Məhkəmə qərarları › İş №1(102)-1823/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1823/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1823/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs10 və onun nümayəndəsi, “M.B.M” Vəkil Bürosunun vəkili Nümayəndə Qurbanəli oğlunun iştirakları ilə, xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş və məhkuml uğu ödənilmiş, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 52, inzibati binada qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2023-cü il tarixli 1(103)-1983/2023 nömrəli qərarından Zərərçəkmiş şəxs10 və onun nümayəndəsi, “M.B.M” Vəkil Bürosunun vəkili Nümayəndə Qurbanəli oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli 1(011)-383/2023 nömrəli hökmü ilə (hakim Sülhanə Hacıyeva) Məhkum - Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələ ri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, ev dustaqlığında saxlandığı 3 aprel 2023-cü il tarixdən 3 may 2023-cü il tarixədək olan 1 ay müddət, bir günə bir gün bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq üzərində 2 (iki) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 9 avqust 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən Zərərçəkmiş şəxs10 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2023-cü il tarixli 1(103)-1983/2023 nömrəli qərarı ilə (hakimlər: E.H.Allahverdiyev (sədrlik edən), C.V.Hüseyn və H.Ç.Məmmədov) apelyasiya şikayəti və ona əlavə təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs Məhkum özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Şahid1 vasitəsi ilə tanış olduğu müddətdən artıq xidmət keçmiş, 2021-ci ilin sentyabr ayında ordu sıralarından təxris olunmuş Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək guya əlilliklə təqaüd alacağında köməklik edəcəyinə dair yalan vəd verib bu məqsədlə 2021-ci ilin oktyabr ayının ortalarında ünvan 2 ünvanında yerləşən “Manqal” restoranında 4.000 manat, 2021ci ilin oktyabr ayının sonlarında onun tərəfindən Şahid1 kirayə yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ünvansız fərdi yaşayış evinə göndərilmiş dövlət qeydiyyat nişanı məlum olmayan naməlum taksi sürücüsü vasitəsi ilə Zərərçəkmiş şəxs1 2.500 manat nağd pul vəsaitini alıb vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə aldadaraq Zərərçəkmiş şəxs1 cəmi 6.500 (altı min beş yüz) manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Şahid1 vasitəsi ilə tanış olduğu orduda tibb xidməti keçən, lakin təxris oluna bilməyən baş leytenant Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək bu işdə köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq 2021-ci ilin oktyabr ayının sonlarında ünvan 4 ünvanında yerləşən “Coffeco” restoranında Zərərçəkmiş şəxs2 Şahid1 vasitəsi ilə göndərdiyi 8.000 manat nağd pul vəsaitini alıb ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 8.000 (səkkiz min) manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə etibardan sui-istifadə edərək tanışı Zərərçəkmiş şəxs2 qohumu Zərərçəkmiş şəxs3 guya “ASAN xidmət”də işə düzəltməkdə köməklik göstərəcəyi barədə yalan vəd verərək bu məqsədlə 2021-ci ilin noyabr ayının əvvəllərində onun tərəfindən Abşeron rayonu, Pirəkəşkül qəsəbəsinə göndərilmiş dövlət qeydiyyat nişanı məlum olmayan naməlum taksi sürücüsü vasitəsi ilə Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 vasitəsi ilə göndərdiyi 11.500 manat nağd pul vəsaitini alı b ələ keçirməklə aldadaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 11.500 (on bir min beş yüz) manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə etibardan sui-istifadə edərək tanışı Zərərçəkmiş şəxs2 əmisi X5 qızı X3 dayandırılmış təqaüdünün bərpasında köməklik edəcəyinə dair yalan vəd verib bu məqsədlə 2021-ci ilin noyabr ayının əvvəllərində ünvan 4 ünvanında yerləşən “Coffeco” restoranında X11 Əhmədli vasitəsi ilə göndərdiyi 5.000 manat, 2021-ci ilin noyabr ayının sonlarında onun tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə göndərilmiş dövlət qeydiyyat nişanı məlum olmayan naməlum taksi sürücüsü vasitəsi ilə X11 Əhmədli vasitəsi ilə göndərdiyi 2.500 manat nağd pul vəsaitini al ıb vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə aldadaraq zərər çəkmiş şəxs X cəmi 7.500 (yeddi min beş yüz) manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə etibardan sui-istifadə edərək tanışı Zərərçəkmiş şəxs2 iş yoldaşı qadın hərbi qulluqçu Zərərçəkmiş şəxs5 iş yerinin Bakı şəhərində yerləşən hərbi hissəyə dəyişilməsində köməklik edəcəyi barədə yalan vəd verib bu məqsədlə 2021-ci ilin noyabr ayının ortalarında ünvan 4 ünvanında yerləşən “Coffeco” restoranında Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs2 vasitəsi ilə göndərdiyi 4.000 manat, 2021-ci ilin dekabr ayının ortalarında ünvan 4 ünvanında yerləşən “Coffeco” restoranında Zərərçəkmiş şəxs5 1.000 manat nağd pul vəsaitini alıb vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə aldadaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 cəmi 5.000 (beş min) manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə etibardan sui-istifadə edərək tanışı Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs6 dayandırılmış İİ qrup əlilliyinə görə təqaüdünün bərpasında köməklik edəcəyi barədə yalan vəd verib 2021-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən adsız restoranların birində Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs2 vasitəsi ilə göndərdiyi 6.000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə aldadaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 6.000 (altı min) manat xeyli miqdarda ziyan vura raq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanış olduğu tibb xidməti baş leytenantı Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək vəzifəsini Bakı şəhərində davam etdirilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib bu məqsədlə 2021-ci ilin dekabr ayının əvvəllərində ünvan 4 ünvanında yerləşən “Coffeco” restoranında 10.000 manat, 2021-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 3 ünvanında yerləşən Müdafiə Nazirliyinin binasının qarşısında 5.000 manat, 2021-ci ilin dekabr ayının sonlarında ünvan 4 ünvanında yerləşən “Coffeco” restoranında 2.500 manat nağd pul vəsaitini Zərərçəkmiş şəxs7 alıb vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə aldadaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 cəmi 17.500 (on yeddi min beş yüz) manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə etibardan sui-istifadə edərək tanışı Zərərçəkmiş şəxs2 tanıdığı İ Qarabağ müharibəsində yaralansa da, təqaüd təyin olunmamış Zərərçəkmiş şəxs8 əlilliklə təqaüd alması üçün köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 2021-ci ilin dekabr ayının əvvəllərində onun tərəfindən ünvan 6 ünvanında yerləşən Müdafiə Nazirliyi Baş Klinik Hospitalına göndərilmiş dövlət qeydiyyat nişanı məlum olmayan naməlum taksi sürücüsü vasitəsi ilə Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs2 vasitəsi ilə göndərdiyi 5.000 manat, 2022-ci ilin yanvar ayının sonlarında Xətai rayo nu, Məhəmməd Hadi küçəsi 67 ünvanında yerləşən “Coffeco” restoranında Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs2 vasitəsi ilə göndərdiyi 2.000 manat nağd pul vəsaitini alıb vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 cəmi 7.000 (yeddi min) manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək anası X2 təqaüdünü bərpa etdirəcəyinə dair yalan vəd verib 2022-ci ilin may ayının ortalarında ünvan 7 ünvanında yerləşən “McDonald`s” restoranının qarşısında 4.000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə aldadaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 4.000 (dörd min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edərək sonuncunun kürəkəni X4 barəsində aparılan cinayət işinin xitam olunması və azadlığa buraxılmasına, eləcə də Zərərçəkmiş şəxs10 özü ilə bağlı aparılan mülki icraata vəkil tutmaqla köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq, 2022ci ilin oktyabr ayından dekabr ayınadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda ünvan 8 ünvanında yerləşən “Şanlı Urfa” restoranında müvafiq olaraq 10.000 manat, 3.500 manat, 1.000 manat, 1.000 manat, 700 manat, 200 manat, 6.500 manat – cəmi 22.900 manat nağd pul vəsaitini alıb vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 ümumilikdə 22.900 (iyirmi iki m in doqquz yüz) manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs10 və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum ittiham olunduğu CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan ən yüksək həddə cəzanın təyin edilməsinə dair qərar qəbul edilməsi və əlavə maddi ziyanın məhkumdan tutularaq ona ödənilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Zərərçəkmiş şəxs10, Nümayəndə və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesa b edir ki, aşağıdakılara əsasən verilmiş kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbi q edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Zərərçəkmiş şəxs10 və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız məhkuma təyin edilmiş cəzanın yüngüllüyü mübahisələndirilir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzə rdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cin ayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikasının CM-in 178.2-ci maddəsinə görə “Eyni əməllər: 178.2.2. təkrar törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əla qədar mövqeyi ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin məhkum еdilmiş şəхs Məhkum cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Tör ədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyəl əndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayə t qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zam anı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəti cədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3-cü maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Belə ki, iş materiallarından görünür ki, Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 cəmi 6.5 00 manat, Zərərçəkmiş şəxs2 8.000 manat, Zərərçəkmiş şəxs3 11.500 manat, X6 cəmi 7.500 manat, Zərərçəkmiş şəxs5 cəmi 5000 manat, Zərərçəkmiş şəxs6 6.000 manat, Zərərçəkmiş şəxs7 cəmi 17.500 manat, Zərərçəkmiş şəxs8 cəmi 7.000 manat, Zərərçəkmiş şəxs9 4.000 manat və Zərərçəkmiş şəxs10 cəmi 22.900 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. İş materiallarından görünür ki, Məhkum tərəfindən Zərərçəkmiş şəxs5 dəymiş ziyan tam ödənilmiş, Zərərçəkmiş şəxs7 isə 17.500 manat məbləğində dəymiş ziyandan yalnız 1500 manat məbləğində ziyan ödənilmişdir. Məhkəmə kollegiyası şikayətdə göstərilən dəlillərlə razılaşaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi məhkum edilmiş şəxs Məhkum tərəfindən vurulmuş ziyanın cüzi hissəsinin ödənilməsi, məhkumun həmin məbləği isə birinci instansi ya məhkəməsinədək icraat zamanı ödəməsini, sonrakı dövrlərdə vurulmuş ziyandan hər hansı məbləğdə ödəniş etməməsini nəzərə almamış, yalnız məhkumun qalan məbləği ödəyəcəyinə dair öhdəlik götürməsinə istinad edərək kifayət qədər əsaslandırma aparmadan ona yüngül cəza təyin etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Beləliklə, kassasiya şikayətinin dəlilləri ilə razılaşan və həmin şikayətin təmin edilməsini mümkün bilən məhkəm ə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın ma teriallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkum haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında q ərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Zərərçəkmiş şəxs10 və onun nümayəndəsi tərəfindən birgə verilmiş kasassiya şikayəti təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar