Məhkəmə qərarları › İş №1(102)-1817/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1817/2022

28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1817/2022 28.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və Məhkum1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmünə əsasən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X9 və X6 ibarət tərkibdə) 16 avqust 2021-ci il tarixli hökmü ilə xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 4, ev 1-də qeydiyyatda olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqqu z) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 12 mart 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və o, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə digər şəxs Məhkum2 da məhkum olunuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X10 və X5 ibarət tərkibdə) 24 noyabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum1 və müdafiəçisi Müdafiəçi1 tər əfindən ayrı- ayrılıqda verilmiş apellyasiya şikayəti, təqsirləndirilən şəxs Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-327/2021 saylı, 16 avqust 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə əlavəsinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 tanışı Məhkum2 qeyriləri ilə narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlamaqla daşıma və satma barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar razılaşmaya əsasən Məhkum1 istintaqa məlum olmayan qrupun digər üzvü tərəfindən naməlum vaxtda, şəraitdə və yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 1.235,282 qram na rkotik vasitə heroin, külli miqdarda - 1.910 qram narkotik vasitə tiryək, külli miqdarda - 1.015 qram narkotik vasitə qurudulmuş marixuananı və "Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil olan külli miqdarda - 102,303 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib saxlayaraq qanunsuz olaraq Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsinə daşımış, orada naməlum vaxtda 1.005 qram heroini və 102,303 qram metamfetamini cinayətkar sövdələşməyə əsasən satıb pulunu sonradan vermək şərti ilə tanışı Məhkum2 vermiş, bu bərədə daxil olmuş məlumata əsasən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 mart 2020-ci il tarixdə saat 1 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Mə hkum1 ünvan 1 ünvanın qarşısında saxlanılıb idarə etdiyi "Mersedes Benz" markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla birlikdə adı çəkilən idarəyə dəvət edilmiş və həmin gün saat 03:50 radələrindən Baş İdarədə Məhkum1 icazəsi və iştirakı ilə qeyd edilən avtomobilə baxış keçirilərkən sonuncunun satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı arxa yük yerindən külli miqdarda - 1.015 qram tərkibində narkotik maddələr olan (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda - 1.910 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və həmin avtomobilin sol qabaq oturacağının alt hissəsindən külli miqdarda - 230,282 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şika yətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərmişdir ki, məhkəmələr tərəfindən araşdırma aparılmamış, istintaq orqanının yol verdiyi pozuntular nəzərə alınmadan ədalətsiz və qanunsuz qərarlar qəbul edilmişdir. Məhkum kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərarının ləğv edilərək barəsində olan cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Ka ssasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qan unları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkum kassasiya şikayətində cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə tələb irəli sürmüşdür. Kassasiya məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 303-cü maddəsində məhkəmənin hazırlıq iclasının yekununda qəbul edilən qərarlardan birinin- cinayət işinin və ya məhkəmə yədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarın qəbul edilməsi qaydası və əsasları təsbit edilmişdir. CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Qanunvericiliyin şərh olunan maddəsinin məzmunundan aydın olur ki, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsi məhkəmənin hazırlıq iclasının predmeti olmaqla işə mahiyyəti üzrə baxılarkən qanuni həll edilməsini qeyri-mümkün edən kobud pozuntularının aşkar olunduğu halda həll edilir. Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərarından və məhkəmə iclas protokolundan görünür ki, cinayət işi üzrə göstərilən tarixdə hazırlıq iclası keçirilmiş, təqsirləndirilən şəxs Məhkum1 məhkəməyə verilmiş və məhkəmə baxışı təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında CPM-in 303-cü maddəsində təsbit olunmuş kobud pozuntular müəyyən edilməmiş, proses iştirakçıları, o cümlədən təqsirləndirilən şəxs və ya müdafiəçi tərəfindən cinayət işinin ibtidai araşdırmaya prosessual rəhb ərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət verilməmişdir. Demokratik, hüquqi dövlətdə ədalət mühakiməsi həyata keçirilərkən Konstitusiyanın, CPM-in, Azərbaycan Respublikasının digər qanunlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl edilməsi məhkəmələrin və cinayət prosesinin iştirakçılarının əsas vəzifəsi olmalıdır. Ədalət mühakiməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş prosessual hüquq normaları çərçivəsində həyata keçirilməli və məhkəmələr tərəfindən cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydalara dəqiq riayət olunmalıdır. Bununla yanaşı, kassasiya instansiyası məhkəməsi öz səlahiyyətləri çərçivəsində ədalət mühakiməsini həyata keçirən məhkəmələrin yol verdikləri prosessual pozuntuları aradan qaldı raraq vahid məhkəmə təcrübəsini formalaşdırmalı, bununla da cinayət-prosessual normaların düzgün tətbiq edilməsinə zəmin yaratmalıdır (“Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 aprel 2012-ci il tarixli Qərarı). Hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququ “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14cü maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiy a) 6-cı maddəsində təsbit edilmişdir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. (X1rşı iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarı) Qeyd edilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayətinin, cinayət işinin istintaq orqanına qaytarılması ilə bağlı dəlilləri hər hansı hüquqi əsasa söykənən dəlillər deyil və bu baxımdan təmin oluna bilməz. Cinayət işinin istintaq orqanına qaytarılması birinci instansiya məhkəməsində hazırlıq iclasının predmeti olmaqla həmin iclasda işə mahiyyəti üzrə baxılarkən qanuni həll edilməsini qeyri-mümkün edən kobud pozuntular aşkar olunmamış v ə cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs məhkəməyə verilərək cinayət işi baxılmağa təyin edilmişdir. Kassasiya şikayətinin məhkum tərəfindən təqdim edilən sübutların araşdırılmaması və obyektiv hüquqi qiymət verilməməsi ilə bağlı dəlillərinə münasibətdə kasssasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun əməlinin Cinayət Məcəlləsinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə qənaətini əsaslandırarkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə tədqiq edilmiş sübutlar ilə Məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması qənaətinə gəlmişdir. Belə ki, istər ibtidai araşdırma orqanı, istərsə də, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmişdir. Təqsirləndirilən şəxs Məhkum1 evində baxış keçirilərkən 80 qram qurudulmuş marixuanadan başqa narkotik vasitə və psixotrop maddənin olmamasını mübahisələndirsə də, ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə dindirilərkən etiraf etmiş, onun ifadəsi d igər sübutlarla məcmu qaydada dəyərləndirilərkən ona qarşı irəli sürülən ittiham əsaslı şübhələr yaratmayan sübutlarla təkzib edilməməklə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və ya daşıma) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitəni satış məqdəsi ilə qanunsuz olaraq külli miqdarda əldə edib idarə etdiyi avtomobildə saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi narkotik vasitəni satış məqsədilə saxlaması yönəldiyi sübuta yetirilməli, narkotik vasitəni məhz satış məqsədi ilə əld ə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilmə sinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Məhkəmə-kimyəvi ekspertizasının 12 mart 2020-ci il tarixli 6/154 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Vət. Məhkum1 idarə etdiyi avtomobilin sol qabaq oturacağının altından aşkar edilmiş ”yazısı olan paketdəki, 1 (bir) ədəd torbada, təmiz çəkisi 230,282 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; tədqiqata təqdim edilmiş, üzərində: "Vət. Məhkum1 idarə etdiyi avtomobilin arxa baqajindan əşkar edilmiş....” yazısı olan paketdəki, içərisində, 1 (bir) ədəd parça kisənin içərısində, təmiz çəkısı 1.910 qram (1 kq 10 qr) tünd qəhvəyi rəngli, qət ranabənzər, spesifik iyli maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir; heroin və tiryək müxtəlif növ narkotik vasitələr olduğu üçün, onların arasında müqayisəli tədqiqat aparılmalıdır. Məhkəmə-kimyəvi ekspertizasının 12 mart 2020-ci il tarixli 7/50 nömrəli rəyindən görünür ki, təqdim olunmuş ağ kağız üzərində "Məhkum1 avtomobilin baqajından aşkar edilərək götürülmüş...” sözləri yazılmış polietilen torbada təmiz çəkisi 1.015 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə-kimyəvi ekspertizasının 12 mart 2020-ci il tarixli 6/155 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "şübhəli şəxs Məhkum2 üzərindən aşkar edilərək götür ülmüş...”yazısı olan paketdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 1.005 qram (1 kq 5 qr) qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir; tədqiqata təqdim edilmiş, üzərində: "Məhkum2 psixotrop maddə olan metamfetamlnə bənzər maddə götürülmüş..." yazısı olan paketdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 102,303 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir; Məhkum2 götürülmüş heroin, vət. Məhkum1 götürülmüş heroinlə (6/154 saylı ekspert rəyi), xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir (1 -ci cild iş vərəqi 73-76). Ambulator məcburi məhkəmə-narkoloji ekspertiza üzrə 6 iyul 2020-ci il tarixli 1850 nömrəli ekspert rəyindən görünür ki, Məhkum1 çətənə bitkisi preparatlarından sui-isti fadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; məcburi müaliciyə əks göstərişi yoxdur; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 12 mart 2020-ci il tarixli "avtomobilə baxış keçirilməsi və götürmə ” haqqında protokoldan görünür ki, Məhkum1 12 mart 2020-ci il tarixdə saat 01:00 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və həmin gün saat 03 radələrindən 99BM-567 dövlət qeydiyyat nişanlı "Mersedes Benz” markalı avtomobilə keçirilən baxış zamanı avtomobilin arxa yük yerindən külli miqdarda - 1.015 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda - 1.910 qram çəkidə narkotik vasitə tiryək və həmin avtomobilin sol qabaq oturacağının alt hissəsindən külli miqdarda 230,282 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə müəyyən edilmiş hallardan və araşdırılan sübutların, o cümlədən şahid ifadələrinin müqayisəli təhlilindən görünür ki, Məhkum1 tanışı Məhkum2 və qeyriləri ilə narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlamaqla daşıma və satma barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etməsi, cinayətkar razılaşmaya əsasən Məhkum1 istintaqa məlum olmayan qrupun digər üzvü tərəfindən naməlum vaxtda, şəraitdə və yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə metamfetamin əldə edib saxlayaraq qanunsuz olaraq Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsinə daşıyaraq orada naməlum vaxtda 1.005 qram heroini və 102,303 qram meta mfetamini cinayətkar sövdələşməyə əsasən satıb pulunu sonradan vermək şərti ilə tanışı Məhkum2 verməsi, keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Məhkum1 ünvan 1 ünvanın qarşısında saxlanılıb idarə etdiyi "Mersedes Benz" markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən sonuncunun satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı arxa yük yerindən külli miqdarda - 1.015 qram tərkibində narkotik maddələr olan (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda - 1.910 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və həmin avtomobilin sol qabaq oturacağının alt hissəsindən külli miqdarda - 230,282 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi barədə verilən it tihamın öz təsdiqini tapması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə və onların məcmusuna ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum1 n CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cina yət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğ unun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması ü çün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə sə bəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum1 Cinayət Məcəlləsinin 234.4.1və 234.4.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum1 istinad edilən cinayət əməllərini törətməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq y oxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, k assasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar