Məhkəmə qərarları › İş №1(102)-182/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-182/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-182/2023 05.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum müdafiəçisi Müdafiəçi4, zərərçəkmiş şəxs X5 nümayəndəsi Nümayəndə2, zərərçəkmiş şəxslər Quliyev Məmməd-Əli Qüdrət oğlunun, X2, Zərərçəkmiş şəxs4 iştirakları ilə, xx xxxxxxxx 1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətən daşı, fərdi əməklə məşğul olmuş, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 06 saylı Cəzaçəkmə Müəssisəsində həbsdə olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 1(103)-865/2021 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 1(101)-107/2021 nömrəli hökmü ilə ( hakimlər F.Ə.Qəniyev (sədrlik edən), M.A.Xankişiyev və İ.A.Mahmudov ) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu və ibtidai həbsdə olduğu 3 (üç) ay 15 (on beş) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 8 (səkkiz) il 8 (səkkiz) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 29 aprel 2020-ci il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs X13 tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş, vurulmuş maddi zərərlə bağlı Məhkum 67114 ( altmış yeddi min yüz on dörd) manat məbləğində pul tutularaq X7 ödənilməsi hökm edilmiş, qalan hissədə iddia təmin edilməmiş, X20 və X2 mülki iddiaları isə baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən, zərərçəkmiş şəxs və mülki iddiaçı X13 tərəfindən apelyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2021-ci il tarixli qərarı ilə, (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), İ.M.Murquzov və H.H.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri Nərimanov rayonu Dərnəgül qəsəbəsində yerləşən "Baksol” taxta bazarındakı tikinti materialları mağazasında satıcı işləyən X8 ondan həmin ünvanda dəyərini on gündən sonra ödəyəcəyinə dair yalan vəd verib aldatmaqla 2015-ci ilin iyul ayının əvvəlində öhdəsində olmaqla ona məxsus olan dəyəri 5.280 manat təşkil edən 22,96 kub metr taxta mat erialını alıb bir neçə gün sonra 3800 manat pul ödəyərək inam yaratdıqdan sonra qalan 1.480 manat pulu ödəməmiş, bundan sonra Qurban İsgəndərovdan 16 iyul 2015-ci il tarixdə cəmi dəyəri 31.828 manat təşkil edən 133,449 kub metr, dəyəri 10000 manat təşkil edən 500 ədəd dik taxta materialı, dəyəri 23.806 manat təşkil edən 34,009 ton dəmir armatur materialını alıb dəyərini ödəməyərək etibarından sui-istifadə edib özgə əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək zərərçəkmiş şəxs Qurban İskəndərova ümumilikdə 67.114 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X4 onun Abşeron rayonu Digah qəsəbəsində yerləşən fərdi yaşayış ev ini tam təmir etdirib təhvil verəcəyini deyib həmin ünvana tikinti materialları gətirərək işə başlamaqla Rövşən İsgəndovun etibarını qazandıqdan sonra 05 sentyabr 2015-ci il tarixdə saat 15 radələrində Rövşən İsgəndərova pula ehtiyacı olduğunu deyib ünvan 2 ünvanda ondan həmin dövrün məzənnəsi ilə 25.690,7 manat təşkil edən 24.500 ABŞ dolları dəyərində 2 dəst komplekt qızıl-zinət əşyalarını (kolye, qolbaq, sırğa və üzük) alıb hər ay 8.000 manat olmaqla 3 (üç) ay müddətində pulunu ödəyəcəyinə dair yalan vəd verib aldatmaqla etibarından sui-istifadə edərək özgə əmlakını ələ keçirməklə zərərçəkmiş şəxs Rövşən İsgəndərova 25.690,7 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgən in əmlakını ələ keçirmək məqsədi ilə X11 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri Nərimanov rayonu Dərnəgül qəsəbəsində yerləşən "Baksol” taxta bazarındakı tikinti materialları mağazasında satıcı işləyən Quliyev Məmməd-Əli Qüdrət oğluna ondan həmin ünvanda dəyərini sonradan ödəyəcəklərinə dair birgə yalan vəd verib aldatmaqla Elnur Abduləzimovla birlikdə 18 dekabr 2015-ci il tarixdə öhdəsində olmaqla ona məxsus olan dəyəri 2.670 manat təşkil edən 13 kub metr, 19 dekabr 2015-ci il tarixdə dəyəri 2.440 manat təşkil edən 11,9 kub metr, 22 dekabr 2015-ci il tarixdə dəyəri 4.860 manat təşkil edən 626,4 kub metr və 57,5 kvadrat metr, dəyəri 2.420 manat təşkil edən 302,4 kvadrat metr, dəyəri 1800 manat təşkil edən 5x15x6 ölçülü 5,715 kub metr, 09 yanva r 2016-cı il tarixdə dəyəri 3011 manat təşkil edən 10,038 kub metr taxta materialını alıb dəyərini ödəməyərək etibarından sui-istifadə edib vahid niyyətlə əhatə olunmuş qəsdlə birgə ələ keçirərək başqa şəxslərə ucuz qiymətə satıb əldə etdikləri özgə əmlakının dəyərini sahibinə ödəməyərək etibarından sui-istifadə edib pulları Elnur Abduləzimovla aralarında bölüşdürməklə zərərçəkmiş şəxs Məmməd-Əli Quliyevə ümumilikdə 17.201 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X11 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi R.Göyüşov küçəsində yerləşən 2 sot torpaq sahəsində fərdi yaşayış evini tikib ona təhvil verəcəklərinə dair birgə yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs5 əvvəlcə Elnur Abduləzimov 08 mart 2016-cı il tarixdə Bakı şəhəri Sabunçu rayonu ərazisində olan körpünün yaxınlığında 200 manat, bundan sonra Məhkum 10 mart 2016-cı il tarixdə Bakı şəhəri Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsində yerləşən 39 saylı notariat kontorunda borc adı ilə müqavilə bağlamaqla 8.300 manat, 17 mart 2016-cı il tarixdə ünvan 3 ünvanda yerləşən 31 saylı notariat kontorunda borc adı ilə müqavilə bağlamaqla inandırıb 8.500 manat pulu etibarından sui-istifadə edərək alıb özgə əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə birgə ələ keçirməklə etibarından sui-istifadə edib Elnur Abduləzimovla aralarında bölüşdürərək Zərərçəkmiş şəxs5 ümumilikdə 17.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 tezliklə geri qaytaracağına dair yalan vəd verib aldatmaqla 26 may 2016-cı il tarixdə yaşadığı Bakı şəhəri Nizami rayonu Azər Manafov küçəsi ev 15/21 mənzil 65-də Zərərçəkmiş şəxs4 əvvəlcə özünün həyat yoldaşı X6 vasitəsilə 1500 manat, sonra isə özü 26 iyun 2016-cı il tarixdə həmin ünvanda 4.500 manat pulu borc adı ilə alıb, 2016-cı ilin avqust ayında aldığı pulların əvəzində X3 adına olan torpaq sahəsini Zərərçəkmiş şəxs4 adına rəsmiləşdirilməsini təmin edəcəyi adı ilə həmin ünvanda 700 manat pul alıb etibarından suiistifadə etməklə özgə əmlakını vahid niyyətlə əhatə olunmuş qə sdlə ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilikdə 6.700 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ruslan Göyüşov küçəsində yerləşməklə Şahid9 məxsus fərdi yaşayış evini öz mülkiyyətindəki ev kimi təqdim edib ona satacağına dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs6 əvvəlcə 5 iyun 2016-cı il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən ofisdə həmin dövrün məzənnəsi ilə 2.992,8 manat təşkil edən 2.000 ABŞ dolları, sonra isə 6 iyun 2016-cı il tarixdə eyni ünvanda həmin dövrün məzənnəsi ilə 5985,6 manat təşkil edən 4.000 ABŞ dolları və 4.000 manat p ulu etibarından sui-istifadə edərək alıb özgə əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs6 ümumilikdə 12.978,4 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X11 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında X15 Abşeron rayonu Məhəmmədli kəndi ərazisində yerləşməklə Şahid5 Abdi oğlunun mülkiyyətində olan kənd təsərufatı təyinatlı 8 sot torpaq sahəsinin 3 sot sahəsi üzərində fərdi yaşayış evi tikib ona təhvil verəcəklərinə dair birgə yalan vəd verib aldatmaqla Kamran Abbasovdan əvvəlcə özü 28 iyun 2016-cı il tarixdə ünvan 4 ünvanda yerləşən 16 saylı notariat kontorunda borc adı i lə müqavilə bağlamaqla 5.000 manat, sonra isə Elnur Abduləzimov 01 iyul 2016-cı il tarixdə "Azərpoçt” Qapalı Səhmdar Cəmiyyətinin Göyçay rayon filialı vasitəsilə göndərilmiş 1.500 manat, 04 iyul 2016-cı il tarixdə yenə özü Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 7 ünvanında olan ofisdə torpaq pulu ödəyəcəyi adı ilə 2.000 manat pulu alıb etibarından suiistifadə edərək Elnur Abduləzimovla aralarında bölüşdürməklə özgə əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək zərərçəkmiş şəxs Kamran Abbasova ümumilikdə 8.500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X11 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol yaşayış massivində olan torpaq sahəsində 43.000 manat dəyərində fərdi yaşayış evi tikib ona təhvil verəcəklərinə dair yalan birgə vəd verib aldatmaqla əvvəcə Elnur Abduləzimov 17 avqust 2016-cı il tarixdə gündüz vaxtı Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 95 ünvanda olan "Bakı Qafqaz Centre”də yerləşən ofisdə beh müqaviləsi bağlamaqla inandırıb tikintiyə icazə alacağı adı ilə 2.000 manat, sonra isə 19 avqust 2016cı il tarixdə saat 11 radələrində həmin ünvanda Elnur Abduləzimovla birlikdə tikintiyə başlamaq adı ilə 7.700 manat, 20 avqust 2016-cı il tarixdə kirayədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Baksol yaşayış massivində 8.300 mana t alıb qəbz yazıb verərək inandırdıqdan sonra, 21 avqust 2016-cı il tarixdə saat 18 radələrində həmin ünvanda E.Abduləzimov tikiləcək evə su və işıq xətti çəkdirəcəyi adı ilə 500 manat pulu etibarından sui-istifadə edərək alıb həmin pulları Elnur Abduləzimovla aralarında bölüşdürməklə özgə əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 18.500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X11 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında X9 Abşeron rayonu Masazır qəsəbəsində olan 0,2 hektar torpaq sahəsi alıb orada fərdi yaşayış evi tikib ona təhvil verəcəklərinə dair bir gə yalan vəd verib aldatmaqla Ceyhun Məmmədovdan özü 09 oktyabr 2017-ci il tarixdə ünvan 8 ünvanda yerləşən 19 saylı notariat kontorunda borc adı ilə müqavilə bağlayaraq inandırıb həmin ünvanın qarşısında 30.000 manat pulu etibarından sui-istifadə edərək alıb Elnur Abduləzimovla aralarında bölüşdürməklə özgə əmlakını ələ keçirərək zərərçəkmiş şəxs Ceyhun Məmmədova 30.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkumun əməlinə düzgün hüquqi qiymət verilməmiş, cinayət prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə baxışı gedişində cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamış nəticədə Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif edilməli olduğu halda həmin Məcəllənin 178.3.2-ci maddəsi təqsirli bilinib məhkum edilmişdir. Şikayət müəllifi hesab edir ki, məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən ilk dəfə məhkum olunması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin qismən ödənilməsi, cəzanı ağırlaşdıran halların olmaması lazımınca nəzərə alınmamış, yekunda o, ağır və ədalətsiz cəzaya məruz qalmışdır. Müdafiəçi3 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2021-ci il tarixli qərarının dəyişdirilməsini, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən 178.2.4-cü maddəsinə tövsif olunaraq aşağı həddə cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs Quliyev Məmməd-Əli Qüdrət oğlu kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2021-ci il tarixli qərarının düzgün və ədalətli olduğu qeyd edərək, məhkəmə kollegiyasından verilmiş kassasiya protestinin və kassasiya şikayətlərinin təmin edilməməsini və mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual M əcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların d üzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif olunduğunu, əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi, onun əməlinin Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif edilməsi və ona CM-in 178.2.4-cü maddəsi ilə yüngül cəzanın təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbl əri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməlləri törətməsi, yəni təkrarən xeyli və küllü miqdarda ziyan vurmaqla dələduzluq etməsi və həmin əməllərə görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv a raşdırılmış hallara əsasən müəyyən edilmişdir. Müdafiə tərəfinin birinci instansiya məhkəməsində gətirdiyi Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə, o cümlədən zərərçəkmiş şəxslərin əksəriyyəti məhkumun arasında olan münasibətlərin mülki-hüquqi xarakterli olmasına dair dəlilləri apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış bütün sübutların məcmusu ilə, o cümlədən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, cinayət işində olan başqa materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkəmənin qənaətinə görə Məhkum hərəkətlərində dələduzluq cinayətinin tərkibi ilə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində təsbit edilmiş cinayəti ağırlaşdıran əlamətlərlə ehtiva olunan bütün hallar mövcud olmu şdur. Apellyasiya məhkəməsinin gəldiyi nəticələr kassasiya şikayətində də irəli sürülmüş eyni iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin sözügedən məsələ üzrə çıxardığı nəticələri, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş dələduzluq cinayətini törətməkdə təqsirli olması barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görmür. Odur ki, məhkəmə heyəti baxılan işdə Məhkum əməlinin hüquqi tövsfi ilə bağlı əsaslarının, yəni kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.15-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsi əsası kimi təsbit edilən halların olmaması haqqında nəticəyə gəlir. Müdafiəçinin Məhkum cinayət qanununun tələbləri pozulmaqla ədalətsiz cəzanın təyin olunmasına dair iddiasına gəldikdə, məhkəmə kollegiyası bu məsələdə də kassasiya şikayətinin müəllifi ilə razılaşmaq üçün əsas görmür. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun cəzasını yüngülləşdirən hallar kimi əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini, şəxsiyyətinə aid başqa məlumatları, təyin olunan cəzan ın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eləcə də cəzanın məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri kimi məsələlər üzrə müəyyən edilmiş bütün halları tarazlaşdırılmış şəkildə nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş və yaxud kassasiya şikayətində istinad olu nan digər halları Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsini tələb edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Təsvir olunanlar məhkumun apellyasiya şikayətinə baxılması nəticəsində CPM-in 416.1.21-ci maddəsində göstərilən halın müəyyən edilmədiyi, yəni kassasiya şikayətinin də təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının, zərərçəkmiş şəxslərin, zə rərçəkmiş şəxsin nümayəndəsinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2021-ci il tarixli, 1(103)-865/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 1(103)-865/2021 nömrəli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar