Məhkəmə qərarları › İş №1(102)-1820/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1820/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1820/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Abışov Adil Məcid oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəm əsinin 02 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi A.M.Abışov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Neymanov İslam Əkrəm oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Vüqar İkram oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxxx 1992-ci il tarixdə Yevlax rayonunun Bəydilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Yevlax rayonunun Bəydilli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-nin 120.2.9-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 2015-ci ildən etibarən əmisi oğlu X9 arvadı Şahid1 ilə mütəmadi surətdə görüşərək onunla həm özünün, həm də sonuncunun ailə üzvlərindən gizli şəkildə intim münasibətdə olmaqla, sonuncu dəfə isə eyni məqsədlə 22 fevral 2020-ci il tarixdə saat 19 radələrində istifadəsində olan 051- xxx-xx-xx saylı mobil telefon nömrəsinə Şahid1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsindən “sms”-lər yazmaqla və zəng etməklə onu əri X9, qayınanası X5 və iki azyaşlı uşağı ilə birlikdə yaşadığı ünvan 2 saylı fərdi yaşayış evinə ərinin evdə olmamasını bildirərək dəvət etdikdən sonra, o, digər əmisi oğlu Şahid2 ilə birlikdə saat 20 radələrində yaşadığı Yevlax rayonu, Bəydilli kəndindən idarə etdiyi “Ford Tranzit” markalı, “**-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobillə çıxmışdır. Həmin gün saat 23 radələrində Şahid1 yaşadığı fərdi yaşayış evinin yerləşdiyi dalanın girəcəyinə gəlib, orada Şahid2 bir azdan zəng etdikdə gəlib onu götürməsini bildirdikdən sonra avtomobildən enib özü tək Şahid1 yaşadığı evin həyətyanı sahəsinə daxil olmaqla həmin fərdi yaşayış evinin arxasına keçərək, sonuncunun razılığı və dəvəti ilə pəncərədən yataq otağına daxil olub bir qədər söhbət etdikdən sonra 23 fevral 2020-ci il tarixdə, saat 01 radələrində Şahid1 mobil telefonunun enerji toplama cihazını götürmək üçün qayınanası- xx.xx.1962-ci il təvəllüdlü X2 yatdığı qonaq otağına keçən zaman Şahid1 arxası ilə həmin otağa girib, qonaq otağının sağ divarında, divara paralel şəkildə qoyulmuş, açıq halda olan divanın üzərində arxası üstə uzanmaqla yatmış vəziyyətdə olan X2nın baş tərəfində dayandığı vaxt sonuncunun yuxudan qismən ayılaraq onu görüb qohum kimi tanımasından və gecə vaxtı onun evində olmasının səbəbini soruşmasından dərhal sonra Şahid1 ilə aralarında olan gizli münasibətlərin aşkara çıxmaması üçün şəxsi münasibətlər zəminində alçaq niyyətlə X2nı həmin anda qəsdən öldürmək qərarına gəlib sonuncunun yarıyuxulu olduğuna görə müqavimət göstərmək imkanını itirməklə köməksiz vəziyyətdə olmasını dərk edərək cinayətkar niyyətini həyata keçirib qəsdən öldürmək məqsədilə ilə həmin divanın üzərində olan digər yastığı əlinə alaraq X2nın sifət nahiyəsinə sıxıb 5-10 dəqiqə saxlamaqla, sonuncuya kənar şəxs tərəfindən yumşaq əşya ilə sıxılma və ani olaraq sağa doğru sürüklənmə nəticəsində əmələ gəlməyə xarakterik sifətin sağ yarısını əhatə edən bir ədəd geniş sıyrığı, eləcə də zərərçəkmişin üzünə yastıqla sıxılma kimi maneəni aradan qaldırmasına cəhd etməsi zamanı əmələ gəlməyə xarakterik boyunun sağ yan səthinin aypara formalı bir ədəd qançırı kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirib, burun dəlikləri və ağızın davamlı qapanmasından yaranmış ağır zərər vurmaya aid mexaniki “asfiksiya” nəticəsində X2nı boğaraq qəsdən öldürmüşdür. Bundan sonra törətdiyi cinayət əməlini gizlətmək və X2nın guya evin həyətindəki sanitar qovşağından evə qayıdarkən pilləkənlərin üzərində huşunu itirib yıxılaraq ölməsi görüntüsünü yaratmaq məqsədilə sonuncunun meyitini ayaqlarından tutub sürüyərək qonaq otağından çıxarıb fərdi yaşayış evinin önündə olan 8 pilləli pilləkənin üzərində ayaqları aşağı, başı yuxarı, yəni evin giriş qapısı istiqamətində olmaqla üzü üstdə uzadıb, X2ya ölümündən sonra meyitin sürüklənməsi zamanı hər hansı tinli əşyalara dəymə nəticəsində əmələ gəlməyə xarakterik sağ üst və alt göz qapağı, sağ diz oynağı və sağ baldırın sıyrıqları kimi xəsarətlər yetirdikdən sonra, X2nın öz əcəli ilə ölməsi görüntüsünün daha inandırıcı olması üçün Şahid1 hava işıql andıqdan sonra yataq geyimində küçəyə çıxaraq qışqırmaqla qonşulara qayınanasının yıxılıb ölməsini deməklə bağlı tapşırıq verərək hadisə yerini gəldiyi avtomobillə tərk etmişdir. Bununla da o, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı alçaq niyyətlə qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Hökmdən Məhkum müdafiəçisi A.M.Abışov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 30 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum əməli CM-nin 120.2.9-cu maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edillərək ona 12 (on iki ) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi A.M.Abışov kassasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunmasını və hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) bir sıra normalarına, İnsan Hüquqları üzrə Avropa Məhk əməsinin bəzi Qərarlarına, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021ci il tarixli Qərarına və iş üzrə toplanmış sübutlara istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçisi A.M.Abışov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində olan cinayət işinin ibtidai araşdırması zamanı kobud qanun pozuntularına yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyrimötəbər sübutlarla əsaslandırılmış, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi bu nöqsanları aradan qaldırmamış və nəticədə mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlar əsasında Məhkum barəsində ittiham hökmü çıxarmışdır. Məhkum isə həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında verdiyi ifad ələrində birmənalı olaraq özünü CM-nin 120.1-ci maddəsi ilə və ümumiyyətlə hər hansı bir cinayətdə təqsirli bilməmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxs Məhkum ibtidai istintaq dövründə və məhkəmə iclasında verdiyi ifadələrində mərhumə X2nın öldürülməsində və ya hər hansı bir şəxs tərəfindən bu və ya digər formada qətlə yetirilməsində şəxsən iştirak etmədiyini, bu barədə heç bir məlumatının olmadığını, onun təbii yolla ölməsi barədə yalnız 23 fevral 2020-ci il tarixdə saat 11.00 radələrində bibisi Rayadan telefon vasitəsi ilə eşitdiyini bildirmiş, bundan sonra, zərər çəkmiş şəxs X2nın ölümü ilə bağlı aparılan ibtidai araşdırma zamanı hüquq mühafizə orqanına çağrılarkən dərhal özünü istintaq orqanına təqdim etmiş və tələb olunan bütün istintaq hərəkətlərində iştirak edərək ibtidai araşdırmanın aparılmasından yayınmamışdır. İstintaq orqanı tərəfindən aparılmış araşdırmanın bütün mərhələlərində əvvəldən axıra kimi təqsiri olmadığını bütün ifadələrində və üzləşdirmə zamanı, sonradan isə Lənkəran Ağır Cinayətlər Məhkəməsində təkrarlamışdır. Lakin, ibtidai araşdırma orqanı heç bir əsaslı sübutlar olmadan, yalnız X2nın gəlni olmuş Şahid1 bir neçə ziddiyyətli və müəmmalı ifadələrinə və əmisi oğlu Şahid2 Ağcabədi rayon prokurorluğunda əvvəl verdiyi ifadəsində Məhkum X2nın öldürülməsində heç bir təqsiri olmadığını bildirdikdən və əmisi oğlu Şahid2 Məhkumla üzləşdirilərkən sonra Ağcabədi rayon Prokurorluğunda guya Şahid2 barəsində əsassız olaraq, “polis əməkdaşına qarşı tabesizlik göstərməsi barədə" inzibati protokol yazılmış və barəsində Ağcabədi rayon Məhkəməsinin qərarı il ə 7 (yeddi) sutka inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. Bu barədə qərar qəbul olunduqdan və Ağcabədi rayon Polis şöbəsinin MSY-də inzibati həbsdə saxlanıldıqdan bir gün sonra, növbəti gün, Şahid2 fiziki zor və psixoloji təziqlər altında məcbur edilərək ondan Məhkum qarşı ifadələr alınmış və təkrar üzləşdirmə zamanı sonuncu guya əmisi oğlu Məhkum Ağcabədi rayonundan Mingəçevir şəhərinə qayıdarkən adam öldürməsini ona deməsi barədə yalan, uydurma və əsassız ifadələr vermişdir. Məhz bu ifadələrə əsasən Məhkum qarşı qəsdən adam öldürmə cinayətini törətməsinə görə əsassız ittiham irəli sürülmüş və o, qanunsuz olaraq bu ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Kassasiya şikayətinin müəllifi həmçinin hesab edir ki, X2nın 22 fevral 2020-ci il tarixdə ölümü barədə ARB kanalınd a ‘'Səni axtarıram” televiziya verlişində X ictimailəşdirdikdən sonra bu məsələ şou xətrinə aktuallaşmış və sanki günahkar gəzilərək, son anda isə hüquqlarını müdafiə etdiyi şəxs guya bu cinayəti etmiş kimi əsassız olaraq istintaq orqanı tərəfindən ittiham olunmuşdur. Əslində isə Şahid1 qeyd olunan kanalda və verlişdə qaynanası X2nı 22 fevral 2020-ci il tarixdə gecə saatlarında aralarında olan mübahisə zamanı itələdiyini və ehtiyatsızlıqdan qaynanasının baş nahiyəsindən zədə alması nəticəsində dünyasını dəyişməsini özü dəfələrlə həmin verlişdə ictimaiyyətin gözü qarşısında etiıaf etmişdir. İstintaq orqanı Şahid1 ARB kanalında “Səni axtarıram” televiziya verlişində və Ağcabədi rayon Prokurorluğunda rayon prokurorunun və müstəntiqin yanında həmin ölüm hadisəsini onun özünün törətdiyini, həmi n ölümdə Məhkum heç bir təqsiri olmadığını deməsinə baxmayaraq, istintaq orqanı Şahid1 müxtəlif vaxtlarda verdiyi ziddiyətli ifadələrini əsaslı hesab etmiş, onun televiziya verilişində və bundan sonra istintaq orqanında cinayəti özü tərəfindən etməsi barədə etirafını nəzərə almamış, əsassız olaraq heç bir günahı və təqsiri olmayan Məhkum qarşı, mötəbər sübutlara əsaslanmayan ittiham irəli sürülmüş və bütün şübhələr əsassız olaraq Məhkum ziyanına şərh edilmişdir.üzərinə yönəltmişdir. Həmçinin o bildirmişdir ki, Məhkum ilk vaxtlar istintaq hərəkətlərinin aparılmasına cəlb olunsa da, sonradan onunla istintaq hərəkətləri aparılmamış, bütün sübutlar isə onun əleyhinə, yəni təqsirinin sübuta yetirilməsi istiqamətində toplanmış, onun təqsirsizliyinə dair sübutların toplanılmasından isə imtina olu nmuşdur. Həmçinin istintaq orqanı nədənsə X2nın ölümündən sonrakı mərhələdə Şahid1 telefon danışıqları barədə məlumatları əldə etməmiş və sonuncunun digər şəxslərlə yaxınlıq əlaqələrinin olub-olmamasını müəyyən etmək üçün əməliyyat tapşırıqları verməmiş, bununla bağlı ehtimal oluna bilən şəxslərin dairəsini müəyyən etməmişdir. Bundan başqa, Şahid1 televiziya verlişində verdiyi müsahibədə və Ağcabədi rayon prokurorluğunda verdiyi ilkin ifadəsində göstərdiyi xüsusatlarla X2nın gözaltı nahiyəsində aşkarlanmış xəsarətlərin fotoşəkilləri eynilik təşkil etmiş, lakin istintaq orqanı nədənsə bu xüsusatları nəzərə almamışdır. Həmçinin Şahid1 məhkəmə iclasında ifadə verərəkən və məhkəmə prosessi iştirakçılarının suallarını cavablandırarkən, bir daha təkrar-təkrar Məhkum X2nın ölümündə birbaşa və yax ud dolayısı ilə heç bir günahı və təqsiri olmadığını və onun barəsində istintaq zamanı ifadələri narkotik vasitənin təsiri altında olaraq verdiyini bildirmiş, lakin Lənkəran Ağır Cinayətlər Məhkəməsi Şahid1 dediklərinə məhəl qoymamış və son anda məhkəmə istintaq orqanının mövqeyindən çıxış edərək əsassız, qeyri-obyektiv və sübutlara söykənməyən ədalətsiz hökm çıxarmışdır. Bundan başqa, Lənkəran Ağır Cinayətlər Məhkəməsi iş üzrə məhkəmətibbi ekspertizası üzrə rəy vermiş və məhkəmə iclasında dindirilmiş MTE və PA Birliyi Publik hüquqi şəxsin Ağcabədi rayon şöbəsinin müdiri Şahid7 ifadələrini də istintaq zamanı verdiyi ifadəsinə uyğunlaşdıraraq hökmün mətnində təhrif etmişdir. Buradan da aydın olur ki, məhkəmə eksperti sadəcə Məhkuma qarşı irəli sürülmüş ittihamı bərkitmək üçün dindirmişdir. Bundan başqa, istintaq orqanının səhnələşdirdiyi və məhkəmə istintaqında hökmdə göstərilən formada yastıqla X2 kimi canlı və cüssəli bir qadını həyatdan məhrum etmək tam yanlışdır və bu hal da araşdırılmış sübutlara uyğun deyil. Bundan başqa müdafiəçi bildirmişdir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, nədənsə həmin işə Cəlilabad Hərbi Məhkəməsinin hakiminin sədrliyi və məruzəsi ilə baxılmış, bununla da iş üzrə məhkəmə aidiyyatının pozulmasına yol verilmişdir. Həmçinin müdafiəçi qeyd etmişdir ki, kifayət qədər əsasların olmasına baxmayaraq nədənsə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası 30 mart 2023-cü il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edərək bəraət hökmü çıxarmamış, yalnız Məhkum əməlini CM-nin 1 20.2.9cu maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edərək ona 12 (on iki) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməklə kifayətlənmişdir. Cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış başqa sübutlara istinad edən kassasiya şikayətinin müəllifi sonda onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışı iclasının keçirələcəyi yer və vaxt barədə məlumatlandırılmış zərər çəkmiş şəxsin hüquqi varisi X19 naməlum səbəblərdən məhkəməyə gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələb lərinə əsaslanaraq kassasiya şikayətinə zərərçəkmiş şəxsin hüquqi varisi X9un və Məhkum iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi A.M.Abışovun həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr tərəfindən Məhkum barəsində ittiham h ökmü çıxararkən əhəmiyyətli sübutları araşdırmaqdan imtina edərək həmin sübutlara düzgün hüquqi qiymət verməmiş, bu sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada tədqiq edilməmiş, məhkəməlrin qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmiş və Məhkum barəsindəki cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq o, əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilərək Məhkum bəraət verilməsi haqqında qərarın qəbul edilməli olması haqqında tələblərini CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə gö rə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası müdafiəçi A.M.Abışovu n şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla, məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir və həmin maddəyə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən iş ə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməs in). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qan uniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəa ları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir insanın və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, bunun üçün hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, cinayət əməllərinin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin hüquqlarının pozulmuş hüquqlarının bərpa olunması, onlara vurulmuş zərərin aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini də ehtiva edir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məs uliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əl verişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həm in Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyy ət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məc əllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına d air məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət v erilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edi lməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər pros essual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cina yət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə top lanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bil avasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın ba xılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv y oxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəm ədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkə məsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndi rilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurbulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüq uqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətlənd irilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin, o cümlədən subyektiv cəhətin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. Təsvir edilən normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr h əmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-nin bir maddəsindən digərinə tövsif etmək, şəxsə qarşı irəli sürülmüş ittihamdan bu və ya digər epizodu xaric etmək hüququna da (CPM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş hüquq) malikdirlər o şərtlə ki, bu haqda hökmün çıxarılması və ya qərarın qəbul edilməsi ilə cinayət törətmiş şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irəli sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında vurğulanmışdır ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansi ya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bər aət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasi ya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Məhz buna görə məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz sayılması və həmin qərarın ləğv edilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış halları deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Məhkum barəsind əki cinayət işinin öyrənilməsi və həmin iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların təhlili göstərir ki, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin həmin sübutlara əsasən müəyyən etdikləri faktiki hallar ondan ibarətdir ki, Məhkum 2015-ci ildən etibarən əmisi oğlu X9un arvadı Şahid1 ilə mütəmadi surətdə görüşərək onunla həm özünün, həm də sonuncunun ailə üzvlərindən gizli şəkildə intim münasibətdə olmaqla, sonuncu dəfə isə eyni məqsədlə 22 fevral 2020-ci il tarixdə saat 19 radələrində istifadəsində olan 051-992- 97-92 saylı mobil telefon nömrəsinə Şahid1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsindən “sms”-lər yazmaqla və zəng etməklə onu əri X9, qayınanası X5 və iki azyaşlı uşağı ilə birlikdə yaşadığı ünvan 2 saylı fərdi yaşayış evinə ərinin evdə olmamasını bildirərək dəvət etdikdən sonra, o, digər əmisi oğlu Şahid2 ilə birlikdə saat 20 radələrində yaşadığı Yevlax rayonu, Bəydilli kəndindən idarə etdiyi “Ford Tranzit” markalı, “**-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobillə çıxmışdır. Həmin gün saat 23 radələrində Şahid1 yaşadığı fərdi yaşayış evinin yerləşdiyi dalanın girəcəyinə gəlib, orada Şahid2 bir azdan zəng etdikdə gəlib onu götürməsini bildirdikdən sonra avtomobildən enib özü tək Şahid1 yaşadığı evin həyətyanı sahəsinə daxil olmaqla həmin fərdi yaşayış evinin arxasına keçərək, sonuncunun razılığı və dəvəti ilə pəncərədən yataq otağına daxil olub bir qədər söhbət etdikdən sonra 23 fevral 2020-ci il tarixdə, s aat 01 radələrində Şahid1 mobil telefonunun enerji toplama cihazını götürmək üçün qayınanası- xx.xx.1962-ci il təvəllüdlü X2 yatdığı qonaq otağına keçən zaman Şahid1 arxası ilə həmin otağa girib, qonaq otağının sağ divarında, divara paralel şəkildə qoyulmuş, açıq halda olan divanın üzərində arxası üstə uzanmaqla yatmış vəziyyətdə olan X2nın baş tərəfində dayandığı vaxt sonuncunun yuxudan qismən ayılaraq onu görüb qohum kimi tanımasından və gecə vaxtı onun evində olmasının səbəbini soruşmasından dərhal sonra Şahid1 ilə aralarında olan gizli münasibətlərin aşkara çıxmaması üçün şəxsi münasibətlər zəminində alçaq niyyətlə X2nı həmin anda qəsdən öldürmək qərarına gəlib sonuncunun yarıyuxulu olduğuna görə müqavimət göstərmək imkanını itirməklə köməksiz vəziyyətdə olmasını dərk edərək cinayətkar niyyətini həyata keçirib qəsdən öldürmək məqsədilə ilə həmin divanın üzərində olan digər yastığı əlinə alaraq X2nın sifət nahiyəsinə sıxıb 5-10 dəqiqə saxlamaqla, sonuncuya kənar şəxs tərəfindən yumşaq əşya ilə sıxılma və ani olaraq sağa doğru sürüklənmə nəticəsində əmələ gəlməyə xarakterik sifətin sağ yarısını əhatə edən bir ədəd geniş sıyrığı, eləcə də zərərçəkmişin üzünə yastıqla sıxılma kimi maneəni aradan qaldırmasına cəhd etməsi zamanı əmələ gəlməyə xarakterik boyunun sağ yan səthinin aypara formalı bir ədəd qançırı kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirib, burun dəlikləri və ağızın davamlı qapanmasından yaranmış ağır zərər vurmaya aid mexaniki “asfiksiya” nəticəsində X2nı boğaraq qəsdən öldürmüşdür. Bundan sonra törətdiyi cinayət əməlini gizlətmək və X2nın guya evin həyətin dəki sanitar qovşağından evə qayıdarkən pilləkənlərin üzərində huşunu itirib yıxılaraq ölməsi görüntüsünü yaratmaq məqsədilə sonuncunun meyitini ayaqlarından tutub sürüyərək qonaq otağından çıxarıb fərdi yaşayış evinin önündə olan 8 pilləli pilləkənin üzərində ayaqları aşağı, başı yuxarı, yəni evin giriş qapısı istiqamətində olmaqla üzü üstdə uzadıb, X2ya ölümündən sonra meyitin sürüklənməsi zamanı hər hansı tinli əşyalara dəymə nəticəsində əmələ gəlməyə xarakterik sağ üst və alt göz qapağı, sağ diz oynağı və sağ baldırın sıyrıqları kimi xəsarətlər yetirdikdən sonra, X2nın öz əcəli ilə ölməsi görüntüsünün daha inandırıcı olması üçün Şahid1 hava işıqlandıqdan sonra yataq geyimində küçəyə çıxaraq qışqırmaqla qonşulara qayınanasının yıxılıb ölməsini deməklə bağlı tapşırıq verərək hadisə yerin i gəldiyi avtomobillə tərk etmişdir. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, ölmuş zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin dindirilmələri, zəruri olan ekspertizalar keçirilərək həmin ekspertizaların rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl edilmiş və sübutların qəbule dilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən yol verilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və b aşqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi barədə gəldiyi nəticə ilə razılaşmayaraq onun həmin əməlinin CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməsi və sonuncunun bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır və onun şübhə altına alınması üçün heç bir hal iş materialları ilə müəyyən edilmir. Həm kassasiya şikayətinin dəlillərinə cavab verilməsi, həm də öz qənaətini əsaslandırmaqdan ötrü məhkəmə kollegiyası iş üzrə araşdırılmış bir sıra sübutlara müraciət etməyi zəruri bilir. Belə ki, ifadələri məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı heç bir təsirə və təzyiqə məruz qalmadan göstərmişdir ki, o, X9la 2012-ci ilin noyabr ayında qanuni nikaha daxil olub ailə qurmuş, qanuni nikahdan 12 aprel 2016-cı il tarixdə oğlu Tuncay, 30 may 2017-ci il tarixdə isə digər oğlu Mehman doğulmuşlar. O, 2012-ci ildən qayınanası X2nın yaşadığı evə gəlin köçmüşdür. Qayınatası X15 arvadı X2dən X9 9 aylıq olakən ayrılmış və həmin vaxtdan Yevlax şəhərində yaşayır. Onun əri X9un qardaşı və bacısı olmadığından o, gəlin köçdüyü evdə qayınanası X2 və əri ilə birlikdə yaşamış, daha sonra isə uşaqları doğulmuşdur. X9 pul qazanmaq məqsədilə ilə usta kimi sifariş əsasında Ağcabədi rayonunda evlərə gedib yeni vurulmuş döşəmələrin cilallanması və boyanması ilə məşğul olmuşdur. O, h eç yerdə işləməmiş, qayınanası X2 isə rayon sakini Xalidəyə məxsus paltar mağazasında satıcı işləmişdir. O, X9la ailə qurduqdan sonra əri ilə təxminən iki ildən çox müddətdə mehriban yaşamışdır. X9un Yevlax rayonu, Bəydilli kəndində yaşayan əmisi oğlu Məhkum arada-bir əmi oğlu kimi X9ın yaşadığı evə gəlib getmiş, Məhkum hər dəfə evə gələndə o, Məhkumla qarşılıqlı olaraq bir-birilərinə baxmış, tədricən Məhkumu bəyənmiş, Məhkum da onu bəyənmişdir. Onun telefonu olmadığından arada-bir əri X9un mobil telefonu ilə Məhkumla zəngləşmiş və qarşılıqlı olaraq bir-birlərinə sevgi “SMS”-ləri yazmışlar. Bu hallar yalnız X9 işə və ya harasa başqa yerə gedən zaman mobil telefonu evdə qalarkən, yada ki, X9 yatan zaman baş vermişdir. Daha sonra isə o, dərhal X9un telefonunda olan Məhkuma yazdığı “SMS” mətn ini, eləcə də nömrəsini silmişdir. Bir müddət sonra Məhkum onun üçün üzərində xatırlamadığı nömrə olan “Samsung S4” markalı mobil telefon almışdır. Bundan sonra o, təxminən 2-3 ay həmin mobil telefondan istifadə etməklə Məhkumla yazışıb danışmış, lakin X9un həmin telefondan xəbəri olmamışdır. 2015-ci ilin təxminən yay aylarında o, evdə olarkən telefonu dəsmalın arasında gizlətməyə çalışarkən X9 qəfildən evə daxil olmuş və telefonu görüb, telefonun kimə məxsus olmasını soruşmuşdur. O, yalandan X9a telefonun Məhkuma məxsus olduğunu, unutduğundan onlarda qaldığını demişdir. Bu zaman X9 ona inanmayıb telefonu əlindən almaq istəyərkən, o, X9la olan münasibətləri bilinməsin deyə məcbur qalıb telefonu X9a vermədən qaçaraq evdən çıxmış və telefonu həyətdəki ayaqyoluna atmışdır. Lakin, telefonu əri nə verməməsi X9da şübhə yaratmış və sonuncu əsəbiləşib sifətindən iki sillə vuraraq döşəmə üzərində olan təxminən 1,5 m hündürlüyü olan gül qabını sol ayağı ilə vurararaq sındırmış, gül qabının sınması nəticəsində X9un həmin ayağının alt hissəsi kəsilmişdir. X9un əsəbləri soyumadığından daha sonra sol əli ilə ütü masasına aşağıdan yuxarıya istiqamətdə zərbə vurmuş, ütü masasının altında olan dəmir çıxıntı X9uın sol əlinin ovuc hissəsinin baş barmaq nahiyəsindən kəsmişdir. Daha sonra X9 anası X2yə zəng edərək “özümü doğramışam, məni qan apardı, tez evə gəl!” sözlərini demişdir. Həmin vaxt X2 işdə olmuşdur. Bundan sonra isə X9 onun anasına zəng edərək “gəl zibilini götür cəhənnəm olsun burdan” sözlərini demişdir. Təxminən 5-10 dəqiqəyə X9un anası X2 də evə gəlmişdir. X2 də nə baş verdiyini ö yrənmiş, onun Məhkumla olan münasibətini bilmiş, X9 bütün olanları anasına danışmışdır. Onun qayınanası X2 X9a ondan boşanmasını məsləhət görmüşdür. X9un öz dəvəti ilə həmin vaxt evə gəlmiş dayısı X30 X9u xəstəxanaya aparmış və X9un əlinə tikiş qoyulduqdan sonra X9 dayısı X30un evinə getmişdir. O, X9a baş çəkmək məqsədilə X30gilə getmiş, lakin X30 onu söyərək evindən qovmuşdur. O, X30gildən çıxıb evinə gəlmiş, paltarlarını götürüb anasıgilə gedərək təxminən 3-4 ay orada qalmışdır. Bundan sonra X9 telefonla zəng edib barışmaq istəməsini bildirərək evinə qayıtması ilə bağlı ona yalvarmağa başlamışdır. O, əvvəl razı olmasa da Məhkumu sevdiyinə görə əri X9la razılaşmış və evinə qayıtmışdır. Belə ki, X9 həmin vaxt ona söz verərək “narahat olma mən Məhkumla da barışacağam, səni də Məhkumla bar ışdıracam, qohumluqda belə şeylər olur, Məhkum yenə də əvvəlki kimi bizim evə gəlib-gedəcək” sözlərini demişdir. O, Məhkumla yenə də əvvəlki kimi görüşə biləcəyini nəzərə alıb X9u sevməsə də sonuncu ilə barışmışdır. O, X9la barışdıqdan sonra bir müddət Məhkumla əlaqə saxlamamışdır. 2016-cı ilin əvvəllərində X9un qohumu Məhəmmədin toy mərasimində X9 söz verdiyi kimi, onu əmisi oğlu Məhkumla barışdırmışdır. Bundan sonra Məhkum yenə də onlara gəlib getməyə başlamışdır. Lakin, həmin vaxt mobil telefonu olmadığından Məhkumla əlaqə saxlaya bilməmişdir. X30 doğulandan sonra əri X9 hədiyyə olaraq ona “Samsung A5” modelli smartfon tipli mobil telefon və ***-***-**-** nömrəsi almışdır. O, 2018-ci ilin əvvəllərindən Məhkumla yenidən sevgili kimi əlaqə saxlamağa başlamış, lakin bunu nə X9, nə də ki, h ər hansı bir başqa şəxs bilməmişdir. 2018-ci ilin 14 fevral tarixində, yəni “sevgililər günündə” o, Məhkumla anasıgilin yaşadığı evin həyətindəki hamamda görüşüb ilk dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Daha sonra isə elə həmin ilin mart ayında Məhkumla yaşadığı evdə təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan təxminən iki ay sonra o, Məhkumla bir dəfə də X9un dayısı X30un evində görüşüb təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin ərəfələrdə X30un arvadı vəfat etdiyindən və X30un anası yaşlı olmaqla əqli cəhətdən xəstə olduğundan o, X30un anasına nəzarət etmək məqsədilə həmin evdə qalmışdır. O, mütəmadi olaraq Məhkum ***-***-**-** nömrəsi ilə əlaqə saxlayıb sevgili kimi sonuncu ilə söhbətlər etmişdir. Məhkum 2019-cu ilin sentyabr ayında avtomobil qəzası törətmişdir. Onların söhbəti zamanı Məhkum ona qəza törətməsi ilə bağlı bir qədər borcunun yarandığını, buna görə də pula ehtiyacının olduğunu demişdir. Həmin ərəfələrdə Moskva şəhərində yaşayan qardaşı X onun başında olan ağrıların müalicəsi ilə bağlı 1800 manat məbləğində pul göndərməli olduğundan, o, həmin pulun göndəriləcəyi təqdirdə Məhkuma maddi cəhətdən köməklik edə biləcəyini demiş, Məhkum da onunla razılaşmışdır. Lakin, qardaşı X onun üçün pul göndərməmişdir. 22 fevral 2020-ci il tarixdə o, Məhkumla görüşməli olmuşdur. Lakin, əvvəllər də Məhkum bir neçə dəfə onunla görüşməkdən imtina etdiyindən o, belə düşünmüşdür ki, Məhkumu evinə dəvət edə bilmək məqsədilə “SMS” yazaraq 1800 manat pul verəcəyini bildirsin. Odur ki, o, Məhkumla görüşməmişdən bir neçə gün əvvəl sonuncuya “SMS” yazaraq, borclarını qaytara bilməsi üç ün yalandan 1800 manat pul verəcəyini bildirmişdir. Məhkum həmin “SMS”-i oxuyan kimi cavab olaraq ona zəng edib görüşə gələcəyini demişdir. 22 fevral 2020-ci il tarixdə təxminən saat 23 radələrində Məhkum onun yaşadığı evin yerləşdiyi küçəyə gəlmişdir. Həmin vaxt evdə ondan başqa övladları Y və X30, eləcə də qayınanası X2 olmuşdur. X9 isə pul qazanmaq məqsədilə Bakı şəhərində olmuşdur. Məhkum ona zəng edərək artıq yaşadığı məhəlləyə gəldiyini, əmisi oğlu Zın da yanında olduğunu, lakin Zin tələsdiyini demişdir. O, Məhkuma özünün yataq otağının pəncərəsinə yaxınlaşmasını, pəncərədən Məhkumu evə salacağını demişdir. Həmin vaxt yataq otağında olan övladları Y və X30 öz otaqlarında, X2 isə qonaq otağında divanda yatmışdır. Məhkum onun yataq otağının pəncərəsinə yaxınlaşmış və o, kömək edərək Mə hkumu pəncərədən otağına salmışdır. Daha sonra o, otağın işıqlarını yandırmadan Məhkumla bir-birlərini görmək məqsədilə mobil telefonunun işığını yandırmaq qərarına gəlmişdir. Lakin, telefonunun cərəyanı az olduğundan o, qayınanası X2nin yatdığı qonaq otağında, televizorun yanında olan cərəyan cihazını götürmək məqsədilə öz otağından qonaq otağına çıxmış, Məhkum da onun arxasınca həmin otağa daxil olmuşdur. Bu vaxt qayınanası X2 bir anlıq ayılıb onu görmüş və ondan nə axtardığını soruşduqda, o, telefonun cərəyan cihazını axtardığını demişdir. Elə bu anda qayınanası X2 arxadan baş tərəfində kiminsə olduğunu hiss edib, divanda arxası üstdə uzandığı yerdən başını çevirdikdə Məhkum görmüş və görən kimi “boy, Məhkum!” deyə təəccüblənmişdir. Məhkum isə qəfildən divanın üzərində olan yasdıqlardan birini götürüb həmin yastıqla X2nın üzünü tutub sonuncunu boğmağa başlamışdır. Həmin vaxt qayınanası X2nin hər iki əli sifətinin sağ və sol tərəfində dirsəkdən qatlanmış vəziyyətdə olduğundan Məhkum yastıqla X2nin sifətindən basan zaman sonuncunun hər iki əli yastığın altında qalmışdır. Məhkum X2ni yastıqla boğan zaman X2 yastığın altında qalan əlləri ilə yastığı üzündən itələməyə çalışmışdır. Məhkum isə X2nin müqavimətini sındırmaqdan ötrü hər iki əli ilə yastığın üzərindən var gücü ilə basaraq X2nin əllərini yastığın altından çıxartmasına, eləcə də müqavimət göstərməsinə maneə yaratmışdır. Təxminən 5-10 dəqiqə ərzində qayınanası müqavimət göstərmiş, daha sonra isə hərəkətsiz vəziyyətdə arxası üstdə uzanıqlı vəziyyətdə yerində qalmışdır. O, artıq X2nin öldüyünü başa düşmüşdür. Məhkum X 2nin ölməsinə əmin olduqdan sonra bir qədər özünü itirmiş, hətta ona X2nin üzündə olan yastığı götürməməsini, sonuncunun üzünü görmək istəməməsini demişdir. Daha sonra Məhkum bir neçə dəqiqə düşündükdən sonra, ona cinayətin üstünü ört-basdır etmək məqsədilə X2nin meyitini aparıb həyətdəki pilləkənlərin üstünə qoyaraq, guya sonuncunun həyətdəki ayaqyolundan gələrkən başının gicəllənməsi və yıxılaraq başının daş pilləkənlərə dəyməsi səbəbindən ölməsi kimi görüntü yaratmaq lazım olduğunu demiş və X2nin sifətini örtmək məqsədilə dəsmal gətirməsini ona tapşırmışdır. O, Məhkumdan növbəti gün necə olacağını, nə edəcəyini soruşduqda, Məhkum bir qədər düşündükdən sonra ertəsi gün yuxudan oyanan kimi gecə paltarı ilə küçəyə qaçıb qonşuları səsləməsini və qayınanasının həyətdəki pilləkənlərin üzərind ə ölmüş vəziyyətdə qalması ilə bağlı qışqır-bağır salmasını tapşırmışdır. Bundan sonra o, X2nin otağına keçərək paltar asılqanında olan açıq sarı rəngli əl-üz dəsmalını gətirib Məhkuma vermişdir. Məhkum X2nin sifətini görüb qorxmaması üçün sonuncunun üzünə baxmadan bir əli ilə yastığı itələyib dəsmalı üzünə atmışdır. Daha sonra Məhkum X2ni dartaraq divandan yerə salan zaman sonuncunun başının arxa tərəfindən xəsarət almaması, eləcə də tappıltı səsi gəlməməsi üçün ona mütəkkə gətirməsini tapşırıb iki əli ilə X2nin hər iki ayağından tutub dartaraq ayaqlarını yerə qoymuş, bu zaman X2nin ayaqları yerdə, bədəni ilə baş hissəsi isə divanın üstündə qalmışdır. Sonra isə Məhkum yenə də yavaş-yavaş X2nin ayaqlarından tutub dartaraq divandan aşağı endirməyə başlamış, həmin vaxt sonuncunun başının yer ə düşməsinə az qalmış Məhkum ona mütəkkəni X2nin başının altına qoymasını tapşırmışdır. O, döşəmə üzərində kənarda olan tünd bənövşəyi rəngli mütəkkəni X2nin başının düşəcəyi yerə qoymuş və hər iki əli ilə X2nin başından tutub mütəkkənin üzərinə endirmişdir. Həmin vaxt hələ də dəsmal X2nin üzündə olmuşdur. Bundan sonra isə Məhkum hər iki əli ilə X2nin hər iki topuq nahiyəsindən tutub arxası üstdə sürüyərək qonaq otağından çölə çıxartmışdır. Qonaq otağının qapısından çıxan zaman X2nın əynində olan xalatın arxa hissəsi həmin otağın qapısının aşağı hissəsində olan bərkidici dəmirə ilişmişdir. Bu zaman Məhkum X2nin paltarını ilişdiyi yerdən ayırmasını ondan xahiş etmiş, o, qayınanasının xalatını qapının aşağı hissəsində olan dəmir bərkidicidən ayırmış, Məhkum isə X2ni sürüməyə davam etmişdir. Məhkum X2nın meyitini arxası üstdə sürüyərək pilləkənlərin üstünə qoymuşdur. Həmin vaxt X2nin başı yuxarıdan ikinci pilləkənin üstündə olanda Məhkum pilləkəndə arxası üstdə uzanıqlı vəziyyətdə qalmış X2nin sağ qolundan və sağ bud nahiyəsindən tutub sonuncunu üzü üstdə çevirmişdir. Bu zaman X2nin üzündə olan dəsmal düşmüş və ani olaraq qayınanasının sağ göz nahiyəsi daş pilləkənin tininə dəymiş və meyit aşağıya doğru sürüşməyə başlamışdır. Bu zaman Məhkum aşağı tərəfdən X2nin meyitini saxlayıb sürüşməməsi üçün meyitin sağ ayağını dizdən qatlayaraq pilləkənə dayaq vermişdir. Həmin vaxt artıq saat 01 radələri olmuşdur. Bundan sonra Məhkum ona getməli olduğunu bildirib, 20-30 manat pul verməsini xahiş etmişdir. O, Məhkumdan getməməsini xahiş etmiş, Məhkum isə əmisi oğlu Zin maşında gözlədiyini, bu səbəbdən də getməli olduğunu ona demişdir. Bundan sonra o, özündə olan 30 manat pulu Məhkuma vermiş və sonuncu çıxıb getmişdir. O, öz otağına keçib havanın işıqlanmasını gözləmişdir ki, Məhkumun dediyi kimi səhər açıldıqda qonşulara hay-haray salsın. Qayınanası X2 isə səhər açılanadək üzü üstdə uzanıqlı vəziyyətdə həyətdəki pilləkənlərin üzərində qalmışdır. O, Məhkumun dediyi kimi 23 fevral 2020-ci il tarixdə səhər təxminən saat 09 radələrində qayınanasının guya yıxılıb həyətdə qalmasını görməsi ilə bağlı haray salmaq məqsədilə yaşadığı evin həyətindən küçəyə çıxmışdır. Bu zaman o, qonşusu Şahid6 maşınına oturmağa hazırlaşdığını görmüş və sonuncunu köməyə çağıraraq qayınanası X2nin pilləkənlərdə yıxılıb qaldığını demişdir. Bu zaman Şahid6 onunla birlikdə X2nin yaşadığı evə gələrkən ona Məhkumun bir gün öncə onunla birlikdə gecə saatlarında X2nın meyitini sürüyüb çölə çıxardıqlarını gördüyünü demişdir. X37 onun özünü itirdiyini görüb ona narahat olmamağı, hadisə yerinə polis və təcili tibbi yardımı çağırsa da ona köməklik edəcəyini, Məhkumun meyiti sürüyərək bayıra çıxartmasını görməsini heç kimə deməyəcəyini bildirmişdir. O, X37lə birlikdə qayınanası X2nın meyitinin qoyulduğu pilləkənlərin yanına gəlmiş, X37 təcili yardıma, eləcə də onun qohumlarına və qonşulara məlumat vermişdir. Daha sonra isə hadisə yerinə gəlmiş qohumların və qonşuların köməkliyi ilə qayınanasının meyiti qonaq otağında döşəmə üzərinə uzadılmaqla üstü örtülmüşdür. Təxminən 5-10 dəqiqə sonra təcili tibi yardımın həkimləri gələrək X2ni müayinə edib artıq öldüyünü demişlər. O, ifadəsində Məhkumun qay ınanasını boğduğu yastığın üzlüyünün ağ və çəhrəyı rəngli dördbucaq formada olduğunu, həmin yastığın üzlüyünün dəyişdirilib-dəyişdirilməməsini xatırlamadığını, həmin yastıqla qayınanasının üzünə atılmış əl-üz dəsmalının yaşadığı evdə olduğunu, lakin dəsmal və yastıq üzünün artıq bir neçə dəfə yuyulduğunu, hadisə baş verən zaman qonşuluqda yaşayan Şahid6 görmədiyini, X37nin baş verənləri görüb-görməməsini dəqiq bilmədiyini göstərmişdir. Bundan başqa o, ifadəsində 23 fevral 2020-ci il tarixdə Məhkum yaşadığı evə gələrkən tək olduğunu, Məhkumun yanında heç kimin olmadığını, Məhkum tərəfindən qayınanası X2 öldürülən zaman sonuncunun əynində güllü bəzəkli göy və ağ rəngli xalat və qara rəngli koftanın olduğunu, X9un qohumları X və X tərəfindən adət-ənənəyə uyğun olaraq həmin paltarların X2nin m eyiti yuyulandan sonra yaşadığı evin arxa hissəsində torpaqda basdırıldığını bildirmişdir. Həmçinin o, ifadəsində Məhkum X2ni öldürdükdən sonra meyitini divandan döşəmə üzərinə salarkən, eləcə də sürüyüb bayıra çıxararkən X2nin ayağının pəncəsinin alt hissəsi, eləcə də bədəninin başqa nahiyəsinin hər hansı bir maneəyə, eləcə də qonaq otağında qoyulmuş sobanın uc çıxıntısına dəymədiyini, həmin sobanın uc hissəsinin elə X9un öz hərəkətləri nəticəsində əzildiyini, günlərin birində X9un əsəbi olduğundan həmin sobanı təpiklə vurub aşırtdığını, sobanın uc hissəsinin də məhz həmin vaxt əzildiyini, X9un yaşadıqları evin həyətindən tapdığı mələfənin üzərində olan qan ləkələrinin ona məxsus olduğunu, 2020-ci ilin sonlarında qadın xəstəliyi ilə bağlı həkimə getdiyini, həmin ərəfələrdə qanaxmasının ço x olması səbəbindən üzərində yatdığı həmin mələfənin çoxlu qan olduğunu, həmin mələfəni evdən götürüb yaşadığı evin arxa hissəsində həyətdə qoyulmuş şiferlərin üstündə olan döşəklərin arasına qoyduğunu bildirmişdir. Bundan başqa o, ifadəsində X2nin boğularaq öldürülməsi nəticəsində bədənin hər hansı bir nahiyəsindən qan gəlmədiyini, yalnız X2nin meyiti Məhkum tərəfindən pilləkənlərin üzərində üzü üstdə çevirən zaman sağ göz nahiyəsinin yuxarı hissəsinin daşa dəydiyini, yalnız bu zaman X2nin sağ gözünün üst hissəsindən bir az qan axdığını bildirmişdir. Bundan əlavə o, ifadəsində “ARB” kanalında yayımlanan “Səni Axtarıram” verilişində efirə çıxmazdan əvvəl X və köməkçiləri tərəfindən ona acı tamlı dərman verildiyini, bundan sonra X tərəfindən baş vermiş cinayətin özü tərəfindən törədilməsi k imi çıxış etməsi ilə bağlı ona tapşırıq verildiyini, bunun müqabilində uşaqlarına köməklik olunacağına dair söz verildiyini, veriliş zamanı qardaşlarının bayırda onu gözlədiklərini, qardaşlarından və qohumlarından qorxduğu üçün guya X2nı özünün itələyib öldürməsini yalandan deməsini bildirmişdir. Həmçinin ibtidai istintaq zamanı Şahid1 ilə təqsirləndirilən şəxs Məhkum arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 əvvəlki ifadələrində göstərdiklərini bir daha təsdiq edərək, 22 fevral 2020-ci il tarixdə “SMS”-lər yazaraq Məhkum yaşadığı evə dəvət etdiyini, Məhkumu yataq otağının pəncərəsindən evə saldığını, telefonunun cərəyanını götürmək məqsədilə yataq otağından qonaq otağına çıxdığını, bu zaman Məhkumun da onun arxası ilə həmin otağa gəldiyini, divanda arxası üstdə yatmış qayınanası X2nin yuxudan oyanaraq onu və Məhkumu gördüyünü, bu zaman Məhkumun yastığı arxası üstdə uzanıqlı vəziyyətdə olan X2nin ağız və burun nahiyəsinə basmaqla sonuncunu boğub öldürdüyünü, daha sonra X2nin meyitini ayaqlarından tutub sürüyərək evdən bayıra çıxartdığını, pilləkənlərin üzərinə qoyaraq üzü üstdə çevirdiyini, daha sonra isə çıxıb getdiyini, həmin vaxt Şahid2 görmədiyini, Məhkumun onun yaşadığı evə tək gəldiyini, Məhkumla pəncərədən danışmadığını sonuncunun üzünə qarşı deyərək, Məhkumun X2ni öldürməməsi, onunla pəncərədən söhbət etməsi, Zin da Məhkumun yanında olması ilə bağlı bildirdiklərinin yalan olduğunu, özünü müdafiə etdiyini bildirib Məhkum bir daha ifşa etmişdir. Bundan başqa, ibtitai istintaq zamanı Şahid1 ifadələri hadisə yerində də yoxlanılmış və bu istintaq h ərəkəti aparlan zaman sonuncu öz ifadələrini bir daha təsdiq edərək Məhkum qaynanası X2nı öldürməsi hallarını əyani olaraq göstərmişdir. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş Şahid2 (Məhkum əmisi oğlu) həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində eyni məzmunda ifadələr verərək Məhkum Mingəçevir şəhərində yerləşən “Kukuruz” firmasında sürücü işləmiş, 2020-ci ilin fevral ayının ortalarında sonuncu onu da həmin firmada “kuryer” kimi işə düzəltmişdir. O, “Kukuruz” firmasında işlədiyi vaxt Məhkum sürücü, o isə malları paylayan şəxs qismində firmaya məxsus “Ford” markalı, ağ rəngli, sonu “288” ilə bitən dövlət qeydiyyat nişanlı yük maşını ilə müxtəlif rayonlarda olan mağazalara kukuruz paylamışdır. 22 fevral 2020-ci il tarixdə o, Məhkumla birlikdə işlədikləri fi rmaya məxsus yuxarıda qeyd edilən avtomobillə gün ərzində Gəncə, Şəki və Beyləqan rayonlarında yerləşən mağazalara kukuruz payladıqdan sonra saat 18 radələrində yaşadıqları Yevlax rayonunun Bəydilli kəndinə qayıtmışlar. Yaşadıqları evə çatan zaman Məhkum ona Ağcabədi şəhərində yaşayan bir qızla tanış olduğunu deyib, evə gedib yemək yeyib paltarını dəyişdikdən sonra saat 21-22 radələrində birlikdə Ağcabədi şəhərinə getməyi ondan xahiş etmiş, həmin qızla görüşəcəyini ona demiş, o da bu təkliflə razılaşdıqdan sonra təxminən saat 21-21:30 radələrində Məhkumla birlikdə Ağcabədi şəhərinə getmək üçün yola çıxmışlar. Həmin vaxt avtomobili Məhkum idarə etmişdir. Yevlax rayonundan çıxmamış, Xaldan kəndi ərazisində Məhkum avtomobili saxlamış və o, marketdən özü üçün siqaret, su və kartof cipsləri alm ışdır. Yolda olan zaman o, Məhkumdan tanış olduğu qızın kim olmasını soruşmuş, Məhkum isə “başqa adamdır” deyərək cavab verməkdən yayınmışdır. “Dördyol” adlanan yerdə magistral yoldan çıxıb Ağcabədi şəhərinə daxil olduqdan sonra o, Məhkumdan avtomobili idarə etməsini xahiş etmiş və sükan arxasına keçərək avtomobili idarə etməyə başlamışdır. O, Ağcabədi şəhərini tanımadığı üçün yolu Məhkum ona izah etmişdir. Ağcabədi şəhərinə çatdıqda Məhkum bir qədər gözləməli olduqlarını ona demişdir. O, şəhərdəki yanacaqdoldurma məntəqəsinin yanında maşını saxlamış və təxminən 15-20 dəqiqə maşında oturub gözləmişlər. Həmin vaxt, Məhkum “Vatsap”la kiminləsə yazışmış, daha sonra isə artıq gedə biləcəklərini ona demişdir. O, yanacaqdoldurma məntəqəsindən çıxıb təxminən 3-4 dəqiqə hərəkət etdikdən sonra, təx minən saat 23-24 radələrində Məhkumun tapşırığına əsasən avtomobili asfalt küçədə yol kənarında saxlamışdır. Həmin küçənin sağ tərəfində digər ara küçələrə giriş də olmuşdur. Məhkum avtomobildən enərək ara küçələrdən birinə daxil olmuş və maşından enən zaman ona işini qurtardıqdan sonra zəng edəcəyini demişdir. O, avtomobili döndərib geri qayıtmış və yaxınlıqda olan mağazanın qarşısında dayanıb Məhkumu gözləməyə başlamışdır. Təxminən 1,5-2 saat sonra Məhkum ona 2-3 dəfə zəng atmış, bu zaman o, avtomobili işə salıb Məhkumu düşürtdüyü küçə ilə irəliləmiş, lakin Məhkumun daxil olduğu ara küçəni unutduğundan əsas küçə ilə yuxarı-aşağı 3-4 dəfə gedib-qayıtmışdır. O, Məhkumun daxil olduğu ara küçəni tapa bilmədiyi üçün sonuncuya zəng etmişdir. Bu zaman Məhkum onu gördüyünü bildirib, qarşıdakı ar a küçəyə daxil olmasını tapşırmışdır. Məhkumun ona bildirdiyi ara küçənin girişində iki nəfər şəxs dayandığından o, bu barədə Məhkuma bildirmiş və həmin ara küçəyə daxil olacağı halda problemlə üzləşə biləcəyini demişdir. Məhkum ona qorxmamağı və gəlməsini demişdir. O, həmin ara küçəyə daxil olduqda orada dayanan iki nəfər tanımadığı oğlan maşını saxlatdırmış və sükan tərəfdən ona yaxınlaşmışlar. Həmin vaxt avtomobilin sol qapısının şüşəsi işləmədiyindən o, qapını açıb oğlanlarla söhbət etməyə başlamışdır. Həmin vaxt gecə olmasına baxmayaraq küçə işıqlı olmuşdur. Bundan başqa o, qapını açdığı üçün maşının salon işıqları yanmış və həmin oğlanlar onu rahatlıqla görmüşlər. Həmin şəxslər ondan ora gəlməsinin səbəbini soruşduqda, o, iş yoldaşını həmin küçəyə düşürtdüyünü və iş yoldaşını götür məyə gəldiyini bildirmiş, lakin Məhkumun adını oğlanlara deməmişdir. Həmin şəxslər onun keçməsinə şərait yaradıb, arxası ilə baxacaqlarını deyib, iş yoldaşını götürdükdən sonra ara küçədən çıxmasını tapşırmışlar. O, həmin ara küçə ilə bir qədər irəli getdikdən sonra Məhkumun qarşıdan, divarın dibi ilə iti addımlarla ona tərəf gəldiyini görüb maşını saxlamışdır. Həmin vaxt maşının mühərriki işlək vəziyyətdə qalmışdır. O, Məhkumun ona tərəf gəlməsindən hiss etmişdir ki, sanki Məhkum gizlənməyə çalışır. Məhkum sürücü tərəfdən maşına yaxınlaşıb ona avtomobili özünün idarə edəcəyini demişdir. Həmin küçə dar olduğundan Məhkum onun maşını döndərə bilməyəcəyini düşünmüş, lakin o, avtomobili döndərə biləcəyini Məhkuma demişdir. Məhkum isə onunla razılaşmamışdır. O, küçənin girişində iki nəfər oğlan ın onu saxladıb sorğu-sual etmələri barədə Məhkuma məlumat vermişdir. Bu zaman bir nəfər başqa bir oğlan onlara yaxınlaşıb telefonunun işığını yandırmaqla onlardan həmin küçəyə gəlmələrinin səbəbini soruşmuşdur. Artıq o da maşından düşmüş, Məhkum isə həmin vaxt hələ maşına minməmişdir. O, həmin oğlana heç bir cavab verməmiş, Məhkum isə oğlana Beyləqan rayonuna getmək istədiklərini, küçənin başında dayanmış oğlanların onlara Beyləqana getmək üçün həmin yolu göstərdiklərini demişdir. Əslində isə belə söhbət olmamışdır. Həmin oğlan onlardan şübhələndiyi üçün Məhkuma maşının yük yerinə baxmaq istədiyini demiş, Məhkum yük yerini açdıqda həmin oğlan maşında kukuruz bağlamalarının olduğunu görüb onların getməsinə şərait yaratmışdır. Daha sonra Məhkum sürücü oturacağında, o isə sərnişin oturacağın da oturmuşdur. Məhkum avtomobili döndərib həmin ara küçədən çıxmışdır. Həmin vaxt Məhkum nədənsə həyəcanlı olmuş, maşını rahat idarə edə bilməkdə çətinlik çəkmişdir. “Dördyol” adlanan yerə çatıb magistral yola çıxdıqda Məhkum maşını saxlayaraq avtomobili idarə etməyi ona tapşırmışdır. Daha sonra o, sükan arxasına keçərək avtomobili idarə etməyə başlamışdır. O, Məhkumdan nə baş verməsini, həyəcanlı olmasının səbəblərini soruşduqda Məhkum əvvəlcə ona heç nə demək istəməmiş, lakin o, təkidlə eyni sualları bir neçə dəfə soruşduqda Məhkum ona “qızın qayınanasını öldürmüşəm” deyə cavab vermişdir. O, Məhkumdan hadisənin necə baş verdiyini soruşmuş, bu zaman Məhkum qızla birlikdə evdə olan zaman qayınanası tərəfindən görüldüyü üçün qadını boğub öldürdüyünü demişdir. O, Məhkumdan qadını necə öldürd üyünü, qadını necə boğduğunu soruşmuş, Məhkum isə cavabında “yastıqla boğdum, başqa sual vermə” sözlərini demişdir. Bu zaman o, Məhkumla sözlə mübahisə edərək, baş vermiş hadisə ilə bağlı özünün də problemlə üzləşə biləcəyini bildirmişdir. Baş vermis hadisə barədə Məhkumun atasına məlumat verəcəyini Məhkuma demişdir. Bu zaman Məhkum ona “əgər ailəni, atanı, ananı sevirsənsə, onları itirmək istəmirsənsə sakit dur” deyə cavab vermişdir. O, Məhkumdan qorxduğuna görə hadisə barədə heç kimə heç bir söz deməmişdir. 23 fevral 2020-ci il tarixdə təxminən saat 03-04 radələrində o, Məhkumla birlikdə Yevlax rayonu, Bəydilli kəndində yaşadıqları evə çatmışlar. Səhərisi gün Bəydilli kəndində yaşayan bibisi Raya X9un anası X2nin vəfat etməsini onlara demişdir. X2nin ölümü ilə bağlı X9hüquq mühafizə orqa nlarına şikayət verən zaman ona məlum olmuşdur ki, Məhkum X9un arvadı X ilə sevgi münasibəti yaşamış və Məhkumun onunla Ağcabədi şəhərində yanına getdiyi qız da məhz X olmuşdur. Daha sonra o, ifadəsində göstərmişdir ki, 24 yanvar 2022-ci il tarixdə o, izahat vermək məqsədilə Ağcabədi rayon prokurorluğuna dəvət olunarkən ilk əvvəl Məhkumla Mingəçevir şəhərində görüşmüşdür. Bu zaman Məhkum ona rayon prokurorluğunda izahat verərkən guya 22 fevral 2020-ci il tarixdə Məhkumla birlikdə Ağcabədi şəhərində maşından enməsi, birlikdə küçənin içərisinə doğru getmələri, küçədə olan evlərin birindən bir nəfər qızın pəncərədən boylanaraq Məhkuma getməsini deməsi, yenidən birlikdə maşına minərək geri qayıtmaları, yolda olarkən həmin qızın Məhkuma zəng etməsi, Ağcabədi şəhərində məhkəmənin qarşısında avto mobillərinin xarab olması, orada olan taksi sürücüsünün köməyi ilə avtomobili avtovağzala tərəf aparmaları, Məhkumun avtomobil ustası ilə telefonla danışması, yanacaq doldurma məntəqəsindən yanacaq və başqa vasitələr alması, saat 01 radələrində avtomobili işə salaraq yola davam etmələri, yolda olarkən Məhkumun görüşdüyü qızın Əfsanə olmasını ona deməsi kimi yalan izahat verməsini tapşırmış, əks təqdirdə ikisinin də birdən tutulacağını demişdir. O, Məhkum xahişinə əsasən ilkin izahatını yalan məzmunda vermişdir. 22 fevral 2020-ci il tarixdə Məhkum özü tək maşından düşərək qızla görüşməyə getmişdir. Həmin vaxt o, maşında oturub Məhkumu gözləmişdir. O, həmin küçədə heç bir qızın pəncərədən baxmasını və Məhkumla danışmasını görməmiş, geri qayıdarkən Məhkuma heç kim zəng etməmişdir. Onlar ger i qayıdan zaman avtomobildə Ağcabədi şəhərində deyil, Yevlax rayonuna çatan zaman nasazlıq yaranmış və təxminən beş dəqiqə sonra maşın təkrar işə düşmüşdür. Həmin vaxt, onlara heç bir taksi sürücüsü kömək etməmiş və yanacaq doldurma məntəqəsinə getməmişlər. Həmçinin cinayət işi üzrə ibtidai araşdırma zamanı Şahid2la təqsirləndirilən şəxs Məhkum arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı da Şahid2 əvvəlki ifadələrində göstərdiklərini bir daha təsdiq etmişdir. Bundan başqa cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs Məhkum istifadəsində olmuş **********, şahid qismində dindirilmiş şəxslər - Şahid2 istifadəsində olmuş **********, Şahid1 istifadəsində olmuş ********** saylı mobil nömrələrlə bağlı telefon danışıq məlumatlarına baxış keçirilməklə təhlil aparılmış v ə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: - Məhkum istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsi arasında 01 yanvar 2020-ci il tarixdən 05 noyabr 2020-ci il tarixədək olan dövr ərzində müxtəlif vaxtlarda və saatlarda qarşılıqlı olmaqla 53 dəfə telefon zəngi və sevgi münasibətləri ilə bağlı "SMS” yazışmaları olmuşdur; - Şahid1 istifadəsində olmuş ********** (antena Ağcabədi şəhəri) saylı mobil telefon nömrəsindən 22 fevral 2020-ci il tarixdə saat 09:12-də Məhkum istifadəsində olmuş ********** (antena Yevlax rayonu, Xaldan) saylı mobil telefon nömrəsinə zəng edərək aralarında 62 saniyə danışıq aparılmışdır; - Məhkum istifadəsində olmuş ********** (antena Yevlax rayonu, Xaldan) saylı mobil telefon nömrəsi ndən 22 fevral 2020-ci il tarixdə saat 09:13-də Şahid1 istifadəsində olmuş ********** (antena Ağcabədi şəhəri) saylı mobil telefon nömrəsinə zəng edərək aralarında 104 saniyə danışıq aparılmışdır; - Şahid1 istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsindən 22 fevral 2020-ci il tarixdə saat 19:13-də Məhkum istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsinə “Askimm seni gozduyuremm saat 11 de burda ol” məzmunda "SMS” göndərmişdir; - Şahid1 istifadəsində olmuş ********** (antena Ağcabədi rayonu) saylı mobil telefon nömrəsindən 22 fevral 2020-ci il tarixdə saat 19:22-də Məhkum istifadəsində olmuş ********** (antena Yevlax rayonu, Havarlı) saylı mobil telefon nömrəsinə zəng edərək aralarında 104 saniyə danışıq aparılmışdır; - Şahid1 istifadəsində olmuş ********** (antena A ğcabədi şəhəri) saylı mobil telefon nömrəsindən 22 fevral 2020-ci il tarixdə saat 20:29-da Məhkum stifadəsində olmuş ********** (antena Yevlax rayonu, Gülövşə kəndi) saylı mobil telefon nömrəsinə zəng edərək aralarında 39 saniyə danışıq aparılmışdır; - Şahid1 istifadəsində olmuş ********** (antena Ağcabədi şəhəri) saylı mobil telefon nömrəsindən 22 fevral 2020-ci il tarixdə saat 22:35-də Məhkum istifadəsində olmuş ********** (antena Ağcabədi rayonu) saylı mobil telefon nömrəsinə zəng edərək aralarında 48 saniyə danışıq aparılmışdır; - Şahid1 istifadəsində olmuş ********** (antena Ağcabədi şəhəri) saylı mobil telefon nömrəsindən 22 fevral 2020-ci il tarixdə saat 23:09-da Məhkum istifadəsində olmuş ********** (antena Ağcabədi rayonu) saylı mobil telefon nömrəsinə zəng edərək aralarında 29 sa niyə danışıq aparılmışdır; - Məhkum istifadəsində olmuş ********** (antena Ağcabədi şəhəri) saylı mobil telefon nömrəsindən 22 fevral 2020-ci il tarixdə saat 23:19-da Şahid1 istifadəsində olmuş ********** (antena Ağcabədi şəhəri) saylı mobil telefon nömrəsinə zəng edərək aralarında 24 saniyə danışıq aparılmışdır; - Şahid1 istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsindən 22 fevral 2020-ci il tarixdə saat 23:20-də Məhkum istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsinə “Askimm masinlar getsin menim otagimin yana gel penceren yana” məzmununda "SMS” göndərmişdir; - Şahid1 istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsindən 22 fevral 2020-ci il tarixdə saat 23:21-də Məhkum istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsinə “Gelende vizif at pence ren agzina” məzmununda "SMS” göndərmişdir; - Şahid1 istifadəsində olmuş ********** (antena Ağcabədi şəhəri) saylı mobil telefon nömrəsindən 23 fevral 2020-ci il tarixdə saat 01:33-də Məhkum istifadəsində olmuş ********** (antena Ağcabədi rayonu) saylı mobil telefon nömrəsinə zəng edərək aralarında 412 saniyə danışıq aparılmışdır. Şahid qismində dindirilmiş Şahid2 istifadəsində olmuş ********** və ********** saylı mobil telefon nömrələri 22 fevral 2020-ci il saat 22:13- dən 23 fevral 2020-ci il saat 01:18dək olan müddət ərzində Ağcabədi şəhərindəki anten dairəsində qeydə alınmışdır. Telefon danışıq məlumatlarına dair aparılan təhlillər zamanı həmçinin müəyyən edilmişdir ki, Şahid1, Məhkum və Şahid2 istifadələrində olmuş yuxarıda qeyd edilən mobil telefon nömrələri 22 fevral 2020-ci il saat 22:35-dən 23 fevral 2020-ci il saat 01:33-dək olan müddət ərzində “Ağcabədi şəhəri” adı altında olan eyni anten dairəsində qeydə alınmışdır. Həmçinin cinayət işi üzrə ibtidai araşdırma zamanı mərhum X2 meyitinin dəfn edildiyi Ağcabədi şəhəri "Üzeyir” qəbiristanlığından çıxarılraq (ekshumasiya edilərək) müəyyən edilmişdir ki, meyit kəskin çürüməyə məruz qalmış, dəri örtüyü quru olaraq sərtləşmişdir, meyit üzərində ilkin müayinə, eləcə də hər hansı bir xəsarət izləri aşkar edilmir. Meyitin müayinəsi zamanı baş, döş və qarın boşluğu açılmış, laboratoriya müayinəsi üçün dilaltı sümüyü müvafiq qaydada götürülərək qablaşdırılmışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 27 aprel 2022-ci il tarixli 137/2022 saylı rəyindən görünür ki, mərhum X2 meyitinə baxış keçirilərkən sifətin sa ğ yarısını, sağ üst və alt göz qapağını əhatə edən sıyrıq, sağ diz oynağında iki ədəd, sağ baldırda bir ədəd, boynun sağ yan səthində aşağıda bir ədəd qançır, gözlərin ağlı qişasına nöqtəvari qansızmalar, sifətin sianotik olması aşkar edilmişdir. 04 fevral 2022-ci il tarixdə X2nın meyiti ekshumasiya olunarkən kəskin çürümə dəyişiklikləri fonunda hər hansı xəsarət və ya onun izi aşkar edilməmiş, meyitdən götürülmüş dilaltı sümüyün tibbikriminalistik tədqiqatı zamanı onun tam olması müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni sifətin sağ yarısını əhatə edən geniş sıyrıq, gözlərin ağlı qişasına nöqtəvari qansızmalar, sifətin sianotik olması burun dəlikləri və ağızın yumşaq əşya ilə xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən sıxılması və ani olaraq sağa doğru sürüklənməsi, boynun sağ yan səthinin aypara formalı qançırı isə zərərçəkmişin bunun qarşısını almaq üçün əli ilə maneəni aradan qaldırmasına cəhd etməsi zamanı yaranmasına uyğun gəlir. Sağ üst və alt göz qapağı, sağ diz oynağı və sağ baldırdakı sıyrıqlar isə ölüm baş verdikdən qısa müddət sonra meyitin pilləkənlə daşınması zamanı hər hansı tinli əşyalara dəymə zamanı yaranmasına uyğun gəlir. Mərhum X2nın ölümünə səbəb burun dəlikləri və ağızın davamlı qapanmasından yaranmış mexaniki asfiksiya olmuşdur ki, bu canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Sifətin sağ yarısının geniş sıyrığı, boynun sağ yan səthinin aypara formalı qançırı isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Mərhum X2nın meyitinə baxış keçirilərkən qeyd edilən ilkin meyit əlamətləri ölümün xx.xx.2020-ci il tarixdə də baş verə bilməsini inkar etmir. Cinayət işinin materiallarından, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından göründüyü kimi, məhkəmələr ibtidai araşdırma orqanı kimi, kassasiya şikayətində iddia olunan halın, yəni mərhum zərər çəkmiş şəxs X2nın öz əcəli ilə ölməsinin mümkünsüz olmasını müəyyən edərək belə nəticəyə gəlmişlər ki, Məhkum X2nı sonuncunun gəlini Şahid1 ilə aralarında olan gizli münasibətlərin aşkara çıxmaması üçün şəxsi münasibətlər zəminində yastıqla boğaraq öldürmüş, yəni CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu nəticə həm adları yuxarda göstərilən, həm də ibtidai araşdırma və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə, telefon danışıqlaranın və yazışmalarının aparılması barədə məlumatlarla, Şahid1 ifadələrinin yerində yoxlanılması və digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, ekspertiza rəyləri ilə, maddi və digər sübutlarla tam təsdiq edilir. Müdafiəçi A.M.Abışov kassasiya şikayətində Şahid1 ibtidai araşdırma zamanı ifadələrini narkotik sərxoşluğu vəziyyətində, Şahid2 isə həm ibtidai araşdırma, həm də məhkəmə iclasındakı ifadələrini təsir və təzyiq altında verməsini iddia etsə də, onun bu iddiaları araşdırılmış sübutlarla təsdiq olunmamış, müdafiəçi həmin şikayətində də bu halları təsdiq edən mötəbər və inandırıcı sübutlara istinad etməmişdir. Halbuki, CPM-nin 125.8-ci maddəsinə əsasən, Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmçinin müdafiəçi A.M.Abışovun kassasiya şikayətinin işə Lənkəran Ağır Cinayətlər Məhkəməsi adı altında Cəlilabad Hərbi Məhkəməsinin hakiminin sədlrliyi və məruzəsi ilə baxılması, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində cinayət işinin Hərbi məhkəmələrin səlahiyyətinə aid olmamasına dair dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirinin imzaladığı 07 aprel 2022-ci il tarixli 125-K nömrəli əmrilə Cəlilabad Hərbi Məhkəməsinin hakimi, məhkəmənin sədri vəzifəsini icra edən X13, məhkəmənin hakimləri X21 və İslam Əkrəm oğlu Neymanova Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifələrinin müvəq qəti icrası həvalə edilmişdir. Bu hal isə ona dəlalət edir ki, adları göstərilən hakimlərin Məhkum barəsindəki cinayət işinə baxmaları nəticəsində məhkəmə aidiyyatına dair qanunvericiliyin tələbləri pozulmamış, yəni işə tam səlahiyyətli məhkəmə tərkibi tərəfindən baxılmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda geyd olunanlar işə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsinin prosessual qanunvericiliyinin tələbləri ilə yanaşı maddi hüquq normalarının tətbiqində də, ümumilikdə isə CPM-nin 416-cı maddəsində sadalanan pozuntulara yol verilmədiyini göstərir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi A.M.Abışovun kassasiya şikayətində göstərdikləri dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayı ndırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, baxılan işdə CPM-nin 42ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində müdafiəçi A.M.Abışov Məhkum təqsirli bilindiyi maddə ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsi barədə tələb irəli sürmədiyindən, apellyasiya instansiyası məhkəməsi isə iş üzrə müəyyən olunmuş bütün halları nəzərə alaraq bu məsələnin həlli zamanı da maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermədiyindən, məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzak irə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkuma təyin edilmiş cəzanı qanuni və ədalətli hesab edərək həmin cəzanın hər hansı şəkildə yüngülləşdirilməsi üçün əsaslar tapmır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq, müdafiəçi A.M.Abışovun kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi barədə onun özünün, kassasiya şikayətinin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək, belə nəticəyə gəlir ki, müdafiəçi A.M.Abışovun kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2023-cü il tarixli qərarı isə həmi n şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2023-cü il tarixli qərarı müdafiəçi A.M.Abışovun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar