Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1823/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7, Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-360/2021 nömrəli, 09 sentyabr 2021-ci il tarixl i qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1991-ci il tarixdə Cəbrayıl rayonunun Göyərçin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəbrayıl rayonunun Veysəlli kəndində qeydiyyatda olmaqla, Beyləqan şəhəri SMD-42 qəsəbəsində yaşamışdır. 2. 24 fevral 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 126.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 18 avqust 2019-cu il tarixdə, s aat 00:10-da istintaqa məlum olmayan şəxslərlə birlikdə bir qrup şəxs halında əllərində ağac parçaları, dəmir əşyalar və istintaqa məlum olmayan digər kəsici-deşici əşyalarla Beyləqan şəhərində yerləşən “Palma” restoranına gələrək həmin restoranda mübahisə yaratmış, restoranda olan X9 ilə mübahisə edərək heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, digər şəxslər üzərində özlərinin üstünlüyünü isbat edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək onun və həmin vaxt kafedə əyləşib yemək yeyən X8, X5 və digər şəxslərin ünvanına nalayiq, kobud sözlər işlətmiş, bu zaman Məhkum əlində silah qismində istifadə etdiyi pivə bakalı ilə Elmir Səfərovun baş nahiyəsinə vuraraq ona bel nahiyəsində solda isə bir ədəd kəsilmiş yara, təpə nahiyəsində isə yumşaq toxumaların şişkinlik halında əzilməsi xəsarətləri ilə nəticələnən və dərəcəsi təyin edilməyən, daha sonra istintaqa məlum olmayan kəsici-deşici alətlə onun bədən nahiyəsinə vuraraq ona döş qəfəsinin sol yarısında, periton boşluğuna keçən, soltərəfli hemotoraksla (plevra boşluğuna qan yığılması) ağırlaşan bir ədəd kəsilmiş-deşilmiş yara, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirmiş, daha sonra öz qanunsuz hərəkətlərini davam etdirib istintaqa məlum olmayan şəxslərlə birlikdə əllərində olan və silah qismində istifadə etdikləri ağac parçası, dəmir əşyalar və istintaqa məlum olmayan müxtəlif kəsici-deşici alətlərlə həmin vaxt restoranda öz ictimai vəzifələrini yerinə yetirərək onları sakitləşdirməyə çalışan X2 vuraraq ona təpə nahiyəsində əzilmiş yara, qarın və sol bud nahiyələrində isə kəsilmiş-deşilmiş yaralar xəsarətləri ilə nəticələnən və sağlamlığa yüngül zərər vuran, X8 ayaq nahiyəsinə vuraraq ona sağ ayaq pəncəsində qançır xəsarətləri ilə nəticələnən və dərəcəsi təyin edilməyən, X3 isə baş və bədən nahiyəsinə vuraraq ona sağ gicgah nahiyəsində əzilmiş yara, döş qəfəsində bir ədəd kəsilmiş yara xəsarətləri ilə nəticələnən və dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmiş, bununla da bir qrup şəxs halında, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimə t göstərməklə silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq etmiş, zərərçəkmiş X1 qəsdən ağır zərər vurmuşdur. 4. 13 mart 2020-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-06/2021 nömrəli, 05 fevral 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 26 sentyabr 2019-cu tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayəti vermişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-360/2021 nömrəli, 09 sentyabr 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-06/2021 nömrəli, 05 fe vral 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təyin olunmuş 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasının həddi 05 (beş) ilə endirilmiş və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə Məhkum üzərində cinayətlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Ka ssasiya şikayətlərinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eynidir, müdafiəçisi onları təkrarlamaqla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-360/2021 nömrəli, 09 sentyabr 2021-ci il tarixli qərarını Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi dair hissədə ləğv etməklə Məhkum barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə dair hissədə isə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunmaqla azadlıqdan məhrum etmə növündən kənar cəzaya məhkum edilməsinə dair qərar qəbul edilməsini xahiş edir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya m üraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən görü ndüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum müda fiəçisi Müdafiəçi2 kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirinin sübuta yetirilmədiyinə görə bəraət verilməsini, həmçinin məhkuma Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə azadlıqdan məhrum etməyə alternativ növdə cəza təyin edilməsini xahiş edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6 və 416.1.21-ci maddələrində şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əla qəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-360/2021 nömrəli, 09 sentyabr 2021-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
18. Yuxarıda təsvir edildiyi cinayət əməlinin törətməsinin mübahisələndirilməsi üzrə dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin d əlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi Məhkum qeyd edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələrinin dispozisiyasından və Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarından çıxış edərək, sonuncunun əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
19. Apel lyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələr ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib şərh edildiyindən, apel lyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
20. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin bu hissədə qəbul etdiyi qərar maddi cinayət-hüquqi normalarına uyğundur. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən məhkumun əməllərində yüngülləşdirici halları nəzərə aldığını qeyd etmiş olsa da, təyin etdiyi real cəza yüksək həddə olmuşdur. Bu səbəbdən apellyasiya instansiyası mə hkəməsi düzgün olaraq Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təyin olunmuş 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasının həddi 05 (beş) il ilə endirmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsaslanmaqla qəti cəzanı 06 (altı) il müddətində müəyyən etmiş, nətcədə qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
21. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənaf eyinə uyğun təfsirini təqdim etməyə və müvafiq surətdə müdafiəsini qurmağa bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni və əsaslı (cəza təyini ilə bağlı hissə istisna olmaqla) ittiham hökmü çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün cəzaya aid hissəsində dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübah isələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
22. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilən kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-360/2021 nömrəli, 09 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-360/2021 nömrəli, 09 sentyabr 2021-ci il tarixli qərarı dəyiş