Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1824/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum müdafiəçisi Müdafiəçi1 və məhkum Təqsirləndirilən şəxs2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə bəraət verilməsinə, onun həmin Məcəllənin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi1 və məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətlərinə və dövlət ittihamçısı X9 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X8 və X5 ibarət tərkibdə) 30 yanvar 2023-cü il tarixli hökmü ilə 6 noyabr 1994-cü ildə Bakı şəhərində anadan olmuş, orta təh silli, əvvəllər məhkum olunmamış, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. C əzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 02 fevral 2022-ci il tarixdən hesablanması, barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, narkomaniyadan ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması hökm edilmişdir. xx xxxxxx 1995-ci ildə Naxçıvan MR-da anadan olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona A zərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 il 06 ay il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 7 il 6 ay il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 04 fevral 2022-ci il tarixdən hesablanması, barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə digər şəxs-Təqsirləndirilən şəxs1 da məhkum olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər: X2 və X3 ibarət tərkibdə) 18 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 apellyasiya şikayətləri qismən təmin edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü Məhkum Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissəsində ləğv edilmişdir. Məhkum Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsi nə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə bəraət verilmişdir. Həmin hökmdən Məhkum Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəa xaric edilmiş, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qismən toplanılmış və ona cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyas iya şikayətinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü cəza hissəsində dəyişdirilmişdir. Təqsirləndirilən şəxs2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmünə əsasən təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılmışdır. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza ilə Təqsirləndirilən şəxs2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsini n 240.3.2-ci maddəsi ilə təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmış, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə irəli sürülmüş ittihama əsasən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası vətəndaşları Məhkum, Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa Mehsan adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan ə lbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitələrin və külli miqdarda güclü təsir edən maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşları külli miqdarda narkotik vasitələr - ümumi təmiz çəkisi 99,895 qram tiryəki, ümumi təmiz çəkisi 1680 qram qurudulmuş marixuananı, təsir maddəsinin miqdarı 0,250 qram olan narkotik vasitə metadonu və 40o həb şəklində təsir maddəsinin ümumi miqdarı 120 qram olan külli miqdarda güclü təsir edən X12 Respublika sında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddəni istintaqa dəqiq məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, bu barədə 06 dekabr 2021-ci il tarixdə Mehsan adlı şəxs ona məlumat verdikdən sonra, o, Məhkum, Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhərindən Beyləqan rayonunun, Əmirzeydli kəndi ərazisinə gedərək Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa tərəfindən 1 ədəd sarı rəngli bağlamada qablaşdırılmış qeyd olunan külli miqdarda narkotik vasitələri vəkülli miqdarda güclü təsir edən maddəni 06 dekabr 2021-ci il tarixdə saat 21:00-da gizlədildiyi yerdən götürməklə qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, ondan cinayətkar qrupa məxsus 1 ədəd bağlamada həmin külli miqdarda narkotik vasitələr və külli miqdarda güclü təsir edən maddə aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Protest müəllifi qeyd edir ki, cinayət işi üzrə edilmiş hallara əsasən xx.xx.2021-ci il tarixdə Məhkum idarə etdiyi avtomobillə Bakı şəhərinə q ayıdarkən Təqsirləndirilən şəxs2 da onun yanında olmuş və o, bir neçə şəxsə istifadəsində olan mobil nömrə ilə zənglər etmiş və müxtəlif mobil nömrələrdən zənglər qəbul etmişdir. Bu da Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsinin həqiqəti əks etdirməsini, yəni Təqsirləndirilən şəxs2 Beyləqan rayonunda olmasını və Təqsirləndirilən şəxs1 tutulduqdan sonra iranlı “Mehsan” adlı şəxslə danışıqlar aparmasını tam sübut edir. Təqsirləndirilən şəxslər tərəfindən özlərini müdafiə üçün gətirdikləri dəlillər onların özlərini müdafiə məqsədi ilə deyilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Məhkum özlərini müdafiə etmək üçün irəli sürdüyü digər dəlilləri - saxlanılarkən DSX-nin əməkdaşları tərəfindən onlara fiziki təzyiqlər edildiyi, həmçinin hədələndikləri üçün etirafedici ifa dələr vermələri də reallığı əks etdirmir. Məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs1 və Məhkum DSX-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qalmaları ilə bağlı irəli sürdüyü dəlilər, iş materiallarından göründüyü kimi, öz seçimləri i lə cəlb edilmiş peşəkar vəkillə təmsil edilmələrinə baxmayaraq, istər Təqsirləndirilən şəxs1 və Məhkum özləri, istərsə də onların vəkilləri ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Odur ki, təqsirləndirilən şəxslər tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmalarına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyi, bununla yanaşı, onların hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldıqlarını göstərmələrini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunmuşdur. Göründüyü kimi, işd ə olan və sadalanan bu cür mötəbər sübutlara düzgün qiymət verməyən və ya həmin sübutları təkzib edə bilməyən məhkəmə kollegiyası əsassız nəticəyə gəlmiş və qanunsuz qərar qəbul etmişdir. Beləliklə, Şirvan Apelyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət- prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum CM-nin 32.5, 206.2-ci maddəsi ilə əsassız bəraət verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli hökmünün Məhkum aid hissədə ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Müdafiəçinin kassasiya şikayətində göstərilir ki, Apellyasiya məhkəməsinin hökmü Məhkum münasibətdə əsassız və qanunsuzdur, maddi və prossesual hüquq normalarını kobud surətdə pozulması ilə qəbul edilmiş, istər ibtidai istintaq, istərsə də məhkəmədə işin faktiki halları tam, obyektiv araşdırıldığı halda, işdə olan sübutlar düzgün qiymətləndirilməmiş, yalnız ittiham aktına istinad edilməklə, məhkəmə araşdirması zamanı müəyyən ed ilmiş hallara, faktlara istinad edilmədən, obyektiv hüquqi qiymət verilmədən və Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 63-cü, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 21, 28, 32, 39.1.1-c 42, 55-ci və digər maddələrinin tələbləri kobud surətdə pozularaq, Məhkum hərəkətləri cinayət əməli kimi düzgün tövsif edilməmiş, ona əsassız olaraq yuxarıda qeyd olunan maddələrlə ittiham verilmiş və bunun nəticəsində əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. Məhkum istər ibtidai araşdirma zamanı, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə verilmiş ittihamda özünü təqsirli bilməmiş, heç kimlə əlbir olub cinayət hadisəsi törətmədiyini, narkotik vasitələr və güclü təsir edici maddələrin əldə edilməsi, saxlanması, daşınması və satışı ilə məşğul olmadığını, heç bir İran İslam Respublikası (İİR) vətəndaşını tanımadığını, məhkum Təqsirləndirilən şəxs1 İran vətəndaşı ilə əlaqəsindən, onunla telefon vasitəsi ilə danışmasından, ondan narkotik vasitələr almasından xəbəri və məlumatı olmadığını bildirmişdir. Məhkəmə araşdirması zamanı da Məhkum ilkin ifadəsinə uyğun ifadə vermişdir. Göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Beyləqan rayonu ərazisində maşından düşdükdən sonra ona Bakıya geri qayıtmasını, özünün oradakı tanışının maşını ilə Bakıya qayıdacağını bildirmişdir. xx.xx.2022-ci il tarixli 2295 nömrəli Narkoloji ekspertizanın rəyindən də görünür ki, Məhkum narkomaniyadan əzab şəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur, onda narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmişdir. Verilmiş ittihamın və çıxarılmış hökmün əsas elementlərindən biri Təqsirləndirilən şəxs1, Məhkum, Təqsirləndirilən şəxs2 və digər şəxslərlə əvvəlcədən əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda narkotok vasitə və güclü təsiredici maddələri satış məqsədilə əldə etmək niyyətilə razılaşıb cinayət əlaqəsinə girmələridir. Təqsirləndirilən şəxs1, Məhkum, Təqsirləndirilən şəxs2 arasında narkotik vasitələrin əldə edilməsi ilə bağlı heç bir razılaşma olmamış, Məhkum ümumiyyətlə Təqsirləndirilən şəxs1 narkotik vasitə üçün Beyləqan rayonuna getməsindən xəbəri olmamışdır. Cinayət işində və məhkəmə araşdırılması zamanı onlar arasında cinayət əlaqəsinə dair razılaşma barədə heç bir sübut yoxdur və müəyyən edilməmişdir. Məhkəmə hökmündə Məhkum Təqsirləndirilən şəxs2 ilə 04 fevral 2022-ci il tarixli üzləşdirmə protokoluna istinad edilmişdir ki, Məhkum Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək 06 dekabr 2021-ci il tarixdə Pərviz və Səma ilə birlikdə icarəyə götürülmüş avtomaşınla Bakı şəhərindən Beyləqan rayonuna getmiş Beyləqan rayonuna çatdıqdan sonra Pərviz avtomaşını saxlayıb maşından düşəndə özü sürücü oturacağına keçməsini, həmin vaxt sərhədçilərin maşına tərəf gəldiyini gördükdə Səmanın “sür qaçaq” deməsindən sonra avtomaşını idarə edərək ərazidən Səma ilə birlikdə uzaqlaşdığını təsdiq etmişdir. Məhkəmənin hökmdə qeyd edib sadaladığı sübutların hüquqlarını müdafiə etdiyi Məhkum heç bir aidiyyəti yoxdur. Məhkəmənin istinad etdiyi dəlillər mötəbər sübut sa yıla bilməz. Belə ki, Məhkum Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etmək məqsədilə Beyləqan rayonu ərazisinə getdiyini “ehtimal etməsi” və Təqsirləndirilən şəxs2 onlarla olmasını, Təqsirləndirilən şəxs2 “sür qaçaq” deməsini sonradan inkar etməsi Məhkum onlarla əlbir olması, cinayət əlaqəsinə girməsi kimi qiymətləndirilə bilməz və bu hallar onun bu cinayətin iştirakçısı olmasını sübut etmir. Bundan başqa, hadisə yerində Məhkum görən olmamışdır. Məhkum hadisə yerində olmasını özü etiraf etmiş və Təqsirləndirilən şəxs1 da bunu ifadəsində göstərmiş, yəni səmimi ifadə vermişdir. Belə olan halda, məhkəmənin Məhkum ifadəsinin bir qismini mötəbər sübut, bir qismini isə özünü müdafiə kimi qimətləndirməsi yanlışdır, işin hallarına uyğun gəlmir, ibtidai araşdırma orqanının mövqeyini müdafiə etm əsini açıq-aşkar göstərir. Məhkəmə tərəfindən Məhkum xx.xx.2022-ci il tarixli şübhəli şəxs qismində əlavə dindirmə protokolu ilə alınmış ifadəsinə obyektiv hüquqi qiymət verilməmişdir. Əlavə dindimənin əsaslarına diqqət edilməmişdir. Belə ki, həmin ifadə olduğu kimi Məhkum xx.xx.2022-ci il tarixli ifadəsinin təkrarıdır. Həmçinin məhkəməyə təqdim edilmiş sənəddən görünür ki, Məhkum xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2021-ci il tarixdə qeyd olunan cinayət hadisəsi törədilmişdir. Məhkum narkotik vasitə istifadəçisi olmamış, onun qısa bir müddətdə Təqsirləndirilən şəxs1 və digər şəxslərlə narkotik vasitələrin əldə edilməsi ilə bağlı cinayət əlaqəsinə girməsi məntiqli deyil, hər hansı mötəbər sübutla təsdiq olunmur. Müdafiəçi kassasiya şikay ətində Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli hökmünün Məhkum hərəkətlərində cinayət tərkibi olmadığından həmin hissədə ləğv edərək ona münasibətdə bəraətverici əsasla cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətində bildirmişdir ki, məhkəmə qərarlarından narazı deyil. Lakin səmimi etirafını və peşimançılığını, gəncliyini, ağır xəstəliklərdən əziyyət çəkməsini, ilk məhkumluğunu, İİ qrup əlilliyini nəzərə alaraq ona təyin edilən cəzanın yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin material larını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması, kassasiya protestinin təmin olunmaması barədə məhkum və müdafiəçinin, kassasiya şikayətlərinin təmin olunmaması, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri və kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyy əti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi1 kassasiya şikayətində Məhkum əsassız məhkum edilməsi, CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirliliyi təsdiq edilmədiyi halda, barəsində qanunsuz ittiham hökmünün çıxarılmasını, digər məhkum Təqsirləndirilən şəxs2 isə ona ağır cəza təyin edilməs ini iddia edərək tələblərini Cinayət-Prosessual Məcəlləsinin 416.1.6, 416.1.21-ci, dövlət ittihamşısı isə Məhkum CM-in 32.5, 206.2-ci maddəsi ilə əsassız bəraət verilməsini, sübutların tədqiq edilməsi qaydalarının pozulmasını bildirərək tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəs inin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmu suna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də ci nayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası ilk əvvəl kassasiya protestinini və müdafiəçinin kassasiya şikayətinini dəlillərinə münasibət bildirərək Məhkum istinad olunan cinayət əməllərinə hüquqi qiymət verilməsinin əsaslılığının yoxlanılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkuman Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə bəraət verilməsi, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilnməsi barədə qənaətini əsaslandırarkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, cinayət işi materiallarında olan, aşağı instansiya məhkəmələrində məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - "Əməliyyat tədbirlərinin keçirilməsi barədə” 06 dekabr 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Beyləqan rayonu Əmirzeyidli kəndi ərazisndə magistral yolun kənarında qamışlıq və kolluq olan hissədə külli miqdarda narkotik vasitələrin keçirildiyi və qeyd edilən yerdə gizlədildiyi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında narkotik vasitə sifarişçilərinin saxlanılması məqsədi ilə "Pusqu” sərhəd naryadı təşkil edilmişdir. - N nömrəli hərbi hissənin koman diri polkovnik Zəfər Bayramovun xx.xx.2021-ci il tarixli 16/2850 nömrəli məktubundan görünür ki, 06 dekabr 2021-ci il tarixdə saat 21:00-da 14-cü sərhəd zastavasının 20-ci sahəsinin arxa istiqamətində "Pusqu” xidmətinə təyin edilmiş sərhəd naryadları Beyləqan rayonu, Əmirzeydli kəndi istiqamətində bir avtomobilin hərəkət etdiyini, həmin avtomobilin qeyd olunan kənddə olan əkin sahələrinin yaxınlığında dayandığını, içərisindən bir nəfər şəxsin düşərək əkin sahələrinə doğru hərəkət etdiyini, oradan bir ədəd bağlamanı götürüb ərazidən uzaqlaşdığını görmüş, bundan sonra həmin şəxs saxlanılmış, saxlanıldığı ərazidən bir ədəd bağlama aşkar edilərək götürülmüşdür; - "Hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən ye r N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının 14-cü sahəsidir. Həmin istiqamətdə Beyləqan rayonu, Əmirzeydli kənd ərazisi yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdən bir ədəd bağlama aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs1 həmin bağlamanı götürmək üçün əraziyə gəldiyini bildirmişdir; -Məhkəmə bioloji ekspertizasının 08 dekabr 2021-ci il tarixli, 7/1255 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində tədqiqata təqdim edilmiş bir ədəd sarı rəngli polietilen bağlamadakı 03 (üç) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 790 qram, 510 qram, 380 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkis i 1680 qram (1 kq 680 qram). (i.v. 52-55 ) -Materialların məhkəmə ekspertizasının 08 dekabr 2021-ci il tarixli, 6/5406 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində N nömrəli hərbi hissənin "LİTR Ç” dairəvi möhür əksi olan bağlamadakı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 99,895 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar usülla alınmış narkotik vasitə tiyəkdir. 01 (bir) ədəd plastik qabdakı 250 ml həcmində açıq sarımtıl rəngli maye kustar usülla hazırlanmış metadon məhluludur və həmin məhlulda metadonun miqdarı 0,250 qramdır, üzərində " Gabapentin 300 (yararlılıq müddəti 07 2023, seriya 005)” markalanma göstəricisi olan 4 ədəd qutuda, hər qutuda 10 ədəd konvalyutda, hər konvalyutda 10 kapsul olmaqla, ümumilikdə 400 ədəd kapsulda gabapentin təsiredici maddəsinin ümumi miqdarı 120 qram təşkil edir (üzərindəki göstəricisinə əsasən bir kapsulda 0,3 qram gabapentin olmaqla). Ambulator məcburi narkolji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 2295 saylı rəyindən görünür ki, Məhkum Kannabinoidlərdən istifadə etmə halları olub, lakin halhazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Məhkum narkomaniya xəstəliyindən əzab çəkmir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; Apellyasiya məhkəməsi hesab etmişdir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum CM-in 234.4.1,234.4.3 və 240.3.2-ci maddələri ilə ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini düzgün tövsif etmişdir. Məhkum CM-in 32.5, 206.2-ci maddəsi ilə elan olunmuş ittihamla bağlı isə apellyasiya instansiyası məhkəməsi aşağıdakı nəticəyə gəlmişdir: Belə ki, cinayət işinin göstərilən məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisəyə qədər İİR mobil operatoruna sonunculara məxsus nömrələrlə əlaqə saxlamış və orada yaşayan şəxs(lər)in Azərbaycan Respublikasında satışını həyata keçirmək üçün göndərəcəkləri narkotik vasitələri götürməyə əvvəlcədən razılıq vermişlər. İİR-də olan şəx s narkotik vasitələri və güclü təsir edən maddəni İİR-dən gömrük nəzarətindən kənar və ya gizli keçirilib Biləsuvar rayonunun ərazisində gizlətdikdən sonra, yəni 06 dekabr 2021-ci ildə Təqsirləndirilən şəxs1 məlumat vermiş, yalnız bundan sonra sonuncu Məhkum birlikdə gedib həmin ərazidən qeyd olunan maddələri götürməyi təklif etmişdir. Narkotik vasitənin Beyləqan rayonunun ərazisində gizlədilmiş yerdən götürülməsi anınadək Məhkum həmin predmetlə bağlı hər hansı hərəkətlər etməsi, o cümlədən onun Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsində hər hansı formada (icraçı, təhrikçi, köməkçi, təşkilatçı qismində) iştirak etməsi müəyyən edilməmiş, buna dair ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut əldə edilməmişdir. Hətta, ibtidai istintaq orqanı sözügedən ittiham ı əsaslandırarkən həlledici sübut kimi istinad etdiyi Təqsirləndirilən şəxs1 etirafedici ifadələrində görünür ki, o, müstəsna olaraq öz adından İİR sakini ilə narkotikin İİR-dən Azərbaycan Respublikasına göndərilməsi barədə danışmış, narkotikin göndərildiyini və Beyləqan rayonunda gizlədildiyini iranlı telefonla ona bildirdikdən, yəni artıq qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra narkotiki gizlədilmiş yerdən götürmək üçün Məhkum özü ilə həmin yerə aparmışdır. Qeyd olunan sübutların təhlilinə əsasən Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Məhkum İİR-də yaşayan şəxs tərəfindən törədilmiş narkotik vasitənin qaçaqmalçılığı cinayəti başa çatdıqdan sonra Təqsirləndirilən şəxs1 təklifi ilə müstəsna olaraq Azərbaycan Respublikasının ərazisində həmin maddənin qanunsuz dövriyyəsi ü zrə fəaliyyətə qoşulmuş - narkotik vasitlərin və güclü təsir edən maddənin Beyləqan rayonun ərazisindəki saxlanc yerindən götürülüb daşınmasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə (qabaqcadan əlbir olan qrupun tərkibində) icraçı qismində iştirak etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi «Deveyer Belçikaya qarşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, "ittiham” termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməli, məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən "Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir”. Apellyasiya məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə düzgün tövsif edilsə də, Məhkum qarşı həmin Məcəllənin 32.5, 206.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın heç bir sübuta əsaslanmadığı və həmin hissəsədə ittihamın irəli sürülməsi prosedurunun işin real olaraq müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki halı ilə uzlaşmadığı müəyyən edilmişdir. Buna görə də Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsinə münasibətdə bəraət verilməlidir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyini əsaslı hesab edən kassasiya məhkəmə kollegiyası qeyd edir: A zərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 saylı qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə olunur: "Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədə n apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxu d 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkum edilmiş şəxsə Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, o, “qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra Təqsirləndirilən şəxs1 təklifi ilə müstəsna olaraq Azərbaycan Respublikasının ərazisində həmin maddənin qanunsuz dövriyyəsi üzrə fəaliyyətə qoşulmuş - narkotik vasitlərin və güclü təsir edən maddənin Beyləqan rayonun ərazisindəki saxlanc yerindən götürülüb daşınmasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə (qabaqcadan əlbir olan qrupun tərkibində) icraçı qismində iştirak etmişdir. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən “Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır”. Qanunun qeyd olunan normasına əsasən şəxs üç halda, yəni birincisi cinayəti bilavasitə törətdikdə, ikincisi başqa şəxslə birlikdə onun törədilməsində bilavasitə iştirak etdikdə və nəhayət cinayət məs uliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətdikdə cinayətin icraçısı sayılır. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu bəndinin təhlili göstərir ki, icraçılıq fəaliyyəti cinayətin obyektik cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Belə ki, qeyd olunan plenum qərarının həmin bəndə əsasən qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları g ömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qanunun qeyd olunan normanın məzmunundan, habelə Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına b aşlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Yəni cinayət başa çatdıqdan sonra hər hansı bir şəxsin həmin cinayətdə bu və ya digər formada iştirakı yalnız köməkçi qismində (əgər cinayətin icraçı tərəfindən törədiləcəyi köməkçinin qəsdi ilə əhatə olunursa) ola bilər. Cinayətin icra edilməsi dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və y a düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 16-cı bəndin dördüncü yarımbəndinə əsasən “Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir”. Cinayət işi üzrə Məhkum Azərbaycan Respublikasının gömrük sərhədindən narkotik vasitəni keçirməsində iştirakı halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır”. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən belə nəticəyə gəlir ki, Məhkum qaçaqmalçılıq cinayətinə münasibətdə bəraət verilməsi barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi əsaslıdır. Məhkum Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə təqsirsiz olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun həmin cinayət əməlini törətməkdə təqsirsiz olması kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlər ini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona i ttiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhk əmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib ə lamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə c inayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hökmündə müəyyən olunan hallar əsasında Məhkum CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilməsi, CM-in 32.5, 206.2-ci maddəsi ilə isə bəraət verilməsi barədə nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin məhkuma Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət verilməsi barədə dəlilləri əsassızdır. Məhkum bəraət verilməsi üçün cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1 bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmu ş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2 bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3 bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4 bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələ r tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun ona qarşı Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət verilməsi üçün qanuni əsaslar mövcud deyil və kassasiya şikayətinin bu barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən, həmçinin kassasiya protestinin məhkum edilmiş şəxsə CM-in 32.5, 206.2-ci maddəsi ilə əsassız bəraət verilməsi barədə dəlilləri də hər hansı sübutla öz təsdiqini tapmayan əsassız dəlillərdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətində ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası çərçivəsində təyin olunmuş cəza mübahisələndirilmiş və cəzanın ağır olmasını qeyd edilmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şə xsə təyin edilmiş cəza ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən ə vvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dər əcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirl i olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngü lləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran hal olmadığını müəyyən etmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-l i qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası həddində cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, "hər iki süd vəzisinin diffuz- kistoz mastopasiyası” və "Şəkərli diabet tip İ” diaqnozlu xəstəliklərdən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirərək bu halları təyin olunan cəzanın onun islah olunmasına və şəxsiyyətinə təsiri aspektində nəzərə almış, ona Cinayət Məcəll əsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təyin olunmuş 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının həmin maddənin sanksiyası daxilində 5 il 6 ayadək azaldılmasını məqsdəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın həddinin kassasiya şikayətinə əsasən azaldılmasının islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqs ədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respubl ikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilə n şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddinin azaldılmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətin in bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyintələblərinin pozulması halları müəyyən edilməmişdir. Kassasiya protestinə və kassasiya şikayətlərinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hal larla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi1 və məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətləri və dövlət ittihamçısı X9 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə bəraət verilməsinə, onun həmin Məcəllənin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli hökmü kassasiya protestinə və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1824/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1824/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver