Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1821/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Zeynalov Orxan Rauf oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməs inin 26 oktyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi O.R.Zeynalov və Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli hökmü ilə (hakimlər Ağalarov Mahmud Muradxan oğlu (sədrlik edən və məruzəçi), Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə ) Məhkum, xx xxxxx 1953-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan ol muş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüddə olan, İİ qrup əlil olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanılmış və ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 180.3-cü maddəsinə əsasən sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 26 dekabr 2022-ci il tarixdə saat 5 radələrində Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov q əsəbəsi, Sülh küçəsi 4 saylı binanın qarşısında keçmiş kürəkəni Zərərçəkmiş şəxs keçmiş ailəsinə biganə yanaşması səbəbindən üzərində olan mətbəx baltası ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən vurmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan təpə və sol əl nahiyələrinin kəsilmiş-çapılmış yaraları və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid nazik bağırsağın zədələnməsi ilə müşaiyət olunan qarının ön divarının kəsilmiş-çapılmış yaralarından ibarət xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Mansırov Ziya İlham oğlu tərəfindən verilmiş apellyasiya protestinə, Məhkum və onun müdafiəçisi O.R.Zeynalov, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər Allahverdiyev Elbəy Hidayət oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) Məhkum və onun müdafiəçisi O.R.Zeynalov tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı Z.İ.Mansırov tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, hökm isə dəyişdirilərək Məhkum CM-in 126.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi O.R.Zeynalov və Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə1 kassasiya şikayətləri verərək aşağıdakıları xahiş etmişlər: -müdafiəçi O.R.Zeynalov - hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin CM-in 126.1ci maddəsindən CM-in 130.1-ci maddəsinə tövsif edilməsini və ona həmin maddə əsasında azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini. - Nümayəndə1 - məhkumun əməlinin CM-in 126.2.3-cü maddəsi ilə tövsif edilərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsi və mülki iddianın təmin olunması barədə qərarın qəbul edilməsini. Kass asiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətində “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, CM-in və CPM-in bir sıra maddələrinə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına, hüquqlarını müdafiə etdiyi şəxs barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına, habelə işin müəyyən olunmuş faktiki hallarına istinad edərək həmin halları mübahisələndirən müdafiəçi O.R.Zeynalov öz şikayətini onunla əsaslandırmışdır ki, ilkin olaraq apellyasiya instansiyası Məhkumlə Zərərçəkmiş şəxs və onun qohumları arasında olan dava baş verərkən say səbəbindən qüvvələr nisbətinin bərabər olmadığını, aradakı yaş fərqinə görə isə fiziki gücünün həmin şəxslərin gücünə nisbət də zəif olmasını və Məhkum bunu bilib özünü müdafiə etmək məqsədi ilə mətbəx baltasını götürməsini, özünü müdafiə etmək məqsədilə həmin balta ilə Zərərçəkmiş şəxs xəsarətlər yetirməsini nəzər almamış, bununla bağlı toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verməmiş, nəticə də Məhkum əməlinin tövsifində səhvə yol verilərək ona həddindən artıq ağır cəza təyin olunmuşdur. Belə ki, Məhkum üzərinə edilən hücum nəticəsində balta ilə bir neçə dəfə silkələrəyək Zərərçəkmiş şəxs və onunla birlikdə olan qohumlarını qorxutmaq istəsə də, Zərərçəkmiş şəxs üzərinə hücum etdiyindən zəruri müdafiə həddini aşaraq ona xəsarətlər yetirmişdir. Göründüyü kimi qeyd olunan hadisə ani olaraq, qarşılıqlı dava-dalaş nəticəsində baş vermiş, bundan əvvəl Məhkum Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirmək niyy əti olmamış, əməl mübahisə zəminində, hadisələrin təsadüfi axarı zəminində qəfildən baş verən həyəcan vəziyyətində törədilmişdir. Şikayət müəllifi həmçinin qeyd etmişdir ki, Qasımovların Məhkum yerə yıxaraq sinəsindən sıxmaları, baltanı götürərək hadisə yerindən uzaqlaşmaları, bundan başqa polisə məlumat verən tərəfin Məhkum qızının olması da sonuncunun əməlinin sadəcə özünü müdafiə edərkən zəruri müdafiə həddini aşması kimi qiymətləndirilməsinə əsas verən hallardandır. Apellyasiya instansiyası məhkəməsi isə həm bu halları, həm də Məhkum İİ qrup əlil olmasını, “Şəkərli diabet, torlun qişanın anfiopatiyası, diabetik polineyropatiya, prostat vəzinin hiperplaziyası” xəstəliklərindən əzab çəkməsini, şübhəli şəxs kimi tutulduqdan dərhal sonra onun üçün təcili tibbi yardımın gəlməsini və onun 71 yaşında olmasını nəzərə almamış, məhkum olunmuş şəxsin əməlinin düzgün tövsif edilməməsi ilə yanaşı həmçinin əsassız olaraq ona təyin edilmiş cəzanı ağırlaşdırmışdır. Halbuki, Məhkum ibtidai araşdırma dövründən etibarən daim bas vermiş hadisədən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmaq istədiyini dəfələrlə bildirsə də, Zərərçəkmiş şəxs və onun nümayəndələri barışığın əldə olunması üçün hər hansı addım atmamışlar. Belə ki, zərərçəkmiş şəxsin niyyəti hazırki vəziyyətdən istifadə etməklə tərəflər arasında olan mülki mühakimə icraatı qaydasında əmlakın bölünməsi ilə bağlı məhkəmə mübahisələrində üstünlük əldə etmək olmuş, hal-hazırda da qarşı tərəfin barışığın əsas şərti Məhkum qızı Şahid3 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarsı bütün iddialarını geri götürməsi tələbindən və daha çox əml akın əldə edilməsindən ibarətdir. Göstərilənlərə əsasən müdafiəçi O.R.Zeynalov kassasiya şikayətində irəli sürdüyü tələbin təmin olunmasını xahiş edir. Kassasiya şikayətində CM-in, CPM-in və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin bəzi müddəalarına, Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə1 həmin şikayətini onunla əsaslandırmışdır ki, istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə araşdırmaları zamanı dindirilmiş şahidlər - Zərərçəkmiş şəxs qardaşı Nümayəndə2 və qardaşı oğlu Şahid2 hadisə baş verən anda Zərərçəkmiş şəxsla bir zamanda avtomobildən düşmədiklərini, ondan dərhal sonra düşdüklərini bildirsələr də Zərərçəkmiş şəxs avtomobilin arxa qapısını açıb düşdükdən dərhal sonra qapı açıq olduğundan bir nəfə rin onun üzərinə hücum çəkdiyini və əlindəki balta ilə ona vurmağa başladığını, bunun ardınca onlar da avtomobildən düşdüklərini və həmin şəxsin Məhkum olmasını bilmələrini, həmin vaxt onun hələ də Zərərçəkmiş şəxs üzərinə hücum çəkdiyini və sonuncunun əli ilə onun əlindəki baltanı tutduğunu gördüklərini, münaqişəyə dərhal müdaxilə edərək baltanı Məhkum əlindən aldıqlarını, bundan əvvəl isə məhkumun Zərərçəkmiş şəxs balta ilə qarın nahiyəsinə vuraraq ona ağır xəsarət yetirdiyini və onu dərhal xəstəxanaya aparmalarını bildirmişlər. Lakin, apellyasiya instansiyası məhkəməsi şahidlərin bu ifadələrini təhrif edərək onların göstərdikləri xüsusiyyətləri nəzərə almamış, Məhkum öz cinayət əməlini xüsusi amansızlıqla törətməsinə, onun bu əməlinin CM-in 126.2.3-cü maddəsi ilə tövsif edilməli olmasın a, dövlət ittihamçısının Məhkum daha ağır cəzanın təyin edilməsi barədə təklifinə əhəmiyyət verməyərək sonuncunun törətdiyi cinayətin CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsini düzgün saymış, üstəlik də ona həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin etmişdir. Şikayət müəllifi həmçinin bildirmişdir ki, iş üzrə CM-in 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hallardan heç biri toplanmış sübutlarla müəyyən edilməmiş, zərərçəkmiş şəxsə vurulmuş ziyan ümumiyyətlə ödənilməmiş, sonuncu məhkum olunmuş şəxslə barışmamış, Məhkum isə törətdiyi əməli etiraf etməmiş və ona cəzanın təyin edilməsi zamanı bütün bu hallar nəzərə alınmamışdır. Həmçinin, məhkəmə prosessual qanunvericiliyin tələblərini pozaraq zərərçəkmiş şəxsin mülki iddiasını baxılmamış saxlamış və öz qə naətini belə əsaslandırmışdır ki, verilmiş mülki iddianın tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar zərərçəkmiş şəxs tərəfindən məhkəmələrə təqdim olunmamışdır. Halbuki, mülki iddianın verilməsi ilə bağlı mülki-prosessual qanunvericiliyin müvafiq normalarından aydın olur ki, tələblərin əsası kimi istinad olunan fakt və halları təsdiq edən sübutların siyahısının göstərilməsi məcburi göstəriş deyil və olduğu təqdirdə sübutlara istinad edilir. Digər tərəfdən, mülki iddia cinayət işi üzrə müəyyən edilmiş hallar üzrə formalaşdığından məhkəmədə olan cinayət işinin materialları sübutlar sayılır. Ona görə də məhkəmələrin istinad etdikləri CPM-in 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddianın baxılmamış saxlanılması qanunvericiliyin tələblərin ə və onun prinsiplərinə ziddir. Mülki mühakimə icraatından fərqli olaraq cinayət mühakimə icraatında sübutlar cinayət işinin materiallarının siyahısı ilə eynilik təşkil etdiyindən sübutların siyahısının ərizədə qeyd olunması imperativ norma kimi qəbul edilməməlidir. Digər tərəfdən, məhkəmələr prosessual qanunvericiliyin tələblərini pozaraq uyğun halın aradan qaldırılması üçün müddət də müəyyən etməmiş, hökmdə mülki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsinə isə münasibət bildirməmişlər. Kassasiya şikayətində şərh edilən bu dəlillərə əsaslanaraq zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 onun da şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətlərinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq q aydada məlumatlandırılmalarına baxmayaraq, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə1 naməlum səbəblərdən məhkəməyə gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya müraciətlərinə Zərərçəkmiş şəxs, onun nümayəndəsi Nümayəndə1 və Məhkum iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya müraciətlərinin məzmunlarından göründüyü kimi, hər iki şikayət müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarından verdikləri həmin şikayətlərində məhkəmələr tərəfindən sübutların CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməməsini, bunun nəticəsində Məhkum əməlinin CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif edilməməsini və müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsə açıq-aşkar ağır cəzanın, nümayəndə isə - məhkuma açıq-aşkar yüngül cəzanın təyin edilməsini iddia edərək öz kassasiya tələblərini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutul muş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisi O.R.Zeynalovun və zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının qan uniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəy yən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və b u baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə məhkəmə baxışı nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etmək və yaxud dəyişdirmək səlahiyyətinə malikdir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kə sin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu tələb, yəni hər bir şəxsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiə edilməli olması haqda tələb cinayətkar qəsdlərdən zərərçəkmiş şəxslərin də bütün hüquqlarının təmin edilməsini, müvafiq orqanların, o cümlədən məhkəmələrin üzərlərinə hər hansı vətəndaşa qarşı törədilmiş cinayətlərin vaxtında aşkar edilməsi, təqsirkar şəxslərin müəyyən edilər ək məsuliyyətə cəlb olunmalarını, cinayət törətmələri sübuta yetirilmiş şəxslər haqqında bu əməllərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, habelə onların şəxsiyyətlərinə uyğun cinayəthüquqi xarakterli tədbirlərin tətbiq edilməsini və sair vəzifələri qoyur. Bununla yanaşı göstərilən konstitusiyon tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsir i qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ his səsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işl ərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər k i, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının eyni prinsipini nəzərdə tutan CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırı lması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həm Azərbaycan Respublikasının Əsas Qanununda, həm beynəlxalq müqavilələrdə, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə təkcə şəxsin ümumiyyətlə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyi l, həm də onun cinayət əməlinin düzgün tövsif edilib-edilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uğun olaraq müvafiq tövsifedici əlamələtlərinin olub olmamasının yoxlanılması zamanı da əməl olunmalı və bu yoxlamanın nəticəsində CPM-in 318.1-ci maddəsinin tələblərinə də əməl edilməlidir. CPM-in 318.1-ci maddəsinin tələbinə görə isə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikd ir. Belə nəticəyə gələrkən isə məhkəmə tərəfindən CPM-in 28.5, 33, 145 və 146-cı maddələrinin tələblərinə də əməl olunmalıdır. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hə rəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müə yyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm so sial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məh dudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslə rin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üz rə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəs i). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab ed ilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5 və 351-ci maddələri) tələb edirlər ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayıl ması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, iş üzrə yekun məhkəmə aktı qəbul edərkən isə - təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutsun. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunm uşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgü n tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyr ilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirl i olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Belə ki, Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 y anvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər a ğır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcud luğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işinin materiallarına, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına görə, məhkəmələr cinayət-prosessual qanunvericiliyinin normalarının tələblərind ən, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin hüquqi mövqelərindən, Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrdən çıxış edib işin faktiki hallarına (araşdırmış sübutlara) əsaslanaraq Məhkum cinayət əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsif edilməli olması barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. Məhkum hökmlə təqsirli bilindiyi (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini, yəni xüsusi amansızlıqla deyil, şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi kassasiya müraciətlərində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində CPM-in 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş və bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliy i təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara əsasən apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı işin faktiki halları isə ondan ibarətdir ki, Məhkum 26 dekabr 2022-ci il tarixdə saat 5 radələrində Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 4 saylı binanın qarşısında keçmiş kürəkəni Zərərçəkmiş şəxs keçmiş ailəsinə biganə yanaşması səbəbindən üzərində olan mətbəx baltası ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən vurmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan təpə və sol əl nahiyələrinin kəsilmiş-çapılmış yaraları və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid nazik bağırsağın zədələnm əsi ilə müşaiyət olunan qarının ön divarının kəsilmiş-çapılmış yaralarından ibarət xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Cinayət işinin materiallarına (qanuni üsullarla toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara) görə, Məhkum özünü yuxarıda təsvir olunan əməli törətməkdə qismən təqsirli bilsə də, onun həmin əməli törətməsi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər Nümayəndə2, Şahid2 və Şahid3 ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə və digər sübutlarla təsdiq edilmişdir. Hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarında həmin sübutlar ətraflı təsvir edilsə də, məhkəmə kollegiyası kassasiya müraciətlərinin dəlillərinə cavab verilməsi üçün onların bir qisminə hazırki qərarda da müraciət etməy i zəruri bilir. Belə ki, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi və keçmiş kürəkənidir. Sonuncu 2003-cü ildə onun qızı Şahid3lə ailə həyatı qurmuş, bu nikahdan onların üç uşağı dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs uzun illər ailəsi ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərində yaşamaqla biznes fəaliyyəti ilə məşğul olmuşdur. İlk vaxtlar Zərərçəkmiş şəxs Şahid3lə mehriban dolansa da, son illər qızı ilə kobud davranmağa başlamış və onların ailə münasibətlərində soyuqluq yaranmışdır. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs qızı Şahid3lə evdə dəfələrlə mübahisə edib onu döymüş, qızı ailəsini qorumaq üçün Zərərçəkmiş şəxsin hərəkətlərindən şikayət etməmişdir. 2017-ci ilin əvvəllərində qızı Şahid3 ailə münasibətləri pozulduğunda n uşaqlarını da götürüb Bakı şəhərinə gəlmiş və əri Zərərçəkmiş şəxs məxsus olan ünvan 4-də yaşamağa başlamış, Zərərçəkmiş şəxs isə Moskva şəhərində biznes fəaliyyətini davam etdirmişdir. Qızı Şahid3 Bakı şəhərinə gəldikdən sonra Zərərçəkmiş şəxs uşaqları ilə maraqlanmamış və onlara qayğı göstərməmişdir. Odur ki, Şahid3 iki uşaqla baxımsız qaldığından, qızı və nəvələrinə maddi dəstək olmaqdan ötrü o, özünün yaşadığı evi kirayəyə verib, gah qızı gildə, gah da digər oğlunun evində qalmağa başlamışdır. Zərərçəkmiş şəxs ailəsinə baxmadığından, özü qızının ailəsini saxlamışdır. 2022-ci ilin may ayında Şahid3 Moskva şəhərində Zərərçəkmiş şəxsdən məhkəmə qaydasında boşanmışdır. Hazırda Şahid3lə Zərərçəkmiş şəxs arasında Moskva şəhərindəki əmlak bölgüsü və aliment tələbi ilə bağlı məhkəmədə mülki mübahisəyə baxılır. Zərərçəkmiş şəxs boşanandan sonra da ayrı-ayrı şəxslərlə qızının yaşadığı mənzilə gəlib-getmiş və bu hal onun xoşuna gəlməmişdir. Hadisədən bir il əvvəl Zərərçəkmiş şəxs qızını döyüb evdən qovmuş və səhərəsi günü qardaşı Bünyadı göndərmişdir ki, qızı keçmiş ərindən polis orqanlarına şikayət etməsin. 25 dekabr 2022-ci il tarixdə qızı Şahid3 ona Zərərçəkmiş şəxsin qohumunun toy məclisində iştirak etməsi üçün səhərə yaxın Bakıya qayıdacağını və birbaşa onun yaşadığı mənzilə gələcəyini bildirmiş, sonuncunun sözlərindən həmçinin ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs qardaşı Nümayəndə 2lə birlikdə gəlib qızını və nəvələrini mənzildən çıxartmaq istəyir. O, da bunun qarşısını almaq üçün qızının yaşadığı mənzilə getmişdir. Səhər saat 5 radələrində Zərərçəkmiş şəxsin gələcəyəni bilib, mətbəxdən ət doğrayan baltanı götürüb evin giriş blokunun yaxınlığında sonuncunu gözləməyə başlamışdır. Baltanı Zərərçəkmiş şəxsi qorxutmaq, onun mənzilə qalxmasının qarşısını almaq məqsədi ilə götürmüş və onun həmin balta ilə kiməsə xəsarət yetirmək niyyəti olmamışdır. Təxminən 15-20 dəqiqədən sonra Zərərçəkmiş şəxs qardaşı oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobillə binanın qabağına gəlmiş və sonuncu avtomobildən düşən kimi o, də əlində balta ilə Zərərçəkmiş şəxsə yaxınlaşıb ondan qızı ilə boşandığı halda, bu evdə nə işinin olduğunu soruşmuşdur. Zərərçəkmiş şəxs baltanı onun əlindən almağa cəhd etdikdən, o, buna imkan verməyərək həmin baltanı özünə tərəf çəkmiş və bu zaman balta Zərərçəkmiş şəxsin əlinə dəymişdir. Daha sonra Zərərçəkmiş şəxsin qardaşı Nümayəndə2 və onun oğ lu avtomobildən düşərək baltanı onun əlindən alıb onu itələmiş və o, yerə yıxılmış, Nümayəndə2 isə onun üzərinə oturub dizini sinəsinə qoyaraq sıxmağa başlamışdır. O, ağrıdan qışqırıb qonşuları köməyə çağırmış, səsinə qonşular gəlmiş, bundan sonra isə Zərərçəkmiş şəxs, nümayəndə 2 və sonuncunun oğlu hadisə yerindən qaçmışlar. Hadisə nəticəsində onun səhhəti pisləşmiş və üç dəfə təcili tibbi yardım həkimləri evinə gəlib onu müayinə etmişlər. O, baş verənlərə görə peşmandır və dərin təəssüf hissi keçirir, zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün dəfələrlə cəhd etmiş, lakin, qarşı tərəf barışığın əvəzində qızının əmlakdan imtina etməsi barədə tələb irəli sürdüyündən onunla barışıq əldə olunmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zə rərçəkmiş şəxs ifadələrindən görünür ki, Məhkum onun keçmiş qaynatasıdır. O, ünvan 4-də qeydiyyatda olsa da, biznes fəaliyyət ilə əlaqədar 20 ilə yaxındır ki, Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. X7 ilə 2003-cü ildə ailə həyatı qurub Moskvada yaşamış, onların birgə nikahından 3 uşaqları var, son illərdə onunla Şahid3ün arasında olan ər-arvad münasibətləri pisləşdiyindən onlar 2022-ci ilin yaz aylarında boşanmışlar. Birgə yaşadıqları müddətdə aralarında xırda mübahisələri olsa da, heç vaxt arvadına əl qaldırmamışdır. Boşandıqdan sonra onların arasında əldə olunmuş əmlakların bölünməsinə dair məhkəmə çəkişmələri başlanmış, o, dəfələrlə Şahid3lə barışmaq istəsə də, Məhkum buna imkan verməmişdir. Şahid3 və iki uşağı ona məxsus nikahdan əvvəl aldığı Bakıxanov qəsəbəsi, Sülh küçəsind əki mənzildə, böyük oğlu isə onunla birlikdə Moskvada yaşayır, boşandıqdan sonra da o, övladlarının dolanışığı üçün əlindən gələn qədər maddi yardım etmişdir. 26 dekabr 2022-ci il tarixdə o, qohumunun toy məclisində iştirak etmək üçün Bakı şəhərinə gəlmiş, onu hava limanında qardaşı Nümayəndə 2 və qardaşı oğlu Şahid2 qarşılamışlar. O, qardaşına uşaqları üçün aldığı hədiyyələri verməkdən ötrü Bakıxanov qəsəbəsində yerləşən mənzilinə getmək istədiyini demiş, sonuncu ona hədiyyələri başqa vaxt verməsini bildirmişdir. Qardaşına ləngiməyəcəyini, hədiyyələri verib tez qayıdacağını demişdir. Bundan sonra onlar qardaşı oğlu Şahid2 idarə etdiyi avtomobillə Bakıxanov qəsəbəsinə getmiş, saat təxminən 5 radələrində həmin yerə çatıb, evə qalxmaq üçün binanın qarşısında avtomobildən düşmüş, qardaşı və q ardaşı oğlu isə avtomobildə onu gözləmişlər. Bu vaxt keçmiş qayınatası Məhkum qəfildən ağacların arasından çıxıb üzərinə hücum çəkərək balta ilə ona iki zərbə endirmiş, sonuncudan baltanı almaq istəyərkən əlindən də xəsarət almış və məhz bundan sonra qardaşı oğlu Şahid2 avtomobildən düşüb, baltanı Məhkumun əlindən alaraq avtomobilin salonuna qoymuş, Məhkum isə yerə yıxılıb qışqıraraq qonşuları köməyə çağırmağa başlamışdır. Sonuncunun ona kiminsə hücum etmədiyi halda, nə səbəbə qışqırdığını o, başa düşməmişdir. Hadisədən dərhal sonra qardaşı Nümayəndə 2 və onun oğlu Şahid2 onu xəstəxanaya aparmış, orada yaralarını tikdirmiş və o, 20 gün ərzində xəstəxanada müalicə olunmuşdur. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, istər hadisədən əvvəl, istərsə də hadisədən sonra Məhkum üzərinə heç kim hücum etməmiş, onun özünü kimdənsə müdafiə etmək üçün heç bir əsas olmamış, əksinə sonuncu özü ilk olaraq qəflətən ona hücum etmiş və əlindəki baltadan istifadə etməklə xəsarətlər yetirmiş və yalnız bundan sonra qardaşı oğlu Şahid 2 baltanı onun əlindən almağa müvəffəq olmuşdur. Cinayət işinin materiallarından görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nümayəndə2 və Şahid2, hər birisi ayrı-ayrılıqda Zərərçəkmiş şəxs ifadələrinə analoji ifadələr vermiş və bir daha qeyd etmişlər ki, hadisədən əvvəl nə onlar, nə də ki, Zərərçəkmiş şəxs Məhkum qarşı heç bir qanunsuz hərəkət etməmiş, sonuncu hansısa hücuma məruz qalmamış, özü ilk olaraq Zərərçəkmiş şəxsə hücum edərək əlindəki balta ilə ona xəsarətlər yetirmiş və yalnız bundan sonra onlar avtomaşından düşüb onun hərəkətlərinin qarş ısını almaq məqsədilə həmin baltanı ondan alıb hadisə yerindən birbaşa xəstəxanaya getmişlər. İbtidai araşdırma orqanı Məhkum hökmün təsviri və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilmiş əməli xüsusi amansızlıqla, yəni zərərçəkmiş şəxsin yaxın qohumları - qardaşı Nümayəndə2 və qardaşı oğlu Şahid2 gözləri qarşısında onlara xüsusi əzab verdiyini dərk edərək müstəsna dərəcədə rəhmsizlik nümayiş etdirməklə törətməsi barədə nəticəyə gəlsə də, əldə edilmiş və məhkəmə iclasında araşdırılmış sübutlarla bu hal, yəni məhkum olunmuş şəxsin həmin əməli xüsusi amansızlıqla törətməsi, sonuncunun Zərərçəkmiş şəxs qarşı hərəkətləri edərkən həmçinin Nümayəndə2 və Şahid2 da xüsusi əzab və iztirab vermək niyyətində olması müəyyən edilməmiş, hətta son olaraq ibtidai araşdırma orqanı da bunun la dolayısı olaraq razılaşıb sonuncuların zərərçəkmiş şəxs qismində tanınmalarını məqsədə uyğun hesab etməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli hökmü ilə Məhkum törətdiyi cinayət əməli düzgün olaraq CM-in 126.1-ci maddəsi ilə tövsif edilmiş və bu nəticəyə gələrkən məhkəmələr həm cinayət qanunu normasının tətbiqində səhvə yol verməmiş, eyni zamanda həm Ali Məhkəmənin Plenumunun aşağıdakı Qərarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri, habelə bu xarakterli cinayətlərə dair işlərə baxılması üzrə Ali Məhkəmənin Cinayət Kollegiyasının uzun illər formalaşdırdığı vahid məhkəmə təcrübəsini nəzərə almışlar (məsələn, X9 CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhku m olunmasına dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2024-cü il tarixli qərarı). Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, CM-in 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə e ybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə, CM-in 126.2.3-cü maddəsində isə bu əməllərin xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun bu normalarının tələbindən və mənasından çıxış edən məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, şəxsin əməlinin CM-in 126.2.3-cü maddəsi ilə tövsif edilməsi üçün, təqsirkarın zərərçəkmiş şəxsin yaxın qohumlarının gözü qarşısında sağlamlığına ağır zərər vurarkən onun həmçinin sonunculara da birbaşa qəsdlə əzab və iztirab verməsini dərk etməsi və belə məqsəd izləməsi araşdırılmış sübutlarla təsdiq olunmalı, onlar da iş üzrə zərərçəkmiş şəxs qismində tanınmalıdı lar, bu haqda nəticə isə ehtimallara əsaslanmamılıdır. Yəni, təqsirkar zərərçəkmiş şəxsə hər hansı xəsarət yetirərkən dərk etməlidir ki, o, bu əməli zərərçəkmiş şəxsin yaxın qohumunun və ya qohumlarının gözü qarşısında törətməklə yanaşı onlara da mənəvi iztirab və əzab verir və belə nəticənin də baş verməsini arzulayır. Lakin, hazırki iş üzrə həm Məhkum, həm zərərçəkmiş Zərərçəkmiş şəxs, həm də iş üzrə zərərçəkmiş şəxslər qismində deyil, şahid qismində tanınmış və Zərərçəkmiş şəxs yaxın qohumları olan Nümayəndə2 və Şahid2 ifadələri ilə məhkum olunmuş şəxsin sonunculara da əzab və iztirab vermək niyyəti izləməsi, onların həqiqətən belə əzab və iztirablara məruz qalmaları müəyyən edilməmiş, əksinə həmin ifadələrlə tam təsdiq olunmuşdur ki, Məhkum Zərərçəkmiş şəxs hücum edib ona əlindəki balt a ilə xəsarətlər yetirməsi anını həmin vaxt avtomobildə oturmuş Nümayəndə 2 və Şahid 2lar ümumiyyətlə görməmiş və Zərərçəkmiş şəxs Məhkum əlindəki baltanı almaq istədiyini gördükdə avtomaşından düşüb ona köməklik göstərməyə çalışmış və bu vaxt Şahid 2 cinayətin alətini ələ keçərək onu avtomaşının salonuna atmış, bundan sonra da onlar birlikdə Zərərçəkmiş şəxs tibbi yardım göstərilməsi üçün hadisə yerindən uzaqlaşaraq xəstəxanaya getmişlər. Qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı xüsusi amansızlıqla Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmasına, yəni CM-in 126.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə ittiham irəli sürülsə də cinayət təqibinin məhkəməyədək icraatı dövründə onun öz əməlini törədərkən həmçinin Bünyad və Şahid 2lara da əzab və iztirab verməsi məqsədi izləməsinə dair suallar Məhkum verilməmiş, adları çəkilən şahidlərin isə təqsirkarın törətdiyi əməl nəticəsində belə əzab və iztirablara məruz qalmaları haqda onlara da müvafiq suallar verilməklə nə aydınlaşdırılmamış, nə də ki başqa sübutlarla müəyyən edilməmiş, həmin şahidlər isə bu haqda sərbəst verdikləri ifadələrində təhlil edilən məsələ ilə bağlı heç bir xüsusat göstərməmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsi haqda birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə ilə tam razılaşır və hesab edir ki, həmin nəticə ehtimallara və mülahizələrə deyil, ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış, ap ellyasiya instansiyası məhkəməsi tərəfindən isə tədqiq və təhlil olunmuş və CPM-in 143-146 tələblərinə müvafiq olaraq qiymətləndirilmiş sübutlara əsaslanır və eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adamöldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrlə də uzlaşır. Belə ki, Həmin Qərarın 8-ci bəndində isə məhkəmələrə izah olunmuşdur ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallar la bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göründüyü kimi, Ali Məhkə mənin Plenumu da belə hesab etmişdir ki, təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın qohumlarının öldürməsi əməlini xüsusi amansızlıqla adam öldürmə kimi qiymətləndirilməsi üçün onun sonunculara da xüsusi əzab verməsinin dərk etməsi, yəni onun bu hala münasibətdə də birbaşa qəsdinin olması müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 127.2.3 və 126.2.3-cü maddələrində də xüsusi amansızlıqla müvafiq olaraq sağlamlığa qəsdən az ağır və ağır zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur və belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan izah həmçinin bu cinayətlərə münasibətdə də nəzərə alınmalı və tətbiq edilməlidir. Odur ki, bütün təsvir edilənlərdən çıxış edərək və zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə1 kassasiya şikayətinin də lillərinə cavab olaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsi haqqında birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən maddi hüquq normasının tətbiqində səhvə yol verməmiş, bu nəticənin arxasında duran sübutları özü də tədqiq edərək onları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qanuna müvafiq qaydada qiymətləndirmiş, qəbul etdiyi qərarı lazımi şəkildə əsaslandırmış, nəticə etibarı ilə isə kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinin pozulmasına yol verməmişdir. Məhkum müdafiəçisi O.R.Zeynalovun kassasiya şikayətinin hüquqlarını müdafiə etdiyi şəxsin özünü müdafiə məqsədi ilə əlində olan baltanı zərərçəkmiş Zərərçəkmiş şəxs qorxutmaq ü çün silkələyərkən sonuncu onun üzərinə hücum etdiyindən zəruri müdafiə həddini aşaraq ona xəsarətlər yetirməsi, bu səbəbdən də Məhkum əməlinin CM-in 130.1ci maddəsi ilə tövsif edilməsinə dair dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxsla yanaşı Məhkum də baş vermiş hadisənin ittihamda təsvir edilən hallara uyğun baş verməsi barədə ifadələr verərək zərərçəkmiş şəxsin gözləmədiyi halda ona hücum edib balta ilə ona xəsarət yetirməsini, ilk həmlənin məhz məhkum olunmuş şəxsin özü tərəfindən gəlməsini, bundan əvvəl isə qızının yaşadığı mənzildən mətbəx baltasını götürərək həyətə düşüb Zərərçəkmiş şəxs gözləməsini, bunu isə sonuncunun mənzilə getməsinin qarşısını almaq məqsədilə etməsini, hələ Zərərçəkmiş şəxs hadisə yerinə gəl ənə qədər gizlənərək onu gözləməsini, yəni özünün zərərçəkmişə hücum etməkdən ötrü hazırlaşmasını təsdiq etmişdir. Həm Məhkum, həm də zərərçəkmiş Zərərçəkmiş şəxs, habelə adları yuxarıda göstərilən şahidlərin ifadələrində göstərdikləri və üst-üstə düşən bu hallarla Məhkum ona istinad olunan əməli törətməzdən əvvəl hansısa hücuma məruz qalması, bu vaxt onun özünü müdafiə vəziyyətində olması inkar edilir və iş üzrə toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası müdafiəçi O.R.Zeynalovun kassasiya şikayətinin dəlillərinə cavab olaraq qeyd edir ki, Konstitusiyanın 31-ci maddəsinin İİ hissəsində təsbit edilmişdir ki, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Konstitusiyanın bu tələbinin mənasından belə nəticə hasil olur ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla şəxsin həyatına və fiziki sağlamlığına hər hansı fiziki zorun tətbiq edilməsi belə zorun ictimai təhlükəlilik dərəcəsindən, yəni zorun inzibati xəta və ya cinayət kimi qiymətləndirilməsindən asılı olmayaraq qadağandır və bu kimi hallarda barəsində zor tətbiq edilmiş şəxsin öz həyatını və sağlamlığını bu və ya digər üsullardan istifadə etməklə, o cümlədən qarşılıqlı zorakılıq əməli törətməklə müdafiə etmək hüququ yaranır. Belə hallarda isə həyatına və sağlamlığına edilmiş qəsddən özünü müdafiə edən şəxsin əməli cinayət kimi qiymətləndirilmir o şərtlə ki, sonuncu özünü müdafiə həddini aşmasın. Təsadüfi deyil ki, qanunverici cinayət q anunvericiliyində bu hüququn həyata keçirilməsi təsbit edilmiş xüsusi norma da nəzərdə tutmuşdur. Belə ki, CM-in 36.1-ci maddəsinə əsasən, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. CM-in 36.2-ci maddəsinin tələblərindən isə görünür ki, peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. G öründüyü kimi, qanunun bu normasında həmçinin şəxsə qarşı edilmiş qəsdin ictimai təhlükəlilik dərəcəsi hər hansı şəkildə fərqləndirilməmişdir. Bu isə o deməkdir ki, şəxs istənilən qəsddən özünü müdafiə etmək hüququna malikdir və bu hüququn həyata keçirilməsi zamanı əsas şərt ondan ibarətdir ki, belə şəxsin tətbiq etdiyi müdafiə üsulları qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olsun. Çünki, CM-in 36.3-cü maddəsinə görə, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Bundan başqa, cinayət qanunvericiliyi qəsdə məruz qalan şəxsə həmçinin təhlükədən qaçmaq imkanına, yaxud da başqa şəxslərə, ya da dövlət orqanlarına kömək üçün müraciət etmək imkanından asılı olmayaraq da z əruri müdafiədən istifadə etmək hüququ verir. Buna görə də hücuma və ya digər qəsdə məruz qalan şəxs təhlükəni başqa vasitələrlə aradan qaldırmaq imkanının olduğu halda da zəruri müdafiə hüququndan istifadə edərək, qəsd edənə zərər vurmaq yolu ilə belə təhlükəni aradan qaldırmışsa, belə fəaliyyət qanuna uyğun hesab edilir. Qəsd edənə zərər vurma yolu ilə ictimai-təhlükəli qəsdin qarşısını almağa yönəldilən hərəkət formal cəhətdən cinayət qanununda nəzərdə tutulan əməlin əlamətlərinə uyğun gəlmiş olsa da zəruri müdafiə vəziyyətində yol verildiyindən məsuliyyəti aradan qaldırır. Qanunun mənasına görə, yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün zəruri müdafiə institutuna xarakterik olan iki qrup şərtlərə ri ayət edilməlidir: 1) qəsd əməli ilə bağlı zəruri müdafiənin hüquqi şərtləri; 2) müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüquqilik şərtləri. Qəsdə aid olan şərtlər isə ondan ibarətdir ki: - əməl ictimai-təhlükəli olmaqla şəxsiyyətə, cəmiyyətə, yaxud dövlət mənafeyinə mühüm zərər yetirməklə davam etdirilməli, yaxud bilavasitə zərər yetirmək təhlükəsi yaratmalıdır; - qəsd real olmalıdır, obyektiv olaraq baş verməlidir, qəsd müdafiə edənin yalnış təsəvvürü ilə uydurulmamalıdır; - qəsd mövcud olmalıdır. Kriminal qəsd başlamalı, davam etməli, hələ qurtarmamış olmalıdır və bu zaman intervalında zəruri müdafiə vəziyyəti yaranır. Müdafiəyə aid olan şərtlər isə aşağıdakılardır: - müdafiə şəxsin özünün, başqasının şəxsiyyətinin və hüquqlarının qorunmasına və ya cəmiyyətin, dövlətin mənafeyi nin qorunmasına yönəlməlidir; - müdafiə zəruri müdafiə həddini aşmamalıdır; - müdafiə qəsd edənə zərər vurma yolu ilə həyata keçirilməlidir. Məhkəmə kollegiyasının fikrincə, şəxsin zəruri müdafiə vəziyyətində olub-olmaması, o cümlədən belə vəziyyətdə olaraq zəruri müdafiə həddini aşıb-aşmaması barədə nəticəyə gəlmək üçün yuxarıda göstərilən hər iki qrup şərtlərin olması müəyyən edilməldir. Yalnız belə şərtlərin mövcudluğunda Məhkum ona istinad edilən əməlin zəruri müdafiə vəziyyətində və ya zəruri müdafiə həddini aşaraq törətməsi, kassasiya şikayətində irəli sürülmüş dəlillərə və tələbə müvafiq olaraq müzakirə predmeti ola bilər. Məhkəmə kollegiyası araşdırılmış sübutlarla müəyyən edilmiş işin faktiki hallarını təhlil edib belə qənaətə gəlir gəlir ki, 26 dekabr 2022-ci il tarixdə baş vermi ş hadisənin cərayan etməsi zamanı yuxarıdakı təfsirdə əksini tapmış şərtlərin heç biri mövcud olmamış, əksinə, bu vaxt hücuma məruz qalan Zərərçəkmiş şəxs özünün bu hücumdan müdafiə olunması üçün əsaslar yaranmış və sonuncu bu hüququndan istifadə edərək Məhkum müqavimət göstərsə də, sonuncuya heç bir zərər yetirməmişdir (bu hal da obyektiv olaraq Məhkum bədənində xəsarətlərin aşkar edilməməsi barədə məhkəmə-tibbi ekspertizasınıne 26 yanvar 2023-cü il tarixli 2970 saylı rəyi ilə təsdiq edilir). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr əsaslı olaraq Məhkum əməlini CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif etməklə yanaşı onun həmin ittiham olunduğu əməli zəruri müdafiə vəziyyətində, yaxud zəruri müdafiə həddini aşmaqla törədilmiş cinayət kimi qiymətlə ndirməkdən imtina etmiş və eyni zamanda onun barəsində hər hansı əsasla bəraət hökmünün çıxarılmasını, əməllərinin isə CM-in Xüsusi hissəsinin digər maddələri ilə, o cümlədən müdafiəçi O.R.Zeynalovun kassasiya şikayətində iddia olunduğu kimi, CM-in 130.1-ci maddəsi ilə tövsif edilməsini mümkün bilməmişlər. Ümumiyyətlə isə, məhkəmə kollegiyası kassasiya şikayətlərinə məhkəmə baxışının yekunu olaraq belə qənaətə gəlir ki, Məhkum əməlinin hüquqi tövsif ilə bağlı istər məhkumun müdafiəçisi O.R.Zeynalovun, istərsə də Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə1 kassasiya müraciətlərində göstərdikləri dəlillər işdə olan sübutlarla təkzib olunur, bu dəlillər yalnız mülahizə və subyektiv xarakter daşıyır və buna görə sonuncuların həmin Məhkum təqsirli bilindiyi deyil, əsassız olaraq törətmədiyi əməllər ə görə təqsirli bilinərək məhkum olunmasına yönəlmiş dəlillər kimi qiymətləndirilməlidir Məhkum barəsində cəza tədbirinin seçilməsi ilə bağlı kassasiya şikayətlərində göstərilən dəlillərə gəldikdə isə, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Məhkum təqsirli bilindiyi CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzasının müəyyən edildiyini nəzərə alan məhkəmə kollegiyası daha sonra vurğulayır ki, təhlil edilən məsələni də həll edərkən apellyasya instansiyası məhkəməsi cinayət qanunvericiliyinin aşağıda təsvir edilmiş normalarının tələblərinə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tö vsiyələrinə əməl edilmişdir. Belə ki, CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası vurğulayır ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətind ə törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda istinad olunan CPM-in 144, 145, 349.5-ci maddələrinin tələblərinə təkcə cinayət məsuliyyətin cəlb edilmiş şəxsin təqsirlilik məsələsi həll olunarkən deyil, həmçinin bu və ya digər cinayəti törətməkdə təqsirli bilinmiş şəxsin barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zam anı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmas ına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-i n vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3 -cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzası nda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstəri lən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xara kterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanunu nun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həc mi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti ni, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Cinayət işi üzrə kassasiya qaydasında mübahisələndirilən qərardan görünür ki, apellyasiya instansiya məhkəməsi Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ağırlaşdırarkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, işin faktiki hallarını, məhkumun Zərərçəkmiş şəxsla barışıq əldə etməməsini, sonuncunun ondan şikayətçi olmaqla daha ağır cəza təyin edilməsinə da ir tələbini nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddinə yaxın qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəzərə aldığı halları fərqli şəkildə qiymətləndirmək, onları məhkumun cəzasının daha da yüngülləşdirilməsini və ya ağırlaşdırılmasını mümkün edən hallar kimi səciyyələndirmək üçün əsaslar görmür. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə1 kassasiya şikayətinin mülki iddianın birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq baxılmamış saxlanılmasına dair dəlilinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CPM-in 179.2-ci maddəsində müəyyən edilmişdir ki, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə ic raatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyinin normalarının tətbiqinə yol verilir. Cinayət işinin materiallarından görünür ki, sonradan mülki iddiaçı qismində tanınmış zərərçəkmiş Zərərçəkmiş şəxs iddia ərizəsi verərək bu ərizəsində ona vurulmuş maddi ziyana görə 3000 manat, mənəvi ziyana görə isə 7000 manat məbləğində pulun Məhkum tutularaq onun xeyrinə ödənilməsi barədə tələb irəli sürmüş, dövlət rüsumunun ödənilməsinə dair qəbzi, o cümlədən xəstəliyi ilə bağlı ambulator kitabçadan çıxarışları həmin iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən, işə baxan birinci instansiya məhkəməsi iş üzrə verilmiş mülki iddianın tələblərinin əsası kimi istinad edilən fakt və halları təsdiq edən sübutların s iyahısı ərizədə göstərilmədiyindən zərərçəkmiş şəxsin mülki iddiasının baxılmamış saxlanılması ilə bağlı düzgün nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmələrin gəldikləri bu nəticələri əsaslı hesab edən məhkəmə kollegiyası zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiasının təmin edilməsi barədə qərarın qəbul edilməsi üçün əsaslar görmür və bu hallarla bağlı da Nümayəndə1 kassasiya şikayətinin dəlillərini qəbuledilməz sayaraq öz qənaətini aşağıdakılara istinad etməklə əsaslandırılmasını zəruri bilir. Qanunvericiliyin tələbinə və mənasına görə, zərərçəkmiş öz mülkiyyətindən məhrum olunduqda, yaxud da ona maddi və ya mənəvi zərər vurulduqda, o, öz əmlakını, onun əvəzini və ya ona vurulmuş digə r zərəri tələb etmək hüququna malikdir və bu hüquq digər vasitələrlə yanaşı mülki iddia verməklə həyata keçirilə bilər. Məhkəmənin isə vəzifəsidir ki, belə iddia verildikdə tədqiq etdiyi sübutlara əsasən onun düzgün həll edilməsi barədə əsaslandırılmış qərar qəbul etsin. Belə ki, CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 179.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-in 181.1.1-181.1.2-ci maddələrinin tələblərindən görünür ki, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aş ağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; - ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. CPM-in 181.2.1-181.2.4-cü maddələrinə müəyyən edilmişdir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: - itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; - itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; - itirilmiş gəlirin ödənilməsini; - mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziy an o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. CPM-in 354.1.1-354.1.3-cü maddələrinin tələblərinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: - iddianın tam və ya qismən təmin edilməsi; - iddianın rədd edilməsi; - iddianın baxılmamış saxlanması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-c i maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ve r, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Konstitusiya Məhkəməsinin Plenumu digər Qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olun madığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Avropa Məhkəməsi bir çox qərarlarında dəfələrlə, o cümlədən “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli Qərarında növbəti dəfə xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 67-ci bəndində məhkəmələrə hökm çıxarılarkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etmələri tövsiyə edilmişdir. Qərarın 68-ci bəndində izah olunmuşdur ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bil avasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Qanunvericiliyin tələblərinə və mənasına görə, cinayət işi üzrə verilmiş mülki iddianın əsaslı olub-olmaması barədə nəticəyə gəlmək və həmin iddia üzrə qanuni və obyektiv qərarın qəbul edilməsi üçün cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsi zliyinə, onun əməlinin hüquqi tövsifinə və cinayət təqibi üzrə digər məsələlərlə yanaşı mülki iddia ilə də bağlı sübutlar cinayət təqibini aparan orqanlar və məhkəmələr tərəfindən araşdırılmalı, həmin sübutlara qanuna müvafiq (CPM-in 143-146cı maddələrində nəzərdə tutulmuş) qaydada qiymət verilməli və belə qiymətləndirmə əsasında mülki iddia üzrə düzgün qərar qəbul edilməlidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası vurğulayır ki, verilmiş mülki iddiaların düzgün həlli üçün ilk növbədə bu və ya digər cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın düzgün, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara əsasən müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir, çünki CPM-in 139.0.6-cı maddəsinin müddəalarına görə də, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət proses i iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar sübutlara əsasən müəyyən edilir. Əvvəla bu maddədə cinayət prosesi iştirakçısını və ya cinayət prosesində iştirak edən digər şəxsin tələbi dedikdə, başqa tələblərlə yanaşı həmçinin zərərçəkmiş şəxsin mülki iddia üzrə irəli sürdüyü tələb də başa düşülür. Yəni, bu normada da mülki iddia üzrə tələbə dair sübutların tədqiq edilməsi və bundan sonra onların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməsi mütləq şərt kimi nəzərdə tutulur. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, Avropa Məhkəməsinin öz Qərarlarında ifadə etdikləri hüquqi mövqelərindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ndən çıxış edib hazırki iş üzrə məhkəmələrin qəbul etdikləri yekun aktları yoxlayıb təhlil edərək belə qənaətə gəlir ki, aşağı instansiya məhkəmələri Zərərçəkmiş şəxs mülki iddiasının baxılmamış saxlanılması ilə bağlı düzgün nəticəyə gəlmiş, bu iddianın təmin edilməsi üçün isə sonuncu tərəfindən təqdim olunmuş sübutlar müsbət nəticəyə gəlmək üçün kifayət etməmişdir. Təsvir olunanlar, ümumiyyətlə baxılan cinayət işinin materiallarında apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya müraciətləri ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya müraciətlərinin dəlilləri ilə birgə müqayisəli şəkildə təhlil edib məhkumun müdafiəçisi O.R.Ze ynalovun özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin edilməməsi haqda və hər iki kassasiya müraciətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayətləri təmin edilməməklə Məhkum CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 aprel 2024-cü il tarixli qərarı həmin şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi O.R.Zeynalov və Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1821/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1821/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver