Məhkəmə qərarları › İş №1(102)-1823/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1823/2023

07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1823/2023 07.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun və müdafiəçisi Qasımov Feyzulla Sabir oğlunun iştirakları ilə, xx xxxx ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Yardımlı rayonu, Bozayran kəndində qeydiyyatda olmaqla xxxxxxxxxx faktiki yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 1(105)-148/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X5 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 1(124)-183/2022 nömrəli hökmü ilə (hakimlər: F.Z.Hümbətov (sədrlik edən), H.S.Əliy ev və A.T.Rzayeva) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 228.4-cü maddəsi ilə 08 (səkkiz) ay müddətə, CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il 03 (üç) ay müddətə, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplamaq yolu ilə qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 06 (altı) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin b ir gününə bərabər tutulub 09 (doqquz) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanaraq ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı 18 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkumun müdafiəçisi tərəfindən isə apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.G.Rəhimov (sədrlik edən), E.M.Əhmədov və M.Ə.Rzayev) apellyasiya protesti və apellyasi ya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 aprel 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittiham əsasən Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdarda - 9,293 qram çəkidə, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxil edilmiş psixotrop maddə meta mfetamini əldə edərək iki ədəd bükümə bölüb üzərində saxlamaqla daşımış, bundan başqa istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silah hesab edilən bir ədəd predmeti qanunsuz əldə edərək üzərində gəzdirmiş və bu haqda daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən 18 avqust 2021-ci il tarixdə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum həmin gün saat 18:25-də Sumqayıt şəhəri, məhəllə M-19 ünvanının qarşısında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, orada həmin tarixdə saat 19:09-dan üzərində keçirilən şəxsi axtarış və götürmə əməliyyat-istintaq hərəkətləri zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd bükümdə ayrılıqda çəkiləri 5,198 qram və 4,095 qram, ümumilikdə isə şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdarda - 9,293 qram çəkidə psixotrop maddə metamfetamin və əynindəki qara rəngli idman şalvarının sol yan cibindən qanunsuz olaraq əldə edib gəzdirdiyi kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silah hesab edilən bir ədəd predmet aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi Məhkum yuxarıda qeyd olunan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni satış məqsədi və tamah niyyəti olmadan əldə edib daşıması və saxlaması haqqında nəticəyə gələrək onun əməl ini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif etmiş, apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətməsi təsdiq olunduğu halda birinci instansiya məhkəməsi cinayət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq sübutları tədqiq edib-qiymətləndirməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmaqla eyni pozuntuları təkrarlamışdır. Dövlət ittihamçısı məhkəmələrin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlinməsini göstərən hallar kimi xüsusilə ona istinad etmişdir ki, psixotrop maddə olan metamfetaminin kəskin istifadəçisi, həmin vasitədən asılılığı olmayan Məhkum üzərindən eyni çəkilərdə olan 2 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,198 qram, və 4,095 qram ümumi təmiz çəkiləri 9,293 qram olmaqla, yəni şəxsi istehlak miqdarı üçün müəyyən edilmiş həddən 60 dəfə çox, külli miqdar üçün müəyyən edilmiş həddən isə 4,5 dəfə çox metamfetamin aşkar edilmişdir ki, göstərilən bu hal Məhkum üzərindən aşkar ed ilmiş psixotrop maddə olan metamfetaminin şəxsi istehlak məqsədi ilə deyil, şəxsi məqsədi üçün yaymaqda ifadə olunan satış məqsədi ilə həyata keçirməsinə dəlalət edir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu m addəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslar dan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 4 19-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 aprel 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestindən görünür ki, dövlət ittihamçısının Məhkum psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında qənaətə gəlməsinə həlledici şəkildə Məhkum aşkar edilmiş psixotrop maddə – metamfetaminin miqdarı (9,293 qr) təşkil etməklə şəxsi istehlak miqdarı üçün müəyyən edilmiş həddən 60 dəfə çox, külli miqdar üçün müəyyən edilmiş həddən isə 4,5 dəfə çox olması və 2 bükümdə olması və məhkəmə-narkoloji yoxlamanın rəyi ilə Məhkum narkomaniyadan əziyyət çəkməyən, ümumiyyətlə narkotik vasitələrindən istifadə etməyən şəxs olmasının müəyyən edilməsi səbəb olmuşdur. O, həm də mövqeyini “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarına istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, Plenumun həmin qərarına görə də narkotik vasitəni satmaq niyyətinin olub-olmamasının müəyyən edilməsi zamanı narkotikin miqdarı, çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması da nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenum qərarının kassasiya protestində istinad olunan müddəasında (9-cu bəndində) məhkəmələrə izah olunur ki, “Azərbaycan Re spublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.” Narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəm ə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından gətirilmiş həmin iqtibas belə dövlət ittihamçısının irəli sürdüyü dəlillərin onun mövqeyi ilə razılaşmaq üçün kifayət etmədiyini göstərir. Çünki, Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Plenum qərarının tövsiyyələrinin mənasına görə şəxsin narkomaniya xəstəliyinə düçar olmasının müəyyən olunmaması da onun aşkar edilmiş narkotik vasitəni məhz satış üçün əldə edib saxlamasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hal kimi şərh edilə bilməz. Plenum qərarının tövsiyyələri ilə müq ayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, məhkəmə-narkoloji yoxlamanın gedişində Məhkum narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmasa da (hərçənd rəydə eyni zamanda onda psixotrop maddə olan metamfetamindən periodik istifadə etmə halları olduğu qeyd olunur), eyni zamanda ondan götürülmüş 9,293 qram metamfetaminin külli miqdar olduğu müəyyən edilsə də, Məhkum digər istehlakçılarla razılıq əldə etməsi, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqlarının olması, satış üçün narkotik vasitələri xırda bükümlərə qablaşdırması (cəmi iki bükümdə əldə edib), onda narkotik vasitələrin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Belə ki, Məhkum istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə bağlı əldə edilmiş məlumatları n əks olunduğu “CD” formatlı diskə, eləcə də, tutulan zaman Məhkum üzərində olan “İphone X” markalı mobil telefona bilavasitə baxış keçirilməsi ilə bağlı 23 avqust və 08 noyabr 2021-ci il tarixli protokollardan, həmçinin "Şəxsi axtarış keçirilməsi barədə” 18 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum tərəfindən narkotik vasitə və psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən ümumiyyətlə heç bir məlumat, eyni zamanda üzərində cihaz və elektron daşıyıcı mövcud olmamışdır. Belə vəziyyətdə məhkəmələr haqlı olaraq Məhkum psixotrop maddəni məhz satmaq məqsədilə əldə edib saxladığını, daşıdığını söyləmək üçün kifayət qədər faktiki əsasların olmaması haqqında nəticəyə gəlmişlər. Birinci instansiya həmin halların mövcud olmaması və təqsirkarın hərəkətlərində məhz CM-i n 234.1-ci maddəsinin tərkibinin olması haqqında yekun qənaəti qərarda ətraflı təsvir olunmuş sübutlarla uzlaşır. Belə ki, Məhkum məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, məhkəməyədək icraatda verdiyi ilkin ifadəsindən psixotrop maddəni Sumqayıtda yaşayan X adlı şəxsdən şəxsi istifadəsi üçün 60 manat pulun müqabilində iki ədəd bükümdə əldə etdiyini göstərmişdir. Bundan başqa, ibtidai istintaqı orqanı tərəfindən Məhkum götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi, onun psixotrop vasitələrin satışı ilə məşğul olmasının yoxlanması barədə əməliyyat tapşırığı verilmiş, həmin əməliyyat tapşırığının cavabında formal olaraq Məhkum psixotrop maddələrin satışı ilə məşğul olması qeyd edilsə də, hər hansı bir mötəbər məlumata istinad edilməmiş, əksinə Məhkum nə vaxt, kimdən, ha rada və hansı şəraitdə psixotrop maddənin əldə edilməsi, psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin olması ilə bağlı hər hansı bir müsbət nəticənin əldə edilmədiyi göstərilmişdir. İş üzrə dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı məlumat verməmişlər. Onlar müstəsna olaraq yuxarıda qeyd olunan psixotrop maddənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Cinayət işi üzrə istər ibtidai istintaq, istərsə də məhkəmə baxışları dövründə Məhkum gerçəkdən də psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmasına dəlalət edə biləcək, yəni əməliyyat məlumatının (Məhkum psixotrop maddələrin satışı ilə məşğul ol ması hissəsində) doğru olduğunu təsdiq edən sübutlar əldə edilməmişdir. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından belə görünür ki, apellyasiya instansiya məhkəməsi qərarında Məhkum cinayət əməlini kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış, CPM-in 144-146-cı maddələrinə uyğun olaraq yoxlanılıb qiymətləndirilmiş sübutların məcmusuna əsaslanmışdır. Odur ki, kollegiya apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsinə dair dövlət ittihamçısının iddiası ilə razılaşmır, bu səbəbdən də müəyyən edilmiş işin hallarını (Məhkum satış məqsədi olmadan psixotrop maddəni əldə edib saxlaması, daşıması haqqında nəticəni) şübhə altına almaq üçün əsas görmür. Belə olan halda, dövlət ittihamçısının kassasiya protestində Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmaması haqqında mülahizəsi də əsaslı sayıla bilməz. Çünki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş yuxarıda qeyd olunan əməlləri (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edilməsini, saxlanmasını və daşınmasını) cinayət olaraq məhz CM-in 234.1-ci maddəsi nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, dövlət ittihamçısının kassasiya protestində istinad etmiş olduğu digər dəlillər də, apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qanuni və əsaslı qərarın ləğv edilməsini şərtləndirən əsaslı arqument kimi qəbul edilə bilməz. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CP M-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protesti ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməməsi barədə məhkum və onun müdafiəçisinin, kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 11 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini n tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı X5 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 1(105)-148/2023 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar