Məhkəmə qərarları › İş №1(102)-1823/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1823/2025

26.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1823/2025 26.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, 6 may 1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Daşarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olun muş, məhkumluğu ödənilmiş, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yuxarı Daşarx kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 186.2.2ci maddəsi ilə və xx xxx 1999-cu ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İsmayıllı şəhəri, Ruslan Bədəlov küçəsi, ev 52 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-283/2025 nömrəli 10 aprel 2025-ci il tari xli qərarından Məhkum2 müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Məhkum1 və onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-338/2024 nömrəli 31 oktyabr 2024cü il tarixli hökmü ilə (sədrlik edən hakim M.İ.Hacıyeva) Məhkum1 - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəzanın CM-in 70-ci maddəsinə əsasən, şərti olaraq tətbiq edilməklə barəsində 2 (iki) il sınaq müddətinin müəyyən edilməsi qərara alınmışdır. Məhkum2 - Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəzanın CM-in 70-ci maddəsinə əsasən, şərti olaraq tətbiq edilməklə barəsində 2 (iki) il sınaq müddətinin müəyyən edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi2, təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri və Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-283/2025 nömrəli 10 aprel 2025-ci il tarixli qərarı ilə (hakimlər Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), E.Z.Əliyev və M.Ə.Abbasovdan iba rət məhkəmə tərkibində) аpellyаsiyа şikayətləri təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)338/2024 nömrəli 31 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilmiş, hökmdən Məhkum1 və Məhkum2 CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar xaric edilmişdir. Məhkum1 26 yanvar 2024-cü il tarixdən 31 oktyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 9 (doqquz) ay 5 (beş) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına daxil edilməklə həmin cəzadan çıxılmış və onun üzərində 2 (iki) il 8 (səkkiz) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müdd ətinin başlanğıcının 10 aprel 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkum2 26 yanvar 2024-cü il tarixdən 31 oktyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 9 (doqquz) ay 5 (beş) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına daxil edilməklə həmin cəzadan çıxılmış və onun üzərində 2 (iki) il 2 (iki) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 10 aprel 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən Məhkum1 əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 ilə şəxsi münasibətlərinin pozulması zəminində qisas almaq niyyəti ilə sonuncunu n avtomobilini yandırmaqla partladıb qəsdən məhv etmək məqsədilə Məhkum2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək niyyətlərinə nail olmaq üçün əvvəlcədən 1 litr alışdırıcı maddə (benzin) əldə edib plastik qabda saxlamaqla 24 yanvar 2024-cü il tarixdə, saat 00:06-da Məhkum2lə birlikdə ünvan 1 ünvanda yerləşən binanın qarşısına gedib orada saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus "X3" markalı, **-CA*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısının şüşəsini qrup üzvü Məhkum2 daş parçası ilə vurub sındıraraq, qapısını açdıqdan sonra, o, əvvəlcədən əldə edib özləri ilə gətirdikləri plastik qabda olan 1 litr alışdırıcı maddəni (benzini) avtomobilin salonuna tökərək alovun və partlayışın təsirindən həmin avtomobilin yanında saxlanılmış Zərərçəkmiş şəxs2 məxs us "Mercedes Benz ML350 minik" markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin də yanaraq məhv olunacağına əmin olduğu halda qəsdən kibritlə "X3" markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə od vuraraq yandırıb partlatmış, alovun təsirindən yaxınlıqda olan "Mercedes Benz ML350 minik" markalı, **CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin də yanaraq məhv olunduğunu görüb bunun qarşısını almayaraq qəsdən hər iki avtomobili vahid niyyətlə əhatə olunan qəsdlə yandırmaqla partladıb ümumi təhlükəli üsulla məhv edərək avtomobil sahibləri Zərərçəkmiş şəxs1 10.000 manat, Zərərçəkmiş şəxs2 isə 20.500 manat xeyli miqdarda ziyan vurmuşdur. Məhkum2 tanışı Məhkum1 əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 ilə şəxsi münasibətlərinin pozulmasını bilib qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs 1 avtomobilini yandırmaqla partladıb qəsdən məhv etmək məqsədilə Məhkum1la qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, niyyətlərinə nail olmaq üçün əvvəlcədən 1 litr alışdırıcı maddə (benzin) əldə edib plastik qabda saxlamaqla 24 yanvar 2024-cü il tarixdə, saat 00:06-da Məhkum1 ilə birlikdə ünvan 1 ünvanda yerləşən binanın qarşısına gedib orada saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus "X3" markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısının şüşəsini o, daş parçası ilə vurub sındıraraq, qapısını açdıqdan sonra, qrup üzvü Məhkum1 əvvəlcədən əldə edib özləri ilə gətirdikləri plastik qabda olan 1 litr alışdırıcı maddəni (benzini) avtomobilin salonuna tökərək alovun və partlayışın təsirindən həmin avtomobilin yanında saxlanılmış Zərərçəkmiş şəxs2 mə xsus "Mercedes Benz ML350 minik" markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin də yanaraq məhv olunacağına əmin olduğu halda qəsdən kibritlə "X3" markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə od vuraraq yandırıb partlatmış, alovun təsirindən yaxınlıqda olan "Mercedes Benz ML350 minik" markalı, **CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin də yanaraq məhv olunduğunu görüb bunun qarşısını almayaraq qəsdən hər iki avtomobili vahid niyyətlə əhatə olunan qəsdlə yandırmaqla partladıb ümumi təhlükəli üsulla məhv edərək avtomobil sahibləri Zərərçəkmiş şəxs1 10.000 manat, Zərərçəkmiş şəxs2 isə 20.500 manat xeyli miqdarda ziyan vurmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyası nın 1(103)-283/2025 nömrəli 10 aprel 2025-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum2 azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə göstərilmişdir ki, Məhkum2 etdiyi əməlini səmimi etiraf etmiş, bu hərəkətlərindən dərin peşmançılıq hissi keçirtdiyini, ailəsinin ağır maddi durumda olduğunu, evə yeganə çörək pulu gətirənin onun olduğunu, valideynlərinin xəstə olduqlarını, əvvəllər məhkum olunmadığını, valideynlərinin onun himayəsində olduqlarını, onlara baxacaq digər bir şəxsin olmadığını, zərər çəkənlərin ziyanını tam olaraq ödədiyini və onlarla barışdığını qeyd etməklə hər kəsdən bir daha üzr istəmişdir. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-283 /2025 nömrəli 10 aprel 2025-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum1 azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə göstərilmişdir ki, Məhkum1 törətdiyi cinayət əməlini səmimi etiraf etmiş, əməlindən peşiman olduğunu bildirmişdir, ailəsinin ağır maddi durumda olmasını, ailəyə yeganə çörək pulu gətirən özü olmasını, valideynlərinin qoca, yaşlı olmalarını, onlara yeganə kömək edən özü olmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanın tam ödənildiyini bildirib onlardan bir daha üzr istəmişdir. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-283/2025 nömrəli 10 aprel 2025-ci il tarixli qərarının dəyişdirilməsi və onun barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təy in olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunması barədə qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqini n düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş kassasiya şikayətlərində məhkumlara təyin edilmiş cəzanın ağır olması mübahisə edilir və onlara təyin olunmuş cəzanın şərti olaraq tətbiq olunması xahiş olunur. Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsinə əsasən, “özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsinə əsasən, “eyni əməllər yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkumlar Məhkum1 və Məhkum2 əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifa dələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin təqsirli bilindikləri maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş, kassasiya şikayətlərində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən d iqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi his səsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı c inayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs b arəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləş dirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şə rti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası C inayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum2 əvvəllər məhkum olunmamasını, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını, evli olmasını, azyaşlı övladının olmasını, həmçinin Məhkum1 törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını, ailənin yeganə qazanc gətirəni olmasını cəzalarını yüngülləşdirən hallar kimi və Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilmələrini cəzalarını ağırlaşdıran hal kimi nəzərə alaraq, Məhkum1 və Məhkum2 barələrində CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalarını xaric etmiş, Məhkum1 2 (iki) il 8 (səkkiz) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının, Məhkum2 isə 2 (iki) il 2 (iki) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasına dair yekun nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyasi məhkəməsinin cəza təyininə dair mövqeyini əsaslı hesab edərək qeyd edir ki, Məhkum1 və Məhkum2 barələrində CMin 70-ci maddəsinin tətbiq edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Belə ki, cinayət işi üzrə Məhkum1 və Məhkum2 cəmiyyətdən təcrid olunmadan islah olunmalarının mümkünlüyü halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarının şərti tətbiq olunmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətlərinin bu barədə dəlilləri heç bir hüquqi əsası olmayan dəlillərdir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya də yişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətlərin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-283/2025 nömrəli 10 aprel 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutara q Qərara aldı: Məhkum1, onun müdafiəçisi və Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 barələrində Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-283/2025 nömrəli 10 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar