Məhkəmə qərarları › İş №1(102)-1824/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1824/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1824/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunm ası barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli hökmündən Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim X5) 19 yanvar 2022ci il tarixli hökmü ilə 03 avqust 1994-cü ildə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 8-ci Korpus,ev 163B ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə bəraət verilmiş, barəsində seçilmiş baş qa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 oğlundan ibarət tərkibdə) 21 iyun 2022-ci il tarixli hökmü ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-9/2022 saylı, 19 yanvar 2022-ci il tarixli hökmü ləğv edilmişdir. Məhkum Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum ona təyin olunmuş cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir ona görə ki, o, 21 fevral 2020-ci ildə saat 02:20 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 6.5-ci kilometrində idarə etdiyi “BMW 528 minik” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun orta zolağı ilə Quba rayonu istiqamətində faraların yaxın vuran işıqlarında 70-80 km/saat sürətlə hərəkətdə olarkən yol hə rəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X10» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib yolun ortasında uzanıqlı və hərəkətsiz vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs alın, sağ təpə və ənsə nahiyələrinin əzilmiş-cırılmış yaraları, sağ təpə və ənsə sümüklərinin kəllə əsasına keçən sınığı, başın sağ təpə və ənsə nahiyələrinin yumşaq toxumaları altına geniş həcmli qansızma, aralıq nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüklərinin sınığı ilə müşayiət olunan burun əsasının qançır və sınığı, alt çənə sümüyünün sınığı, sağ və sol bazu, sağ bud sümüklərinin qapalı yerdəyişən sınıqları, sol ağciyərin yuxarı və aşağı paylarında əzilmişcırılmış yaraları ilə müşayiət olunan sol tərəfdən İİ-İX qabırğaların sınıqları, sağ və sol qalça sümüklərinin sınıqları, alın, sağ gicgah nahiyəsinin, sağ qulaq seyvanının, sağ göz qapaqlarının, sağ almacıq nahiyəsinin, sağ yanaq nahiyəsinin, çənəaltı nahiyənin, döş qəfəsinin ön və sol- yan səthinin, qarnın sağ və sol yarısının ön səthinin, sol qasıq nahiyəsinin, sağ və sol mil- bilək oynağı nahiyəsinin, sağ bazunun, sağ dirsək oynağı nahiyəsinin, sağ saidin, döş qəfəsinin sol yarısının arxa səthinin, sol bazu oynağı nahiyəsinin, sağ əlin arxa səthinin, sağ və sol diz oynağı nahiyəsinin, sol budun, sol baldırın sıyrıqları, bel nahiyəsinin, sağ və sol əlin arxa səthinin, sağ ayağın iç və bayır topuğunun qançırları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək ölümünə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, istintaqın ilkin mərhələsindən o, ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməmişdir. Belə ki, şahidlərin İfadələrində göstərdikləri bir daha onu təsdiq edir ki, o, idarə etdiyi nəqliyyat vasitəsilə mərhum Zərərçəkmiş şəxs vurmamış, sonuncunun yerdəki vəziyyətinin yerə tökülmüş beton qarışığına bənzədilməsi isə üzərindən avtomobil keçərkən cansız (ölmüş) olduğunun göstəricisidir. Binəqədi Rayon Məhkəməsi düzgün olaraq Şahid4 ifadəsində göstərilənləri digər sübutlarla müqayisəli şəkildə yoxlayıb qiymətləndirərək hesab etmişdir ki, həmi n ifadələr öz təsdiqini tapmadığından həqiqəti əks etdirmir. Belə ki, Şahid4 ifadəsində hadisə günü idarə etdiyi “MAZ- 32293 yük” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtomobillə Quba rayonu istiqamətində 40 km/saat sürətlə hərəkət edərkən yolun sağ kənarında olan xəndəkdən insan çığırtısı səsi eşidib avtomobildən düşərək səs gələn tərəfə getdiyini, bu zaman yolda uzanıqlı və ya hərəkətsiz vəziyyətdə adam olmadığını, qadının yanında olarkən sonuncunun yenə çığıraraq “maşın yolda adam vurdu” dediyini, səs gələn tərəfə qaçdıqda yolun ortasında bir nəfərin uzanıqlı vəziyyətdə, irəlidə isə “BMW 528 minik” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu bildirsə də, hadisə yerinin kənarında aşmış vəziyyətdə olan “Opel Astra minik” markalı avtomobilin sürücü sü Şahid1 onu (Şahid4) hadisə yerində görmədikləri demişlər. Həqiqətən də, hadisə yerindəki betonqarışdıran avtomobil “Maz-32293 yük” markalı deyil “Kamaz” marlakalı avtomodil olmuşdur. Binəqədi Rayon Məhkəməsi tərəfindən əsaslı olaraq qeyd edilmişdir ki, cinayət işində onun idarə etdiyi avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 6.5-ci kilometrində hərəkətdə olarkən piyada Zərərçəkmiş şəxs vurmasını təsdiq edən, eyni zamanda həmin nəqliyyat vasitəsilə Zərərçəkmiş şəxs üzərindən keçərkən sonuncunun öncədən aldığı ağır dərəcəli həyati xəsarətlərdən artıq öldüyünü təkzib edən sübutlar olmadığından sözügedən yol-nəqliyyat hadisəsinin baş vermə şəraiti ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə cinayət işinin faktiki hallarına uyğun deyil. İttiham ın əsaslandığı halları təsdiq edən sübutlar olmadığından, yəni hadisənin ibtidai istintaq orqanının təqdim etdiyi şərait üzrə baş verməsi sübut olunmadığından ittiham əsaslı deyil və buna görə də, “toplanmış sübutlar” onun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı təqsirliliyinin müəyyən edilməsində mötəbər sübut kimi istifadə oluna bilməz. İttiham tərəfi məhkəmə baxışı zamanı onun Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən kifayət qədər mötəbər sübut təqdim olunmamışdır. Binəqədi Rayon Məhkəməsi yuxarıda təsvir olunanları nəzərə alıb iş üzrə tədqiq e dilən sübutları qiymətləndirərək düzgün hesab etmişdir ki, ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 21 iyun 2022-ci il tarixli hökmü ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmü əsassız olaraq ləğv olunmuş və o, CM-nin 263.2-cİ maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İstər ibtidai istintaq zamanı, istərsə də hər iki məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyada Zərərçəkmiş şəxs əvvəlcə istintaqla müəyyən edilməmiş şəxs tərəfindən idarə olunan avtonəqliyyat vasitəsi ilə vurulub hərəkətsiz vəziyyətinə gətirilmiş və yalnız bundan sonra o, yolun orta hissəsində hərəkətsiz vəziyyətdə olan piyadanı yolun kənarinda dayanmış “Kamaz” markalı betonqarışdıran avtomobildən tökülmüş betona oxşadaraq onun üzərindən idarə etdiyi avtomobillə keçmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli hökmünün əsassız, qanunsuz, və ədalətsiz olduğu üçün ləğv edilməsi və barəsində olan cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi haqqında qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin ma teriallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətb iqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblə rinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il t arixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən bir i də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 263.2-ci maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum 21 fevral 2020-ci ildə saat 02:20 radələrin də Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 6.5ci kilometrində idarə etdiyi "BMW 528 minik” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun orta zolağı ilə Quba rayonu istiqamətində faraların yaxın işıqlarında 70-80 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib yolun ortasında uzanıqlı və hərəkətsiz vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs vuraraq sonuncunun ölümünə səbəb olmuşdur. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı q aydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 1 -ci bəndində qeyd edilir ki, «yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 12-ci bəndinə əsasən Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, isti ntaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «X10» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləş dirilməlidir. Cinayət Məcəlləsinin 263.2-ci maddəsində avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan əmələ görə cinayət məsuliyyəti nəzərdə tutur. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyy at vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Cinayət işinin materiallarında olan və aşağı məhkəmələr tərəfindən tədqiq edilmiş: Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 21 fevral 2020-ci il tarixli protokoldan və yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə yeri Bakı-QubaDağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 6.5-ci kilometridir. Hadisə yerində yer örtüyü asfaltbeton olmaqla qurudur. Yol örtüyünün eni 12x12 metr, hərəkət zolaqlarının sayı 3, yolun işlək hissəsinin eni 4 m etrdir. Yolda müəyyən edilmiş sürət həddi 90 km/saat, sürücünün yerindən faraların işığında görünüş vəziyyəti uzaq vuran işıqda 100 metr, yaxın vuran işıqda 50 metrdir. "BMW 528 minik” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq dövlət nömrə nişanı yoxdur. "Opel Astra minik” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağında qazılmış xəndəyə düşüb aşmış vəziyyətdədir. Hadisə yerində tormozlama izləri aşkar edilməmişdir; Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 21 fevral 2020-ci il tarixli 2/1731 saylı Aktdan görünür ki, Məhkum həmin tarixdə sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş və ayıq olduğu müəyyən edilmişdir; Məhkəmə tibbi ekspertizasının 21 mart 2020-ci il tarixli 55 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində alın, sa ğ təpə və ənsə nahiyələrinin əzilmiş- cırılmış yaraları, sağ təpə və ənsə sümüklərinin kəllə əsasına keçən sınığı, başın sağ təpə və ənsə nahiyələrinin yumşaq toxumaları altına geniş həcmli qansızma, aralıq nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüklərinin sınığı ilə müşayiət olunan burun əsasının qançır və sınığı, alt çənə sümüyünün sınığı, sağ və sol bazu, sağ bud sümüklərinin qapalı yerdəyişən sınıqları, sol ağciyərin yuxarı və aşağı paylarında əzilmiş- cırılmış yaralar ilə müşayiət olunan sol tərəfdən İİ-İX qabırğaların sınıqları, sağ və sol qalça sümüklərinin sınıqları, alın, sağ gicgah nahiyəsinin, sağ qulaq seyvanının, sağ göz qapaqlarının, sağ almacıq nahiyəsinin, sağ yanaq nahiyəsinin, çənəaltı nahiyənin, döş qəfəsinin ön və solyan səthinin, qarnın sağ və sol yarısının ön səthinin, sol qasıq nahiyəsinin, sağ və sol milbilək oynağı nahiyəsinin, sağ bazunun, sağ dirsək oynağı nahiyəsinin, sağ saidin, döş qəfəsinin sol yarısının arxa səthinin, sol bazu oynağı nahiyəsinin, sağ əlin arxa səthinin, sağ və sol diz oynağı nahiyəsinin, sol budun, sol baldırın sıyrıqları, bel nahiyəsinin, sağ və sol əlin arxa səthinin, sağ ayağın iç və bayır topuğunun qançırları kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan 8-12 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərin xarakterin ə və lokalizasiyasına əsasən onun hərəkətdə olan avtomobillə vurulması və avtomobilin təkərlərinin onun üstündən keçməsi nəticəsində əmələ gəlmişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb sağ təpə və ənsə sümüklərinin kəllə əsasına keçən sınıqları nəticəsində beyinin qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar olmuşdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır; Kompleks məhkəmə-material, maddə və onlardan hazırlanmış məmulatları ekspertizasının 18 may 2020-ci il il tarixli 06/03 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş "BMW 528 minik” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin alt hissəsindən, ön sol tərəfdən, ön bamperin alt hissələrindən və "Opel A stra” markalı 50BV-179 dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsindən silinərək götürülmüş paralon süngərlər üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş "BMW 528 minik” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol tərəfdən silənərək götürülmüş süngərin üzərindən tapılmış tünd göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarından bir ədəd qolsuz gödəkçənin (jilet tipli) tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərində avtonəqliyyata aid lak-boya örtüyünün və hər hansı xarici detalının (təkərlərin, buferin) mikrohissəcikləri və ya sürtünmə izləri yoxdur; Məhkəmə yol-nəqliyyat hadisəsi eksp ertizasının 09 iyul 2020-ci il tarixli 8/814 nömrəli rəyindən görünür ki, "BMW 528 minik” markalı **-YA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində «X10» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi materiallarından göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin etdiyi məhkəmə tibbi ekspertizasının 25 avqust 2021-ci il tarixli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı alın, sağ təpə və ənsə nahiyəsində əzilmiş-cırılmış yaralar, sağ təpə və ənsə sümüklərinin kəllə əsasına keçən sınıqları, sağ təpə-ənsə nahiyəsin də yumşaq toxumaya qansızma, aralıq nahiyəsində əzilmiş-cırılmış yara, burun əsasında qançır və sıyrıq, burun sümüklərinin sınığı, alt çənə sümüyünün, sağ bud və hər iki bazu sümüyünün qapalı sınığı, sol İİ-İX qabırğaların sınığı, sol ağciyərin yuxarı və aşağı paylarının cırılmış yaraları, sağ və sol qalça sümüklərinin qapalı sınığı sifətin, çənəaltı, döş qəfəsinin ön və sol yan səthinin, qarnın sol və sağ yarısının ön səthinin, sol qasıq, sağ və sol mil-bilək oynağı, sağ bazu, sağ dirsək oynağı, sağ said, döş qəfəsinin arxa səthinin sol yarısının, sol bazu oynağı, sağ əlin arxa səthi, sağ və sol diz oynağı, sol bud və baldırın sıyrıqları, bel, sağ və sol əlin arxa səthinin sol yarısının, sol bazu oynağı, sağ əlin arxa səthi, sağ və sol d oynağı, sol bud və baldırın sıyrıqları, bel, sağ və sol əlin arxa səthinin, sağ iç v bayır topuğun qançırları müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər hamı həyatidir, ölümdən qısa müddət əvvəl yetirilmiş, küt yaranma mexanizminə malik olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə hərəkətdə olan avtomobillə piyadanın vurulması və onun üzərindən keçmə nəticəsində əmələ gəlməsi mümkündür. Belə ki, hər iki bazu və sağ bı sümüyünün qapalı yerdəyişən sınıqları avtomaşının qabarıq hissələri i piyadanın vurulması zamanı ağır açıq kəllə-beyin travması, qabırğalar sınıqları, ağciyərin cırılması və bədənin çoxsaylı sıyrıq və qançırları ilk zərbədən sonra bədənin zərblə yol örtüyünə çırpılması, avtomaşının alt hissə ilə zərərçəkmişin yol örtüyü üzərində sürüklənməsindən yaranmağa uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı onun bədəni üzərindən bir neçə avtomobilin keçməsini göstərən xəsarət və ya onun izi aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb olan ağır açiq kəllə-beyin travması piyadanın zərbədən sonra zərblə yol örtüyünə çırpılıması və avtomobilin alt səthi ilə zərərçəkmişin yol örtüyü üzərində sürüklənməsindən yaranmışdır. Apellyasiya baxışı zamanı dəvət edilmiş ekspert Abbasov Fəxrəddin oğlu Məhkəmə tibbi ekspertizasının 25 avqust 2021-ci il tarixli T187/2021 nömrəli rəyini təsdiq edərək ifadəsində və suallara cavab verərək göstərmişdir ki, şəxsdə bud sümüyünün sınığı, baldır sümüyünün sınması, piyada oturaq vəziyyətdə olarkən baş verib. Vurularkən oturaq vəziyyətdə olub. Sonra maşının altında sürüklənmişdir və başqa yaralar da əmələ gəlmişdir. Sürüklənmədə qabırğada, sol ağ ciyərdə, eyni zamanda kəllə sümüyündə ciddi xəsarətlər əmələ gəlmişdir. Bunlar hamısı həyati təhlükəli xəsarətlər olmuşdur. Xəsarətlər tam vertikal vəziyyətə uyğun gəlməmişdir. Vurulan piyada hərəkətdə olan piyada olmayıb. Elə bir texnologiya yoxdur ki, 2-3 saniyə ərzində hansı yaranın birinci, hansının sonradan əmələ gəldiyini aşkarlasın. Bu indiki dövrdə mümkün deyil. Üstündən bir neçə avtomobilin keçməsi halı aşkarlanmamışdır. Kəllə beyin sümüyü ilk zərbədən də qırıla bilər, zərbədən sonra sürüklənən zaman da qırıla bilər. Xəsarətlərin hamısı həyati olmuşdur. Xəsarətlər qısa zaman kəsiyində baş verən xəsarətlərdir. Bir neçə saniyə ərzində baş vermişdir. Bir maşının vurması nəticəsində baş vermiş xəsarətlərdir. Maşının təkərləri şəxsin üzərindən keçməmişdir. 2 təkərin a rasında qalıb sürüklənmişdir. Ona görə də bir çox sümüyü sınmışdır. Hadisənin mexanizmi 1 maşın üzərində gedir. Başqa maşın üzərində getmir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə Məhkum təqsirli olub-olmamasını müəyyən edilməsi üçün ilk növbədə baş vermiş yol nəqliyyat hadisəsinin düzgün mexanizmi müəyyən edilməli, həmin mexanizmə əsasən əldə edilmiş məlumatlara əsasən sürücünün hadisənin qarşısını almaq üçün texniki imkana malik olub olmadığı araşdırılmalıdır. Apellyasiya məhkəməsi haqlı olaraq iş üzrə sübutları araşdıraraq Məhkum hərəkətlərində «X10» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olması və həmin maddənini tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanının olmaması barədə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 09 iyul 2020-ci il tarixli rəyini mötəbər sübut kimi qəbul etmişdir. Həmin maddənin tələblərinə əsasən isə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalıdırlar. Belə ki, həmin ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, mövcud vəziyyətdə sürücü Məhkum diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hərəkət hissəsinin ortasında uzanıqlı və hərəkətsiz vəziyyətdə olan piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, uzanıqlı və hərəkətsiz vəziyyətdə olan piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli idi. Lakin sür ücü Məhkum idarə etdiyi BMW-528 markalı avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərkən hərəkət hissəsində uzanıqlı və hərəkətsiz vəziyyətdə olan piyadanı vurması onu izah edir ki, mövcud vəziyyətdə hadisə sürücü Məhkum hərəkətin təhlükəsizliyini təmin etməyən öz idarəetmə hərəkətləri ilə əlaqədar baş vermişdir. Həmçinin məhkəmə tibbi ekspertizasının 25 avqust 2021-ci il tarixli rəyində mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı onun bədəni üzərindən bir neçə avtomobilin keçməsini göstərən xəsarət və ya onun izi aşkar edilmədiyini qeyd edilmişdir. Göstərilən rəylə mərhum Zərərçəkmiş şəxs ölümünün məhz onun üzərindən keçən avtomobilin zərblə yol örtüyünə çırpması və avtomobilin alt səthi ilə zərərçəkmişin yol örtüyü üzərində sürüklənməsindən yarandığı da müəyyən edilmişdi r. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib yolun ortasında uzanıqlı və hərəkətsiz vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs vuraraq sonuncunun ölümünə səbəb olması, hadisənin baş verməsində təqsirinin olması barədə nəticəyə gələrkən ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə istintaq zamanı və məhkəmə istintaqında tədqiq olunan ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları CPM-nin 144146-cı maddələrinə müvafiq olaraq b ir-birilə müqayisəli şəkildə yoxlayıb qiymətləndirmiş, hadisənin baş verdiyi şəraitdə sürücü Məhkum hadisənin qarşısını almağa texniki imkanı olması və onun hərəkətlərində «X10» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində ittiham olunduğu CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, kassasiya məhkəmə kollegiyası bir daha qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Ple numunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsə lələrdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq e dilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda hə mçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasın ın seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2022-ci il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, cinayət işi üzrə hökm dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum o lunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2022-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar