Məhkəmə qərarları › İş №1(102)-1818/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1818/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1818/2023 17.10.2023 ALİ MƏHKƏMƏ X-baycan Respublikası adından X-baycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ X-baycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – X-baycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli hökmü ilə Xbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyun 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Mehdiyev Müşfiq Mürşüd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 1(099)423/2021 nömrəli (hakimlər: Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx 1971-ci ildə Bərdə rayonunda doğulmuş, Xbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, xxx qeydiyyatda olan və həmin ünvanda yaşamış Məhkum1 X-baycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələ rində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 15 noyabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum1 barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X13 da təqsirli bilinərək məhkum edilmişdirlər. Hökmdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Atakişiyev Faiq Mehrəli oğlu, X9, onun müdafiəçisi Həsənov İntiqam İsa oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, Məhkum1 müdafiəçisi Mehdiyev Müşfiq Mürşüd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət məhkəmə tərkibində) 2 iyun 2022-ci il tarixli 1(106)216/2022 nömrəli qərarı ilə X9 və müdafiəçisi Həsənov İntiqam İsa oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və Məhkum1 müdafiəçisi Mehdiyev Müşfiq Mürşüd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Atakişiyev Faiq Mehrəli oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş ap ellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli hökmü məhkum olunmuş şəxs Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyun 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Mehdiyev Müşfiq Mürşüd oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının (bundan sonra-İİR) vətəndaşı “Maqa” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti və satış məqsədi ilə İİR-dən X-baycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək narkotik vasitələri və psixotrop maddəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etməsi barədə razılığa gəlmişlər. Aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 10 avqust 2020-ci il tarixdə, saat 16-17 radələrində özünə məxsus “Opel Astra” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhərinə getmiş, Bərdə şəhərində tanışları Məhkum1 və X13 ilə görüşüb sonunculara İrandan “Maqa” adlı tanışının Beyləqan rayonunun ərazisinə qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə göndərəcəyi və həmin narkotik vasitəni Beyləqan rayonu ərazisinə qoyacağı barədə məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1, Məhkum1 və X həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq Beyləqan rayonunda əldə edib məlum olmayan yerə daşımaları barədə razılaşaraq qabaqcadan əlbir olub bir qrup şəxs halında, həmin gün saat 19 radəl ərində X-in idarə etdiyi “Opel Sentra” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Bərdə rayonundan Beyləqan rayonu, Daşburun dairəsinin yaxınlığına gəlmişlər. Təqsirləndirilən şəxs1, X və Məhkum1 sonuncunun tanışı-cinayətkar qrupun digər üzvü Beyləqan rayonu, 1-ci Şahsevən kənd sakini Təqsirləndirilən şəxs2 ilə Daşburun dairəsinin yaxınlığında yerləşən çayxanada görüşmüş, həmin vaxt İranlı “Maqa” adlı şəxs telefon vasitəsi ilə Təqsirləndirilən şəxs1 içərisində narkotik vasitə olan bağlamanın Beyləqan rayonu, 2-ci Aşıqlı kəndinə gedən yolun kənarındakı üzərində inək şəkili olan yol nişanının yanına qoyulması və oradan götürməsini bildirmiş, Təqsirləndirilən şəxs1 da bu barədə cinayətkar qrupun digər üzvləri Məhkum1, X-ə və Təqsirləndirilən şəxs2 məlumat vermişdir. Bundan sonra aralarında olan cinayətkar razılaşmaya əsasən, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ 2105 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Beyləqan rayonu, 2-ci Aşıqlı kəndinə gedərək şəxsiyyəti məlum olmayan “Maqa” adlı şəxsin göndərdiyi və yolun kənarındakı üzərində inək şəkili olan yol nişanının yanına qoyulmuş beş ədəd torbada qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkisi- 1055 qram, 1390 qram, 520 qram, 1420 qram, 1110 qram, ümumi təmiz çəkisi - 5495 qram külli miqdarda narkotik vasitə olan tiryək, 130,362 qram külli miqdarda narkotik vasitə olan heroin və 12,811 qram külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədilə əldə edib Təqsirləndirilən şəxs2 məxsus avtomobildə saxlamaqla daşıyıb Ağcabədi rayonu istiqa mətində asfalt yolunun kənarında “Görüş” mağazasının yanında onları gözləyən cinayətkar qrupun digər üzvləri - Məhkum1 və X-in yanına apararkən Beyləqan rayonu, 2ci Aşıqlı kəndindən asfalt yola çıxan hissədə 10 avqust 2020-ci il tarixdə, saat 22 radələrində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil saxlanılmış, onlardan sarı rəngli bağlamanın içərisində X-baycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar İİR-dən Beyləqan rayonu ərazisinə satış məqsədilə keçirilmiş və qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla daşıdıqları təmiz çəkisi 5495 qram külli miqdarda narkotik vasitə olan tiryək, 130,362 qram külli miqdarda narkotik vasitə olan heroin və 12,811 qra m külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum1 müdafiəçisi Mehdiyev Müşfiq Mürşüd oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində çıxarılmış ittiham hökmü ədalətsiz olmaqla yanaşı, həmçinin əsassız və qanunsuzdur. Belə ki, Məhkum1 Bərdə rayonunda yaşayır, 2020-ci il avqust ayının 10-da X- adlı digər məhkum Bərdə rayonuna gələrək ona Beyləqan rayonundan dərman götürməli olduğunu, lakin oranı yaxşı tanımadığından Beyləqanda tanışının olub olmadığını soruşmuşdur. Məhkum1, tanışı X-a zəng edərək bir nəfər tanışının Beyləqandan gəldiyini, oradan alacağının olduğunu və həmin şəxsə kömək etməsini xahiş etmiş və X- onunla razılaşmışdır. Bundan son ra X- tək Beyləqana yola düşmüşdür. Təxminən 20-25 dəqiqə keçdikdən sonra X- ona zəng edərək Bərdə rayonu ərazisində maşınının xarab olduğunu və ona usta tapmasını xahiş etmişdir. O, həmin vaxt X-la bir yerdə olduğundan, birlikdə Xin olduğu yerə getmiş, lakin onun maşınını düzəldə bilməmişlər. Məcburiyyət qarşısında, yəni X-in avtomaşını nasaz olduğundan onlar birlikdə Beyləqan rayonuna yola düşmüşlər. Daşburun qəsəbəsi ərazisində çayxanalardan birində X- adlı şəxslə görüşmüşlər. Həmin müddət ərzində X- öz maşınının şüşə silənləri xarab olduğundan onları düzəltməklə məşğul olmuşdur. Çayxanada olan zaman X-ə zəng gəldikdən sonra X- onlara, dərman gətirən şəxsin narahat olduğundan işinin axşama qaldığını bildirmişdir. Bundan sonra, X-la ikisi Bərdə rayonuna qayıtmışdır. Sonrakı gün X7 rayo n ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. Məhkum1 hazırki cinayətlə heç bir əlaqəsi yoxdur, o, yalnız taksi xidməti göstərmişdir. Digər təqsirləndirilən şəxslər də Məhkum1 hazırki cinayət hadisəsi ilə əlaqəsi olmasını təkzib etmişlər. Qeyd olunanlara əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyun 2022-ci il tarixli qərarının Məhkum1 aid hissədə ləğv edilməsi və ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində X-baycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Şi rvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyun 2022-ci il tarixli qərarının Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: X-baycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə X-baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslar dan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar X-baycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq s übutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyun 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. X-baycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə istinadən cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 i yun 2022-ci il tarixli qərarı isə Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum1 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar X-baycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bun lara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum1 əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl X-baycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsə lələr həll olunarkan X-baycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. X-baycan Respublikası CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etmə si dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum1 ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı etirafedici ifadəsi, məhkəmələrdə şahid qismində dindirilmiş şəxslərin ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar, üzləşdirmə protokolları, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Cinayət işinin materiallarında olan 20 noyabr 2020-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokola və fotocədvələ əs asən, təqsirləndirilən şəxs Məhkum1 10 avqust 2020-ci il tarixdə axşam saat 19 radələrində Təqsirləndirilən şəxs1, X13 ilə birlikdə sonuncunun idarə etdiyi “Opel Sıntra” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobillə gəldikləri çayxananı, həmin çayxanada görüşüb əyləşdikləri masanı və stulu, söhbət etdikləri yeri göstərmişdir. Məhkum1 17 noyabr 2020-ci il tarixində müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində, habelə ifadənin yerində yoxlanılması zamanı İrandan Təqsirləndirilən şəxs1 2 kq narkotikin göndərilməsindən məlumatının olduğunu, həmin bağlamanı götürmək üçün X-lə birlikdə Bərdə rayonundan Beyləqan rayonuna getdiyini, X Beyləqan rayonunda tanışı X-la görüşüb İrandan göndərilən və Beyləqan rayonu ərazisinə qoyulan narkotiki götürm ək üçün onlara köməklik göstərməsini xahiş etdiyini, sonra X-la X- həmin bağlamanı götürmək üçün 2-ci Aşıqlı kəndinin ərazisinə getdiklərini, o isə X-gili bir qədər aralıda “Görüş” adlanan kafenin qarşısında gözlədiyini, onların narkotiki götürüb qayıdarkən X-gilin maşınının polis əməkdaşları tərəfindən saxlanıldığı görüb həmin ərazidən uzaqlaşaraq Bərdə rayonuna qayıtdıqlarını səmimi etiraf etmişdir. Bundan sonra Məhkum1 məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində isə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, X- yaşadığı Bərdə rayonuna gələrək ona Beyləqan rayonundan dərman götürməli olduğunu, lakin oranı yaxşı tanımadığından Beyləqanda tanışının olub olmadığını soruşmuşdur. O, tanışı X-a zəng edərək bir nəfər tanışının Beyləqana gəl diyini, oradan alacağının olduğunu və həmin şəxsə kömək etməsini bildirmiş, X- onunla razılaşmışdır. Təxminən 20-25 dəqiqə keçdikdən sonra X- ona zəng edərək maşınının xarab olduğunu və ona usta tapmasını xahiş etmişdir. O, həmin vaxt X-la olduğundan, birlikdə X-in olduğu yerə getmiş, lakin onun maşınını düzəldə bilməmişlər. Onlar Beyləqan rayonu Daşburun ərazisində olan çayxanada X-la görüşmüşlər. Həmin müddət ərzində X- öz maşınının şüşə silənləri xarab olduğundan onları düzəltməklə məşğul olmuşdur. Çayxanada olan zaman X-ə zəng gəldikdən sonra X- onlara, dərman gətirən şəxsin narahat olduğundan işinin axşama qaldığını bildirmişdir. Bundan sonra o, X-la Bərdə rayonuna qayıtmışdır. Sonrakı gün X7 rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. X19 göndərilən narko tikdən məlumatı olmamış, o, yalnız taksi sürücüsü kimi Beyləqan rayonuna getmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Məhkum1 ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində məhkəmə baxışında məhkəmə istintaqı zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu etirafedici ifadələr daha mötəbər hesab edilməlidir. Belə ki, apellyasiya məhkəmə kollegiyası da haqlı olaraq Məhkum1 məhkəmə baxışı zamanı verdiyi ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək şah idlərin verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməsi, Məhkum1 iranlı “Maqa”nın X-ə narkotik vasitə göndərilməsindən məlumatının olmaması, Beyləqan rayonuna X-in xahişi ilə sonuncuya İrandan göndərilən dərmanı götürmək üçün getmələrinə dair ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə özünümüdafiə xarakterli ifadə kimi qəbul etmiş və bu ifadəni sübut növü kimi qəbul edilməməli olması barədə nəticəyə gəlmişdir. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasınd a qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar X-baycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum1 təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum1 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün k ifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar apellyasiya instansiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər X-baycan Respublikası CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin norma da sadalanan, Məhkum1 bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Xbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla b irinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarı n ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər müdafiəçi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlamış, eyni zamanda, X-baycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum1 hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ci nayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum1 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (himayəsində iki azyaşlı uşağının olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və X-baycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum1 islah olunması məqsədini və X-baycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (X-baycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılmalı, Məhkum1 müdafiəçisi Mehdiyev Müşfiq Mürşüd oğlunun kassasiya şikayəti isə təmin edilməməlidir. X-baycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və X-baycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 müdafiəçisi Mehdiyev Müşfiq Mürşüd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli hökmü ilə Xbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyun 2022-ci il tarixli qərarı Məhkum1 aid hissədə kassasiya şikayətinə münasibətdə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar