Məhkəmə qərarları › İş №1(102)-1820/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1820/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1820/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X10, məhkumun müdafiəçisi X6, zərərçəkmiş şəxsin hüquqi varisi X13 oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-162/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X13 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxxx 1990-cı il tarixdə Tovuz rayonunun Çeşməli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonunun Həsənli kəndində yaşamışdır. 2. 17 iyul 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 07 fevral 2021-ci il tarixdə, sa at 22 radələrində bacanağı X3 yaşadığı X12 məxsus Ceyrançöl qış otlaq sahəsinin Tovuz rayonunun ərazisinə düşən hissəsində yerləşən fermada olan evə ailə üzvləri və tanışı X7 ilə birlikdə qonaq gəldikdən sonra fermada yaşayan, əvvəllər tanımadığı Gədəbəy rayonunun Əmiraslanlı kənd sakini X8 və digər çobanlarla birlikdə X1 qaldığı otaqda spirtli içki qəbul edib sərxoş vəziyyətə düşmüş, 08 fevral 2021-ci il tarixdə, saat 01 radələrində məclis qurtardıqdan orada olan şəxslər otaqdan fermanın həyətinə çıxmış, bu zaman onun qadın və uşaqların yanında bacanağı Rahil Qeybalıyevin ünvanına nalayiq ifadə işlətməsi səbəbindən İlqar Məmmədovla arasında sözlü mübahisə yaranmış, hadisə yerində olan X4 İlqar Məmmədovu sakitləşdirmək məqsədilə kənara çəkdikdən sonra yaşadıqları fermaya getmək üçün birl ikdə gəldikləri X2 idarə etdiyi “Niva” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə doğru hərəkət edən zaman İlqar Məmmədovun onların istiqamətində gələn X9 arxadan baş nahiyəsindən ağacla vurduğunu görüb sonunculara yaxınlaşaraq İlqar Məmmədovdan qayınatasını hansı səbəbdən vurmasını soruşub sonuncu ilə mübahisə edə-edə evin arxa tərəfinə keçmiş, orada İlqar Məmmədovun onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi və yumruqla onun sol göz nahiyəsindən 1 dəfə zərbə vuraraq ona ümumilikdə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməsindən əsəbiləşərək qisas almaq niyyəti ilə İlqar Məmmədovu qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə bacanağı Rahil Qeybalıyevin qaldığı otağa gedərək otaqda olan stolun üzərindən soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb İlqar Məmmədovun olduğu yerə qayıdarkən evin yan tərəfində İlqar Məmmədovla qarşılaşıb sonuncu ilə yenidən mübahisə edərək evin arxa tərəfinə keçmiş və orada əlindəki deşici-kəsici xassəyə malik mətbəx bıçağı ilə İlqar Məmmədovun həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş nahiyəsinə bir dəfə zərbə vurub sonuncuya ölümünə səbəb olandərəcəsinə görə döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən və ürəyin sol mədəciyini zədələyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmiş, həmin vaxt hadisə yerində olan X7 idarə etdiyi “Niva” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Azad Hümbətov ilə birlikdə X18 rayon mərkəzi xəstə xanasına apararkən Tovuz rayonunun Əlimərdanlı kəndinin ərazisində təcili tibbi yardım maşını ilə rastlaşıb İlqar Məmmədovu həmin avtomobilə yerləşdirmələrinə və sonuncu xəstəxanaya aparılmasına baxmayaraq İlqar Məmmədov aldığı xəsarətlərdən yolda ölmüş, bununla da o, İlqar Məmmədovu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir.

4. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-277/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəlinin 08 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmış, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər hə ll edilmişdir.

5. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Zülfüqar Məmmədov apellyasiya şikayəti verərək hökmün ləğv edilməsi, təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi, eləcə də cinayət hadisəsi ilə bağlı başqa şəxslərin dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-162/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-277/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

7. Hazırda apellyasiya in stansiyası məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X13 oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

8. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eynidir, zərərçəkmiş şəxsin hüquqi varisi X13 oğlu onları təkrarlamaqla iddia edir ki, məhkum edilmiş şəxs onun oğlunu bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə və amansızlıqla qəsdən qətlə yetirmişdir. Məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-162/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarını ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

10. K assasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

12. Məcəllənin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və y axud dəyişdirilə bilər.

14. Zərərçəkmiş şəxsin hüquqi varisi X13 oğlu kassasiya şikayətində məhkum edilmiş şəxsin əməlində daha ağır cinayətin tərkibini olduğunu iddia iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

15. Odur ki, məhkəmə kollegiyası hazırki kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri ol araq aşağıdakıları qeyd edir.

16. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi X13 oğlunun kassasiya şikayətində irəli sürdüyü tələbin əsaslılığını yoxlayarkən, aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz.

17. İşin müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə məhkəmə kollegiyasının mövqeyi həm də məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinin müddəalarına əsaslanır. Belə ki, həmin maddəyə əsasən məhkəmə b axışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.

18. Qanunverici tərəfindən məhkəmə baxışının hədlərinə qoyulan belə məhdudiyyət onu ehtiva edir ki, kassasiya instansiyası məhkəməsinə zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə əsasən təqsirkarın əməlində sonuncuya qarşı irəli sürülmüş və aşağı məhkəmələrdə baxılmış ittihamla müqayisədə daha ağır cinayətin tərkibinin olub-olmaması kimi məsələni araşdırmağa yol verilmir.

19. İkincisi, həmin norma apellyasiya instansiyası məhkəməsinin qərarının qeyd olunan əsasla (təqsirkarın əməlində daha ağır cinayətin əlamətlərinin olması dəlili ilə) ləğv edilməsinin, şə xsin əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olub-olmamasının apellyasiya instansiyası məhkəməsi tərəfindən də araşdırılması üçün işin apellyasiya baxışına qaytarılmasının qarşısını alır.

20. Cinayət-Prosessual Məcəlləsinin istər apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışına, istərsə də ilkin baxışa aid normalarında məhkumun əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olması kimi əsasdan irəli gələn (işin daha ağır ittihamın irəli sürülməsi üçün apellyasiya instansiyası məhkəməsindən birbaşa ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və yaxud son nəticədə həmin məqsədlə prokurora qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə) qərar ların qəbul edilməsi imkanının nəzərdə tutulmaması da məhkəmə kollegiyasının yuxarıda təsvir olunmuş qənaətində haqlı olduğunu göstərir (Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsi daha ağır ittihamın irəli sürülməsi məqsədilə işin prokurora qaytarılması məsələsinin həlli üçün cinayət işinin apellyasiya icraatının ilkin baxış mərhələsindən birinci instansiya məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsi imkanını müstəsna olaraq Azərbaycan Respublikası Baş Prokurorunun, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının prokurorunun apellyasiya protestlərinə münasibətdə nəzərdə tutmuşdur).

21. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi apellyasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərə findən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir.

22. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi X13 oğlu tərəfindən Məhkum əməlinə düzgün hüquqi qiymət verilməməsi, sonuncunun əməlinin Azərbaycan Respublikası CM-nin daha ağır maddəsi ilə tövsif edilməli olduğunun mübahisələndirilməsi üzrə qaldırdılan dəlilləri əsassız hesab edir ona görə ki, cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı yalnız Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsi barədə ittiham irəli sürülmüşdür. Bu vəziyyətdə məhkəmələr Məhkum qarşı irəli sürülməyən ittihama baxa bilməzdirlər.

23. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək həmçinin qeyd edir ki, onlar apellyasiya şikayəti ndə qaldırılan iddialardan fərqlənmir, kassasiya şikayətinin müəllifi hər hansı yeni və diqqətəlayiq amilə istinad etməmiş və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmamışdır. Məhkəmə kollegiyası bu halı da kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin qərarında kassasiya şikayətində mübahisələndirilən məsələlərə dair müvafiq geniş əsaslandırma verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr şikayət müəllifinin dəlillərinin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

24. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

25. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxsin hüquqi varisi X13 oğlunun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-162/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar