Məhkəmə qərarları › İş №1(102)-1821/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1821/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1821/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2023-cü il tarixli, 1(105)-181/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən ver ilmiş kassasiya protestinə və Məhkum və onun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 1(124)-139/2022 nömrəli hökmü ilə (hakimlər: F.Z.Hümbətov (sədrlik edən), H.S.Əliyev və A.T.Rzayeva) xx xxxxxx 1979-cu il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyət ilə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, CM-in 29,318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməl ini törətməkdə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün ona cəza təyin edilməmiş, həmçinin o, CM-in 177.2.2, 177.2.3, 177.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-in 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 05 (beş) il müddətə, CM-in 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli hökmü ilə Məhkum tətbiq olunmuş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 2014-cü il tarixli hökmü ilə ona təyin edilmiş 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə çəkilməmiş qalan azadlıqdan məhrum etmə cəzası və 3.500 manat cərimə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə onun üzərində qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 3.500 manat cərimə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 09 fevral 2021-ci il ildən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum, müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən apellyasiya şikayətləri, dövlət ittihamçısı Məmmədov Samir Nazim oğlu tərəfindən apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Ə.Ağayev (sədrlik edən), R.O.Əsgərova və A.İ.İsmayılov) apellyasiya protesti qismən təmin edilmiş, apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsə də, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona cəza təyin edilməmiş, hökmdən CM-nin 66.2-ci maddəsinə dair müddəalar xaric edilmiş, CM-in 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qərarı ilə Məhkum tətbiq olunmuş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Binəqədi Rayon Məhkəməsinin 03 mart 2014-cü il tarixli hökm ü ilə Məhkum təyin olunmuş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddəti qismən, 3.500 manat cərimə cəzası isə tam şəkildə hazırkı hökmlə CM-in 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməklə, Məhkum qəti olaraq 05 (beş) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 3.500 manat cərimə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2023-cü il tarixli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən kassasiya protesti, Məhkum və müdafiəçisi Məmmədov Adəm Məhər rəm oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittiham əsasən Məhkum tamah niyyəti ilə 01 avqust 2020-ci il tarixdə, saat 19 radələrində Qazax rayonu, N.Nərimanov qəsəbəsində yerləşən "Qarabulaq çökəkliyi” deyilən yerdə olan, Qazax rayonu, Xanlıqlar kənd sakini Zərərçəkmiş şəxs1 məxsus avtomobil ehtiyat hissələri satışı dükanına müştəri qismində daxil olaraq, içəridə olan masanın siyirtməsini qanunsuz olaraq açmaqla içərisində Zərərçəkmiş şəxs1 məxsus 6.500 (altı min beş yüz) manat pulu, yəni özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Daha sonra, o, ölkədən çıxışı qadağan olunduğundan Belarusiya Respublikasına getmək məqsədilə qəsdən 13 dekabr 2020-ci il tarixdə, saat 02 radələrində Dövlət Sərh əd Xidmətinin Bakı şəhəri Xəzər rayonunda yerləşən H.Əliyev adına Beynəlxalq Aeroportdan özgəsinə, yəni qardaşı Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1976-cı il təvəllüdlü X5 adına olan P4275949 N°-li ümumvətəndaş pasportunu sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz olaraq Azərbaycan Respublikasından Belarusiya Respublikasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, buna görə öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməmişdir. Həmçinin o, təkrarən tamah niyyəti ilə 07 fevral 2021-ci il tarixdə, təxminən saat 14 radələrində Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus X2 MMC inşaat (tikinti) mater ialları satılan dükana müştəri qismində daxil olmuş, içəridəki otaqda olan saxlanc yeri, yəni seyfi qanunsuz olaraq açarla açaraq içərisində Zərərçəkmiş şəxs2 məxsus 15.050 manat məbləğində pulu və həmin tarixdə 1 ABŞ dollarının məzənnəsi 1,7 manat olmaqla 10.880 manat təşkil edən 6.400 ABŞ dolları məbləğində xarici valyutanı, ümumilikdə isə 25.930 manat dəyərində özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan əlavə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq 1 ədəd bükümdə təmiz çəkisi 63,500 qram olan külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1 ədəd bükümdə təmiz çəkisi 91,780 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psix otrop maddə metamfetamini əldə edib üzərində saxlamış, istintaqla müəyyən edilməyən vaxtda və mənbədən 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində onun təyinatını dəyişdirən və dəyişikiliklər edilməyən, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını əldə edərək üzərində saxlamış, 09 fevral 2021-ci il tarixdə Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının Sumqayıt səhərində keçirdikləri əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən baş vermiş oğurluq cinayətində şübhəli şəxs olduğu üçün Cəlilabad RPŞ-yə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynində olan qara rəngli gödəkcənin iç cibindən həmin 63,500 qram çəkidə narkotik vasitə olan heroin və 91,780 qram çəkidə psixotrop maddə olan metamf etamin və ov bıçağı aşkar olunub qablaşdırılaraq götürülmüşdür. Birinci instansiya məhkəməsi Məhkum tərəfindən yuxarıda təsvir edilən narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsinin, daşınmasının və saxlanmasının sübuta yetirilməməsi barədə nəticəyə gəlib, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət vermiş, onu CM 29,318.1 (cəlb etmə müddəti keçdiyindən cəza təyin etməmiş), 177.2.2, 177.2.3, 177.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilmiş, bu nəticə ilə apellyasiya instansiyası məhkəməsi razılaşsa da, Məhkum təqsirli bilindiyi 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona həmin maddə ilə cəza təyin etməmiş, bu əsasla hökmdən CM-nin 66.2-ci maddəsinə dair müddəalar x aric etmiş, həmçinin hökmlərin məcmusu üzrə cəza təyini zamanı birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunvericilyinin norması düzgün tətbiq edilməməsi ilə bağlı apellyasiya protestinin dəlilərini əsaslı hesab edərək, yekunda məhkəmə hökmünü göstərilən əsaslarla dəyişərək Məhkum qəti olaraq 05 (beş) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 3.500 manat cərimə cəzası təyin edilmişdir. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrlə, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və sair sənədlərlə Məhkum Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirliliyi kifayət qədər sübut olunduğu halda, məhkəmələr sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə əsassız olaraq Məhkum özünümüdafiə xarakterli ifadəsi əsasında təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermişlər. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum və müdafiəçisi Mə mmədov Adəm Məhərrəm oğlu eyni məzmunlu kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, həmçinin məhkumun ittihamı təkzib edən ifadələri verməsi nəzərə alınmamış, şahidlərin qərəzli ifadələri və heç bir sübut olmadığı halda Məhkum əsassız olaraq CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Kassasiya şikayətlərinin müəllifləri həmçinin iddia edirlər ki, məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən özünü təqsirli bilməsi, əməlindən səmimi peşman olması, ibtidai istintaqın gedişinə mane olmaması, verdiyi ifadələrlə istintaqa fəal köməklik etməsi, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmaması nəzərə alınmamış və ona həddindən artıq ağır və ədalətsiz cəza təyin etmişlər. Məhkum və müdafiəçisi kassasiya şikayətlərində göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, Məhkum AR CM-nin 228.4-cü maddəsi ilə ittiham olunması hissəsində bəraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsini, həmçinin onun təqsirli bilindiyi CM-in 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə daha aşağı həddə cəza təyin edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəmə sinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kas sasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum və onun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu kassasiya şikayətlərində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum CM-in 228.4-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilindiyini, həmçinin onun məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını, nəticədə CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmasına baxmayaraq Məhkum həddindən artıq ağır və ədalətsiz cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etmək haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1. 2, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası CPM-in sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi, onun barəsində birinci instansiyası məhkəməsinin hökmünü həmin hissədə qüvvədə saxlamaqla səhv nəticəyə gəldiyini, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrin də nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini, məhkum və onun müdafiəçisinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə məhkəmə kollegiyası, müdafiə tərəfinin Məhkum CM-in 228.4-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi, həmçinin dövlət ittihamçısının sonuncuya Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə əsasız bəraətin verilməsi ilə bağlı dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Cinayət mə suliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il t arixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən şəxsin təqsirliliyi süb uta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutlar ın kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum ona birinci instansiyası məhkəməsinin hökmü ilə isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, yəni Məhkum qanunsuz olaraq saxlanc yerinə daxil olması, özgənin xeyli miqdarda əmlakını gizli olaraq təkrar talamaqla təkrar oğurluq etməsi, qanunsuz olaraq soyuq silah gəzdirməsi, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz olaraq keçməyə cəhd göstərməsi, eyni zamanda məhkəmənin onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsinin, daşınmasının və saxlanmasının sübuta yetirilməməsi barədə nəticəyə gəlib, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verməsi - birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiə tərəfinin Məhkum əsassız olaraq CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinməsi ilə, həmçinin ittiham tərəfinin Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə bağlı dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən məhkumun özünün və şahidlərin məhkəmədə verdi yi ifadələri, maddi sübut, məhkəmə ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya protesti və apellyasiya şikayətində irəli sürülmüş (kassasiya müraciətlərində göstərilənlə eyni olan) iddiaların, bu iddialar ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya müraciətlərində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməllərinin faktiki məzmunu, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə i rəli sürülmüş ittiham üzrə bəraət verilməsi, CM 29,318.1,177.2.2, 177.2.3, 177.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və cəzalandırılması (CM 29,318 və 228.4-cü maddələri cəza təyin edilməsi istisna olmaqla istisna olmaqla) barədə qənaətlərini qanuni və əsaslı nəticə kimi qəbul edir. Bu və digər sübutlar yekun məhkəmə aktlarında ətraflı təsvir edilib hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ittiham və müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya protestində və kassasiya şikayətində eyni olan) dəlillərin yoxlanılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, nə sübutları yenidən tə svir etmək, nə də ki, bu sübutlar əsasında müəyyən olunmuş faktiki halları şübhə altına almaq üçün əsas görmür. Yuxarıda təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları Məhkum və onun müdafiəçisinin, həmçinin dövlət ittihamçısının kassasiya müraciətlərinin məzmunu ilə ehtiva olunan (məhkəmələrin cinayət-prosessual qanunun 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə) iddialarını təkzib etməklə onların əsassız olduğunu göstərir. Məhkum və onun müdafiəçisi A.M.Məmmədovun kassasiya şikayətlərində irəli sürülmüş Məhkum cəzasının həddindən artıq ağır olması, sonuncu barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi haqqında iddialara və cəzanın yüngülləşdirilməsinə dair tələblərə gəldikdə, məhkəmə kollegiyası bu iddia və tələ blərlə də razılaşmaq üçün əsas görmür. Belə ki, apellyasiya instansiyası məhkəməsi Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar həmin şikayətlərdə eyni əsalarla qaldırılan Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi ilə bağlı tələbini digər məsələlərlə yanaşı (CM-in 228.4-cü maddəsi ilə bəraət verilməsi) yoxlamış və həmin tələblə razılaşmayaraq apellyasiya şikayətlərini təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının dəyişdirilmədən saxlamışdır. (apellyasiya instansiyası məhkəməsi hökmdə CM-nin 67-ci maddəsinin düzgün tətbiq edilməməsi və CM-in 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar cəzaya toxunub dəyişikliklər etmişdir). Bununla yanaşı Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 aprel 2023-cü il tarixli qərarından görünür ki, məhkəmə Məhkum CM-in 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona həmin maddə ilə cəza təyin etməmiş, eyni zamanda cəzanı yüngülləşdirən halların müəyyən edilməməsindən, həmçinin zərərçəkmiş şəxslərə vurulmuş 30.000 manatadək maddi ziyan ödənilməsindən, zərərçəkmiş şəxslərin şikayətçi olmalarından, cəzasını ağırlaşdıran hal kimi residivin olmasından çıxış edərək, birinci instansiya məhkəməsinin hökmünü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təyin cəza hissəsində dəyişməməsinə baxmayaraq, hökmlərin məcmusu üzrə cəzanın müddətini C inayət Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulmuş cəzaların (azadlıqdan məhrum etmə cəzasına münasibətdə) birləşdirilməsi üsullarından daha güzəştlisini – qismən birləşdirməni tətbiq edib qəti cəzanı 05 (beş) il 09 (doqquz) ay olaraq müəyyən etməklə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivinin olması), cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri kimi məsələlər üzrə müəyyən edilmiş bütün halları tarazlaşdırılmış şəkildə nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Mahiyyət etibarı ilə məhkumun və müdafiəçinin apell yasiya şikayəti ilə üst-üstə düşən kassasiya şikayətlərində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi zamanı müəyyən edilib nəzərə alınmış halları Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən Məhkum cəzasının yüngülləşdirilməsinə əsas verən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Yuxarıda qeyd olunanlar Məhkum və onun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlunun kassasiya şikayətlərinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azər baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2, habelə kassasiya şikayətlərinin təmin edilməsinə, kassasiya protestinin isə təmin edilməməsinə dair Məhkum çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2023-cü il tarixli, 1(105)-181/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlunun kassasiya protesti, habelə Məhkum və onun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlunun ayrı ayrılıqda vermiş olduqları kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2023-cü il tarixli, 1(105)-181/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar