Məhkəmə qərarları › İş №1(102)-1818/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1818/2025

22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1818/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və zərərçəkmiş şəxs İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lo kal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2025-ci il tarixli, 1(103)-15/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik edən hakim Günel Əkbərli) 28 fevral 2023-cü il tarixli, 1(004)-214/2023 nömrəli hökmü ilə xx xxx 1984-cü ildə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Göyçay rayonu, Potu ərazi dairəsi, Kürd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs təqsirli bilinərək məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən "xxxx" (VÖEN:**********), "xxxx" (VÖEN:**********) və "xxxx" (VÖEN:**********) MMC-lərin, həmçinin, X2 ilə qabaqcadan razılaşmış bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, "xxxx" MMC-nin (VÖEN:**********) faktiki rəhbəri olaraq həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən gəlirlər əldə etmiş, cəmiyyətlərin pul vəsaitlərinə faktiki sərəncam verərək, fəaliyyətlərinə rəhbərlik etmiş, həmin cəmiyyətlərə rəhbərlik etdiyi dövr ərzində vergi öhdəliklərini yerinə yetirən şəxs olaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 53.1, 71.1, 71.2, 71.4, 72, 77.3, 78.1, 78.3, 82, 103.1, 104.1, 130.1, 130.2, 151, 152.1, 154.1, 155.1, 159.1, 174, 177.1, 177.2, 177.6, 178 və 180.1-ci maddələrinin tələblərini pozmaqla, qeyd olunan cəmiyyətlərin adından vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə külli miqdar təşkil edən, 290959,12 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum, hüquqi ünvanı ünvan 2kal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəa liyyət göstərən "xxxx" MMC-nin sahibkarlıq fəaliyyətinə faktiki rəhbərlik edərək, 2018-ci il ərzində cəmiyyətin əldə etdiyi gəliri 861.417,74 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 717.848,10 manat, vergiyə cəlb olunan mənfəəti 143.569,64 manat, büdcəyə ödənilməli mənfəət vergisi 28.713,93 manat olduğu halda, 2018-ci il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməyərək 28.713,93 manat mənfəət vergisini; 2018-ci ilin noyabr ayı üzrə cəmiyyətin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 344.587,50 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 62.025,75 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsi təqdim etməməklə və cəmiyyətin şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə 15.414,13 manat ödənişi nəzərə alınmaqla, 46.611,62 manat; 2018-ci ilin dekab r ayı üzrə cəmiyyətin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 397.432,77 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 71.537,90 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsi təqdim etməməklə, 71.537,90 manat olmaqla, cəmi 118.149,52 manat əlavə dəyər vergisini, ümumilikdə isə xeyli miqdar təşkil edən 146.863,45 manat məbləğində vergiləri; Bundan başqa, Məhkum, hüquqi ünvanı ünvan 3okal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin sahibkarlıq fəaliyyətinə faktiki rəhbərlik edərək, 2018-ci il ərzində cəmiyyətin əldə etdiyi gəliri 423.332,88 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 352.777,40 manat, vergiyə cəlb olunan mənfəəti 70.555,48 manat, büdcəyə ödənilməli mənfəət vergisi 14.111,10 manat olduğu halda, 2018-ci il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməyərək 14.111,10 manat mənfəət vergisini; 2018-ci ilin sentyabr ayı üzrə cəmiyyətin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 423.332,88 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 76.199,92 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsi təqdim etməməklə və cəmiyyətin şəxsi hesab vərəqəsi üzrə 69.343,72 manat azalması, eləcə də dövlət büdcəsinə 9,72 manat ödənişi nəzərə alınmaqla, 6.846,48 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə isə xeyli miqdar təşkil edən 20.957,58 manat məbləğində vergiləri; Bundan başqa, Məhkum, hüquqi ünvanı ünvan 3okal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin sahibkarlıq fəaliyyətinə faktiki rəhbərlik edərək, 2018-ci il ərzində cəmiyyətin əldə etdiyi gəliri 354.898,89 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 295.749,08 manat, vergiyə cəlb olunan mənfəəti 59.149,81 manat, büdcəyə ödənilməli mənfəət vergisi 11.829,96 manat olduğu halda, 2018-ci il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməyərək 11.829,96 manat mənfəət vergisini; 2018-ci ilin noyabr ayı üzrə cəmiyyətin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 354.898,89 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 63.881,80 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsi təqdim etməməklə və cəmiyyətin şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə 44,33 manat ödənişi nəzərə alınmaqla, 63837,47 manat əlavə dəyər vergisi, ümumilikdə isə xeyli miqdar təşkil edən 75.667,43 manat məbləğində v ergiləri; Bundan başqa, Məhkum X2 ilə qabaqcadan razılaşmış bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, hüquqi ünvanı ünvan 4zi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan, Bakı və Sumqayıt şəhərində fəaliyyət göstərən, müxtəlif adda malların alqı-satqısı fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-nin 2017-ci il üzrə gəliri 584.595,93 manat, xərcləri 576.051,896 manat, vergiyə cəlb olunan mənfəəti 8.544,07 manat, ödənilməli mənfəət vergisi 1.708,81 manat bəyan edilməsinə baxmayaraq, 1.708,81 manat məbləğində mənfəət vergisini; cəmiyyətin 2016-cı ilin aprel ayı üzrə ƏDV tutulan dövriyyəsi 254.237.29 manat, büdcəyə ödənilməli ƏDV-si 45.762,71 manat olduğu halda, həmin ay üzrə bəyannamə təqdim etməməklə, 45.761,85 manat ƏDV-ni, ümumilikdə isə 47470,66 manat vergiləri, cəmi 4 cəmiyyətin adından külli miqdar təşkil edən, 290.959,12 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik edən və məruzəçi) Zaur Hüseynov və Ramin Qaraqurbanlı) 17 aprel 2025-ci il tarixli, 1(103)-15/2025 nömrəli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 1(004)-214/2023 nömrəli hökmü apellyasiya protestinə münasibətdə Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqi barədə müddəalar hökmdən xaric edilmiş, Məhkum hökmlə təyin olunmuş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2025ci il tarixdən hesablanmışdı r. Məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 1 (103)-15/2025 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasına dair müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum himayəsində üç azyaşlı uşağı vardır. Həmçinin, iş materiallarında olan “Medical Sentre” Tibb mərkəzinin 1 noyabr 2022-ci il tarixli arayışına əsasən Məhkum “ürəyin elektrik oxunun sola meyilliliyi, sinus aritmiyası repolyarfisasiya pozğunluğu, ST seqmentinin G-spesifik dəyişikliyi” aşkar edilmişdir. Dövlət büdcəsinə ödənilməkdən yayındırılması ehtimal olunan vergilərdən 15.0 00 manat həcmində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur. Bundan başqa istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə istintaqı zamanı işə baxılarkən obyektiv araşdırma aparılmamış, işin faktiki halları, törədilən əməlin xüsusiyyətləri, xüsusən də cinayətin obyektiv cəhəti düzgün araşdırılmamışdır. Kassator qeyd edir ki, ödənilməkdən yayındırılması ehtimal olunan vergilərin hamısı şübhəlidir və araşdırılmalıdır. Lakin, ibtidai istintaq, birinci və apellyasiya instansiya məhkəmələri bu hallara qiymət verməmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin bir mövqeyi də xüsusi diqqət çəkir. Belə ki, qərardan görünür ki, məhkəmə kollegiyası qeyd edir ki, hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında Məhkum CM-in 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə d air başqa cinayət işi var və həmin iş üzrə o, qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-2020-ci illəri əhatə edən dövr ərzində 11 MMC üzrə 1.460.241 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Məhkəmə kollegiyası bu nəticəyə gəlmişdir ki, yuxarıda qeyd olunan hallar Məhkum azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasının mümkünsüzlüyünü və şərti məhkum etmənin onun islah olunmasına cavab vermədiyini göstərsə də, birinci instansiya məhkəməsi belə hallara əhəmiyyət verməmiş və bununla da CM-in 8, 58, 70-ci maddələrinin tələblərini pozaraq, təqsirləndirilən şəxsə hazırkı hökmlə təyin etmiş olduğu cəzanı şərti olaraq tətbiq etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, cəzanın məqsədi Məhkum yalnız maddənin sanksiyasında nəzərdə tutulm uş azadlıqdan məhrum etmə cəzası real olaraq təyin edildikdə təmin edilə bilər. Bu da tamamilə absurd bir yanaşmadır. Əvvəla, ona görə ki, digər cinayət işi üzrə də vergidən yayınma ilə bağlı dövrlər 2017-2020-ci illəri əhatə edir və hazırkı cinayət işi üzrə elan olunan ittihamla bağlı demək olar eyni dövrlərdir. Yəni, Məhkum istintaq orqanında ittiham elan edilməsindən əvvəlki dövrlərə təsadüf edir. İttiham elan edildikdən sonrakı dövrə vergidən yayınma ilə bağlı hal müəyyən edilmir. Belə olan halda, məhkəmə kollegiyasının Məhkum islah olunması məsələsinə bu formada qiymət verməsi cinayət qanunvericiliyinin prinsipləri baxımından qəbul olunmazdır. Çünki, digər cinayət işi üzrə Məhkum əməlinə məhkəmə istintaqı zamanı qiymət verilməmişdir. Ümumiyyətlə, istintaq orqanı Məhkum ittiham elan edərkən, bütün epizodları müəyyən edərək yekun ittiham verməli olduğu halda, hissə-hissə ittiham elan etməklə, qanunazidd ehtimallara şübhə yaratmışdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs Məhkum CM-in 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasının verilməsi cinayət işinin faktiki hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə, xarakterinə və onun ailə vəziyyətinə öz ağırlığına görə uyğun deyil və nəticə etibarı ilə ədalətsiz bir cəza növüdür. Ona görə də, müdafiəçi hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 17 aprel 2025ci il tarixli, 1(103)-15/2025 nömrəli qərarı ləğv edilməli və cinayət işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayəti nin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya ape llyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Müdafiəçi5 kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmələrdə işə baxılarkən işin faktiki halları düzgün araşdırılmamış, nəticədə onun əməlinə düzgün hüquqi qiymət verilməmiş, Məhkum işin hallarına və məhkumun şəxsiyyətinə uyğun olmayan ağır cəza təyin edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi ci nayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən toplanmış və məhkumların təqsirlərini təsdiq etmək üçün məhkəməyə təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq etmiş, tam və hərtərəfli yoxlamış və həmin sübutlara qiymət vermişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittihamda tam təqsirli bilməsə də, onun həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş və şahidlərin ifadələri, ekspertiza rəyləri, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları, və işin digər materialları ilə tam təsdiq edilir. Həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmaması, digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara nəzər salıb nəticəyə gəlir ki, həmin sübutların məcmusu ilə Məhkum külli miqdarda ve rgiləri dövlət büdcəsinə ödəməkdən yayınması öz təsdiqini tapmışdır. Onun əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq CM-in 213.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Müdafiəçi Məhkum kassasiya şikayətindən görünür ki, dəlillərindən biri də Bakı Apellyasiya məhkəməsinin Cinayət kollegiyasının qərarının qanunsuz və əsassız olmasıdır. CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məh kumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Müdafiəçi öz kassasiya şikayətində cinayət işi üzrə araşdırmanın obyektiv aparılmadığını əsaslandırmaq üçün qeyd etmişdir ki, ibtidai istintaq orqanı və aşağı instansiya məhkəmələri cinayət işinin faktiki hallarını araşdırarkən "xxxx" MMC-də dövlət büdcəsinə ödənilməkdən yayındırılması ehtimal olunan 2017-ci il üzrə 1708, 81 manat məbləğində mənfəət vergisi və 2016-cı ilin aprel ayı üzrə 45.761,85 manat məbləğində əlavə dəyər vergisi olmaqla ümumilikdə 47.470,66 manat məbləğində vergilərə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə hüquqi qiymət verməmişlər. Həmçinin, müdafiəçi göstərmişdir ki, "xxxx" MMC üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırıldığı ehtimal olunan verginin məbləği 20.957,98 manat təşkil etmişdir. Bu məbləğ cinayət məsuliyyətinə səbəb olmayan həddə olduğuna baxmayaraq, istintaq orqanı və məhkəmələr həmin halı da nəzərə almamışlar. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərini əsaslı hesab etmir. Belə ki, məhkumun ittiham olunduğu əməldən və birinci instansiya məhkəməsinin hökmündən aydın olur ki, "xxxx" MMC-yə aid olan epizod məhkum tərəfindən törədilmiş külli miqdarda — 290.959,12 manat vergiləri ödəməkdən yayınma vahid cinayətinin tərkib hissəsini təşkil edir. Həmin cinayət kassasiya şikayətində göstərildiyi kimi 2016-cı ilin aprel ayında başlanmış olsa da, faktiki olaraq 2018-ci il ərzində də davam etmişdir. Belə olan halda, qanunla müəyyən edilmiş 7 illik müddətin keçməsi ilə əlaqədar məhkumun 2016-cı ilin aprel ayında və 2017-ci il üzrə ümumilikdə 47.470,66 manat məbləğində vergiləri ödəməkdən yayınma epizodlarına görə CM-in 75-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsinə hüquqi əsas yoxdur. Eyni səbəbdən, yəni "xxxx" MMC üzrə 20.957,98 manat məbləğində vergiləri ödəməkdən yayınma epizodu müstəqil cinayət əməli deyil, məhkum tərəfindən törədilmiş vahid, davam edən cinayətin tərkib hissəsi olduğuna görə, həmin epizod üzrə cin ayət tərkibinin olmaması əsası ilə cinayət işinin icraatına xitam verilməsi üçün hüquqi əsaslar mövcud deyil. Kassasiya şikayətində cinayət işi üzrə araşdırmanın qeyri-obyektiv aparıldığını əsaslandıran digər dəlil ondan ibarətdir ki, məhkumun dövlət büdcəsinə ödənilməkdən yayındırdığı ehtimal edilən vergilərin məbləği müəyyən edilərkən Vergi Məcəlləsinin 157-ci maddəsinin tələblərinə riayət olunmamışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, "xxxx" MMC və "xxxx" MMC-yə aid olan epizodlar üzrə əlavə dəyər vergisinin məbləği əməliyyatın ümumi dəyərindən 200.000 manat çıxıldıqdan sonra qalan məbləğdən hesablanmalı idi. Lakin istintaq orqanı və məhkəmələr bu tələbi nəzərə almamışlar. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini də əsaslı hesab etmir. Belə ki, Vergi Məcəl ləsinin 157-ci maddəsi əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün şəxslərin qeydiyyata alınması qaydasını tənzimləyir. Həmin maddədə qeydiyyatın qüvvəyə minməsi ilə bağlı aşağıdakı hallar nəzərdə tutulur: 157.3.1 məcburi qeydiyyat zamanı: ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda — növbəti ayın birinci günündə; bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda — əməliyyatın aparıldığı günədək. Göründüyü kimi, müdafiəçinin istinad etdiyi bu maddədə əlavə dəyər vergisinin məbləğinin hesablanması qaydasına dair hər hansı norma müəyyən edilməmişdir. Beləliklə də, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, onun CM-in 213.2.2-ci m addəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla tam təsdiq olunur, kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə, nə ibtidai istintaq orqanı sübutların toplanması zamanı, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılması zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verməmişdir. Həmçinin, məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamışdır. Araşdırılmış sübutlara isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəb ərliyi baxımından qiymət verilmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Kassasiya şikayətinin məhkuma təyin edilmiş cəzanın ədalətsiz olması barədə dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, birinci instansi ya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi funksiyalarını yerinə yetirən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası apellyasiya protestinə baxaraq məhkumun cinayət törətməkdə təqsirinin sübuta yetirilib-yetirilməməsini obyektiv araşdırmış və buna dair nəticəni öz hökm və qərarında ətraflı şərh etmişlər. Məhkəmələrin gəldiyi nəticələr iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2025-ci il tarixli, 1(103)-15/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənl ərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2025-ci il tarixli, 1(103)-15/2025 nömrəli qərarı Məhkum Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə məhkum olunmasına dair hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar