Məhkəmə qərarları › İş №1(102)-1818/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1818/2024

13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1818/2024 13.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov X2 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 2024-cü il 3 aprel tarixli 1( 103)-729/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X6 (sədrlik edən və məruzəçi), Elnur Nuriyev və Kamran Muxtarovdan ibarət tərkibdə) 25 yanvar 2024-cü il tarixli hökmü ilə, xx xxx 1996-cı il tarixdə Zərdab rayonu, Məlikumudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Zərdab rayonu, Məlikumudlu kəndində qeydiyyatda olan, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə c əzasına məhkum edilmiş, 23 avqust 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, 2-ci qrup əlilliyi olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona hazırki hökmlə təyin edilmiş 5 (beş) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2021-ci il 8 aprel tarixli, 1(008)-217/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 3 (üç) ay 10 (on) gün müddətinə azadlı ğın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə və həmin Məcəllənin 68.1.1-1 -ci maddəsinə əsasən çəkilməmiş 3 (üç) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü 1 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 1 (bir) ay 20 (iyirmi) gün müddət nəzərə alınmaqla, ona qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il 2 mart tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və Məhkum2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının (Hakimlər: Qədim Babayev (sədrlik edən və məruzəçi), İbrahim İbrahimli və Anar Tanrıverdiyevdən ibarət tərkibdə) 2024-cü il 4 aprel tarixli, 1(103)-729/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkum olunmuş şəxs Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Verilmiş ittihama görə Məhkum1 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə tan ışı Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında birləşərək aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, 17 fevral 2022-ci il tarixdə sosial şəbəkələr vasitəsilə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı "Elşad” adlı şəxsdən 50 manat pul müqabilində külli miqdarda, ümumi təmiz çəkisi 4,595 qram narkotik vasitə heroini və ümumi təmiz çəkisi 1,674 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib 2022-ci ilin fevral ayında həmin narkotik vasitə heroinin Bakı şəhərində satışını həyata keçirməsi üçün bükümlərə ayıraraq 06 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,220 qram, 0,225 qram, 0,180 qram, 0,251 qram, 0,261 qram, 0,2б0 qram, ümumi təmiz çəkisi 1,397 qram hissəsini qrupun üzvü Məhkum2 verib q alan hissəsini isə üzərində saxlamaqla daşımış, 24 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 saylı binanın qarşısında tanışı Şahid1 01 ədəd bükümdə təmiz çəkisi 0,772 qram psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,381 qram olan narkotik vasitə heroini 30 manata satmış, 25 fevral 2022-ci il tarixdə, saat 12:30 radələrində Nizami RPİ-nin 24cü PŞ-nin əməkdaşları tərəfindən Şahid1 ünvan 2 ünvanında şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd qırmızı rəngli sellofana bükülmüş onun satdığı təmiz çəkisi 0,772 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin a şkar edilərək götürülmüşdür. Bundan başqa, 27 fevral 2022-ci il tarixdə, saat 13:20 radələrində Nizami RPİ-nin X4 şübhəli şəxs qismində saxlanılmış Şahid1 üzərinə keçirilmiş baxış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd qızılı rəngli kağız bükümdə onun satdığı təmiz çəkisi 0,381 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 25 fevral 2022ci il tarixdə, saat 15:50 radələrində ünvan 4 ünvanında şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasına gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 əd əd qırmızı rəngli polietilen bükümdə təmiz çəkisi 0,902 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qrupun üzvü Məhkum2 02 mart 2022-ci il tarixdə, saat 16:10 radələrində ünvan 6 ünvanda şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,200 qram, 0,225 qram, 0180 qram, ümumi təmiz çəkisi 0,625 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsülla hazırlanmış narkotik vasitə heroin, həmin tarixdə saat 18:15 radələrində Məhkum2 yaşadığı ünvan 8 ünvana keçirilmiş baxı ş zamanı mənzilin qonaq otağında yerləşən masanın üzərindən 03 ədəd şəffaf sellofana bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,251 qram, 0,261 qram, 0,260 qram, ümumi təmiz çəkisi 0,772 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa Məhkum1 qeyd edilən cinayət əməllərinə görə Nizami RPİ-nin İŞ-də istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq Nizami RPİ-nin X4 saxlanılarkən 17 may 2022-ci il tarixdə sosial şəbəkələr vasitəsilə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı "Elşad” adlı şəxsdən 50 manat pul müqabilində satış məqsədilə qanunsu z olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin 2,817 qram hissəsini üzərində saxlamaqla Nizami RPİ- nin MSY-nin 1 nömrəli kamerasına daşımış, 27 fevral 2022-ci il tarixdə saat 12:15 radələrində həmin idarənin əməkdaşları tərəfindən kamerada aparılan baxış zamanı onun çarpayısının altından 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,817 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, PROKURORUN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum1 üzərindən heroinin X4 aşkar edilməsi heç bir qanunsuz halla müşayiət olunmamışdır, ona qarşı polis əməkdaşlarının hər hansı qanunsuz hərəkətlər etməsi və külli miqdarda narkotik vasitəni onun üzərinə qo ymaları onun polis bölməsinə gətirildiyi vaxt aşkar edilsə daha inandırıcı olardı (təcrübədə belə maddələr adətən şəxs saxlanılıb polis orqanına gətirilərkən aşkarlanır.). Lakin narkotik vasitənin Məhkum1 polis bölməsinə gətirildiyi və orada saxlanıldığı müddət ərzində deyil, bir müddət sonra şübhəli şəxs qismində X4 saxlanılarkən aşkarlanması, həmin heroinin Şahid1 aşkar edilmiş heroinlə eyni tərkibli olması, onun Məhkum2lə heroini bölərək bir qismini özündə, digər hissəsini isə satmaq və istifadə üçün Asifə verməsi barədə istintaqdakı ifadələri, habelə Məhkum1 müvəqqəti saxlama otağına yerləşdirərkən onun üzərində səthi baxış aparan sabiq polis əməkdaşı X5 daxili işlər orqanlarında xidmətdən xaric edilməsi faktları biri-digərini tamamlamaqla Məhkum2 və Məhkum1 əməllərində CM-in 234.4.1, 234.4.3-cü maddələrinin tərkib əlamətlərinin olmasını təsdiqləməyə, eləcə də baş vermiş hadisənin ittihamdakı kimi obyektiv tərəflərini müəyyən etməyə yetərli dəlillər olmuşdur. Lakin məhkəmələr qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən yalnız təqsirləndirilən şəxs Məhkum1 özünümüdafiə xarakteri daşıyan, hadisənin obyektiv səhnəsinə uyğun olmayan mövqeyinə əsaslanmışlar. Dövlət ittihamçısı kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 aprel tarixli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Ayxan Hüseynli məhkəmə iclasında çıxış edərək kassasiya protestinin təmin olunmasını və Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 aprel 2024-cü il tarixli qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgün lüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olma yan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı ape llyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, birinci instansiya və onunla razılaşan apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişlər ki, hazırki vəziyyətdə istintaq orqanı təqsirləndirilən şəxs Məhkum1 MSY-nin otağında saxlanılarkən onun üzərində və saxlanıldığı otaqda narkotik vasitə saxlamasını t əsdiq edəcək heç bir mötəbər dəlil göstərməmiş və cinayət işinin materiallarına əlavə etməmişdir. Belə ki, MSY-nin qeyd olunan otağında müşahidə kamerasının və video çəkilişlərinin olduğu bir şəraitdə təqdim olunan şübhəli sübutların məcmusu üzrə qənaətə gəlinməsində video kamera ilə aparılan müşahidə materiallarının olmaması təqsirləndirilən şəxsin kamerada olduğu müddətdə üzərində və yatağının altında narkotik vasitənin saxlanılması ilə bağlı ibtidai istintaq orqanının fərziyəsini əsassız hesab edir. Mübahisəsiz digər məqam isə bundan ibarətdir ki, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin üzərində polis əməkdaşlarının güya vaxtında aşkar edə bilmədikləri narkotik vasitə sanitar qovşağının da mövcud olduğu kamerada uzun müddət, yəni 2 gün ərzində saxlamaqda davam etməsi israrının ağlabatan olmaması mübahisəsizdir. Bununla da məhkəmələr hesab etmişdir ki, iş üzrə aradan qaldırılması mümkün olmayan çoxsaylı ziddiyyətlərin mövcud olması, təqsirləndirilən şəxs Məhkum1 barəsində tərtib edilmiş və iş üzrə ittihamın əsası kimi çıxış edən sənədlərin X4 baş vermiş hadisənin konkret hallarını və real mexanizmini əks etdirməməsi, eləcə də ibtidai araşdırma zamanı ittihamın əsası üçün zəruri sübutların iş materiallarında əlavə edilməməsi (MSY-nin kamera görüntüləri), sübutların toplanması üçün aparılan prosessual hərəkətlərin qanunvericiliyin tələblərinin pozulması ilə icra edilməsi və natamam aparılması səbəbindən – ittihamın istinad etdiyi sübutların mötəbərsizliyini təsdiq edir. Kassasiya instansiyası məhkəməsi məhkəmələrin gəldiyi nəticələrlə razıla şaraq hesab edir ki, şəxsin hər hansı cinayət əməli törətməkdə təqsirli olmasını müəyyən edən sübut mötəbər olmalı, həmin sübutun əldə edilməsi və mövcüdluğu obyektiv müşahidəçidə heç bir şübhə yaratmamalı, əksinə əminlik yaratmalı, sübutun mötəbərliyinə təsir edə bilən hallar isə bütün vəziyyətlərdə təqsiləndirilən şəxsin xeyrinə qəbul edilməlidir. Əgər təqsirliliklə bağlı məsələnin həllində mühüm əhəmiyyətə malik sübutun əldə edilməsi proseduru şübhə doğurursa və bu şübhəli məqamlara görə həmin sübutun ittihamı təsdiq edən sübut kimi qəbul edilməsi istisna olunursa, bu zaman ittiham tərəfi irəli sürülmüş ittihamı müdafiə edərkən şübhəli məqamların aradan qaldlrlması üçün səy göstərməlidir. Belə ki, məhkəmələrin də istinad etdiyi kimi, narkotik vasitənin aşkar edildiyi kamerada videomüşah idə aparılır və yazılır. Lakin məlum olmayan səbəbdən narkotik vasitənin aşkar edilməsi anını özündə əks etdirən video görüntülər ittihamın sübutu kimi cinayət işinin materiallarına əlavə edilməmiş və bununla bağlı heç inandırıcı açıqlama verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində irəli sürülmüş bütün dəlillərə məhkəmə qərarlarında əsalandırılmış qiymət verilmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Bakı Apellyaisya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 aprel 2024-cü il tarixli 1(103)-729/2024 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirimədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar