Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1822/2023 17.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X16 və Məhkum müdafiəçisi – XXX15nun vəkili Müdafiəçi4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə ma hiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.İ.Əliyev, hakimlər E.H.İsmayılov və C.İ.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx 1966-cı ildə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2, 32.4,312.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 29,178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4,312.2-ci maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona CM-in 320.1ci maddəsi ilə cəza təyin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmü ilə CM-in 178.3.2 və 318.1-ci maddələri ilə Məhkum barəsində CM-in 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla tətbiq edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmə CM-in 71.5-ci maddəsinə əsasən ləğv edilmiş, CM-in 67.1-ci maddəsinə müvafiq olaraq həmin cəzanın çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Məhkum qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 17 yanvar 2022 -ci il tarixdən hesablanması qərara alınmışdır; Təqsirləndirilən şəxs (xx xxxxxxx 1966-cı ildə ünvan4ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 3 ünvanında qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 32.4,312.2 və 320.1ci maddələri ilə təqsirli bilinərək, CM-in 29,178.3.2 və 178.3.2-ci maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4,312.2-ci maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona CM-in 320.1-ci maddəsi ilə cəza təyin edilməmiş, cəzasını üm umi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 18 fevral 2021-ci il tarixdən hesablanması, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2019-cu il tarixli hökmü ilə onun barəsində CM-in 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla tətbiq edilmiş 5 (beş) il 9 (doqquz) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmənin müstəqil icra edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Z.B.Babayev, hakimlər İ.A.İbrahimli və Z.A.Şirinovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi4, həmçinin məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətər Məhkəməsinin 10 fevral 2022ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti və kassasiya şikayətinə əlavə vermişdir. İşin halları: Hökmə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə bilə-bilə saxta sənədlərdən təkrarən istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətin müqabilində özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək ünvan5ndə yerləşən 0,4 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərilməsi ilə əlaqədar özü vasitəsilə 2018-ci ilin oktyabr ayında Təqsirlən dirilən şəxs müraciət etmiş Şahid4 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın rəsmiləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Təqsirləndirilən şəxsla birlikdə Şahid4 yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2018-ci ilin oktyabr ayında ünvan 4 ünvanının yaxınlığında yerləşən Təqsirləndirilən şəxs məxsus ofisdə Şahid4 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitini alıb Təqsirləndirilən şəxsla aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid4 təhrik etmişdir. Bundan başqa, Məhkum təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı ilə qabaqcadan əlbir ol an bir qrup şəxs qismində birləşərək, Suraxanı rayonu Günəşli qəsəbəsi “AB” 137 və 139 saylı binaların qarşısında yerləşən dayanacaq kimi istifadə olunan üzərində yarımtikili olan torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərilməsi ilə əlaqədar sonuncu vasitəsi ilə 2019-cu ilin mart ayında özünə müraciət etmiş Şahid3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın rəsmiləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini sonuncuya tanışı ilə birlikdə yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin mart ayında ünvan6 “Xəzər market” adlanan mağazanın yaxınlığında Şahid3 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, tanışı ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcə yi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid3 təkrarən təhrik etmiş, cinayətkar niyyətini həyata keçirmək, özlərinə olan inamı daha da möhkəmləndirmək məqsədilə 2019-cu ilin mart ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə ünvan6 “Xəzər market” adlanan mağazanın yanında yerləşən “5 qardaş” kafesində tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənəd olan Azərbaycan Respublikasının Dövlət-Tikinti və Arxitektura Komitəsinin Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilməsi görüntüsü yaradan 10 avqust 2004-cü il tarixli, 537 saylı qeydiyyat vəsiqəsinin məzmununa “Verilir Baş X5, Mülkiyyət Hüquqlarının Qeyd iyyatı və Şəhərsalma Kadastrı idarəsi” tərəfindən ondan ötrü ki, ünvan8 binaların qarşısı ümumi sahəsi 188.3 m2 Şahid3 adına mülkiyyət hüququ verilməsinə dair məlumatlar əlavə edib X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsinin vəzifəli şəxsləri X35 və X36 adından imzalanması görüntüsü yaradıb üzərində “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi” məzmunlu yazı həkk edilmiş möhürün əksini axınlı çap üsulu ilə çap qurğusunda hazırlayıb təsdiq edilməsi görüntüsü yaradaraq tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi qanunsuz olaraq hazırlayıb, 2019-cu ilin mart ayında istintaqa məlum olmayan gündə ünvan6 “Xəzər market” adlanan mağazanın yanında yerləşən “5 qardaş" kafesində həmin saxta sənədi Şahid3 təqdim etməklə tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənəddən istifadə etmişdir. Bundan başqa, Məhkum təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək ünvan11ndə yerləşən 1 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərməsi ilə əlaqədar özü vasitəsi ilə 2019-cu ilin mart ayında Təqsirləndirilən şəxs müraciət etmiş Şahid1 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsil ə qeyd edilən torpağın rəsmləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla Təqsirləndirilən şəxs vasitəsilə maddi nemət olan 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində, eləcə də, Təqsirləndirilən şəxs üçün əlavə olaraq xidmət haqqı kimi 5.000 (beş min) manat məbləğində pulun verilməsinin zəruriliyini Şahid1 Təqsirləndirilən şəxsla birlikdə yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin mart ayında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünv an 4 ünvanında yerləşən 1 saylı Bakı şəhər ərazi idarəsinin inzibati binasının qarşısında Şahid1 şəxsi avtomobilində sonuncudan ilkin olaraq 15.000 (on beş min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs alıb aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təkrarən təhrik etmiş, cinayətkar niyyətini həyata keçirmək, özlərinə olan inamı daha da möhkəmləndirmək məqsə dilə 2019-cu ilin mart ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə ünvan 4 ünvanının yaxınlığında yerləşən Təqsirləndirilən şəxs məxsus ofisində sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənəd olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sabunçu rayon şöbəsi tərəfindən verilməsi görüntüsü yaradan 10 fevral 2004-cü il tarixli, JN -10646H KOD 00500026 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin məzmununa Bakı şəhəri 39 saylı Dövlət Notariat kontorunun 29 iyul 2003-cü il tarixli 4Ə/2-170 saylı alqı- satqı müqaviləsi ilə 1,0 hektar torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün X13 mülkiyyətinə verilməsinə dair məlumatlar əlavə edib DTXK-nin Sabunçu rayon şöbəsinin vəzifəl i şəxsi X51 adından imzalanması görüntüsü yaradıb üzərində “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sabunçu Rayon Şöbəsi” məzmunlu yazı həkk edilmiş möhürün əksini axınlı çap üsulu ilə çap qurğusunda hazırlayıb təsdiq edərək Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi qanunsuz olaraq təkrarən hazırlayıb, 2019-cu ilin mart ayında istintaqa məlum olmayan gündə ünvan 6 ünvanının yaxınlığında həmin saxta sənədi Şahid1 təqdim etməklə Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənəddən təkrarən istifadə etmiş, Şahid1 bir müddət sonra aldadıldığını və ona təqdim edilən sənədin saxta olmasını bilib, qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəs dən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus ümumilikdə 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitini ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, Məhkum təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə X37un istifadəsində olan ünvan9ndə yerləşən 0,3 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərilməsi ilə əlaqədar 2019-cu ilin mart ayında özünə müraciət etmiş Şahid1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın rəsmiləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini sonuncuya yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin mart ayında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 4 ünvanında yerləşən 1 saylı Bakı şəhər ərazi idarəsinin inzibati binasının qarşısında yerləşən kafedə Şahid1 ilkin olaraq 20.000 (i yirmi min) manat məbləğində pul vəsaitini, bir neçə gün sonra isə ünvan9ndə “Altun” şadlıq sarayının yanında yerləşən “Xəzər” market ilə üzbəüz kafedə iki dəfəyə hər dəfə 5.000 (beş min) manat olmaqla, cəmi 10.000 (on min) manat məbləğində, ümumilikdə qeyd edilən qaydada 30.000 (otuz min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmiş, cinayətkar niyyətini həyata keçirmək, özünə olan inamı daha da möhkəmləndirmək məqsədilə 2019-cu ilin mart ayınd a istintaqa məlum olmayan yerdə vahid niyyətlə istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənədlər olan xx.xx.2018-ci il tarixli ******* nömrəli çıxarışın məzmununa ünvan9 ünvanında yerləşən 0,30 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının Şahid1 yaxın qohumu X21 verilməsinə dair məlumatlar əlavə edib Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsini rəisi X38, Qeydiyyat İcraçısı X37 adından, torpaq sahəsinin planı və ölçüsündə X39, X40 adından imzalanması görüntüsü yaradıb üzərində “Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər ərazi İdarəsi” məzmunlu yazı həkk edilmiş möhürün əksini istintaqa məlum olmayan üsul ilə hazırlayıb təsdiq edərək, hüquq verən rəsmi sənədi qanunsuz ola raq təkrarən hazırlayıb, 2019-cu ilin mart ayında istintaqa məlum olmayan gündə ünvan 6 ünvanının yaxınlığında həmin saxta sənədi Şahid1 təqdim etməklə bilə-bilə saxta sənəddən təkrarən istifadə etmişdir. ---------Hökmə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən hazırlamış, qabaqcadan əlbir olan bir q rup şəxs halında vahid niyyətlə bilə-bilə saxta sənədlərdən təkrarən istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətin müqabilində özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, ünvan5ndə yerləşən 4 sot torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərməsi ilə əlaqədar sonuncu vasitəsilə 2018-ci ilin oktyabr ayında özünə müraciət etmiş Şahid4 Azərbaycan Respublikası Əmlak Məsələləri D övlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın rəsmiləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmiləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Məhkumla birlikdə Şahid4 yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2018ci ilin oktyabr ayında ünvan 4 ünvanının yaxınlığında yerləşən özünə məxsus ofisdə Şahid4 17.000 (on yeddi min) manat m əbləğində pul vəsaitini alıb Məhkumla aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Məhkumla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid4 təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə başqaları ilə aralarında rol bölgüsü aparıb sonuncuların müraciət edən şəxsi özünə yönəltməsi, özünün isə həmin şəxslərlə danışıqlar apararaq onları inandırıb pul vəsaitini ələ keçirməsi barədə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib torpaq sahəsi almaq üçün 2018-ci ilin oktyabr ayında Şahid7 Fərhad qızına müraciət etmiş Şahid2 Şahid7 və X40nın guya ünvan10 “XXX41” ticarət mərkəzinin yaxınlığında müvafiq olaraq 0,605 ha və 0,38 ha ölçüdə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışı olmayan bir-birinə bitişik torpaq sahələrinin olması, həmin sahələrin 165.000 (bir yüz altmış beş min) manat məbləğində pul müqabilində satılması, eləcə də, özünün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətli vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək göstərilən Xidmətdə işləyən səlahiyyətli vəz ifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 35.000 (otuz beş min) manat pul vəsaitinin veriləcəyi təqdirdə torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququnu qeydə alacağını başqaları ilə birlikdə yalandan bildirib aldadaraq, cinayətkar niyyətini həyata keçirmək, özünə olan inamı daha da möhkəmləndirmək məqsədilə 2018-ci ilin oktyabr ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə ünvan 4 ünvanında yerləşən 1 saylı Bakı şəhər ərazi idarəsinin inzibati binası ilə üzbəüz yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində özünə məxsus ofisində başqaları ilə vahid niyyətlə istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənədlər olan 116/94 nömrəli 20.X.1992- ci il tarixli məktubun məzmununa Azərbayca n Dəmir Yolu İdarəsinə məxsus 95 sot torpaq sahəsinin X18 istifadəsinə verilməsi barədə kiril qrafikasında çap üsulu ilə məlumat daxil edib Yol rəisinin müavini, yol xidmətinin rəisi T.Həsənov tərəfindən imzalanması görüntüsü yaradıb içərisində kiril qrafikasında “SSRİ Azərbaycan Dəmir Yolu Xidməti” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür ilə əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmaqla təsdiq edib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan П-64/170 nömrəli 8.X.1993-cü il tarixli Azərbaycan Dövlət Dəmir X15 Birliyinin rəisinin məktubuna dəmir yoluna məxsus 35 sot torpaq sahəsinin X4 verilməsi barədə məlumat əlavə edib Yol rəisinin müavini, yol xidmətinin rəisi T.Həsənov tərəfindən imzalanması görüntüsü yara dıb içərisində kiril qrafikasında “SSRİ Azərbaycan Dəmir Yolu Xidməti” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür ilə əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmaqla təsdiq edib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan Azərbaycan Dəmir Yolu Qaradağ-Heybət mənzilinin 516 km ПК-9, ПК-Ют. torpaq zolağının sxematik planının görüntüsünü yaratmaq niyyəti ilə sxematik təsvirlər tərtib edib Yol rəisinin müavini, yol xidmətinin rəisi X51 tərəfindən imzalanması görüntüsü yaradıb içərisində kiril qrafikasında “SSRİ Azərbaycan Dəmir Yolu Xidməti” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür ilə əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmaqla təsdiq edib hüquq verən rəsmi sənədi qanunsuz hazırla yıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan Azərbaycan Dəmir Yolu Qaradağ-Biləcəri mənzilinin 517 km ПК-1- 20+60m. torpaq zolağının sxematik planı görüntüsünü yaratmaq niyyəti ilə sxematik təsvirlər tərtib edib Yol rəisinin müavini, yol xidmətinin rəisi X51 tərəfindən imzalanması görüntüsü yaradıb içərisində kiril qrafikasında “SSRİ Azərbaycan Dəmir Yolu Xidməti” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür ilə əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmaqla təsdiq edərək hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan 179 nömrəli 10 iyun 2003-cü il tarixli Həmkarlar Komitəsinin ümumi protokolundan çıxarışın məzmununa Azərbaycan X33 İdarəsi Həmkarlar Komitəsi X18, X12, X6, X1 istifadəsinə ayrılmış olan dəmir yol to rpaq zolağına məxsus sahədə onların adına ayrılmış torpaq sahəsinin onların istifadəsinə verilməsinə dair məlumatlar əlavə edib Azərbaycan X33 Həmkarlar Komitəsinin sədri X49 tərəfindən imzalanması görüntüsü yaradıb içərisində “Azərbaycan Respublikası Azərbaycan X33 Həmkarlar İttifaqı” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirlərini elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan 26.X.2003-cü il tarixli 245/168 nömrəli məktubun məzmuna 95 sot torpaq sahəsi X18 istifadəsinə verilmiş 20 oktyabr 1992-ci il tarixli P-116/94 saylı məktub sxemi ilə, öz qüvvəsində saxlanılması barədə məlumatlar əlavə edib Azərbaycan X33 Həmkarlar Komitəsinin sədri X49 tərəfindən imzalanması görüntüsü yaradıb içərisində “Azərbaycan Respublikası Azərbaycan X33 Həmkarlar İttifaqı” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirlərini elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan Azərbaycan X33 İdarəsi Həmkarlar Komitəsinin 156 nömrəli 14 sentyabr 2002-ci il tarixli ümumi protokolundan çıxarışın məzmununa Azərbaycan X33 İdarəsi Həmkarlar Komitəsi X7, X4, X2, X14 istifadəsinə ayrılmış olan dəmir yol torpaq zolağına məxsus sahədə onların adına ayrılmış torpaq sahəsinin onların istifadəsinə verilməsi barədə məlumatlar daxil edib Azərbaycan X33 Həmkarlar Komitəsinin sədri X49 tərəfindən imzalanması görüntüsü yaradıb içərisində “Azərbaycan Respublikası Azərbaycan X33 H əmkarlar İttifaqı” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirlərini elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan 08 may 2003-cü il tarixli 268 nömrəli məktubun məzmununa Azərbaycan X33 İdarəsi X18, X12, X8, X1 istifadəsində olan dəmir yolu torpaq zolağına məxsus sahəsinin onların adına özəlləşdirilməsinə Azərbaycan X33 İdarəsi etiraz etməməsi barədə məlumatlar əlavə edib Azərbaycan X33 İdarəsinin rəis müavini X50 tərəfindən imzalanması görüntüsü yaradıb içərisində “Azərbaycan Respublikası Azərbaycan X33” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirlərini elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazı rlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan Azərbaycan X33nun 247 nömrəli 19 iyun 2003-cü il tarixli məktubunun məzmununa Qaradağ-Heybət mənzilinin 516 km, PK-9, PK-10m. 517 km PK1+20 m olan sahədə kilometr artımı istiqamətində yolun sağ tərəfində, dəmir yoluna məxsus 95 sot torpaq sahəsinin onun adına özəlləşdirilməsinə Azərbaycan X33 idarəsi etiraz etmir məzmunda məlumat daxil edib Azərbaycan X33 İdarəsinin rəis müavini X50 tərəfindən imzalanması görüntüsü yaradıb içərisində “Azərbaycan Respublikası Azərbaycan X33” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirlərini elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan Azərbaycan Dövlət Dəmir X29 İstehsalat Birliyinin 1 24/110 nömrəli 8.X.2002-ci il tarixli məktubuna X4 Qaradağ-Biləcəri mənzilinin 517km ПК 1-20m.-dən +60m qədər yolun km istiqaməti ilə sağ tərəfdə dəmir yoluna məxsus 35 sot torpaq sahəsi onun sərəncamına verilmiş P64/170 saylı 08 oktyabr 1993cü il tarixli məktub öz qüvvəsində saxlanılması məzmununda məlumatlar daxil edib Azərbaycan Dövlət Dəmir X29 İstehsalat Birliyinin rəisi T.Həsənovun imzası görüntüsü yaradaraq üzərində “Azərbaycan X33 X20 Birliyi” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirləri elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan 207 nömrəli 12 mart 2003-cü Azərbaycan X33nun məktubunun məzmununa 35 sot torpaq sahəsinin X3 adına özəlləşdirilməsinə Azərbayca n X33 İdarəsinin etiraz etməməsi barədə məlumat daxil edib Azərbaycan X33 İdarəsinin rəis müavini X50 tərəfindən imzalanması görüntüsü yaradıb içərisində “Azərbaycan Respublikası Azərbaycan X33” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirlərini elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan Azərbaycan X33 İdarəsinin 189 nömrəli 08 fevral 2003-cü il tarixli məktubunun məzmununa “Azərbaycan X33 İdarəsi X7 və qeyrilərinin istifadəsində olan dəmir yol torpaq zolağına məxsus sahəsini onların adına özəlləşdirilməsinə Azərbaycan X33 İdarəsinin etiraz etməməsi barədə məlumat daxil edib Azərbaycan X33 İdarəsinin rəis müavini X50 tərəfindən imzalanması görüntüsü yaradıb içərisin də “Azərbaycan Respublikası Azərbaycan X33” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirlərini elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, özünə olan inamı daha da möhkəmləndirmək, törədəcəkləri dələduzluq əməlini asanlaşdırmaq məqsədilə 2018-ci ilin oktyabr ayında istintaqla dəqiq müəyyən edilməyən gündə göstərilən ünvanda yerləşən ofisində həmin sənədləri istifadə etmək məqsədilə Şahid2 göstərərək həmin torpaq sahələrinin sonuncunun adına rəsmləşdirilərək satılması müqabilində ümumilikdə 200.000 (iki yüz min) manat məbləğində pulun verilməsinə sonuncunun razılığını alaraq, onunla sövdələşib, həmin adla Şahid2 göstərilən ünvanda yerləşən ofisində 25 oktyabr 2018-ci il tarixdə ilkin olaraq 50.000 (əlli min) mana t məbləğində pulu alıb həmin vəsaitindən 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini vəzifəli şəxsə rüşvət qismində vermək üçün özünə götürüb, qalan 15.000 (on beş min) manat məbləğində pulu qabaqcadan əlbir olduğu başqasına verərək qanunsuz olaraq hazırladıqları həmin saxta sənədləri sonuncu və başqaları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən istifadə edərək Şahid2 təqdim edib, eyni niyyətlə həmin yerdə 30 oktyabr 2018-ci il tarixdə sonuncudan 40.000 (qırx min) manat məbləğində pul vəsaitini alıb həmin pul vəsaitinin 22.000 (iyirmi iki min) manat məbləğində hissəsini özünə, qalan 18.000 (on səkkiz min) manat məbləğində pulu isə başqasına verdikdən sonra həmin niyyətlə 2019-cu ilin fevral ayında ünvan14, “xxxx55” ticarət mərkəzində 10.000 (on min) manat, bir neçə g ün sonra Bakı şəhəri Nərimanov rayonu, “N.Nərimanov” adına istirahət parkının yanında 4.000 (dörd min) manat məbləğində pulu Şahid2 alıb, başqaları ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus ümumilikdə 104.000 (bir yüz dörd min) manat məbləğində pul vəsaitini ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, başqaları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istifadə etmək məqsədilə rəşmi sənədləri vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, başqaları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənədlərdən istifadə etmiş, başqaları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xid məti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətin müqabilində özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmiş, Şahid2 bir müddət sonra aldadıldığını və ona təqdim edilən sənədlərin saxta olmasını bilib, qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, başqaları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus ümumilikdə 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitini ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək ünvan13ndə yerləşən 1 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərməsi ilə əlaqədar sonuncu vasitəsi ilə 2019- cu ilin mart ayında özünə müraciət etmiş Şahid1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın rəsmləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmləşdirmənin aparılması üçün zəruri tədbi rlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində, eləcə də, özü üçün əlavə olaraq xidmət haqqı kimi 5.000 (beş min) manat məbləğində pulun verilməsinin zəruriliyini sonuncuya Məhkumla birlikdə yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin mart ayında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 4 ünvanında yerləşən 1 saylı Bakı şəhər ərazi idarəsinin inzibati binasının qarşısında Şahid1 şəxsi avtomobilində sonuncudan ilkin olaraq 15.000 (on beş min) manat məbləğində pul vəsaitini alıb Məhkum ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Məhkumla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özünün vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təkrarən təhrik etmiş, cinayətkar niyyətini həyata keçirmək, özlərinə olan inamı daha da möhkəmləndirmək məqsədilə 2019-cu ilin mart ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə ünvan 4 ünvanının yaxınlığında yerləşən özünə məxsus ofisində Məhkumla qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənəd olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sabunçu r ayon şöbəsi tərəfindən verilməsi görüntüsü yaradan 10 fevral 2004-cü il tarixli, JN-10646H KOD 00500026 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin məzmununa Bakı şəhəri 39 saylı Dövlət Notariat kontorunun 29 iyul 2003-cü il tarixli 4Ə/2-170 saylı alqısatqı müqaviləsi ilə 1,0 hektar torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün X13 mülkiyyətinə verilməsinə dair məlumatlar əlavə edib DTXK-nin Sabunçu rayon şöbəsinin vəzifəli şəxsi X51 adından imzalanması görüntüsü yaradıb üzərində “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sabunçu Rayon Şöbəsi” məzmunlu yazı həkk edilmiş möhürün əksini axınlı çap üsulu ilə çap qurğusunda hazırlayıb təsdiq edərək Məhkumla qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi qanunsuz olaraq təkrarən hazı rlayıb, 2019-cu ilin mart ayında istintaqa məlum olmayan gündə ünvan 6 ünvanının yaxınlığında həmin saxta sənədi Şahid1 təqdim etməklə Məhkumla qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənəddən təkrarən istifadə etmiş, Şahid1 bir müddət sonra aldadıldığını və ona təqdim edilən sənədin saxta olmasını bilib, qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus ümumilikdə 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitini ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Kassasiya şikayətinin və ona əlavənin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi4 kassa siya şikayətini və kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, Məhkum digər məhkum - Təqsirləndirilən şəxs Möhbalı oğlunun X9 ünvan12ndəki 1 ha torpaq sahəsinin rəsmiləşdirilməsinə görə 50.000 manat və özü üçün - xidmət haqqı kimi 5000 manat istəməsi, Şahid4 isə 17000 manat alması ilə bağlılığı olmadığı, yəni əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2-ci maddələrində nəzərdə tutulmuş külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd, eləcə də 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş təkrar rüşvət verməyə təhrik etmə cinayətlərinin tərkib əlamətləri müəyyən edilmədiyi halda, əsassız və qanunsuz olaraq həmin maddələrlə təqsirli bilinmiş və ona məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan azadlıqdan məhrum etmə növündə həddindən artıq ağır cəza təy in edilmişdir. Müdafiəçi4 kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.15, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Məhkum münasibətdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum əməlinin CM-in 178.2.4-cü maddəsinə tövsif edilməsi və həmin maddə ilə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsinə dair qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhk əməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətində Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilməli olduğu və Məhkum CM-in 178.2.4-cü maddəsi ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməli olduğu halda, CM-in 29,178.3.2 və 32.4,312.2-ci maddələri ilə tövsif edilərək, məhkəmələr tərəfindən əməlin hüquqi tövsifində səhvə yol verildiyini, eləcə də Məhkum məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-i n 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 aprel 2022ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual M əcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Kassasiya şikayətinin müəllifi hesab edir ki, Məhkum dələduzluq əməllərinə şamil edilməli olan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin norması xeyli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluğu nəzərdə tutan 178.2.4-cü maddəsidir. Lakin, müdafiəçinin Məhkum əməlində CM-in 29,178.3.2-ci maddələrinin deyil, 178.2.4-cü maddəsinin tərkibinin olmasına dair mülahizəsi işin həqiqi hallarına əsaslanmır. Belə ki, iş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, Məhkum digər dələduzluq (50 min manatdan artıq olmayan məbləğlərdə pul vəsaitlə rinin ələ keçirilməsi ilə bağlı olan) əməlləri ilə yanaşı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus ümumilikdə 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitini ona külli miqdarda ziyan vurmaqla təkrarən ələ keçirməyə cəhd etmiş və məhz bu fakt məhkəmələr tərəfindən Məhkum əməlinin CM-in 29,178.3.2-ci maddələri ilə tövsif olunmasını şərtləndirmişdir. Məhkəmələrin həmin faktların işin həqiqi hallarını təşkil etməsi barədə qənaətləri cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarına, o cümlədən CPMin 143-146-cı maddələrinin müddəalarına uyğun olaraq araşdırılıb qiymətləndirilmiş sübutların məcmusuna əsaslandığından və həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilməklə həm hö kmdə, həm də apellyasiya instansiyası məhkəməsinin qərarında onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası dələduzluq əməllərini təşkil edən faktiki hallar barədə məhkəmələrin gəldikləri nəticələri şübhə altına almaq və hazırki qərarda sübutları yenidən təsvir və şərh etmək üçün zərurət görmür. Məhkəmələrin qiymətləndirməsi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin dispoziyası, habelə CM-in 177-ci maddəsinin “Qeyd”inin 2-ci bəndi və cinayətə cəhd etməni nəzərdə tutuan 29-cu maddəsi ilə də uzlaşır. Belə ki, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində külli miqdarda ziyan vurmaqla törədilən dələduzluğa, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməyə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutul muşdur. CM-in 177-ci maddəsinin “Qeyd”inin 2-ci bəndinə əsasən həmin Məcəllənin 177182-ci, 185-187-ci və 189-1-ci maddələrində “külli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkum isə Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olub birbaşa qəsdlə (Füzuli Hüseynova məxsus 55.000 manat pulu ələ keçirməyi arzu edərək) hərəkət etdiyindən, lakin iradəsindən asılı olmayan səbəblərdən həmin məbləğdə pulu ələ keçirmək məqsədinə çata bilməyib, cinayəti başa çatdırmadığından, onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum dələduzluq əməllərinin hüqüqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini (Məhkum əməlində CM-in 29,178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin deyil, 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması barədə iddianı) əsassız hesab edir. Kassasiya şikayətinin Məhkum CM-in 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinməsinin və cəzalandırılmasının mübahisələndirilməsi üzrə dəlillərinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edil məsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardad qəbul etmişdir. Bu qərardadla Konstitusiya Məhkəməsinin Palatası müraciətdə qaldırılan məsələnin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq normalarına və həmin normalara dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqelərə uyğun həll edilməsinin mümkün olduğunu nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin müraciətini icraata qəbul etməkdən imtina etmiş və bu zaman sözügedən məsələ üzrə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini əks etdirən mənbə kimi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Q ərarının təsviri-əsaslandırıcı hissəsinin müddəalarına istinad etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həm in yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 2004-cü il 11 iyun tarixli 688-İİQD nömrəli Azərbaycan Respublikası Qanununun İİİ hissəsi nin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarına əsasən “Konstitusiya Məhkəməsinin Qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir.”. Bundan çıxış edən Azərbaycan Respublikası Ali Məhkə məsinin Plenumu Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərar və qərardadında ifadə olunmuş hüquqi mövqeyi nəzərə alaraq, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli Qərarının 36-cı bəndində həmin mövqeyə uyğun dəyişiklik edərək izah vermişdir ki, “psevdorüşvətçi” vəzifəli şəxsə rüşvət vermək adı ilə özgənin əmlakını aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə, təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispoziyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4,312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə - dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Odur ki, hazırki işdə də Məhkum törətdiyi (o cümlədən, tanışı, habelə Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiyi) dələduzluq əməllərində “rüşvət verməyə təhrik” əslində yalan olmaqla dələduzluq cinayətinin üsulu kimi çıxış etdiyindən, onun təqsirli bilindiyi CM-in 29,178.3.2-ci maddələrinin dispozisiyası ilə tam şəkildə əhatə olunur və əməlin əlavə olaraq cinayətlərin məcmusu qaydasında, həm də CM-in 32.4,312.2-ci maddələri ilə tövsif edilməsi üçün hüquqi əsas yaranmır. Bu səbəbdən CM-in 32.4,312.2-ci maddələri Məhkum əməllərinə artıq (hüquqi əsas olmadan) şamil edilmiş cinayət-hüquqi normalar olduğundan, şərh edilən hal əməlin hüquqi tövsifində yol verilmiş səhv kimi qiymətləndirilməli, bu hissədə kassasiya şikayəti əsaslı hesab edilib qismən təmin edilməli, CPM-in 416.1.15-ci maddəsində göstərilən əsasla mübahisələndirilən məhkəmə qərarları dəyişdirilməli, Məhkum CM-in 32.4,312.2-ci maddələri ilə təqsirli bilinməsinə və cəzalandırılmasına, eləcə də ona cinayətlərin məcmusu qaydasında cəzanın təyin edilməsinə dair müddəalar birinci instansiya məhkəməsinin hökmündən və apelyasiya instansiyası məhkəməsinin yekun qərarından xaric edilməlidir. Məhkum tətbiq edilən hüquqi mövqe eynilə digər məhkum – Təqsirləndirilən şəxs da aid olduğundan, yəni onun da dələduzluq əməlləri təqsirli bilindiyi CM-in 29,178.3.2, 178.3.2-ci maddələri ilə tam şəkildə əhatə olunmaqla, bu əməllərə həm də CM-in 32.4,312.2-ci maddələrinin şamil edilməsi üçün hüquqi əsaslar olmadığınd an, onun tərəfindən kassasiya şikayətinin verilməməsinə baxmayaraq, CPM-in 419.1-ci maddəsinə görə ona münasibətdə də qərarlar dəyişdirilməli, Təqsirləndirilən şəxs CM-in 32.4,312.2-ci maddələri ilə təqsirli bilinməsinə və cəzalandırılmasına, eləcə də ona cinayətlərin məcmusu qaydasında cəzanın təyin edilməsinə dair müddəalar birinci instansiya məhkəməsinin hökmündən və apelyasiya instansiyası məhkəməsinin yekun qərarından xaric edilməlidir. Qeyd olunanlardan irəli gələrək cəzaların müəyyən edilməsi məsələsinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin hökmündən və onun dəyişdirilmədən saxlanılmasına dair apelyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, təqsirkarlara cəza təyin edilərkən cinayətin təkrar törədilməsi – CM-in 320.1-ci ma ddəsi ilə nəzərdə tutulmuş cinayətə münasibətdə, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi isə CM-in 32.4,312.2-ci maddəsində göstərilən cinayətə münasibətdə cəzanı ağırlaşdıran hallar kimi müəyyən edilmişdir. Lakin, CM-in 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün bu hissədə cəza təyin edilmədən ittiham hökmü çıxarıldığından, eyni zamanda kassasiya baxışı nəticəsində CM-in 32.4,312.2-ci maddələri məhkəmə aktlarından xaric olunduğundan, cinayətin təkrar törədilməsi və CM-in 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi cəzanı ağırlaşdıran hallar məhkəmə qərarlarından xaric edilməlidir. Həmçinin, hökmdən görünür ki, Məhkum əvvə llər – Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmü ilə CM-in 178.3.2, 318.1-ci maddələri ilə CM-in 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti müəyyən olunmaqla 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə əlaqədar cinayətlərin təhlükəli residivi cəzanı ağırlaşdıran hal qismində müəyyən olunmuş, əməllərindən peşman olması, vurulmuş ziyanın ödənilməsi isə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Qeyd olunanlardan, habelə CM-in 8, 58.3 və cəza təyini məsələlərini tənzimləyən digər normalarının tələblərindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPM-in 416.1.21-ci maddəsində göstərilən əsasla şərh edilən hissədə də məhkəmə aktları dəyişdirilməli, Məhkum münasibətdə birinci instansiya məhkəməsinin hökmü ilə CM-in 29,178.3.2-ci maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 ildən 6 ilə endirilməli, CM-in 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmü ilə tətbiq edilmiş şərti məhkum etmənin ləğv edilməsi nəzərə alınmalı və CM-in 67.1-ci maddəsinə əsasən 20 dekabr 2017-ci il tarixli hökmlə təyin edilmiş 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi hazırki qərarla CM-in 29,178.3.2-ci maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, Məhkum qəti olaraq 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkum Təqsirləndirilən şəxs üzərində isə ona birinci instansiya məhkəməsinin hökmü ilə yalnız CM-in 29,178.3.2 və 178.3.2-ci maddələri ilə təyin olunmuş 6 il 6 ay müddət ə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı və həmin hökmdə müəyyən olunduğu kimi Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 iyul 2019-cu il tarixli hökmü ilə CM-in 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti müəyyən olunaraq tətbiq edilmiş 5 il 9 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmə müstəqil icra olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin, habelə məhkəmə qərarlarından Məhkum CM-in 32.4,312.2-ci maddələri ilə məhkum edilməsi barədə müddəaların xaric edilməsinə və onun cəzasının qanunamüvafiq surətdə müəyyən edilməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti qismən təmin edilməli, h əmin şikayətlə mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarı məhkumlar Məhkum və Təqsirləndirilən şəxs münasibətdə yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum və Təqsirləndirilən şəxs barəsində olan 29 aprel 2022-ci il tarixli qərarı və bununla bağlı onlar barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarında n və Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmündən Məhkum və Təqsirləndirilən şəxs CM-in 32.4,312.2-ci maddələri ilə təqsirli bilinmələrinə və cəzalandırılmalarına, cinayətin təkrar törədilməsinin və cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin cəzanı ağırlaşdıran hallar qismində müəyyən olunmasına, onlara cəzanın CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilməsinə dair müddəalar xaric edilsin. Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə CM-in 29,178.3.2-ci maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ildən 6 (altı) ilə endirilsin, həmin hökmlə CM-in 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmü i lə tətbiq edilmiş şərti məhkum etmənin ləğv edilməsi nəzərə alınsın və CM-in 67.1-ci maddəsinə əsasən 20 dekabr 2017-ci il tarixli hökmlə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi hazırki qərarla CM-in 29,178.3.2ci maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin, Məhkum qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərində ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə yalnız CM-in 178.3.2 və 29,178.3.2-ci maddələri ilə təyin olunmuş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 iyul 2019-cu il tarixli hökmü ilə CM-in 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti müəyyən olunaraq tətbiq edilmiş 5 il 9 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmə isə müstəqil icra olunsun. Məhkum və Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1822/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1822/2023
17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver