Məhkəmə qərarları › İş №1(102)-182/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-182/2019

13.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-182/2019 13.02.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 182/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "13" fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Zərərçəkmiş şəxsin hüquqi varisi X8 iştirakları ilə Daşkəsən rayon Mə hkəməsinin 20 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Z.K.Qəhrəmanov və zərərçəkmiş şəxsin hüquqi varisi R.B.X4anov tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Daşkəsən rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.A.Əliyev) xx xxxxx 1985-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Yolqullar kəndində yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsi rli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Daşkəsən rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, ondan maddi cəhətdən asılı olmuş zərərçəkmiş şəxs X9 ilə amansız rəftar etmə və onun ləyaqətini mütəmadi olaraq alçaltma yolu ilə X4 özünü öldürmə həddinə çatdırmışdır. Belə ki, təqsirləndirilən şəxs Məhkum X9 ilə 2016-cı ilin dekabr ayının 24-də qeyri-rəsmi nikah münasibətlərinə girmiş, 2017-ci ilin iyul ayınadək Gəncə şəhərində, 20 sentyabr 2017-ci il tarixədək isə Daşkəsən rayonu Yolqullar kəndində faktiki ər-arvad münasibətlərində yaşamış, birgə yaşadıqları müddətdə yalnız özü işləməklə ailənin yeganə qazanc mənb əyi olmuş, 2017-ci ilin qış aylarında heç yerdə işləməməklə maddi cəhətdən ondan asılı olan X2 siqaret çəkməsini bəhanə edərək onunla amansız rəftar edib söyərək ləyaqətini alçatmaqla ona bir sillə vurmuş, təkrarən yenə həmin ilin qış aylarında bacısı X5 ilə mübahisə etdiyindən X2 qarşı şiddəti artıraraq onunla amansız rəftar edib bel kəməri ilə döyüb fiziki və psixi iztirablar verməklə ləyaqətini alçaltmış, bundan sonra yenə X2 qarşı daha da amansız münasibət göstərərək 2017-ci ilin yaz aylarında Gəncə şəhərində müvəqqəti yaşadıqları evə gələrkən xalası oğlu X6 evdə X2 ilə eyni otaqda, çarpayının isə dağılmış vəziyyətdə olduğunu görüb qısqanaraq ona qarşı xüsusi amansızlıq göstərməklə ləyaqətini alçaldaraq yenə də bel kəməri ilə qəddarcasına döymüş, ona verilmiş fiziki iztirablar nəticə sində X2 ayaq nahiyələrində qaralmalar və qızartılar yaranmış, lakin ailəsinin dağılmaması naminə X2 bu barədə müvafiq orqanlara məlumat verməmiş, bütün bunlardan başqa faktiki birgə yaşadıqları müddətdə ona həyat yoldaşı kimi səmimi münasibət göstərməyərək əvəzində digər qadınlarla nümayişkaranə şəkildə daimi yaxın münasibətlərdə olmaqla günlərlə evə gəlməyərək onun ləyaqətini mütəmadi alçaltmış, sonda 20 sentyabr 2017-ci il tarixdə, saat 10 radələrındə Daşkəsən rayonu Yolqullar kəndində yaşadıqları evdə ailə münaqişəsi zəminində aralarında baş vermiş mübahisə zamanı digər ailə üzvlərinin gözü qarşısında X2 sillə ilə vuraraq onunla təkrarən amansız rəftar etmiş, X9 ona qarşı mütəmadi edilən bu hərəkətlərin məcmusu nəticəsində həmin gün saat 15 radələrində kosmetik qələmlə sol qoluna indiy ə kimi ona verilən işgəncələrə artıq dözə bilməməsi barədə qeydlər edib pres ipi ilə özünü evin tavanına bərkidilmiş dəmir halqadan asaraq intihar etmiş və bununla da Məhkum amansız rəftar etmə və ləyaqətini alçaltma yolu ilə ondan maddi cəhətdən asılı olmuş X9m özünü öldürmə həddinə çatdırmışdır. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi və məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Ç.B.Məmmədov, hakimlər T.A.Muxtarov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) 25 sentyabr 2018-ci il tarixli qərarı ilə Daşkəsən rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 125-ci maddəsi ilə təyin edilmiş 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası artırılaraq 06 il 06 ay azadlıqdan məhrumetmə cəzası həddində müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, məhkumun apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti qismən təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Z.K.Qəhrəmanov və zərərçəkmiş şəxsin hüquqi varisi X4 kassasiya şikayətləri verərək, müdafiəçi apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılması, zərərçəkmiş şəxsin hüquqi varisi isə Məhkum CM-nin 120.2.1 və 125-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib, qəti olaraq yeddi ildən az olmayaraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xah iş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Z.K.Qəhrəmanov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxsin özünü öldürməsi ilə bağlı ittiham tərəfinin irəli sürdüyü versiya əsaslı olmamış, belə ki, işin hallarına diqqət yetridikdə zərərçəkmiş şəxsin özünü öldürməsi zamanı bir neçə münaqişə baş vermiş, işdə olan şahidlərin ifadəsindən görünür ki, sonuncu dəfə baş verən münaqişənin səbəbkarı zərərçəkmiş şəxs özü olmuş, təqsirləndirilən şəxsin bacısı X5 X4 adlı şəxs ilə yaxın münasibətdə olduğunu bildirdiyindən X5 ilə onun arasında münaqişə yaranmış və həmin vaxt X5 də zərərçəkmiş şəxsin qardaşına zəng edərək zərərçəkmiş şəxsin onun həyat yoldaşının Məhkumla yaxın münasibətdə olduğunu söyləməsindən sonra digər münaqişələr baş vermişdir. Həmin hadisə nin olmasını iş üzrə bütün şahidlər təsdiq edir. Məhz bundan sonra məhkum zərərçəkmiş şəxsə irad bildirərək onu bir sillə vurmuşdur. Bundan sonra müəyyən müddət keçmiş sonradan zərərçəkmiş şəxs özünün asaraq intihar etmişdir. Bu zaman şəxsin hansı səbəbdən özünü öldürməsi ilə bağlı ittiham tərəfinin yanaşması ilə razılaşmaq olmaz. Belə ki, zərərçəkmiş şəxsin qardaşı arvadı haqqında xoşagəlməz ifadələr işlətdiyini, onun dediyi sözlərdən qardaşının qarşısına çıxa bilməməsi səbəbdən də öldürməsi istisna deyildir. Bundan başqa onun təkcə təqsirləndirilən şəxs ilə deyil eyni zamanda məhkumun bacısı və anası ilə də mütəmadi mübahisə etdiyi işin hallan ilə tam təsdiq edilir. İşdə olan psixoloji ekspertizanın rəyindən görünür ki, zərərçəkmiş şəxsin özünü öldürməsinin səbəbləri təkcə məhkumla etdiy i sonuncu mübahisə deyil eyni zamanda digər şəxslərlə də etdiyi mübahisə ola bilərdi. Bundan başqa, şikayətdə qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin qərarında maddi asılılıq ilə bağlı irəli sürdüyü arqument hər hansı bir faktla təsdiq edilmir. Əksinə, müdafiə tərəfinin irəli sürdüyü zərərçəkmiş şəxsin sosial yardım alması ilə bağlı faktı ilə təkzib edilir. Zərərçəkmiş şəxsin qolunda olan yazı ilə bağlı xətşünaslıq ekspertizası məhz müqayisə predmeti olan sosial təminat idarəsində olan sənədlə müəyyən nəticəyə gəlmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxsi sosial müavinət alması onun məhkum edilmiş şəxsdən maddi asıllığını istisna edirdi. Digər bir xüssuat ondan ibarətdir ki, bu faktı zərərçəkmiş şəxsin yaxınları da təsdiq edir. Hətta məhkəmə prosesində zərərçəkmiş şəxsin atası bildir mişdir ki, onun qızı müalicə alan zaman onun müalicəsi ilə bağlı xərcləri zərərçəkmiş şəxsin qardaşı ödəmişdir. Göründüyü kimi, belə olan halda şəxsin maddi cəhətdən məhkum edilmiş şəxsdən asılı olması istisnadır və apellyasiya məhkəməsinin müdafiə tərəfinin maddi asıllığın olmaması ilə bağlı versiyasını qəbul etməməsi ilə bağlı yanaşmasını təkzib edir. Şikayətdə həm də qeyd edilmişdir ki, zərərçəkmiş şəxsin məhkumdan xidməti asıllığı da tam olaraq təkzib edilir. Cinayət Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulan sair cəhətin nədən ibarət olması məlum deyildir. Bu isə hüquqi müəyyənlik prinsipinin pozuntusu kimi qiymətləndirilməlidir. Eyni zamanda şəxsin nədə ittiham olunmaq ilə bağlı məlumatlandırılmaq hüququnun pozuntusudur. Bundan başqa, şəxslə mütəmadi olaraq amansız rəftar etmə şə rtinə də düzgün yanaşılmamaışdır. Bundan başqa mütəmadilik ilə də bağlı çatışmamızlıqlar mövcuddur. Belə ki, müntəzəmlik hərəkətlərin çoxluğunu deyil həm də həmin hərəkətlərin arasında olan zaman kəsiyini yəni bir hərəkət ilə ikinci hərəkət arasında olan zaman kəsiyinin tezliyini də özündə ehtiva edir. Həmin hərəkətlərin arasında olan zaman kəsiyi özlüyündə şəxsin özünü öldürməsində mühüm rol oynayır. İttihamdan görünür ki, zərərçəkmiş şəxsə təzyiq yaz aylarında edilmiş axırıncı edilən təzyiq isə payız aylarında baş vermişdir. Bu isə müntəzəmlik anlayışı ilə uyğunlaşmır. Bundan başqa zərərçəkmiş şəxsə qarşı digər vaxtlardan edilən hərəkətlər əslində haqlı iradlardan ibarət olmuşdur. Birincisi müalicə olunan xanımın siqaret çəkməsinə qarşı məhkum edilmiş şəxsin iradı əsaslı olmuşdur. Bu cəm iyyət tərəfindən qəbul edilməzdir. Eyni zamanda məhkum edilmiş şəxsin etdiyi hərəkət həm də zərərçəkmiş şəxsə qarşı olan istəyindən irəli gəlmişdir. Onunla olan nikah bağlantısının daha da dərin olması üçün uşağın olması əsas faktorlardan biridir. Digər hərəkət isə zərərçəkmiş şəxsi başqa şəxs ilə birlikdə yatağın dağılmış vəziyyətə olması şəraitində görməsi və ona qarı təzyiq etməsi məhkum edilmiş şəxsin zərərçəkmiş şəxsə qısqanmasından irəli gəlmişdir ki, bu da məhkumun zərərçəkmiş şəxsi başqaları ilə paylaşa bilməmək istəyinin nəticəsi idi. Zərərçəkmiş şəxsin öz qardaşının yoldaşının məhkumla yaxınlığının olması ilə bağlı söylədiyi sözə görə məhkumun ona vurduğu şillə zərərçəkmiş şəxsin yaşamaq instinktini üstələyəcək dərəcədə təsir gücünə malik deyildir. Onun özünü öldürməsinə səbəb ol an hallar onun psixi durumunda olan vəziyyətlə daha sıx sürətdə bağlı idi. Onun həssas olması, münaqişəyə meylli olması, özündən çıxan olması və qardaşının həyat yoldaşının məhkumla yaxın münasibətlərdə olması ilə bağlı səsləndirdiyi fikirlərdən gələcəkdə qardaşının qarşısında etdiyi hərəkətlərin keçirəcəyi xəcalət hissi kimi faktorlar əsas rol oynamışdır. Şəxsin nikah münasibətlərində olması onun nikah münasibətində olan şəxsdən asılı olması kimi qiymətləndirilə bilməz, nikah hüququdur onun həyata keçirilib keçirilməməsində şəxs azaddır. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 kassasiya şikayətini onunla əsasla ndırmışdır ki, iş üzrə şahid X5 ifadəsindən görünür ki, 20 sentyabr 2017-ci ildə mərhum X9 intihar etməmiş, o, X7, X5 və Məhkum tərəfindən döyülmüş, sağ qoluna və başına küt alətlə ağır zərbə vurulduqdan sonra huşsuz halda pres ipi ilə tavandakı dəmir halqadan asılaraq qətlə yetirilmiş və intihar görüntüsü yaradılmışdır. 23 oktyabr 2017-ci il tarixli 7 saylı ekspert rəyindən görünür ki, müəyyən edilmiş xəsarətlər bərk küt əşya təsirindən əmələ gəlib, müddəti müayinədən 1-2 gün əvvələ uyğun gəlir, lakin müstəntiq ittiham aktında həmin xəsarətlərin 10 gün əvvəl meşədə moruq yığarkən yıxılan zaman baş verdiyini göstərmişdir. Lakin X20 və X25 ifadələrindən görünür ki, 10 sentyabr 2017-ci ildə X4 sürüşüb yıxılarkən sağ qolu çıxmış, lakin başından zədə almamışdır. Məhkəmə baxışında mərhumun başı ndakı küt alətlə yetirilən xəsarətin 20 sentyabr 2017-ci ildə baş verdiyi qənaətinə gəlmiş, lakin həmin xəsarətlərin kimin və hansı alətlə vurduğunu məhkəmə aydınlaşdırmamışdır. Həmçinin şikayətdə qeyd edilmişdir ki, X10 etiraf etmişdir ki, ölüm hadisəsi baş verməzdən 5 saat əvvəl X30 qardaşı X40a zəng etmiş ki, arvadı X40 qardaşı Məhkuma qisqanması söhbətini X4 8 ay əvvəl demiş, sən necə kişisən, X4ni cəzalandırmaq lazımdır və sözlərlə dava yaratmış, Bu davanın nəticəsində də evdə 4 nəfərin yanında müəmmalı şəkildə guya X4 özünü asmışdır. Şikayətdə həm də qeyd edilmişdir ki, hadisə şahidi X1 izahatı alınmamış və işə əlavə edilməmiş, məhkəmələr də bunu etməmişlər. Qeyd olunanları nəzərə alaraq zərərçəkmiş şəxsin hüquqi varisi Məhkum CM-nin 120.2.1 və 125-ci maddələrində nəzərdə tutulan cin ayət əməlini törətməkdə təqsirli bilib, qəti olaraq yeddi ildən az olmayaraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin hüquqi varisinin öz kassasiya şikayətinin təmin olunması, müdafiə tərəfinin kassasiya şikayətinin təmin olunmaması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 25 sentyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərli yini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişlər. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Məhkum hərəkəti Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətlərinin dəlilləri də buna əsas vermir. Belə dəlillər apellyasiya şikayətlərində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...Qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarım tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmişin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasına dair zərərçəkmiş şəxsin hüquqi varisinin, məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsinə dair məhkumun və onun müdafiəçisinin, məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasına, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunmasına dair dövlət ittihamçısını n çıxışlarını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, zərərçəkmiş şəxsin hüquqi varsi tərəifndən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Müdafiə tərəfi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin çıxardığı ittiham hökmünün qanunsuz və əsassız olduğunu qeyd etmiş, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmünün çıxarılması xahiş edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində oııun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır:- cinayət hadisəsi olmadıqda (CPM-nin 42.1.1); - əməldə cinayət tərkibi olmadıqda (CPM-nin 42.1.2);cinayətin törədilməsinə aidiyyəti olmadıqda (CPM-nin 42.1.3); - təqsirliyi sübuta yetirilmədikdə; (CPM-nin 42.1.4). Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: - bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; - bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; - bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Lakin, yuxarıda göstərilən halların heç biri Məhkum hərəkətlərində müşahidə edilməmişdir. Əksinə apellyasiya şikayətində göstərilən xiisusatlar digər danılmaz sübutlarla- zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, çoxsaylı şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətinin protokolları və digər sübutlarla tamamilə təkzib edilmişdir. Belə ki, həmin sübutlarla Məhkum ondan maddi cəhətdən aslı olmuş zərərcəkmiş şəxs X9 ilə amansız rəftar etmə və onun ləyaqətini mütəmadi olaraq alçatma yolu ilə X4 özünü öldürmə həddinə çatdırma sı faktı tamamilə sübuta yetirilmişdir. CM-nin 125-ci maddəsi ilə cinayət tərkibinin yaranması üçün zərərçəkmiş şəxsin təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olması, təqsirkar tərəfindən zərərçəkmiş şəxsə qarşı amansız rəftar edilməsi, onun ləyaqətinin mütəmadi olaraq alçaldılması, ona hədə- qorxu gəlinməsi və bunun nəticəsində zərərçəkmiş şəxsin özünü öldürməsi və ya özünü öldürməyə cəhd etməsi halları mövcud olmalıdır. İş materiallarından görünür ki, Məhkum zərərçəkmiş şəxs X9 ilə 2016-cı ilin dekabr ayının 24-də qeyri-rəsmi nikah münasibətlərinə girmiş, 2017-ci ilin iyul ayınadək Gəncə şəhərində, 20 sentyabr 2017-ci il tarixədək isə Daşkəsən rayonu Yolqullar kəndində faktiki ər-arvad münasibətlərində yaşamışdır. Birgə yaşadıqları müddətdə yalnız Məhkum özü işləməklə ailən in yeganə qazanc mənbəyi olmuş, zərərçəkmiş X4 heç yerdə işləməmiş, hər hansı bir qazanca malik olmamış, həmçinin uşağı olmadığı üçün uzun müddət müalicə olunması zərurəti yaranmış və bunun üçün də tələb olunan pul vəsaiti yalnız Məhkum tərəfindən ödənilmişdir. Beləliklə, zərərçəkmiş X15 Verdiyevdən tam maddi asılılıq vəziyyətində olmuşdur. İşdə olan sübutlarla və işin digər faktiki halları ilə kifayət qədər təsdiq olunur ki, Məhkum zərərçəkmiş şəxsi tez-tez döymüş, xəsarət yetirmiş, işgəncə vermiş və sair formada mütəmadi olaraq onunla amansız rəftar etmişdir. Məhkum zərərçəkmişlə rəsmi nikaha daxil olmasa da, faktiki ailə münasibətlərində yaşadığı halda, günlərlə evə gəlməmiş, aşkar surətdə X4mn bilməsinə, habelə həmin qadınları tanımasına məhəl qoymayaraq, başqa qadınlarla qeyri-etik mü nasibətlərdə olmuşdur. Hətta xəstəxanada olduğu vaxt onun yanında qulluq etməsi üçün X4 deyil, əmisi qızı X50 qalmışdır. Bununla da X4mn ləyaqətini mütəmadi olaraq alçatmış və nəticədə X4 ona qarşı edilən qanunsuz hərəkətlərə dözməyərək kosmetik qələmlə sol qoluna indiyə kimi ona verilən işgəncələrə artıq dözə bilməməsi barədə qeydlər edib pres ipi ilə özünü evin tavanına bərkidilmiş dəmir halqadan asaraq intihar etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət hadisəsinin Məhkum tərəfindən törədilməməsinə dair göstərilən dəlillər özünü müdafiə xarakteri daşıyır, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bu səbəbdən məhkəmə kollegiyası həmin dəlillərə tənqidi yanaşır və vurğulayır ki, müdafiə tərəfini n göstərdiyi sözügedən xüsusat İttihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Belə ki, istinad olunan cinayət əməlinin Məhkum tərəfindən törədilməsi ibtida istintaq və birinci instansiya məhkəməsi zamanı zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş sübutların məcmusu ilə tam təsdiq edilir və birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutların cəminə obyektiv hüquqi qiymət verməklə onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə düzgün tövsif etmişdir. Odur ki, Məhkum həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun əməlində cinay ət tərkibinin olmaması ilə əlaqədar apellyasiya şikayətində göstərilən dəlillər tam əsassız və özünü müdafiə xarakteri daşıdığından qəbul edilməməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Məhkum təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən hallan müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verm əmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-nin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Odur ki, Məhkum həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun əməlində cinayət tərkibinin olmaması ilə əlaqədar müdafiə tərəfinin apellyasiya şikayətində göstərdiyi dəlillər tam əsassız və özünü müdafiə xarakteri daşıdığından qəbul edilməməlidir. Cinayət işinin materiallarından da görünür ki, məhkum eyni dəlilləri birinci instansiya məhkəməsində ifadə verən zaman da irəli sürmüş və onun irəli sürdüyü dəlillər müdafiəçisinin iştirakı ilə hərtərəfli araşdırılmış, bütün sübutların təhlil olunması yolu ilə yoxlanılmışdır. Belə olan halda məhkəmə kollegiyası məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətində isə məhkəmənin hökmünün ləğv edilməsi və Məhkum əməlinin CM-in 120.2-ci maddəsinə tövsif edilməsi iddia edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. CPM-in 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının digər qanu nlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının və satəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışını dayandırmalıdır. Bu halda məhkəmə müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının 10 (on) gün müddətində təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə əsaslandırılmış qərar çıxarır. CPM-in 391.8 və 391.8-1-ci maddələrinə əsasən CPM-in müddəalarının aşağıdakı kobud pozuntularına yol verildiyi hallarda apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların məhkəməsinə qaytarılması haqq ında qərar çıxarır: 391.8-1. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda apelyasiya şikayətinə və apelyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Həmin Məcəllənin 449-cü maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından, o cümlədən cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında qərarlardan məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququna malikdirlər. İş materiallarında olan 10 fevral 2018-ci il tarixli “Sübutlanı qiymətləndirilməsi haqqında” qərara əsasən: “Təqsirləndirilən şəxs Məhkum CM-in 125-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmışdır. Eləcə də, zərərçəkmiş şəxs X2 iradəsinin əleyhinə onun evlənmək məqsədi ilə oğurlanması, öldürülməklə hədələnməsi və qəsdən öldürülməklə həyatdan məhrum edilməsi təsdiqini tapmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlan ması rədd edilmiş və Məhkum CM-nin 120,134 və 144-cü maddələri ilə ittiham elan edilməmişdir”. Həmçinin, işdə olan 18 fevral 2018-ci il tarixli ittiham aktından görünür ki, yalnız Məhkum qarşı CM-in 125-ci maddəsi ilə ittiham irəli sürülmüş və məhkəmə də haqlı olaraq həmin ittiham daxilində işə baxmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsindən göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmə baxışı yalnız təqsirləndirilən şəxslər barəsində və məhkəməyə verilmiş ittiham daxilində aparılmaqla ittiham aktının müəyy ən dairəsi ilə məhdudlaşmış olur. Məhkəmə baxışının hədlərinin belə məhdudlaşdırılması cinayət məsuliyyətinə cəlb etmənin qanuni qaydasının və təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi vəzifəsindən irəli gəlir. Bu baxımdan məhkəmə ittiham elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyildir. Belə ki, məhkəmə məhkəmə baxışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz. Məhkəmə baxışının hədlərinin qanunda dəqiq müəyyən edilməsi məhkəmə iclasını məqsədyönlü şəkildə təşkil etməyə, təqsirləndirilən şəxsə isə onun vəziyyətinin ağırlaşmasının yolverilməzliyinə təminat verir. Məhkəmə baxışı zamanı ittihamın ağırlaşdırılmasına səbəb ola biləcək hal aşkar edildikdə, qeyd olunan şəxslərin vəsatəti olmadan məhkəmənin öz t əşəbbüsü ilə məhkəmə baxışını dayandıraraq işi və ya materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq, habelə barəsində ittiham irəli sürülməmiş və məhkəməyə verilməmiş istənilən digər şəxs haqqında öz təşəbbüsü ilə bu və ya digər, xüsusilə də, ittiham yönümlü qərar qəbul etmək səlahiyyəti (hüququ) qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istər ibtidai istintaq zamanı, istər də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyinin, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. M əhkum əməlinə istintaq orqanının qərarı ilə qiymət verilmiş, həmin qərarla Məhkum əməlində daha ağır cinayət tərkibinin olmasına dair bütün məsələlər ətraflı araşdırılmış və öz təsdiqini tapmamışdır. Prosessual hərəkətlərdən (hərəkətsizlikdən) və ya prosessual qərarlardan məhkəmə nəzarəti qaydasında və ya digər qaydada şikayət verilməmiş və mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlinin CM-in 120.2-ci maddəsinə tövsif edilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun hərəkətləri ona isnad edilmiş CM-in 125-ci maddəsinin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşdüyündən birinci instansiya məhkəməsinin Məhkum bu maddə ilə verilən ittihamda təqsirli bilərkən haqlı olmuşdur. Bund an başqa, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiva şikayətində qeyd olunan Elməddin Hüseynovun da cinayət məsuliyyətinə cəlb edilməsi dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında olan 10 fevral 2018-ci il tarixli “Sübutİanı qiymətləndirilməsi haqqında” qərarda Elməddin Hüseynovun cinayət məsuliyyətinə cəlb edilməsi, ona ittiham elan edilməsi və ya onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında heç bir məlumat göstərilməmişdir. Qeyd olunan qərar zərərçəkmiş şəxs tərəfindən mübahisələndirilməmiş və qüvvədədir. Odur ki, apellyasiya şikayətinin qeyd olunan dəlili də əsassızdır. Zərərçəkmişin hüquqi varisi həmçinin X1 şahid qismində məhkəməyə çağırılıb dindirilməsini xahiş etmişdir. Bu dəlillərə də münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, X1 nə ibtidai istintaqda, nə də birinci instansiya məhkəməsində şahid statusunda tanınmamış və dindirilməmişdir. Digər tərəfdən zərərçəkmişin hüquqi varisi şikayətdə X1 dindirilməsinin digər şəxsin, yəni X20in məsuliyyətə cəlb olunması üçün vacibliyini göstərmişdir ki, sonuncuya qarşı heç bir ittiham irəli sürülməmişdir. Odur ki, həmin dəlillər də əsaslı hesab edilə bilməz...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətlərinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşı r və qeyd edir ki, kassasiya şikayətlərinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Müdafiə tərəfi kassasiya şikayətində zərərçəkmiş şəxs X4ün Məhkum asılılığı məsələsi mübahisələndirilir. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin buna dair dəlillərinə də münasibət bildirmiş, onları ətraflı olaraq cavablandırmış, buna dair nəticəni də, yuxarıda göstərildiyi kimi, işin hallarına, sübutlara istinad etməklə əsaslandırılmışdır. Şikayətdə (müdafiə tərəfinin) Məhkum zərərçəkmiş şəxslə ayrı-ayrı vaxtlarda amansız rəftar etməsi faktiki olaraq mübahisələndirilmir. Şikayətdə belə rəftara yol verilməsinin səbəbləri olduğu iddia edilir və bu səbəblər şərh edilir. Şikayətin bu dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cinayət hüquqi nəz əriyyəsinə görə, amansız rəftarın hansı səbəbdən edildiyi əməlin tövsif məsələsi üçün əhəmiyyət kəsb etmir. Əməlin CM-nin 125-ci maddəsi ilə tövsif edilməsi üçün təqsirkarın hərəkətləri qeyri-hüquqi olmalıdır. Lakin onun bütün qeyri-hüquqi hərəkətləri deyil, zərərçəkmiş şəxslə amansız rəftarı, onun ləyaqətini mütəmadi olaraq alçaltma və ya ona hədə-qorxu gəlmədə ifadə olunan hərəkətləri törətməsi zəruridir. Bundan başqa, CM-nin 125-ci maddəsində nəzərdə tutulan əməl dolayı qəsdlə də törədilə bilər (hüquq elmləri doktoru, professor F.Y.Səməndərovun redaktəsi ilə Cinayət Məcəlləsinin doktrinal şərhi verilmiş Kommentariyası). Amansız rəftarın mütəmadi olmadığına dair şikayətin dəlilinə gəldikdə qeyd olunmalıdır ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs bir neçə dəfə amansız rəftara (Məhkum tərəfindən) məruz qalmışdır (ittihamda da bu hallara istinad olunmuşdur). Müdafiə tərəfinin şikayətində zərərçəkmiş şəxsin digər şəxslərlə də psixoloji cəhətdən gərgin münasibətdə olduğu da iddia olunur və bunun da özünü öldürməyə gətirib çıxara bilməsi barədə mülahizə irəli sürülür. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin qohumları ilə ziddiyyətli münasibətdə olmasını göstərən halları (şikayətdə istinad olunanları) ətraflı təhlil edərək vurğulayır ki, onun bu münasibətlər zəminində özünü öldürməsi inandırıcı görünmür. İş materiallarından göründüyü kimi, məhkəmələr də müdafiə tərəfinin bu dəlillərini kifayət qədər ətraflı araşdırmış və onlar üzrə düzgün nəticəyə gəlmişlər. Odur ki, zərərçəkmiş şəxsin hər hansı bir qohumu ilə ziddiyyətli münasibətdə olması özü-özlüyündə onu öldürmə həddinə çatdırması (Məhkum tərəfindən) barədə nəticəni heç cür təkzib etmir, müdafiə tərəfinin mövqeyini də faktiki olaraq heç cür əsaslandırmır. Zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətində Məhkum CM-nin 120.2.1-ci maddəsi ilə də təqsirli bilinməli, digər şəxslərin də məsuliyyətə cəlb edilməli olduğu iddia olunur. Mübahisəsizdir ki, belə dəlil əsaslı hesab oluna bilməz. İbtidai istintaq orqanı tərəfindən R.X4anovanın özünü öldürməsi ilə əlaqədar yalnız Məhkum ittiham verilmiş (cinayət təkbaşına törətməsi barədə) əməli bir maddə ilə - Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikay ətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, şikayətin yuxarıda göstərilən dəlilləri də əsaslı hesab oluna bilməz (qanunvericiliyinin tələbləri baxımından). Cəza təyini məsələsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Şikayətdə cinayət və cinayət prosessual qanununun normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının müddəalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı da İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi ilə ziddiyyət təşkil etmir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan hallar m övcud olmadığından) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qərarı Məhkum müdafiəçisi Z.K.Qəhrəmanov və zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar