Məhkəmə qərarları › İş №1(102)-1817/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1817/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1817/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx.xx.1960-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, evli, X qeydiyyatda olmaqla, X yaşayan, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət M əcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 1(107)-143/2024 nömrəli qərarından apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 1(046)-90/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: G.İ.Qurbanova) Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habel ə Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmışdır. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti vermiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər X.H.Səmədov (sədrlik edən), A.M.Eyvazov və İ.H.Şükürov) apellyasiya protesti təmin edilməmiş, Göyçay rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum 15 iyul 2023-cü il tarixdə saat 20:00 radələrində idarə etdiyi "Vaz 2106” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay şəhəri Nizami küçəsində hərəkətdə olarkən «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla "Telefon evi” mağazasının yaxınlığında yerləşən piyada keçidindən sağdan sola doğru keçmək üçün hərəkət edən piyada, xx.xx.1951-ci il təvəllüdlü X5 yolun əks istiqamətə tam keçməsini gözləmədən vurmuşdur. Nəticədə zərərçəkmişə müştərək ağır kəllə beyin travması, sağ tərəfdə ənsə sümüyünün xətti sınığı ilə nəticələnən baş beyinə ocaqlı qansızmadan ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, sağ bud, sol baldır, çanaq, üz skleti süm üklərindən sol əng - almacıq və burun sümüklərinin qapalı, yerdəyişən sınıqlarından ibarət dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, başın sağ təpə ənsə nahiyyəsində yumşaq toxumanın əzilmiş - cırılmış yarasından ibarət dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər və burun tağı nahiyəsində dərinin epidermis qatının sıyrılmış yarasından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətləri yetirmişdir ki, bu da ehtiyyatsızlıqdan Səfayə Abışovanın ölümünə səbəb olmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırm ışdır ki, birinci instansiya məhkəməsi Məhkum şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan, cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməyən həddindən artıq yüngül cəza təyin etmiş, bununla da məhkəmə tərəfindən cinayət qanununun cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamaqla eyni pozuntulara yol vermişdir. Kassasiya protestində xüsusilə ona istinad olunur ki, məhkəmələr zərər çəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslə barışmamasını, sonuncudan şikayətçi olmasını və ona ağır cəza təyin edilməsini xahiş etməsini nəzərə almamaqda haqlı olmamışlar. Dövlət ittihamçısı kassasiya protes tində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini və işin apelyasiya instansiya məhkəməsində yenidən baxılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi ka ssasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan, şəxsiyyətinə, t örədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəl əri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olun masına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Dövlət ittihamçısının istinad etdi yi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPMin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cə za “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarl arını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum təyin olunmuş cəzanın açıq-aydın yüngül olması barədə nəticəyə gəlmək üçün əsas vermədikləri müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozma cinayəti Cinayət Məcəlləsinin 15.3cü maddəsində az ağır cinayət kimi təsbit edilmiş təqsirin ehtiyatsızlıq formasında törədilən əməldir. Həmin maddənin sanksiyasında əsas cəza kimi 2 (iki) ildən 6 (altı) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və əlavə cəza kimi 3 (üç) ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkum isə CM-in 263.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, yəni sanksiyada müəyyən edilmiş azadlıqdan məhrum etmənin aşağı həddindən 02 (iki) il 06 (altı) ay çox, yuxarı həddən 01 (bir) il 06 (altı) ay az cəza təyin edilmişdir. Məhkum təqsirli bilindiyi cinayətin törədilmə hallarından görünür ki, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilən nəticəyə (zərərçəkən şəxsin ölməsinə) səbəb olmuş yol-nəqliyyat hadisəsi Məhkum cinayətkarcasına etinasızlığı nəticəsində baş vermişdir. Baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Birinc i instansiya məhkəməsi Məhkum əməlindən səmimi peşmançılıq çəkməsini, yaşının çox olmasını (hadisə törədilən vaxt 63 yaşı olmuş), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini və bununla da zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd etməsini (yas mərasimin xərcləri ödəmiş və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etmiş) sonuncunun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, apellyasiya instansiyası məhkəməsi də bununla razılaşmışdır. Qeyd olunan hallardan təqsirkar şəxsin cinayəti etiraf edib peşmançılığını bildirməsi və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa səy göstərməsi (Məhkum zərərçəkmiş şəxsin yas mərasimi üçün mərhumun ailə üzvlərinə 5000 manat məbləğində maddi yardım etməsi) Mə hkum öz əməlinə tənqidi münasibətini ifadə etməklə, onu müsbət cəhətdən xarakterizə edən, eyni zamanda onu belə davranış nümayiş etdirməyən cinayət törətmiş şəxslərdən fərqləndirmək üçün ciddi əsaslardır. Eynilə hadisə törədilən vaxt 63 yaşı olmuş Məhkum əvvəllər cinayət törətməməsi, yəni əvvəllər ona cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq olunmaması da cəzanın seçilməsinə təsir göstərən (cəzanın məqsədləri üçün təqsirkara hansı cəzanın daha uyğun olmasının müəyyən edilməsi baxımından əhəmiyyətli olan) mühüm xüsusatdır. Cinayət Məcəlləsinin 59.2-ci maddəsi isə CM-in 59.1.1-59.1.14-cü maddələrində birbaşa qeyd olunmamasına baxmayaraq, məhkəmələrə belə halları (təqsirkarın ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxs lə barışmaq üçün səy göstərməsini), cəzanı yüngülləşdirən hallar qismində nəzərə almağa hüquq verir. Qeyd olunan hallar müvafiq sübutlara əsaslanır. Bu səbəbdən məhkəmələrin sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmələrin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaətləri də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 6 1-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Kassasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 263.2-ci maddəsində təsbit edilən cinayətin obyektini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən hallar bu maddənin sanksiyası müəyyən olunarkən qanunvericinin nəzərə aldığı xüsusiyyətlərdir və onun tərəfindən həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə nəinki 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hətta bundan da az müddətə (2 il azadlıqdan məhrum etmədən və 1 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmədən başlayan) cəzanın təyin edilməsi mümkün görülmüşdür. Qeyd olunan halların fonunda (həmçinin, cinayətin törədilmə halları nəzərə alındıqda) Məhkum təyin olunmuş (apellyasiya məhkəm əsi tərəfindən dəyişdirilmədən saxlanılmış) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halın müəyyən edilmədiyini, yəni həmin müraciətlərin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyərək qərara alır ki, dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 1(107)143/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cin ayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 1(107)-143/2024 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar