Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1817/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İsgəndər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və məhkumun müdafiəçisi Həsənov İqbal Mehdi oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli, 1(107)-60/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə ma hiyyəti üzrə baxaraq, Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 1(091)-230/2022 nömrəli hökmü ilə (sədrlik edən və məruzəçi hakim R.Ə.Əliyev, hakimlər B.M.Məmmədov və N.N.Mirzəyevdən ibarət tərkibdə) xx.xx.1991-ci ildə Ucar rayonu Lək kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, orta təhsilli, x qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza müddətinin əvvəli 08 iyun 2022-ci il tarixdən hesablanmışdır. Hökmdən məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən v erilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən və məruzəçi hakim İ.H.Şükürov, hakimlər A.M.Eyvazov və X.H.Səmədovdan ibarət tərkibdə) 09 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarından müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 06 aprel 2022-ci il tarixdə, saat 00:30 radələrində Ucar rayonu, Lək kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı k üçə ilə kənd yolunun kəsişməsində sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onu nalayiq sözlərlə təhqir etməsindən əsəbiləşərək sərxoş vəziyyətdə qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlib, əlində olan təsərrüfat-məişət təyinatlı çəkiclə Zərərçəkmiş şəxs baş nahiyəsinə birinci zərbəni endirdikdən sonra sonuncunun huşunu itirərək yerə yıxılmasına baxmayaraq, ictimai təhlükəli hərəkətlərini davam etdirməklə cinayətkar niyyətini başa çatdırmaq məqsədilə çoxsaylı zərbələr endirərək alın nahiyəsinin əzilmiş yarası, alın cibinin xarici səhvəsinin basılmış qəlpəli sınığı, həmin sınığın daxili səhvəyə pərçimlənməsi, iki göz yuvasının yuxarı divarına irradiasiya edən xətti sınığı və alt dodaqda sıyrıqla müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran zaman zərərçəkmiş şəxsin atası Şahid1 onun qolundan tutub hərəkətlərinin qarşısını aldığından, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı çəkiclə Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum əməli düzgün tövsif olunmamış, ibtidai istintaq qərəzli aparılmışdır. Məhkəmələr hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işinə baxarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416-cı maddəsində nəzərdə t utulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, nəticədə Məhkum əməli düzgün olmayaraq CM-nin 29.120.1-ci maddəsi ilə tövsif olunmaqla sonuncu əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə təqsirli bilinib ağır cəzaya məruz qalmışdır. Müdafiəçi kassasiya müraciətində iddia edir ki, Məhkum Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, zərəçəkmiş şəxs özü Məhkum üzərinə hücum çəkmiş və qarşılıqlı münaqişə zamanı Məhkum özünü müdafiə etmək məqsədi ilə onu yerə yıxmaqla yerdə olan daşla onun baş nahiyəsindən iki dəfə zərbə vurmuş, həmçinin Məhkum zərərçəkmiş şəxsi öldürmək niyyəti olsaydı o fürsətdən istifadə edərək istəyinə çata bilərdi, belə ki, mübahisə zamanı heç kim onlara müdaxilə etməyib və onları heç kim aralaşdırma yıb. Müdafiəçi kassasiya şikayətində iş üzrə olan çoxsaylı ziddiyyətlərin aradan qaldırılması üçün Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarın ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin d əlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi2 kassasiya şikayətində Məhkum əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə tövsif olunduğunu, nəticədə əməlinə uyğun olmayan cəzaya məruz qaldığ ını iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Ci nayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəz ərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosesual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, o, Məhkum zərərçəkmiş şəxsi öldürmək niyyəti olmadığını, məhkumun qarşılıqlı münaqişə zamanı özünü müdafiə etmək məqsədi ilə zərərç əkmiş şəxsi yerə yıxmaqla yerdə olan daşla onun baş nahiyəsindən iki dəfə zərbə vurduğunu, onun zərərçəkmiş şəxsi öldürmək niyyəti olduğu halda fürsətdən istifadə edərək istəyinə çata biləcəyini iddia etməklə, Məhkum əməlində Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində göstərilən cinayətlərin deyil, 127.1ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması haqqında qənaətini və həmin qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, əməlin hüquqi tövsifinin dəyişdirilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və özünün işin faktiki hallarına verdiyi təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsinin gətirdiyi faktiki halların mövcud olub-olmamasına münas ibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətlərində şərh olunan dəlillər ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etmə yə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya müəlliflərinin kassasiya şikayətlərinə irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələblərinin (o cümlədən, Məhkum əməllərinin düzgün tövsif olunamasına dair iddialarının) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş i şin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər Məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayətləri təşkil edən faktiki halların m üəyyən edilməsi, faktiki hallara cinayət qanunu normalarının tətbiqi, məhkəməyədək icraatda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından düzgün çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətlərində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə icraatlar Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, cinayət əməllərini təşkil edən faktiki halların müəyyən edilməsi zamanı birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, Məhkum Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticələr CPM-in 145,146-cı maddələrinə müvafiq olaraq qiymətləndirilmiş işə aid olan və biri digərin ə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Hökmdə sübutlar, o cümlədən təqsirləndirilənin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər materiallar təsvir edilib ətraflı şərh edildiyindən, eyni zamanda apellyasiya instansiyası məhkəməsinin qərarında məhkumun dəlilləri sübutlar və işin həqiqi halları ilə müqayisə edilməklə cavablandırıldığından, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətlərində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin yuxarıda şərh olunan məsələlər üzrə çıxardığı nəticələri təkzib edə və araşdırmanın obye ktivliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətlərinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirliliyi və cəzalandırılmalı olmasına dair nəticələrini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Məhkum münasibətdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Məhkum təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dər əcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı yüngülləşdirən hallar qismində “zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışığın əldə edilməsi” - Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində, “cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması” isə Cinayət Məcəlləsinin 59.1.13-cü mad dəsində nəzərdə tutulmuşdur. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Mə cəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların fonunda kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrindən çıxış edərək Məhkum himayəsində üç azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını sonuncunun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişlər. Həmçinin məhkəmələr tərəfindən Məhkum cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməmişdilər. Digər tərəfdən Məhkum qəsdən adam öldürməyə cəhdə görə, yəni CM-nin 29,120.1ci maddəsi ilə təqsirli bilinmişdir ki, bu da ona cəza təyini zamanı (həmin maddənin sanksiyasında doqquz ildən on dörd ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) CM-nin 63.3-cü maddəsində göstərilmiş – “cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa ç atmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz” müddəalarının nəzərə alınmaqla cəza təyinini tələb edir ki, qeyd olunan hal məhkəmələr tərəfindən gözlənilmişdir. Kassasiya instansiyası məhkəməsində aparılan icraat dövründə Zərərçəkmiş şəxs ilə barışması, onun məhkuma qarşı şikayətinin olmaması haqqında notarial qaydada təsdiq olunmuş 26 may 2023-cü il tarixli ərizə daxil olmuşdur. Təsvir olunanlardan görünür ki, Məhkum zərərçəkmiş şəxslə barışmış və onun məhkuma qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkum Zərərçəkmiş şəxs ilə barışması, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmaması (CM 59.1.12) kimi yüngülləşdirici hallar, onun başa çatmayan qəsdi ilə bağlı cəza təyin edirilməsini tələb edən CM-nin 63.3-cü maddə si ilə birlikdə nəzərdən keçirildikdə, Məhkum CM-nin 29, 120.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddinin dörddə üç hissəsinin dörddə üçü hissəsindən az olmayan həddədək azaldılmasının, yəni CM-nin 60.1-ci maddəsi tətbiq edilməsinə əsas yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmçinin «Məhkəmələr tərəfindən cin ayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Məhkəmə kollegiyası Məhkum cəza təyini zamanı CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsasların cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmasından çıxış edərək belə qənaətə gəlir ki, Məhkum Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində (cinayətə cəhdə münasibətdə) alternativsiz nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin (14 il) dördə üçünün, yəni 10 (on) il 06 (altı) ayın dörddə üçündən yəni 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gündən ar tıq müddətə cəza təyin edilə bilməzdi. Odur ki, məhkəmə kollegiyası baxılan işdə məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit edilmiş halın olmasını nəzərə alaraq hesab edir ki, həmin əsasla apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilib Məhkum azadlıqdan məhrum etmə cəzasının müddəti 07 (yeddi) il 10 (on) ay 15 (on beş) günədək azaldılmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi X4, həmin şikayətin təmin edilməməsi haqqında dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli, 1(107)-60/2023 qərarı dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli, 1(107)-60/2023 nömrəli qərarı dəyişdirilsin. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 07 (yeddi) il 10 (on) ay 15 (on beş) günədək endirilsin. Qərar saxlanılsın. kassasiya şikayətlərinə münasibətdə qalan his
Məhkəmə qərarları › İş №1(102)-1817/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1817/2023
12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver