Məhkəmə qərarları › İş №1(102)-1820/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1820/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1820/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X15 qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4. 1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2023-cü il tarixli, 1(103)-43/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxx 1989-cu il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ 236 ünvanında qe ydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan şəxsiyyəti məlum olmayan Əli adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə küllü miqdarda ümumi təmiz çəkisi 1010,394 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə etmiş, həmin heroinin 1010 qramını Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Bülbülə” gölünün yaxınlığında göy rəngli qarajın altındakı daşın altına gizlətməklə saxlamış, 0,394 qramını isə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığına daşımış, 22 mart 2021-ci il tarixdə saat 12:10 radələrində Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə aparılmış, orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,394 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirləri davam etdirilərək Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Bülbülə” gölünün yaxınlığına keçirilmiş axtarış zamanı oradakı göy rəngli qarajın alt hissəsində daşın altına gizlədilmiş bir ədəd paketdə təmiz çəkisi 1010 qra m olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən), X7 və X3 ibarət məhkəmə tərkibində) 18 may 2022-ci il tarixli, 1(101)-216/2022 nömrəli hökmü ilə Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən Məhkum Sabunçu rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 02 ay 29 gün azadlıqdan məhrum cəzasının hazırki hökmlə təyin olunan cəza ilə qismən taplanaraq qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ümumi rejim li cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 22 mart 2021-ci il tarixdən hesablanması, Məhkum CM-in 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirlərinin təyin olunması, onun ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində xüsusi müsadirə tətbiq edilməməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan Məhkum və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, hökmün ləgv edilərək, Məhkum bəraət verilməsi barədə hökm qəbul edilməsini xahiş etmişlər.

5. Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət məhkəmə tərkibində) 23 iyun 2023-cü il tarixli, 1(103)-43/2023 nömrəli qərarı ilə Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunmaması, iş üzrə Bakı Agir Cinayətlər Məhkəməsinin 1(101)216/2022 nömrəli, 18 may 2022-ci il tarixli hökmünün “Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən Məhkum Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 aprel 2021ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum cəzası hazırki hökmlə təyin olunancəza ilə qismən toplanaraq qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi” hissələrində dəyişdirilməsi, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının 8 (səkkiz) ilə endirilməsi, CM-in 66.5-ci maddəsinə əsasən Məhkum Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum cəzasının hazırki hökmlə ona təyin olunan cəza ilə qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2023-cü il tarixli, 1(103)43/2023 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Məhkum kassasiya şikayətinin dəlilləri qismində ailə vəziyyətini və ilk məhkumluğunun olmasını qeyd edərək, həmin əsaslarla məhkəmədən barəsində təyin olunmuş cəzanın həddinin azaldılmasını xahiş etmişdir.

8. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

9. Qərardan dövlət ittihamçısı kassasiya protesti, zərərçəkmiş şəxs isə kassasiya şikayəti verməmişdir. III. Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X15 qızı kassasiya şiayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin norm alarının tətbiqinin düzgünlüyünü yoxlayır”

14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

15. Məhkum kassasiya şikayətində barəsində təyin edilmiş cəzanı mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

16. Bununla be lə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2023cü il tarixli, 1(103)-43/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

18. Cəzanın mə qsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadal anan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

21. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

22. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

23. Təsvir edilən cinayət-h üquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

24. Qeyd olunan cinayət-hüquqi normaların işı ğında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

25. Belə ki, Məhkum bəraət verilməsi ilə bağlı məhkum və müdafiəçisinin apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmasa da, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2022-ci il tarixli, 1(101)-216/2022 nömrəli hökmü ilə təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasının həddinin 8 ilə endirərək, ona CM-in 66.5ci maddəsinə əsasən qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdi r.

26. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın həddini endirərkən ona əsaslanmışdır ki, Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzasını ağırlaşdıran halların olmaması, cəzasını yüngülləşdirən hallar kimi himayəsində iki övladının olması nəzərə alınmamış, bu əsasla da məhkəmənin cəza təyini zamanı gəldiyi nəticə qanuni və əsaslı olmamaqla cinayət qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.

27. Göründüyü kimi, Məhkum barəsində təqsirli bilindiyi maddə ilə bəraət verilməsinə həsr olunmuş məhkum və müdafiəçisinin apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncuya bəraət verilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş tələblərlə razılaşmasa da, məhkuma təyin edilmiş cəzanın ağır olması nəticəsinə gələrək, bu əsasla hökmün dəyişdirilməsi qənaətinə gəlmiş və bu qənaətə gələrkən məhkumun kassasiya şikayətinin dəlilləri qismində sadaladığı yüngülləşdirici halları əsas götürmüşdür.

28. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəy ə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

29. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

30. Odur ki, məhkəmə kollegiyası proses iştirakçılarının çıxış larını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2023-cü il tarixli, 1(103)-43/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2023-cü il tarixli, 1(103)-43/2023 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar