəsinin 3 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Məhkum təsərrüfata rəhbərlik etdiyi xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə hesablanmış 269858,33 manat əmək haqqından 9197,58 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqı (sığortaedənin vəsaiti hesabına ödənilən 22%) 57794,37 manat, Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqı (sığortaolunanın gəlirlərindən tutulan 3 %) 7881,05 manat, Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqı (sığ ortaedənin vəsaiti hesabına ödənilən 15% 200 manatdan artıq hissədən) 1073,5 manat, Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqı (sığortaolunanın gəlirlərindən tutulan 10 % 200 manatdan artıq hissədən) 715,67 manat, İşsizlikdən sığorta haqqı (sığortaedən tərəfindən ödənilən 0,5% həcmində) 515,67 manat, İşsizlikdən sığorta haqqı (sığortaolunan tərəfindən ödənilən 0,5% həcmində) 515,67 manat, ümumilikdə 9197,58 manat vergi, 67464,59 manat sosial sığorta haqqları, 1031,34 manat işsizlikdən sığorta haqqı (cəmi 77693,5 manat) aidiyyəti üzrə büdcəyə ödənilməkdən yayındırılmışdır. İş materiallarında olan 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar, mart və aprel ayları üzrə tabel cədvəllərindən görünür ki, cədvəllərdə ay ərzində işlənilən günlərin sayları və həmin günlər üzrə hesablanm ış əmək haqqı məbləğləri qeyd edilərək Zərərçəkmiş şəxs22 tərəfindən imzalanmışdır. X rayonu, X kəndində yerləşən üzüm bağına baxış keçirilməsi haqqında 18 iyun 2021-ci il tarixli baxış protokolundan görünür ki, baxış keçirilən ərazi üzümlük sahədir, ətrafı dəmir torlarla əhatələnib, üzüm tənəkləri səliqəli şəkildə əkilib, beton dayaqlara bağlanmışdır. X rayonu, X bələdiyyəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Məhkum məxsus X rayon X kəndində 2012-ci il tarixdən 46 ha torpaq sahəsində üzüm əkilmiş və 47 ha torpaq sahəsində taxıl məhsulları istehsalı edilmişdir. Torpaq sahəsin 2017-ci ildən qeydiyyata qoyulduğu üçün bələdiyyəyə torpaq vergisi 2017, 2018, 2019 və 2020-ci illər, hər il 375 manat olmaqla, cəmi 1500 manat BAMS-a ödənilmişdir. Zərərçəkmiş şəxs22 məxsus "xxxx" AS C-də olan hesabdan çıxarışdan görünür ki, ona Məhkum məxsus "xxxx" Azərbaycan – X9 tərəfindən xx.xx.2019-cu il tarixdə 4.300 manat, xx.xx.2019-cu il tarixdə isə 3.400 manat, habelə xx.xx.2019-cu il tarixdə Məhkum təsisçisi olduğu "xxxx" MMC tərəfindən 3.900 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Məhkum tərəfindən istintaqa təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, həmin ərizə ilə Zərərçəkmiş şəxs22 ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin, habelə görülmüş işlərin ödənişi ilə bağlı elektron qaimə və ödəniş tapşırıqlarının, ümumilikdə 5 vərəqin cinayət işi materiallarına əlavə edilməsini xahiş etmiş və həmin alqı-satqı müqaviləsindən müəyyən olunmuşdur ki, müqavilə "xxxx" Azərbaycan – X3 (Sifarişçi) direktoru Məhkum ilə fiziki şəxs Zərərçəkmiş şəxs22 (İcraçı) arasında bağlanmışdır. “Müqavilənin mövzusu və şərtləri” adlı 1-ci bölməsində, həmin müqavilənin sifarişçinin icraçıdan kənd təsərrüfatı texnikası və avadanlıqlarına texniki servis xidməti göstərilməsinə görə tərəflər arasındakı qarşılıqlı münasibətləri tənzimləməsi öz əksini tapmışdır. Sonda sifarişçinin rekvizitləri qeyd edilən qrafada Məhkum adının altında imza etməklə "xxxx" Azərbaycan – X3 möhürü ilə müqaviləni təsdiq etmişdir. İcraçının rekvizitləri qeyd edilən qrafada Zərərçəkmiş şəxs22 adının altında imza icra edilməklə müqavilə təsdiqlənmişdir. Korrupsiya qarşı mübarizə baş idarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarda (mütəxəssis təyin olunma sı haqqında) zərərçəkmiş şəxslərlə əmək müqaviləsi bağlanılmadığı halda xx.xx.2012-ci il tarixdən – xx.xx.2021-ci il tarixədək ödənilməkdən yayındırılmış vergilərin məbləği, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının məbləğinin nə qədər olmasının müəyyən edilməsi üçün mütəxəssis rəyinin alınması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin Audit İdarəsinin 3 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyindən göründüyü kimi aparılmış hesablamalar 25 nəfər şəxsin işlədiyi müddətdə Məhkum təsərrüfata rəhbərlik etdiyi xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə etmiş və həmin şəxslərə ödənilmiş ümumilikdə 297175,0 manat olmaqla həmin məbləğə mün asibətdə zəruri vergilər hesablanmışdır. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iş materialları ilə müəyyən etmişdir ki, ittiham üzrə qeyd edilən 25 nəfər şəxsdən Şamaxı rayon prokurorluğunda vermiş olduqları izahatlarında təqsirləndirilən şəxsə məxsus olmuş üzüm sahəsində 1 nəfər Zərərçəkmiş şəxs22 2012-ci ildən işləməsini, 22 nəfəri, o cümlədən Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs18, X2, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs15 2015-ci ildən işləmələrini, 1 nəfər Zərərçəkmiş şəxs6 2019-cu ildən işləməsini gəstərmişlər. 1 nəfər X6 isə Əmək Müfəttişliyinə verdiyi izahatında işlədiyini amma hansı müddətdə işləməsi qeyd edilməmişdir. Adı çəkilən zərərçəkmiş fiziki şəxslər Korrupsiya qarşı mübarizə baş idarəsinin İstintaq İdarəsinin müstəntiqi tərəfindən ifadələri alınarkən onlardan 2 nəfər - Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs8 2011-ci ilin yanvar ayından (halbuki torpaq sahəsi xx.xx.2011-ci ildə alınıb), 1 nəfər - Zərərçəkmiş şəxs2 2011-ci ilin dekabr ayından, 4 nəfər X2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 2012-ci ilin yanvar ayından, 2 nəfər - Zərərçəkmiş şəxs17 və Zərərçəkmiş şəxs16, 2012-ci ilin dekabr ayından, 10 nəfər - Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəx s21, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs1 2015-ci ildən, 3 nəfər Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs23 2017-ci ildən, 2 nəfər Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs6 2019-cu ildən işləmələrini göstərmiş, 1 nəfər X6 isə müstəntiq tərəfindən dindirilməmişdir. Odur ki, 25 nəfər şəxsin əksəriyyəti 2015-ci ildən, həmçinin 2012, 2017 və 2019cu ildən işləmişlər, lakin ittihamda istinad edilən 3 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyində vurğulanmışdır ki, Məhkum təsərrüfatında işləmiş 25 nəfər şəxsin xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə hesablanmış 297175,0 manat əmək haqqından Məhkum təsərrüfata rəhbərlik etdiyi xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 9197,58 manat m uzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqı (sığortaedənin vəsaiti hesabına ödənilən 22%) 57794,37 manat, Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqı (sığortaolunanın gəlirlərindən tutulan 3 %) 7881,05 manat, Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqı (sığortaedənin vəsaiti hesabına ödənilən 15% 200 manatdan artıq hissədən) 1073,5 manat, Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqı (sığortaolunanın gəlirlərindən tutulan 10 % 200 manatdan artıq hissədən) 715,67 manat, cəmi 1031,34 manat işsizlikdən sığorta haqqı, o cümlədən İşsizlikdən sığorta haqqı (sığortaedən tərəfindən ödənilən 0,5% həcmində) 515,67 manat, İşsizlikdən sığorta haqqı (sığortaolunan tərəfindən ödənilən 0,5% həcmi ndə) 515,67 manat olmaqla ümumilikdə 67464,59 manat ödənilməli olan vergi və sosial sığorta haqqları aidiyyəti üzrə büdcəyə ödənilməkdən yayındırılmışdır (cild 1, i.v.269-273). Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən göründüyü kimi, Dövlət Vergi Xidmətinin AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatlarına əsasən "xxxx" MMC tərəfindən torpaq sahəsinin icarəyə götürülməsi, qeyd olunan işçilərlə əmək müqaviləsi bağlanılmasına dair heç bir məlumat aşkar edilmədi. Əmək haqlarının verilməməsi barədə şikayət edən şəxslər 2012ci ildən başlayaraq üzüm bağlarının salınması, becərilməsi və yığımı zamanı işləmiş şəxslərdir. Eyni zamanda şikayət edən şəxslər işlədikləri dövr ərzində onlarla əmək müqaviləsi bağlanmadığını, işlədikləri dövr ərzində son vaxtlaradək maaşların Məhkum tərəfindən aqronom X18 vasitəsilə verildiyini, 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayınadək olan dövr ərzində isə maaşlarının vaxtlı-vaxtında verilmədiyini və nəticədə bu dövr ərzində 25 nəfər işçiyə ümumilikdə 15092,0 manat məbləğində ödənilməmiş əmək haqqı borcu yarandığını bildirmişlər. Yenidən araşdırma zamanı Zərərçəkmiş şəxs20 - X12 verdiyi izahatda əmək haqqı borcu 482,0 manat göstərildiyi halda, Korrupsiya qarşı mübarizə idarəsinə verdiyi ifadədə 510,0 manat göstərildiyi, Zərərçəkmiş şəxs15 – X12 verdiyi izahatda əmək haqqı borcu 471,0 manat göstərildiyi halda, Korrupsiya qarşı mübarizə idarəsinə verdiyi ifadədə 530,0 manat göstərildiyi, Zərərçəkmiş şəxs8 - X12 verdiyi izahatda əmək haqqı borcu 1250,0 manat göstərildiyi halda, Korrupsiya qarşı mübarizə idarəsinə verdiyi ifadədə 1750,0 manat göstərildiyi, Zərərçəkmiş şəxs7 - X12 verdiyi izahatda əmək haqqı borcu 550,0 manat göstərildiyi halda, Korrupsiya qarşı mübarizə idarəsinə verdiyi ifadədə 502,0 manat göstərildiyi, Zərərçəkmiş şəxs19 - X12 verdiyi izahatda əmək haqqı borcu 110,0 manat göstərildiyi halda, Korrupsiya qarşı mübarizə idarəsinə verdiyi ifadədə 350,0 manat göstərildiyi, Zərərçəkmiş şəxs10 - X12 verdiyi izahatda əmək haqqı borcu 540,0 manat göstərildiyi halda, Korrupsiya qarşı mübarizə idarəsinə verdiyi ifadədə 580,0 manat göstərildiyi müəyyən edilmişdir. Bundan əlavə, 2014-2015-ci illərdə Şamaxı rayon təhsil şöbəsi ilə Zərərçəkmiş şəxs14 əmək müqaviləsinin o lduğu (FİN xxxxxxx), 2014-cü ildən 2021-ci ilə qədər Şamaxı rayon mədəniyyət şöbəsi ilə Zərərçəkmiş şəxs12 (FİN xxxxxxx) əmək müqaviləsinin olduğu, Zərərçəkmiş şəxs8 (VÖEN **********) vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olduğu, 2016-2021- ci il “X31 Sanayi və Ticaret anonim şirkəti”nin Azərbaycan Respublikası filialı ilə Zərərçəkmiş şəxs2 (FİN xxxxxxx) əmək müqaviləsinin olduğu, 2017ci il "xxxx" MMC ilə Zərərçəkmiş şəxs18 (Bakıda və Şamaxı xaric regional filialı mövcuddur) əmək müqaviləsinin olduğu araşdırmada aşkar olunmuşdur. Məhkəmə baxışı zamanı vergilərin Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən edilmiş dövr üzrə (son 7 il) hesablanmalı olmasının, sığorta ayırmalarının hesablanması üçün isə qanunvericilikdə dövr müəyyən edilmədiyindən sığorta ayırmalarının bütün d övrə hesablanmalı olduğu, ifadələr və araşdırma ilə müəyyən edilmiş digər xüsusatların nəzərə alınmalı olduğu qeyd edildi. Məhkəmədə təqdim olunan materiallarda imza ilə ödənişlərin alındığı və ya ödənildiyi barədə hər hansı sənəd aşkar olunmadığından hesablamalar ifadələrdən və baza məlumatlarından istifadə edilməklə aparıldı. "xxxx" MMC-nin (VÖEN **********) nümayəndələri tərəfindən 169750,0 manat əmək haqqı məbləğinin ödənildiyi məhkəmədə təsdiqini taparsa təqdim olunmuş ifadələr və araşdırma ilə müəyyən edilmiş xüsusatlar nəzərə alınmaqla 2397,36 manat verginin və 16408,60 manat dövlət sosial müdafiə fonduna ayırmalar, işsizlikdən sığorta və icbari sığorta haqlarının hesablanması məqsədə uyğundur. 2018-ci ilin dekabr ayından 2020-ci ilin aprel ayına, yəni işlərin dayandırılmasına və i şçilərin işdən kənarlaşdırılması tarixinə kimi ödənilməli olan, ancaq ödənilməyən vergi və məcburi dövlət sosial sığorta haqların məbləğinin keçirilmiş ekspertiza, həmin ekspertiza rəyi üzrə ekspertin dindirilməsinin nəticəsində yenidən ekspertiza keçirilməklə müəyyən edilməsinin mümkün olmaması, mütəxəssisin də işçilərin sayına görə vergi və məcburi dövlət sosial sığorta haqların məbləğinin müəyyən edildiyinə dair ifadəsində göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, ekspertizanın təftiş əsasında aparılan və əldə olunan maliyyə sənədlərinə uyğun keçirilməsinin mümkünlüyü, cinayət işinin materiallarında olan sənədlərlə rəy verilməsinin mümkünsüzlüyünə dair ekspertin ifadəsində göstərilənlər ədalətli məhkəmə araşdırılmasının ağlabatan müddətdə aparılması (işə baxılmasının b ilə-bilə uzadılması, süründürməçilik hallarını yaradacağı və s.) baxımından yenidən ekspertiza keçirilməsini istisna etdiyindən, mütəxəssis tərəfindən verilmiş yazılı izahata (ifadəyə) əsasən 2018-ci ilin dekabr ayından 2020-ci ilin aprel ayınadək olan dövrdə ümumilikdə 14862,50 manat məcburi sığorta haqqı və 89,04 manat gəlir vergisi müəyyən edildiyindən və bu halın şəxsin xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınması halı kimi dəyərləndirilməsini mümkünsüz etdiyindən, o cümlədən onun tərəfindən yayındırılan vergi və məcburi dövlət sosial sığorta haqlarının həddinin məsuliyyətə cəlb edilmə üçün müəyyən edilən həddən aşağı olduğundan Məhkum Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə bəraət verilməsi əd alətli və qanuni olmuşdur. Bununla belə kassasiya məhkəmə kollegiyası xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində aparılan hesablamalar nəticəsində təqsirləndirilən şəxs Məhkum tərəfindən üzümçülük təsərrüfatında işçilərin əmək müqaviləsi bağlanılmadan xeyli sayda şəxsi işlərə cəlb edilməklə işlətməsi nəticəsində vergidən yayındırılan 2397,36 manat və 16408,60 manat dövlət sosial müdafiə fonduna ayırmaların (işsizlikdən sığorta, icbari sığorta və ya məcburi dövlət sosial sığorta haqlarından) həddi cinayət məsuliyyətinə cəlb edilmə üçün müəyyən edilən həddən aşağı olduğu üçün cinayət təqibi qaydasında tələb edilməsini mümkünsüz etsə də, həmin məbləğlərin digər məhkəmə icraatı qaydasında iddia irəli sürməklə tələb edilməsini istisna edilmədiyini qeyd edir. Beləliklə, Azərbaycan Respublikas ının Cinayət-Prosessual Məcəlləsinə əsasən Məhkum ittiham olunduğu CM-in 213.1-ci maddəsi ilə əməldə cinayət tərkibi olmadığından birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq bəraət verilmiş, apellyasiya məhkəmə kollegiyası isə bu hökmü dəyişdirmədən qüvvədə saxlamışdır. Göründüyü kimi, Məhkum tamamilə haqlı olaraq CM-in 213.1-ci maddəsi ilə bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in yuxarıda göstərilən normalarının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protesti və kassasiya şikayətlərində məhkəmələr t ərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış CM-in 213.1-ci maddəsinə dair hissədə bəraət verilməsi barədə hökmün və apellyasiya məhkəməsinin qərarının yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya məhkəm əsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, zərərçəkmiş hüquqi şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Verg i Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və məhkumun müdafiəçisi Əsgərov Zöhrab İmaməli oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Zərərçəkmiş hüquqi şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfin dən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkumun müdafiəçisi Əsgərov Zöhrab İmaməli oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 mart 2024-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1815/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1815/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver