Məhkəmə qərarları › İş №1(102)-1822/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1822/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1822/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayhan Məhəmməd oğlunun, Müdafiəçi Qurbanov İbrahim Nizami oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 1(104)-233/2023 nömrəli qərarından Məhkum və onun müdafiəçisi Qurbanov İbrahim Nizami oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 1(101)-70/2022 nömrəli hökmü ilə (sədrlik edən İ.A.Mahmudov, hakimlər F.Ə.Qəniyev və M.H.Əkbərovdan ibarət tərkibdə) xx xxxxxx 1968-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatında olan və ünvan 2a cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələridə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona hazırkı hökmlə təyin edilmiş cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə Şəki Apellyasiy a Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il 10 (on) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 01 avqust 2020-ci ildən 17 avqust 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 01 il 16 gün və 02 iyun 2022-ci il tarixdən 27 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 04 ay 25 gün müddət, ümumilikdə həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) il 05 (beş) ay 11 (on bir) gün müddət təyin edilmiş 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 07 (yeddi) il 06 (altı) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cə zaçəkmə müddətinin başlanğıcı 27 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Vəliyev Eynulla Hüseyn oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən İ.M.Murquzov, hakimlər Q.X.Babayev və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) 19 aprel 2023-cü il tarixli, 1(104)-233/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi Qurbanov İbrahim Nizami oğlu tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri verilmişdir. İşin halları: Hökmə əsasən Mə hkum qabaqcadan əlbir olduğu bir qrup şəxslə, yəni Şahid6, Şahid2 və Şahid1 ilə 27 may 2013-cü ildə saat 22 radələrində, istintaqla müəyyən edilməyən İlkin adlı şəxsin vasitəsilə görüşə dəvət edilmiş Zərərçəkmiş şəxs ilə sonuncunun qeyd edilən şəxslərə mövcud olan ümumilikdə milli manata məzənnəsi ilə 53.054 manat pul borcu ilə bağlı danışıqların aparılması məqsədilə Zərərçəkmiş şəxslə Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Gəncə prospekti 54 saylı binanın qarşısında görüşərək sonuncuya zor tətbiq etməklə iradəsinə zidd oğurlamaqla, Şahid6 tərəfindən idarə edildiyi "Tofaş” markalı **-SF-*** dövlət nömrə nişanlı avtomobilə mindirib Şahid6la Şahid5 əvvəlcədən razılığına görə sonuncunun icraçı direktor işlədiyi Bakı şəhəri Binəqədi rayonu Xutor qəsəbəsi S.Bəhlulzadə küçəsində olan "Şakir M TK”-nə məxsus yarıtikili binanın gözətçi otağına aparmalı olduqlarından, Şahid1 Şahid5la Bakı şəhəri Nərimanov rayonu "erməni qəbirsanlığı” adlanan ərazi yaxınlığında görüşüb sonuncunun idarə etdiyi "Nissan Sunny” markalı **-RC-*** dövlət nömrə nişanlı maşına oturmuş və Zərərçəkmiş şəxs olduğu "Tofaş” markalı avtomaşını təqib edərək birlikdə yuxarıda göstərilən ünvana gəlmişlər. Orada isə Şahid1, Şahid6, Şahid2 və Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib bədəninin müxtəlif nahiyyələrinə əlləri və ayaqları ilə zərbələr endirməklə onu döymüş, sonra Şahid2 və Şahid1 Zərərçəkmiş şəxs qollarından tutaraq, zorla iradəsinə zidd olaraq Şahid6 məxsus "Hundai-Azera” markalı **-BK-*** dövlət nömrə nişanlı avtomaşına mindirib əvvəlcədən kirayə götürdükləri Bakı şəhəri Səbail rayonu B. Sərdarov küçəsi 12 saylı binanın qarşısına gətirmiş, orada onları gözləyən Şahid3 və Şahid2 onun qollarından tutaraq binanın 4-cü mərtəbəsində olan 44 saylı mənzilə gətirərək 29 may 2013-cü il tarixədək qanunsuz saxlamışlar, həmin mənzildə saxlanılan müddətdə Şahid1, Şahid2, Məhkum və Şahid4 Zərərçəkmiş şəxs döyüb sağlamlığına təhlükəli zor tətbiq edib ona sol qaşüstü nahiyyənin gicgah hissəyə keçən səthində hematoma, sol əlin İV-V barmaqların İ falanqaları və əl-darağı sümüklü nahiyyələrinin qançırları, onurğa sütunu boyunca sol belində qançırla müşayiət edilən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb sağlamlığa yüngül zərər vurmaqla işgəncə vermişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum və məhkumun müdafiəçisi Qurbanov İbrahim Nizami oğlu ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərini eyni dəlillərə istinad etməklə belə əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar düzgün-tədqiq edilib qiymətləndirilməmiş, nəticədə Məhkum təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti sübut edilmədiyi halda, əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə təqsirli bilinmişdir. Kassasiya şikayətinin müəllifləri iddia edirlər ki, Məhkum heç kimi oğurlamamış və heç kimə qarşı fiziki zor tətbiq etməmiş, buna baxmayaraq məhkəmələr zərərçəkmiş və şahidlərin ziddiyyətli ifadələrinə əsaslanaraq sonuncunun təqsirli olması ilə bağlı yanlış nəticəyə gəlmişlər. Müəlliflər kassasiya müraciətlərində həmçinin məhkəmələr tərəfindən hazırkı cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadığını, Məhkum törətmədiyi cinayətə görə ağır və sərt cəza məruz qaldığını göstərmişlər. Məhkum və müdafiəçisi kassasiya şikayətlərində göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü tarixli qərarının ləğv edilməsini, işə bəraətverici əsaslarla xitam verilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-c ı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum və müdafiəçi kassasiya şikayətlərində məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, o cümlədən Məhkum adam oğurluğu cinayətində təqsirli olması, əməlinin Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyri-mötəbər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, ona Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə bəraət verilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Odur ki, məhkum və müdafiəçisinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya m üraciətləri kimi görərək, bu şikayətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüs usi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinay ət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razı laşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, məhkumun və müdafiəçisinin kassasiya şikayətlərində iddia etdiklərinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyətinin sübut edilməməsi barədə iddiaları) onun barəsində verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlan ılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində baxılmış sübutların məcmusu ilə, yəni o cümlədən təqsirləndirilən şəxs özünün həm ibtidai istintaqda müdafiəçisinin iştirakı ilə, həmdə birinci instansiya məhkəməsində verdiyi ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, sənədlər, istintaq hərəkətlərinin protokolları və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzg ün təfsirinə əsaslandığından, kassasiya şikayətlərində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməllərinin Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4cü maddələri ilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri say mır. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4cü maddələri ilə yuxarıda qeyd olunan cəza təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanı dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayətləri ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1-ci maddələrinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməsinə dair müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsinə dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum və müdafiəçisi Qurbanov İbrahim Nizami oğlunun kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 1(104)-233/2023 nömrəli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəy işdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum və müdafiəçisi Qurbanov İbrahim Nizami oğlunun kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 1(104)-233/2023 nömrəli qərarı məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar