Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-182/2025 07.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi – Zərərçəkmiş şəxsin hüquqi varisi oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Məmmədova Rəna Məhəmməd qızının, Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Məmmədov Ələsgər Hüseyn oğlunun iştirakları ilə, Xızı Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Xızı Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 1(068)-7/2023 nömrəli (hakim: Cabbarov İlqar Hidayət oğlunun sədrliyi) hökmü ilə xx xxxxxx 1987-ci il tarixdə Abşeron rayonu, x kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, x qəsəbəsində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin dəyişdirilməsi və onun barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalından həbs edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəl inin 24 may 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması hökm edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi oğlu və təqsirləndirilən şəxsin müdafiəçisi Məmmədov Ələsgər Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə, dövlət ittihamçısı Elçin Nağıyev tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2023-cü il tarixli 1(105)-391/2023 nömrəli (hakimlər: Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və İsmayılov Azər İbrahim oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti tə min edilməmiş, Xızı Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərardan dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi oğlu və məhkumun müdafiəçisi Məmmədov Ələsgər Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2024-cü il tarixli 1(102)-337/2024 nömrəli (hakimlər: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə Məhkum müdafiəçisi Məmmədov Ələsgər Hüseyn oğlu tərəfindən verilmiş kassas iya şikayəti təmin edilməmiş, kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2023-cü il tarixli qərarı kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə münasibətdə ləğv edilmiş, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyun 2024-cü il tarixli 1(105)-300/2024 nömrəli (hakimlər: Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrliyi və məruzəsi ilə), Rəhimov Elman Gülbaba oğlu və Əhmədov Elman Məmməd oğlu oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi oğlu tər əfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı Elçin Nağıyev tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Xızı Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi oğlu tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən kassasiya protesti vermişdir. İŞİN HALLARİ: Xızı Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmünə əsasən, Məhkum CM-in 263.2-ci maddəsi ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Siyəzən Re gional Mühafizə Şöbəsinin polis nəfəri, polis baş serjantı vəzifəsində işləyərkən 19 may 2022-ci il tarixdə, saat 08:50 radələrində AF seriyalı, xxxxx nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi ilə X3 adına olmaqla, etibarnamə əsasında idarə etdiyi «Daewoo Nexia» markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xızı-Giləzi yolunun 24-cü kilometrliyində Xızı rayonu Təzəkənd kəndindən keçən hissəsində 2 hərəkət zolaqlı yolda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkan ı olduğu halda, bunları etməyərək yol hərəkəti qaydalarını pozub, nəqliyyat vasitəsini qarşı sol hərəkət zolağına çıxardıb əks istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi «Niva» markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ehtiyatsızlıqdan sonuncuya sol incik sümüyünün 1/3-nin sınığı ilə müşayiət olunan sol baldır nahiyəsinin yuxarı 1/3-nin qançır şişkinliyi, sol ayaq pəncəsinin qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid xəsarətləri yetirmiş, toqquşma nəticəsində «Niva» markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəolunmaz vəziyyətə düşərək yoldan sağa çıxaraq yolun sağ kənarında dayanmış piyada Zərərçəkmiş şəxs2 oğlunu vurub sonuncuya sağ bazu, sağ bud, sol ayaq pəncəs i, sol üst göz qapağı, sol gözaltı, burun nahiyələrinin qançırları, sol qaş, sol gözün bayır kənarı, sol almacıq nahiyəsini əhatə edən burun nahiyələrinin sıyrıqları, alt dodağın selikli qişasına qansızma, hər iki ağciyərlərin aşağı payının əziyi, sağ baldır sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişən sınığı, ölümünə səbəb olmuş baş beyin əzilməsi, baş beynin qişaları altına və maddəsinə qansızmalar, kəllə əsası sümüyünün sınığı kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş və nəticədə Zərərçəkmiş şəxs2 yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi o ğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, nəticəsi, o cümlədən cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmamış, cəzanın məqsədini təmin etməyən yüngül cəza təyin edilmişdir. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi kimi onun, Məhkum qarşı şikayətçi olmasını və sonuncuya sərt cəza təyin olunmasına dair xahişini nəzərə almamışdır. Məhkəmə qərarında göstərdiriyi bir sıra halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etməklə ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsini yalnız təqsirləndirilən şəxs Məhkum maraqları ilə tamamlamış, bununla da cinayət hadisəsi ilə əlaqədar ziyana məruz qalmış tərəf kimi zərərçəkmişin maraqlarını nəzərə almamışdır. Belə ki, məhkəmə hök mdə Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmək və maddi cəhətdən köməklik etmək üçün «dəfələrlə cəhd etməsini» cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, lakin təqsirləndirilən şəxsin törətdiyi cinayət hadisəsinin zərərçəkmiş şəxsin ölümünə səbəb olmasını, cinayət işinin məhkəməyə göndərilənədək barışıq üçün heç bir cəhd və maddi köməklik etmədiyini, cəza təyin edərkən isə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməməsini şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə almamışdır. Məhkəmənin təşəbbüsü ilə atası Zərərçəkmiş şəxs2 il dönümündən sonra məhkəmə hökmünün qəbul edilməsinə bir gün qalmış 10000 manat maddi yardım köçürülməsi halını da cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda məhkəmə haqlı olmamışdır. Hökmdə “barışıq əldə etməyə və maddi cəhət dən köməklik etməyə cəhd edilməsi" (həm təqsirləndirilən şəxsin ifadəsində, həm də cəzanı yüngülləşdirən halların siyahısında) halını önə çəkməklə yüngül cəza təyini üçün zəmin yaratmış, barışığa cəhd etmənin nədə ifadə olunduğunu əsaslandırmamış, yalnız formal ifadələrlə kifayətlənmişdir. Halbuki cinayət işi məhkəməyə göndərilənədək təqsirləndirilən şəxs mənimlə barışığa belə cəhd göstərməmiş, hazırda isə cəzasını yüngülləşdirmək məqsədi ilə barışıq üçün görüşmək istəməsi onun guya zərərçəkmiş şəxslə barışmağa cəhdi kimi qiymətləndirilməsi üçün atılan addımdır. Həqiqətən də Məhkum belə bir niyyəti olsaydı ki, cinayət işi məhkəməyə göndərilənədək bir dəfə də olsun üzrxahlıq etmiş olardı. Hökmün elan olunmasına bir gün qalmış iş üzrə mülki iddia verilmədiyi halda maddi yardım göstərməsi gör üntüsü yaratmaq üçün 10000 manat pul qoyulması da heç də reallıqda barışmaq deyil, yüngül cəza təyin edilməsi üçün atılan addımdır. Apellyasiya məhkəməsinin məhkəmə kollegiyası əsassız və qanunsuz olan apellyasiya məhkəməsinin əvvəlki qərarının dəlillərini faktiki olaraq təkrarlayaraq, eləcə də cinayət prosessual və cinayət qanunvericiliynin müvafiq normalarını yenidən öz qərarında şərh etməklə onlara, həmçinin məhkumun müdafiəçisinin dəlillərinə istinad edərək, kassasiya instansiyası məhkəməsinin tövisiyələrini nəzərə almadan Xızı Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə 27 iyun 2024-cü il tarixdə təkrarən əsassız və qanunsuz qərar qəbul etmişdir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarının təyin edilmiş cəz anın yüngüllüyünə görə ləğv edilərək, cinayət işinin apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarı ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, yekun qərar qəbul edilərkən məhkum edilmiş şəxsə münasibətdə məsuliyyəti yüngülləşdirən hallar düzgün müəyyən edilmədiyindən, eləcə də cinayətin ictimai təhlükəlilik dərəcəsi və məhkum edilmiş şəxsin şəxsiyyəti nəzərə alınmadığından məhkəmə kollegiyasının həmin qərarı əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Hökmdən və yekun qərardan da göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi oğlu ilə barışıq əldə etməmiş, sonuncu özü də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Məhkum bağışlamamış və onunla barışmamışdır, bu səbəbdən də, təqsirləndirilən şəxs barəsində daha sərt cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası Məhkum barəsində cəza məsələsini müzakirə edərkən zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş mənəvi ziyanın aradan qaldırılmaması və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsi kontekstində mənəvi ziyana məruz qalmış tərəf kimi zərərçəkmişin maraqlarını nəzərə almamış, qərarın həmin hissəsində obyektivliyini təmin edə bilməmişlər. Belə olduğu təqdirdə, məhk əmələr təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə yüngül cəza müəyyən etməklə Məhkum islah olunacağı qənaətinə gəlməsini və belə bir mövqe nümayiş etdirməsini öz qərarlarında əsaslandıra bilməmişdir. Hazırki iş üzrə məhkəmə kollegiyası qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsdən şikayətçi olması, təqsirləndirilən şəxsin əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Məhkum məhz azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə daha yuxarı həddə cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə kollegiyası əksinə olaraq ona azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə yüngül cəza müəyyən etməklə sosial ədalət prinsipini pozmuşdur. Məhkum əməllərində səmimi peşman olması halları müəyyən edilməmişdir. Onun məsuliyyətini və təyin edilməli olan cəzanı yüngülləşdirmək üçün sadəcə əməlindən peşman olmasını bildirməsi isə, qeyd olunan əsaslara görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi. Belə ki, məhkəmə kollegiyası Məhkum əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını qərarlarda qeyd etsə də, belə bir nəticəyə gəlməyinin motivlərini qərarın təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarının ləğv edilərək, cinayət işinin apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarının ləğv edilib işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində nümayəndə Məm mədova Rəna Məhəmməd qızı kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, verilmiş kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, məhkumla barışmaq istəmədiyini bildirib, verilmiş kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Məmmədov Ələsgər Hüseyn oğlu çıxış edərək, məhkumun qarşı tərəflə barışıq üçün əlindən gələn hər şeyi etdiyini, dəfələrlə qapılarına getdiyini, 10.000 manat pulu depozitə köçürdüyünü, lazım gələrsə həmin məbləği artıra biləcəyini, üç az yaşlı övladlarının olduğunu bildirib, kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, azyaşlı övladları olduğunu, əməlindən səmimi peşman olduğunu bildirib, kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessu al Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21- ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini və kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulmağı nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olunması ilə bağlı ittiham, məhkəmələr tərəfindən işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutlara istinad qərarlarda əsaslandırılmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olu nmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanunu nun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə tə yin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cinayət Məcəlləsinin 59.1-ci maddəsi cəza təyini zamanı nəzərə alınmalı yüngülləşdirici halların siyahısını göstərmiş, eyni zamanda Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən 5 9.1.1 və 59.1.14-cü maddələrində göstərilməmiş başqa halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınması müəyyən edilmişdir. Ümumiyyətlə, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilmə lidir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəmə kollegiyası tərəfindənbirinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılarkən Məhkum cəza təyininə dair məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (ilk dəfə cinayət əməli törətməsi, təqsirini səmimi olaraq etiraf etməsi, etdiyi əmələ görə peşmançılıq çəkməsi, himayəsində 3 azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi və maddi cəhətdən köməklik göstərilməsi üçün cəhdlər etməsi) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərb aycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Prosessual qanunvericiliyə əsasən (CPM-139.0.5-ci mad.) cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 5 avqust 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Məhkum əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Xızı Ray on İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 sentyabr 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, eləcə də doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, himayəsində xx.xx.2013-cü il təvəllüdlü Xanımzadə, xx.xx.2016-cı il təvəllüdlü Yağmur və xx.xx.2018-ci il təvəllüdlü Cəfər adında üç azyaşlı övladı olan Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Məhkum barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 15 fevral 2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyindən təqsirləndirilən şəxs Məhkum ilə barışmışdır, ona qarşı heç bir şikayəti və təl əbi yoxdur. İş materiallarına əlavə edilmiş 15 may 2024-cü il tarixli köçürmə haqqında bildirişdən görünür ki, təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi oğlunun adına "xxxx" ASC-nin Qubadlı filialında 10000 (on min) manat məbləğində maddi yardım köçürülmüşdür. Qeyd olunan cinayət-hüquqi normalarına əsaslanmaqla məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protesti və kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının, zərərçəkmiş şəxsin hüquqi varisinin məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. K assasiya protestində göstərilənlərin əksinə olaraq məhkəmə kollegiyası hesab edir ki, “məhkum edilmiş şəxsin əməlini tam etiraf edərək peşmançılıq çəkməsi” məhkum edilmiş şəxsin öz ifadəsi ilə təsdiq olunur ki, bu da, məhkəmə qərarları və iclas protokolu ilə sübut olunur. Kassasiya məhkəmə kollegiyası həmçinin kassasiya protestində və kassasiya şikayətində göstərilmiş “zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilmədiyi təqdirdə təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsinin qanunvericilik baxımından labudlüyünə” dair dəlillərini qeyri-qanuni və əsassız hesab edir. Qeyd edilən dəlilə daha geniş izah verərək məhkəmə kollegiyası qeyd edir ki, CMin 60-cı maddəsinin imperativ tələbinə əsasən müəyyən olunmuşdur ki, bu Məcəllənin 59.1.12-ci maddəsində (zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi) nəzərdə tutulmuş bütün hallar mövcud olduqda təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni oxşar işlər üzrə şəxsə təyin olunacaq cəzanın həddi dörd il altı aydan artıq ola bilməz. Aydın məsələdir ki, baxılan iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməmişdir, lakin qeyd edilən hal mövcud olduğu təqdirdə, cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması bu halın olmadığı təqdirdə cəzanın ağır olmasını özündə ehtiva etmir. Belə ki, cinayət qanunvericiliyində cəzanı ağırlaşdıran halların dairəsi dəqiq müəyyən olunmuş (CM 61-ci mad.), oxşar işlər üzrə hüquqi varisi ilə barışıq əldə edilmədiyi t əqdirdə bir mənalı şəkildə təqsirləndirilən şəxsə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə əlaqədar daha ağır cəza təyin edilməsinə dair cinayət qanunvericiliyində hər hansı imperativ norma və ya buna dair vahid məhkəmə təcrübəsi mövcud deyil. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, cəza təyini cinayət qanunvericiliyinin yuxarıda təhlili verilmiş bir sıra normalarının tələblərdən irəli gələn, cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilir. Təsvir edilən cinayət-hüquqi normaların mə zmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı r. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzası müddətində nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır – azadlıqdan məhrum etmə cəzasının müddətini artırılması nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində, zərərçəkmiş şəxsin hüquqi varisi isə kassasiya şikayətində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif et miş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır azadlıqdan məhrum etmə cəzası təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişlər. Halbuki Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində aydın göstərilmişdir ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab e dir ki, apelyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi oğlu tərəfindən verilmiş kassasiya şikayəti, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Xızı Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarı kassasiya dəyişdirilmədən saxlanılsın. şikayətinə və kassasiya protestinə əsasə
Məhkəmə qərarları › İş №1(102)-182/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-182/2025
07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver