Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-182/2020 07.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublika sı CM-nin 206.2-ci və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə ((hakimlər: A.Hacıyev (sədrlik edən), E.Əliyev və M.Abdullayev) Məhkum- xx xxxxxxxx 1966-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası CM-nin 206.2-ci və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay, CM-nin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqda n məhrum etmə cəzalarına, CM-nin 66.3-cü maddəsi ilə təyin olunmuş cəzaların qismən toplanılmaqla qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2017-ci il tarixdən hesablanmaqla məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, xx xxxx 2017-ci il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində müəyyən edilməsi mümkün olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən, maddəsinin miqdarı 18 qram təşkil edən 90 həb “T-Doll Tramadol Hydrochloride BP 200 mg Tablets” göstəricili dərman preparatını ə ldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə həmin maddələri əyninə geyindiyi alt paltarının içəri qabaq hissəsində yerləşdirib saxlamış, daşımış və həmin gün saat 14 radələrində qeyd olunan güclü təsirli maddəni Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib qaçaqmalçılıq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: E.Ə.Camalov (sədrlik edən və məruzəçi) Ə.Ə.İ.Novruzov və R.M.Cəfərovdan ibarət tərkibdə) xx xxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini qismən təmin edərək hökm dəyişdirilmiş, Məhkum CM-nin 206.2-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay azadlı qdan məhrum etmə cəzasının müddəti 3 (üç) ilə endirilmiş və CM-nin 66.3-cü maddəsinə əsasən 3 (üç) il azadlıqdan məhrum etmə cəzası birinci instansiya məhkəməsinin hökmü ilə CM-in 240.3.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla qəti olaraq 4 (dörd) il 1(bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ə.S.Seyfəliyev (sədrlik edən və məruzəçi), H.Q.Nəsibov və T.L.Kazımovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Məhkum kassasiya şikayəti qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni a pellyasiya baxışına təyin edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: İ.H.Əhmədov (sədrlik edən və məruzəçi) İ.Q.Əsədov və F.K.Soltanovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin edərək hökmün Məhkum CM-nin 240.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissəsi ləğv edilərək həmin hissədə ona bəraət verilmiş, CM-nin 206.2-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hissəsi dəyişdirilmədən saxlanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli hökmündən Məhkum kassasiya şikayəti verərək hökmün ləğv edilməsini və həbsdən azad edilməsini xahiş e tmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ona Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə bəraət versə də əsassız olaraq onu CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilmişdir. Birinci qrup əlil olmaqla ağır xəstə olduğundan, 2 dəfə beyindaxili insult, infarkt keçirdiyini nəzərə alaraq, Biləsuvar mərkəzi xəstəxanasında qeydiyyatda olduğu və tramadol pereparatından asılı olduğu üçün, həkim resepti əsasənda Tramadol həblərini qanuni əsaslarla İİR-dan gətirərkən, sənədlərə məhəl qoymadan Astara Gömrük əməkdaşları tərəfindən saxlanılmşdır. Əməlində cinayət tərkibi olmadığı halda iki ildən çox müddət ərzində həbsdədir. O cinayət törətməmişdir. Ona görə də kassasiya şikayətinin təmin olunaraq həbsdən azad olunmasını xahiş etmi şdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyri nə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində əsassız olaraq apellyasiya instansiya məhkəməsinin onu CM-nin 206.2-ci maddəsi ilə təqsirli bildiyini, birinci qrup əlil olmaqla ağır xəst ə olduğundan, 2 dəfə beyindaxili insult, infarkt keçirdiyini, Biləsuvar mərkəzi xəstəxanasında qeydiyyatda olduğu və tramadol pereparatından asılı olduğu üçün, həkim resepti əsasənda Tramadol həblərini qanuni əsaslrla İİR-dan gətirərkən, sənədlərinə məhəl qoymadan Astara Gömrük əməkdaşları tərəfindən saxlanıldığını, əməlində cinayət tərkibi olmadığı halda iki ildən çox müddət ərzində həbsdə saxlandığını göstərmişdir. Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın si lahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi cinayət tərkibi nəzərdə tutulmuşdur. Cinayət işi üzrə apellyasiya şikayətinə baxmış Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixl i qərarı ilə kassasiya şikayətində göstərilən dəlillər təkzib edilmişdir. Həmin qərarda göstərilmişdir ki, apelyasiya baxışı zamanı Məhkum reseptlər əsasında müalicə yazmış həkimlər X2 və X7 şahid kimi məhkəmə iclasındakı ifadələrində Məhkum tramadol dərmanı qəbul etməsi ilə bağlı müalicə təyin etdiklərini təstiq etmişlər. X10 bu təyinatın 24 tabletka həcmində olduğunu bildirmişdir. Lakin şahid bu müalicənin yeni kursunun da təyin edilməsinin mümkün olmasını göstərmişdir. Beləliklə Məhkum həkimlər tərəfindən güclü təsir edən maddələrin istifadəsi ilə bağlı müalicə yazılması müəyyən edilmişdir. İşdə olan məhkəmə bioloji ekspertizasının xx xxxx 2017-ci il tarixli, ***** №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdəki bir ədəd polietilen paketin içərsində zavod üsu lu ilə qablaşdırılma əlamətlərinə malik üzərində “T-Doll Tramadol Hydrocloride BP 200 mg tablets JST 02M9/16E8/19” yazısı olan 9 ədəd konvalyutlarda ümumi sayı 88 ədəd qırmızı rəngli dairəvi formalı həblər Tramadol dərman preparatıdır, üzərində göstərilən tarix və göstəricilərinə əsasən həblər istifadəyə yararlıdır və təsiredici maddəsinin ümumi miqdarı 17,6 qram (bir ədəd həbdə 200 mq) təşkil edir. “Tramadol” xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin siyahısına” daxildir. (Həblərin ilkin miqdarı 90 ədəd, təsiredici maddəsinin ümumi miqdarı 18 qram olmuş, qalıq 86 həb, təsiredici maddəsinin ümumi miqdarı 17.2 qramdır). İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2017-ci il tarixli, 1220 №-li rəyindən görünür ki, müa yinə zamanı Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və güclü təsiredici dərman preparatı olan tramadoldan sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu aşkar olunur, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 39 saylı “narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda onun İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, ərazi narkoloji dispranserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan “Şəxsi yoxlama aparılması haqqında” xx xxxx 2017-ci il tarixli protokoldan görünür ki, həmin gün “Biləsuvar Gömrük İdarəsinin Qoşa Təpə” Gömrük postunda Məhkum üzərinə baxış keçirilərkən onun əynindəki alt paltarında üzərində “T-Doll Tramadol Hydrochloride BP 200 mg Tablets” sözləri qeyd olunmuş 09 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla cəmi 90 həb şəffaf sellofan paketdə, hər paketdə 100 ədəd olmaqla, ümumilikdə 300 ədəd açıq qəhvəyi rəngli, üzərində «ddp/M40» nişanəsi olan dairəvi formalı həblər aşkar edilərək götürülmüşdür. İşdə olan Dövlət Gömrük Komitəsinin gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi (İAMAS Service) hesabatına baxış keçirilməsinə dair xx xxxx 2017-ci il tarixli protokoldan görün ür ki, Məhkum xx xxxx 2017-ci il tarixdə Biləsuvar Gömrük İdarəsinin sərhəd nəzarət məntəqəsində pasport nəzarətindən keçməklə İran İslam Respublikasına getmiş və həmin tarixdə yəni xx xxxx 2017-ci il tarixdə həmin məntəqədən keçməklə geri qayıtmışdır. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2ci maddəsi ilə təqsirli olması isə öz təsdiqini tapır. Belə ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 1 №-li qərarının 14-cü bəndində göstərilir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçi rən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə buna kifayət qədər əsaslar olduqda tövsif edilir. Digər hallarda, yəni şəxs qeyd olunan dərman vasitələrini bəyan etməməklə, gömrük nəzarətindən kənar, yaxud tibbi sənədlərdən, o cümlədən reseptdən aldatma yolu istifadə etməklə gömrük sərhədindən keçirdikdə, onun əməlinə işin faktiki hallarından (məsələn, dərman vasitələrinin miqdarının tibbi reseptə uyğun olub-olmamasından, xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən və sair hallardan) asılı olaraq hüquqi qiymət verilməlidi r. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Məhkum götürülmüş reseplərdə göstərilənlərdən də artıq miqdarda (90 ədəd həblərin ümumi miqdarı 18 qram olmuş, qalıq 86 həb, təsiredici maddəsinin ümumi miqdarı 17.2 qramdır) “Tramadol” maddəsi xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin siyahısına” daxildir. Məhkum həmin maddələri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əyninə geyindiyi alt paltarının içəri qabaq hissəsində yerləşdirib saxlamış, daşımış və həmin gün saat 14 radələrində Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib qaçaqmalçılıq etmişdir. Məhkum bu hərəkətləri Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş əməlin əlamətlərinə uyğundur. Ona görə də, Tramadol həblərini qanuni əsaslarla İİR-dan Azərbaycan Respublikasına keçirməsi, əməlində cinayət tərkibi olmaması barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilməd iyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-182/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-182/2020
07.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver