Məhkəmə qərarları › İş №1(102)-182/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-182/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-182/2024 15.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkumlar Məhkum1 və Məhkum2 iştirakları ilə, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərb aycan Respublikası CM-in və ya CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 1(103)-1994/2022 nömrəli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum1 xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssi səsində cəza çəkir.

2. Məhkum2 xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosesi nömrəsiz evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Məhkum1 qardaşı Məhkum2 və şəxsiyyəti istintaqa məlum ol mayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Rza” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün üzərinə düşən öhdəliyə əsasən “Rza” adlı şəxsin “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə telefon danışığı zamanı sonuncunun ona bildirdiyi istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda ümumi təmiz çəkisi 1558,338 qram narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 601,784 qram psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi 147,131 qram narkotik vasitə qurudulmuş marixuananı və 50 ədəddən çox, təmiz çəkisi 21,183 qram olan nark otik təbiətli çətənə (kannabis) bitkisinin hissələrini əldə edib, müvəqqəti yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, ünvan 4 ünvanında yerləşən mənzilinə daşıyaraq saxlamış, orada həmin narkotik vasitələri və psixotrop maddələri bükümlərə ayıraraq, istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Rza” adlı şəxsin "WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə ona bildirdiyi ünvanlara qardaşı Məhkum2 idarə etdiyi “Opel Vectra” markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobillə çatdırmaq məqsədilə həmin narkotik vasitə və psixotrop maddədən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 9,488 qram, 4,583 qram ümumi təmiz çəkisi 14,071 qram olan narkotik vasitə olan heroini, 01 ədəd bükümdə təmiz çəkisi 0,895 qram olan psixotrop maddə metamfet amini özü, qardaşı Məhkum2 isə 01 ədəd bükümdə təmiz çəkisi 0,889 qram olan psixotrop maddə metamfetamini və 01 ədəd bükümdə təmiz çəkisi 9,267 qram olan narkotik vasitə olan heroini üzərində saxlayaraq daşımış, 10 fevral 2021-ci il tarixdə saat 01:45 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qardaşı Məhkum2 ilə birlikdə ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Sabunçu RPİ-.in 15-ci PB-nın inzibati binasına gətirilmiş və inzibati binada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan gödəkçəsinin sol yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 9,488 qram, 4,583 qram külli miqdarda ümumi təmiz çəkisi 14,071 qram olan qəhvəyi rəngli madd ə kustar üsulla hazırlanmış vasitə olan heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,895 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, habelə qardaşı Məhkum2 üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,889 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 9,267 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş və əməliyyat tədbiri davam etdirilərək 10 fevral 2022-ci il tarixdə yaşadığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, ünvan 4 ünvanında baxış keçirilən zaman evin giriş hissəsində sağ tərəfdə yerləşən yataq otağında taxta konstruksiyalı dolabın üs tündə 03 ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkisi 445,0 qram, 100,0 qram, 55,0 qram külli miqdarda ümumi təmiz çəkisi 600,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 04 ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkisi 200,0 qram, 100,0 qram, 145,0 qram, 1090,0 qram külli miqdarda ümumi təmiz çəkisi 1535,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri 74,556 qram, 72,575 qram ümumi təmiz çəkisi 147,131 qram olan bitki mənşəli, tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd plastik qabda, 50 ədəddən çox, təmiz çəkisi 21,183 qram olan bitki hissələri, əkilib bəcərilmə si qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri, üzərində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirilməsinə dair qeydiyyatlar olan 40 vərəqədən ibarət 02 ədəd dəftər və üzərində narkotik vasitə olan heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

4. Həmçinin, Məhkum2 satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Məhkum2 qardaşı Məhkum1 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Rza” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələ ri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün üzərinə düşən öhdəliyə əsasən “Rza” adlı şəxsin “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə telefon danışığı zamanı sonuncunun Məhkum1 bildirdiyi istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda ümumi təmiz çəkisi 1558,338 qram narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 601,784 qram psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi 147,131 qram narkotik vasitə qurudulmuş marixuananı və 50 ədəddən çox, təmiz çəkisi 21,183 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələrini əldə edib, idarə etdiyi “Opel Vectra” markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobillə Məhkum1 müvəqqəti yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı q əsəbəsi, ünvan 4 ünvanında yerləşən mənzilinə daşıyaraq saxlamış, orada həmin narkotik vasitələri və psixotrop maddələri bükümlərə ayıraraq, istintaqa məlum olmayan İran islam Respublikası vətəndaşı olması ehtimal olunan “Rza” adlı şəxsin "WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə Məhkum1 bildirdiyi ünvanlara idarə etdiyi “Opel Vectra” markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobillə çatdırmaq məqsədilə həmin narkotik vasitə və psixotrop maddədən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 9,488 qram, 4,583 qram ümumi təmiz çəkisi 14,071 qram olan narkotik vasitə ola heroini, 01 ədəd bükümdə təmiz çəkisi 0,895 qram olan psixotrop maddə metamfetamini qardaşı Məhkum1, özü isə 01 ədəd bükümdə təmiz çəkisi 0,889 qram olan psixotrop maddə metamfetamini və 01 ədəd bükümdə təmiz çəkisi 9,267 qram olan narkotik vasitə olan heroini üzərində saxlıyaraq daşımış, xx.xx.2021-ci il tarixdə saat 01:45 radələrində Baş Narkotİklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində qardaşı Məhkum1 ilə birlikdə ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasına gətirilmiş və inzibati binada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,889 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 9,267 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin habelə qardaşı Məhkum1 üzə rinə şəxsi axtarış keçirilərkən onun əynində olan gödəkçəsinin sol yan cibindən 02 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 9,488 qram, 4,583 qram külli miqdarda ümumi təmiz çəkisi 14,071 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış vasitə olan heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,895 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və əməliyyat tədbiri davam etdirilərək 10 fevral 2022-ci il tarixdə Məhkum1 yaşadığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, ünvan 4 ünvanında axtarış keçirilən zaman evin giriş hissəsində sağ tərəfdə yerləşən yataq otağında taxta konstruksiyalı dolabın üstündə 03 ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkisi 445,0 qram, 100,0 qram, 55,0 qram külli miqdarda ümumi təmiz çəkisi 600,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 04 ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkisi 200,0 qram, 100,0 qram, 145,0 qram, 1090,0 qram külli miqdarda ümumi təmiz çəkisi 1535,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd plastik qabda ayrı-ayrılqıda təmiz çəkiləri 74,556 qram, 72,575 qram ümumi təmiz çəkisi 147,131 qram olan bitki mənşəli, tərkiblərində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd plastik qabda, 50 ədəddən çox, təmiz çəkisi 21,183 qram olan bitki hissələri, əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri, üzərində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirilməsinə dair qeydiyyatlar olan 40 vərəqədən ibarət 02 ədəd dəftər və üzərində narkotik vasitə olan heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, X5 və X2 ibarət məhkəmə tərkibində) 8 sentyabr 2022-ci il tarixli, 1(101)- 1273/2021 nömrəli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 10 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini a lanadək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunması, həmçinin Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 10 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunması müəyyən edilmiş, hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir

6. Hökmdən Məhkum1 apellyasiya şikayəti verərək narazı olduğunu, ailə vəzi yyətinin nəzərə alınmadığını, xəstə və 15 yaşlı övladına baxdığını göstərərək ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir.

7. Həmçinin, hökmdən Məhkum2 apellyasiya şikayəti verərək narazı olduğunu, üzərində bir büküm 9,267 qram heroin aşkar olunduğunu, həmin heroini qardaşı Cəlil şəxsi istifadəsi üçün verdiyini, Cəlilin evində nə olmasından onun məlumatının olmadığını, o Cəlillə əlbir olmadığını göstərib işin yenidən baxılmasını, humanist və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət məhkəmə tərkibində) 3 noyabr 2022-ci il tarixli, 1(103)1994/2022 nömrəli qərarı ilə məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təm in edilməsi, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli hökmünün apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilməsi, hökmlə Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il azadlıqdan məhrum etmə cəzasının müddətinin 10 (on) ilə endirilməsi, hökmlə Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 (on) il azadlıqdan məhrum etmə cəzasının müddətinin 09 (doqquz) ilə endirilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılmas qərara alınmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 1(103)-1994/2022 nömrəli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

10. Məhkum2 kassasiya şikayətində cinayət işi materiallarında olan sübutlara istinadlar edərək qeyd etmişdir ki, cinayət işi üzrə nə ibtidai istintaq, nə də məhkəmə araşdırması zamanı narkotik vasitələrin satışı ilə məşğul olmasına dair heç bir sübut, dəlil aşkarlanmamışdır. İttiham aktı yalnız onun və qardaşının səmimi etirafı əsasında hazırlanıb. Satış məqsədi ilə irəli sürülən ittiham heç bir dəlillə sübuta yetirilmir. Həmçinin, onun barəsində cəza təyin edilərkən heç bir yüngüllüşdirici hallar nəzərə alınmayıb. Belə ki, himayəsində 12-15-19 yaşlarında üç övladı və yaşlı anası var, 1-ci məhkumluğudur, əməlindən səmimi peşmandır və səmimi etirafı i lə istintaqa köməklik edib, ailəsinin yeganə qazanc gətirən şəxsidir.

11. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 1(103)-1994/2022 nömrəli qərarının dəyişdirilməsini, onun təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsi ilə olan əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddin ¾-dən çox olmayan müddətdə ədalətli cəza təyin edilməsini, cəza təyin edilərkən qardaşının və özünün ailəsinin kirayədə yaşamasını və ağır maddi çətinlik çəkmələrini nəzərə alınmasını xahiş etmişdir.

12. Məhkum1 kassasiya şikayətində cinayət işi materiallarında olan sübutlara istinadlar edərək qeyd etmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış, ya lnız kuryer kimi fəaliyyət göstərmişdir. Həmin dövrdə də, heç kimlə görüşməmiş, heç kiməə narkotik vasitə verməmiş və heç bir pul vəsaiti qəbul etməmişdir. Yalnız kuryer xidmətinə görə ayrı-ayrı vaxtlarda onun hesabına pul köçürülmüşdür. Hesab edir ki, onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair cinayət işi materiallarında heç bir sübut mövcud deyildir. Eyni zamanda qeyd edir ki, onun barəsində cəza təyin edilərkən heç bir yüngüllüşdirici hallar nəzərə alınmayıb. Belə ki, himayəsində iki övladı və yaşlı anası var, 1-ci məhkumluğudur, əməlindən səmimi peşmandır, ailəsinin yeganə qazanc gətirən şəxsidir.

13. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 1(103)-1994/2022 nömrəli qərarının dəyişdirilməsini, onun təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsi ilə olan əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddin ¾-dən çox olmayan müddətdə ədalətli cəza təyin edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.

15. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkumlar Məhkum1 və Məhkum2 ayrı-ayrılıqda çıxış edib kassasiya şikayətlərini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər.

17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

18. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.

19. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosess ual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

20. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

21. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya i nstansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

22. Məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətlərində onların CM-in 234.4.3cü maddəsi ilə olan əməllərinin hüquqi tövsifini mübahisələndirmiş, tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər.

23. Odur ki, kollegiya məhkumların kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 1(103)-1994/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığ ını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

24. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

25. Məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilindikləri əməllərinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

26. Belə ki, Məhkum1 və Məhkum2 əməllərinin tövsifinin dəyişdirilərək mübahisələndirilməsi üzrə onlar tərəfindən irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutlar ın məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.

27. Kollegiya qeyd edir ki, Məhkum2 kassasiya şikayətində göstərdiyi dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, həm Məhkum1 və Məhkum2 tərəfindən hazırda kassasiya kollegiyası qarşısında irəli sürülmüş dəlillər də Məhkum2 apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq ağlabatan hesab edilməmişdir. Bundan əlavə, məhkumlar tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olması ittihamı qəbul edilməsə də, apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlar, yəni təqsirləndirilən şəxslərin etirafedici ifadələri, şahid ifadələri, ekspert rəyi, müv afiq protokollar, maddi sübutlar və digər sübutlar tədqiq edilərək, iş üzrə əhəmiyyətli olan həmin sübutlarla qeyd edilən dəlil təkzib edilmişdir.

28. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumların apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum1 və Məhkum2 cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

29. Kassasiya məhkəməs i qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun aparılmışdır.

30. Məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən kassasiya şikayətlərinin dəlilləri qismində barələrində yüngülləşdirici hal kimi sadalanan, məhkəmələr tərəfindən nəzərə alınmadığı iddia edilən hallara münasibətdə kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sadalanan hallar (himayələrində övladlarının olması, ilk məhkumluqlarının olması cəzalarını ağırlaşdıran halların mövcud olmaması və.s ) nəzərə alınaraq hökmlə barələrində təyin edilmiş cəzanın həddi azaldılmışdır.

31. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün cəza hissəsində dəyişdirilərək, məhkumların cəzalarının yüngülləşdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni müba hisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

32. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 və Məhkum2 CM-in 234.4.3-cü maddəsi ilə törətdikləri cinayət əməlinin tövsifinə və onlara təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

33. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumların və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 1(103)-1994/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxar ıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 1(103)-1994/2022 nömrəli qərarı məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar