Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1816/2022 28.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Quba Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmünə əsasən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-c i maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2022-ci il tarixli qərarından dövlət ittihamçısı X4 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin (sədrlik edən hakim X5) 15 mart 2022-ci il tarixli hökmü ilə xx.xx.1967-ci il tarixdə Quba rayonu, Qarxun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olunmayan, evli, Quba rayonu, Qarxun kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş dir. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X2 tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsinin qoyulması, barəsində seçilmiş " polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. xx.xx.1983-cü il tarixdə Laçın rayonu, Pircahan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, evli, Laçın rayonu, Pircahan kəndində qeydiyyatda olmaqla Quba rayonu, 2ci Nügədi kəndində yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X2 tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsinin qoyulması, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abdulov Rəşad Məhərrə m oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X3 ibarət tərkibdə) 19 may 2022ci il tarixli qərarı ilə Apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmişdir.Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinmələrinə dair Quba rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 1(027)44/2022 nömrəli hökmü Məhkum1 münasibətdə dəyişdirilmişdir. Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi il təqsirli bilinərək təyin edilmiş 2(iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 2019-cu ilin dekabr ayının əvvəllərində tanışı Məhkum2 01 ədəd üstündə "DE 506” rəqəmləri həkk olunmuş zavod üsulu ilə hazırlanmış, 7,62 mm kalibrli, "Mosin” sistemli, 1938-ci il nümunəli, sandıqçası çıxarılmaqla və lüləaltı yatağı ilə bütövlük təşkil edən qundağı dəyişdirilməklə ilkin konstruksiyasında dəyişiklik edilmiş, saz vəziyyətdə və atəş açmaq üçün yararlı yivli odu silah olan "DE 506” nömrəli karabini, həmçinin məlum olmayan tarixdə və mənbədən 01 ədəd üstündə "80726” rəqəmləri həkk olunmuş, zavod üsulu ilə hazırlanmış, 5,6 mm kalibrli, "TOZ-8” modelli, 80726 nömrəli saz vəziyyətdə və atəş açmaq üçün yararlı yivli odlu idman silahı olan tüfəngi, dib hissələrində "188-85" və "188-75” rəqəmləri həkk olunmuş 64 (altmış dörd) ədəd zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1908-ci il nümunəli, 7,62x54 mm kalibrli olmaqla, hamin kalibrə malik 1891/30-cu il n ümunəli "Mosin” sistemli tüfəngdə, 1931 -ci il nümunəli və "Draqunov” (CBD) konstruksiyalı snayper tüfənglərində, 1936-cı il nümunəli avtomatik "Simonov” tüfəngində, 1938-ci (CBT-38) və 1940-cı (CBT-40") illər nümunəli özüdolduran "Tokarev” sistemli tüfənglərdə, "Mosin” sistemli 1938-ci il və 1944-cü il nümunəli karabinlərdə, lentə doldurulmuş vəziyyətdə isə "Dektərev” (DP-24", "DT", "DTM") sistemli, "Maksim", "Qorönov” (SQ-43, SQM, SQMT dəzgahlı pulemyotlarda, rota pulemyotunda (RP-46), "Kalaşnikov" (PK, PKM, PKT, PKS) konstruksiyali pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, 62 ədədi izburaxan, 01 ədədi polad özəkcikli, 01 ədədi isə adi gülləli atəşə (istifadəyə) yararlı döyüş sursatları olan patronları, dib hissələrində "539-87", "711-83”, "539-İ”, "539-Q” hərf va rəqəmləri həkk olunmuş 05 (beş) ədəd zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik "Kalaşnikov" konstruksiyalı "AK" (AKM", "AKC", AKMC) markalı avtomat silahlarda, "RPK” (RPKS) markalı əl pulemyotlarında, "CKC” karabinində və s. yivli odlu döyüş silahlarında, istifadə edilmək üçün nəzərdə tutulmuş atəşə (istifadəyə) yararlı döyüş sursatları olan patronları, dib hissələrində "3-81, "17-79, "270-81" "3- 85" rəqəmləri həkk olunmuş 5 (beş) ədəd, zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik, "Kalaşnikov" konstruksiyalı "AK-74" ("AKC-74", "AKS-74U”) markalı avtomat silahlarda, "RPK-74” (RPKS-74") markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, 04 ədədi adi gülləli, 01 ədədi isə izburaxan gülləli, atəşə (istifadəyə) yararlı döyüş sursatları olan patronları, örtüksüz güllələrə maik 22 (iyirmi iki) ədəd, zavod üsulu ilə hazırlanmış, pistonları yandan alışan, 5,6 mm kalibrli olmaqla, həmin kalibrə malik "TOZ-8 (TOZ-8M), TOZ-7" (T03- 7A), T0311", TO3-16, T03-17", TOZ-18", "TOZ-21-1", "TOZ-29 və s. modelli idman-ov tüfəng və karabinlərində, "T03-35", "İJ-1” markalı idman tapançalarında, "Smirin” markalı revolverlərdə, "Amerikan 180” markalı avtomatlarda, habelə digər yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş atəşə (istifadəyə) yararlı döyüş sursatları olan patronları yaşadığı Quba rayonu, Qarxun kəndindəki evinə gətirərək həmin evin damında və y ataq otağında saxlamış, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin evə baxış zamanı evin damından və yataq otağından aşkar edilərək götürülmüşdür. Məhkum2 məlum olmayan tarixdə və mənbədən 01 ədəd üstündə "DE 506” rəqəmləri həkk olunmuş zavod üsulu ilə hazırlanmış, 7,62 mm kalibrli, "Mosin” sistemli, 1938-ci il nümunəli, sandıqçası çıxarılmaqla və lüləaltı yatağı ilə bütövlüktəşkil edən qundağı dəyişdirilməklə ilkin konstruksiyasında dəyişiklik edilmiş, saz vəziyyətdə və atəş açmaq üçün yararlı yivli odu silah olan “DE 506” nömrəli karabini əldə edərək, 2019-cu ilin dekabr ayının əvvəllərində Quba rayonu 2-ci Nügədi kəndində tanışı Quba rayonu, Qarxun kəndində yaşayan Məhkum1 vermiş, 27.04.202l- ci il tarixdə saat 16 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum1 yaşadığı evə baxış keçirilərkən həmin silah sonuncunun yaşadığı evin damından aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərilir ki, Məhkum1 və Məhkum2 əməlinin hüquqi tövsifı mübahisə doğurmasa da, təyin edilmiş cəzanın yüngüllüyünə görə məhkəmə kollegiyasının həmin qərarı əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışma təyin edilməlidir. Lakin, həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəmələri tərəfindən Məhkum1 və Məhkum2 ittiham olunduqları CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza növü təyin edilərkən, cinayət qanununun normalarının, eləcə də Konst itusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə. Ali Məhkəmənin Plenumunun şərh olunan qərarlarındakı tövsiyələrinə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Hökmdən və yekun qərardan göründüyü kimi. Məhkum1 və Məhkum2 törətdikləri cinayəti etiraf edib əməllərindən səmimi peşman olmalarını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını və ilk dəfə az ağır cinayət əməli törətmələrini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirən məhkəmələr törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq hesab etmişlər ki. cəzanın məqsədləri Məhkum1 və Məhkum2 təqsirləndirildikləri CM-in 228.1 -ci maddənin sanksiyasında nəzərdə tutulmuş az adlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər. Birinci instansiya məhkəməsi Məhkum1 və Məhkum2 cəza təyin edərkən, apellyasiya məhkəmə kollegiyası isə həmin cəzaları Məhkum1 münasibətdə cüzi artırmaqla qüvvədə saxlayarkən təqsirkarların törətdikləri cinayəti etiraf edib əməllərindən səmimi peşman olmalarını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını və ilk dəfə az ağır cinayət törətmələrini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alsalar da, həmin halların cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsinin motivlərini hökmdə və yekun qərarda əsaslandırmamış və həmin halların hansı hərəkətlərlə ifadə olunduğunu sübut etməmiş, bununla da CPM-nin 139-cu maddəsinin tələblərini pozmuşlar. İşin faktiki hallarına əsasən isə müəyyən olunur ki. Məh kum1 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı tüfənglər və patronlar polis əməkdaşlarının keçirdiyi müvafiq tədbir nəticəsində aşkar edilərək götürülmüşdür. Yekun qərardan göründüyü kimi məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 törətdikləri cinayət əməlini səmimi etiraf edərək əməllərindən peşman olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. İş materiallarından göründüyü kimi, ibtidai istintaq zamanı Məhkum1 və Məhkum2 hərəkətlərində könüllü gələrək təqsirini boynuna almaları kimi yüngülləşdirici hal olmamış, onların törətdikləri cinayət az ağır cinayətlər kateqoriyasına aid olmuş, onlar cinayətin üstünün açılmasında köməklik etməmiş, ibtidai istintaq orqanı tərəfindən toplanmış təkzib olunmaz mötəbər sübutlarla ifşa olunduqdan sonra törətdi kləri cinayət əməlini etiraf etmişlər. Məhkəmədə isə səmimiyyət görünüşü yaratmaqla cəzasını yüngülləşdirmək məqsədi ilə əməllərindən peşman olduqlarını bildirmişlər. Hər iki məhkəmə instansiyası cəza təyin edərkən əməlin ictimai təhliikəliliyini kifayət qədər yüksəldən halları - Məhkum1 qanunsuz əldə edib saxladığı patronların sayını, yəni 1-2 ədəd deyil. 96 ədəd olmasını nəzərə almamışdır. Kassasiya protestində Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2022-ci il tarixli qərarı ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli o laraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin təqsirli bilindikləri maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən azadlığın məhdudlaşdırılması cəzasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cina yətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və aza dlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi məhkumlar Məhkum1 və Məhkum2 cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirən halları (ilk dəfə az ağır cinayət törətmələri, törətdiyi əməli etiraf edərək peşiman, yaşayış yerindən müsbət xarakterizə olmaları)və ağırlaşdıran halın olmamasını nəzərə almışdır. Belə ki, Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin təqsirli bilindikləri maddənin sanksiyasının həddində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası islah təsiri baxımından yetərli olmaqla sosial ədalət prinsipinin tələblərinə uyğundur. Apellyasiya Məhkəməsi Məhkum2 cəza təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da, Məhkum1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, əvvəllər məhkum olunmamasını, həmin cəzanın Məhkum1 islah olmasına yetərli təsir etməməsini, onun şəxsiyyəti və ailə vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəzanın məqsədinə, yəni təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkumun, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində müəyyən edilmiş azadlığın məhdudlaşdırma cəzasının yuxarı həddində cəzanın təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, aş ağı instansiya məhkəmələrinin məhkumlara törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildikləri maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yal nız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası kassasiya protestinin məhkumlara təyin edilmiş cəzanın yüngül olması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, yuxarıda şərh olunanlara əsasən məhkumlara təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası və onun həddi ədalətli, qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayə t edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxslərə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onların islah olunması məqsədinə cavab verir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunm aları barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1816/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1816/2022
28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver