Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1815/2025 26.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, xx xxxxxxx 1989-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödəni lməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.7, 221.3 və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-186/2025 nömrəli 15 yanvar 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi, “Verdiktum” Vəkil Bürosunun vəkili X3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-979/2024 nömrəli 25 sentyabr 2024-cü il tarixli hökmü ilə (hakimlər E.H.İsmayılov (sədrlik edən və məruzəçi), C.İ.Hüseynov və S.Müdafiəçi3 ibarət məhkəmə tərkibində) Məhkum - Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.7, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törədilməsində təqsirli bilinib, CM-in 120.2.1 və 120.2.2-ci maddələri ilə 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 29,120.2.1, 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci maddələri ilə 14 (on dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 16 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.7, 221.2.1, 221.2.2 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2, məhkum edilmiş şəxs Məhkum müdafiəçisi X3 və zərər çəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən verilmiş apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-186/2025 nömrəli 15 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər F.Ə.Qəniyev (sədrlik edən və məruzəçi), İ.A.İbrahimli və Ə.Q.Ələkbərovdan ibarət məhkəmə tərkibində) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-979/2024 nömrəli 25 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən Məhkum 15 mart 2023-cü il tarixdə saat 23 radələrində tanışları Təqsirləndirilən şəxs və X5 ilə birlikdə Bakı şəhəri, 9-cu mikrorayondakı "Mağara" restoranında yemək yeyib spirtli içki qəbul etdikdən sonra, məclislərini davam etdirmək üçün oradan çıxıb piyada 16 mart 2023-cü il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 88 ünvanda olan binanın 6-cı mərtəbəsində yerləşən “Huqqa” restoranına gəlib, ümumi zalda müsiqiçilər üçün nəzərdə tutulmuş səhnənin yanındakı masada əyləşmiş, bir qədər sonr a tanışları Şahid2 da həmin restorana gələrək onlarla eyni stola əyləşmiş, bundan sonra spirtli içki pivə sifariş verib içmiş, sərxoş halda 01:30 radələrində qonşu masada əyləşmiş Zərərçəkmiş şəxs1 musiqi sifariş etməsi ilə əlaqədar aralarında baş vermiş mübahisəni cüzi səbəb kimi bəhanə edib, tanışı Təqsirləndirilən şəxs ilə bir qrup şəxs halında ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirərək, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan xuliqanlıq hərəkətləri etməklə Zərərçəkmiş şəxs1 və sonuncunun tanışı Zərərçəkmiş şəxs2 üz və sifət nahiyələrinə yumruqla zərbələr vurmuş, restoranın dəhlizində və restoranın yerləşdiyi binanın həyətində öz xuliqanlıq hərəkətlərini davam etdirərək, sonunculara yenidən yumruq zərbələri vuraraq Zərərçəkmiş şəxs1 sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, alın-təpə nahiyəsinin əzilmiş yarası, sol almacıq nahiyəsinin qançırı fonda sıyrıqları, sağ yanaq və hər iki diz oynağı nahiyələrinin sıyrıqları, sağ əlin arxa səthinin qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri, Zərərçəkmiş şəxs2 isə alın nahiyəsinin sağ yarısının, üst dodağın dəri örtüyünün sıyrıqları, sağ ğözyuvası ətrafı yumşaq toxumaların, döş qəfəsinin ön səthinin, sol bazunun qançırları kimi sağlamlığa zərər vurmayan bədən xəsarət ləri yetirmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 müqavimətini qırmaq və özünü müdafiə etmə imkanını məhdudlaşdırmaq məqsədilə onun başını qoltuğu altına salıb sıxmış, o isə, həmin vaxtı məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağını silah qismində istifadə edərək zərər çəkmiş Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədi ilə zərbə vuraraq döş qəfəsinin sağ yarısının ön səthində, döşyanı xətt üzrə, Vİ-Vİİ qabırğalararası sahədə, ayaqaltından 125 sm. yuxarıda olan döş boşluğuna nüfuz edən ürəyi yaralayaraq kəskin qanitirmə törədən 1 (bir) ədəd deşilmiş- kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır bədən xəsarəti yetirməsi nəticəsində sonuncu yerə yıxılmış, Təqsirlənd irilən şəxs həmin vaxtı təpiklə onun baş nahiyəsinə bir necə dəfə zərbə vuraraq bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum etməklə qəsdən öldürmüş, bundan sonra vahid qəsdi ilə əhatə olunan hərəkətlərini davam etdirməklə onların bu hərəkətlərinin qarşısını almağa çalışan və ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 müqavimət göstərib Təqsirləndirilən şəxsla əlbəyaxa olarkən onların hər ikisi yerə yıxılmış, həmin vaxtı o, məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağını silah qismində istifadə edərək zərər çəkmiş Zərərçəkmiş şəxs2 qəsdən öldürmək məqsədi ilə zərbələr vuraraq döş qəfəsinin arxa səthinin sağ yarısının döş boşluğuna nüf uz edərək sağ qabırğaaltı arteriyanı və sağ ağciyəri zədələyən, hemopnevmotoraksla (plevra boşluğuna hava və qan toplanması) müşaiyət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin arxa səthinin sol yarısının döş və qarın boşluqlarına nüfuz edərək çənbər qabırğası zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərər vurmaya aid və döş qəfəsinin sağ yarısının döş boşluğuna nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sağ budun yuxarı 1/3-nin bayır səthinin 1 (bir) ədəd deşilmişkəsilmiş yarası kimi sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, lakin Zərərçəkmiş şəxs2 vaxtında və ixtisaslaşmış tibbi yardım göstərildiyindən iradəsindən asılı olmayan səbəblərə görə əməlini başa çatdıra bilməyib bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən həyatdan məhrum etməyə cəhd etməklə, qəsdən iki şəxsi öldürməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-186/2025 nömrəli 15 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 120.1 və 126.1-ci maddələrinə tövsif edilməli və həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Belə ki, şahid qismində ifadə vermiş Şahid15, X6, Şahid2 (meyxanaçı), Şahid3 (mühafizəçi), Şahid1 (DJ), Şahid11 (qəlyançı), Şahid8 (restoranın rəsmi i carəçisi), Şahid10 (ofisiant), X2 (ofisiant), Şahid13 və s., həmçinin ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid4 (qazi) ifadələrində hadisənin məhz zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və mərhum Zərərçəkmiş şəxs1 qanuna və əxlaqa zidd hərəkətləri nəticəsində baş verdiyini göstərmişlər. Şikayətdə göstərilmişdir ki, cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 30 mart 2023-cü il tarixli protokoldan da məlum olur ki, həmin tarixdə “Huqqa” restoranının daxilini, dəhlizi və hadisənin baş verdiyi Bakı şəhəri Nəsimi rayonu, Moskva prospekti 88 və 66 ünvanlarının kəsişməsini qeydə alan videokamera görüntülərinə baxış keçirilmişdir. Həmin videogörüntüdə hadisə günü saat 01:40-dən 01:47-dək olan müddət ərzində Zərərçəkmiş şəxs1 və Zərərçə kmiş şəxs2 dəfələrlə müxtəlif şəxslər tərəfindən restorandan çölə çıxarılması, onların getmək istəməməsi və aqressiv şəkildə yenidən restorana daxil olması öz əksini tapmışdır. Həmin diskdəki videogörüntülərdən məlum olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və mərhum Zərərçəkmiş şəxs1 liftlə aşağı endikdən (01:47-də) beş dəqiqə sonra (01:52-də), Məhkum isə yeddi dəqiqə sonra (01:54də) aşağı düşmək üçün liftə minmişlər. Həmçinin, həmin videogörüntülərdən o, da məlum olur ki, bıçaqlanma hadisəsi zərər çəkmişlərin aşağı düşmək üçün liftə mindikdən 45 dəqiqə sonra baş vermişdir. Bu hal isə bir daha təsdiq edir ki, Zərərçəkmiş şəxs2 “restoranda onları döyən adamların çox olmasından qorxduqlarına, həmçinin özünün və Cəsarətin içkili vəziyyətdə olmasına görə oradan getmək məqsədilə liftlə aşağı düşüb, gəldikləri “Mersedes Vito” markalı avtomobilə minmək istəyərkən Təqsirləndirilən şəxs, Məhkum və digər 20 nəfərə yaxın şəxs onların qarşısını kəsərək getməyə imkan verməməsi” barədə dedikləri həqiqəti əks etdirmir, əksinə həyətə düşdükdən sonra belə, onları oradan uzaqlaşdırmaq istəyən şəxslərə məhəl qoymamış, hadisə yerində qalaraq münaqişənin davam etməsinə və bu həddə çatmasına səbəbkar olmuşlar. İş kassasiya instansiyası məhkəməsində baxılanadək, Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin g eri götürülməsinə dair ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əs asən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət-prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-186/2025 nömrəli 15 yanvar 2025-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)186/2025 nömrəli 15 yanvar 2025-ci il tarixli qər arından Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1815/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1815/2025
26.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver