Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1824/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması b arədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə, məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Siyavuş Hacıyev (sədrlik edən), Aytən Əliyeva və Vüqar Quliyevdən ibarət tərkibdə) 27 dekabr 2023-cü il tarixli, 1(101)1123/2023 nömrəli hökmü ilə 6 avqust 1991-ci il tarixdə Cəlilabad rayonunun Gülməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Südçülük savxozunda yerləşən yeni yaşayış massivində yaşamış Məhkum Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 6 dekabr 2022-ci il tarixdən hesablanması, narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi, ərazi narkoloji dispanserində qeydiyyata alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməməsi müəyyən edilmiş, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Allahverdiyev Elbəy Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X2 ibarəttərkibdə) 27 mart 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri, eləcə də apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair 27 dekabr 2023-cü il tarixli, 1(101)-1123/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilmiş və müəyyən edilmişdir ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satı ş məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 53,053 qram çəkidə psixotrop maddə metamfetamıni əldə edib özündə saxlamaqla daşımış və 06 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 19:30-da Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi-1 ünvanın qarşısında saxlanılaraq polis idarəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qış gödəkcəsinin sol iç qoltuq cibindən 05 (beş) bükümdə hər birində müvafiq olaraq təmiz çəkisi 12,124 qram, 11,775 qram, 11,838 qram, 8,768 qram, 8,548 qram olmaqla ümumi təmiz çəkisi 53.053 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfitamin aşkar edilərək götürülmüşdür. Kassasiy a protestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, Məhkum üzərindən şəxsi istehlak miqdarından 353 dəfə artıq miqdarda psixotrop maddə metamfetaminin aşkar olunması, bununla da 05 bükümdə hər birində müvafiq olaraq təmiz çəkisi 12,124 qram, 11,775 qram, 11,838 qram, 8,768 qram, 8,548 qram olmaqla ümumi təmiz çəkisi 53,053 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfitaminin Məhkum məxsusluğu apellyasiya instansiyası məhkəməsində də şübhə doğurmamışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi Məhkum üzərindən aşkar edilmiş külli miqdar təşkil edən psixotrop maddə metamfetamini satış məqsədi olmadan əldə etməsini hesab edərək onun əməlini CM-nin 234.1-1 -ci maddəsi ilə tövsif edilməsi qənaətinə gəlməkdə tam haqsız olmuşdur. Məhkum əldə etdiyi külli miqdarda - 5 bükümdə ümumi təmiz çəkisi 53,053 qram psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində gəzdirməsi inandırıcı deyil, belə ki, onun ifadəsində narkotik vasitəni 2022-ci il dekabr ayının 4-5-də şəxsi istifadəsi üçün aldığını, dekabr ayının 6-da axşam saat 19:30 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığım bildirməsi də Məhkum üzərində aşkar olunmuş narkotik vasitəni satış məqsədilə daşıdığını təsdiq edir. Bundan başqa, cinayət işinin materiallarında olan Nəsimi RPİ-nin CAŞ-in əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli raportda Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilsə də, məhkəmə kollegiyası əsassız olaraq həmin raporta əhəmiyyət verməmiş, o nu şübhə altına almış, yalnız təqsirləndirilən şəxsin ifadəsinə istinad etməklə onun üzərində aşkar edilmiş psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində gəzdirməsi qənaətinə gəlmişdir. Göründüyü kimi, istintaq orqanı Məhkum üzərinə şəxsi axtarış keçirilərkən külli miqdarda psixotrop maddə olan metamfetaminin aşkar edilməsini, onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının daxil olması barədə şahid ifadələrini, iş üzrə ibtidai istintaq zamanlı toplanmış digər sübutları nəzərə almaqla təqsirləndirilən şəxsin əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif etmiş və həmin maddə ilə məhkəmə məsuliyyətinə verilmişdir. Lakin apellyasiya instansiya məhkəmə kollegiyası isə bu xüsusatlara diqqət yetirməmiş, işin faktiki halların ı araşdırmamış, hər bir cinayət hadisəsinə və cinayət törətmiş şəxsə fərdi yanaşmamış, gəldiyi qanunsuz və əsassız nəticəni təsdiq etmək üçün şablon olaraq “hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır.” mövqeyini sərgiləmişdir. Bununla da məhkəmə kollegiyası əsassız olaraq təqsirləndirilən şəxsin əməlini tövsif etməklə onun törətdiyi əmələ görə məsuliyyətdən yayınmasına şərait yaratmışdır. Məhkəmənin qərarında istinad etdiyi əsaslarla bağlı qeyd olunmalıdır ki, şəxsin psixotrop maddəni satmaq niyyətində olması, habelə onu satış məqsədilə əldə etməsi onun yalnız hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsi, hazırlaması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Psixotrop maddəni əldə etmiş şəxsin istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq külli miqdarda psixotrop maddə metamfetaminin əldə edilməsi mümkündür və istisna edilmir. Bundan başqa, kollegiya nəzərə almamışdır ki, CM-nin 234.4.3-cü maddəsində nəzərə tutulan cinayət əməli formal tərkibli cinayətdir və psixotrop maddənin əldə edildiyi, saxlanıldığı, yaxud maddənin dispozisiyasındakı hərəkətlərin hər hansı birinin edildiyi andan başa çatmış sayılır, yəni, burada onun istehlakçını sonradan, yaxud əvvəlcədən tapması, öncədən avadanlıq hazırlamaması əməlin tövsifi üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir. Eyni zamanda, psixotrop maddənin şəxsi istehlak miqdarı onun narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Lakin təqsirləndirilən Məhkum üzərində aşkar olunmuş psixotrop maddəni saxlanılmazdan bir-iki gün əvvəl alması və aldıqdan sonra saxlanılanadək ondan istifadə etməməsi də həmin şəxsin psixotrop maddəni satmaq üçün müştəri axtamaq məqsədilə ictimai verdə üzərində daşıdığını deməyə əsas verir. Göründüyü kimi, tövsif olunan epizod üzrə təqsirləndirilən şəxs Məhkum aşkar olunmuş psixotrop maddə olan metamfetaminin çəkisi onun külli miqdarının aşağı həddindən təqribən 26 dəfə artıq, şəxsi istifadəyə hesablanan gündəlik ehtiyacın yuxarı həddindən (şəxsi istehlak miqdarının) isə 353 dəfədən çox olmuşdur. Bununla da, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddənin belə miqdarı onun həmin maddəni şəxsi istifadəsi üçün əldə etməsi qənaətini birbaşa inkar etmişdir. Məhkəmə Məhkum əməlini CM-nin 234.1-1-ci maddəsinə tövsif edərkən, onun tərəfindən törədilən CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığının olması, həmin maddədə nəzərdə tutulan cinayətin ağır cinayətlə r kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayət olmasını, Məhkum tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən psixotrop maddənin isə şəxi istehlak miqdarından artıq olmasını, bu halların öz-özlüyündə törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsini, həmin psixotrop maddənin aşkar olunmayacağı təqdirdə ondan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla onlarla Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrinin ağırlığını, Məhkum tərəfindən törədilən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetaminin əldə edilməsindən ibarət cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalar a səbəb olmasını, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının tövsiyələrini nəzərə almayaraq təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsinin səbəblərini hökmdə əsaslandırmamışdır. Yuxarıda sadalanan halların məcmusundan görünür ki, məhkəmə əməlin tövsifində düzgün mövqe sərgiləməmişdir. Hesab edir ki, məhkəmə baxış zamanı iş üzrə toplanmış sübutlara obyektiv qiymət verməyərək, müəyyən etdiyi hallar sübutlara deyil, yalnız mülahizəyə əsaslanmaqla işin faktiki hallarına uyğun olmamış, heç bir əsaslandırma aparmadan, hər hansı sübutlara əsaslanmadan və cinayət işinin materiallarında olan sənədləri təkzib edən dəlilləri gətirmədən təqsirləndirilən şəxsin əməllərini əsassız və qanunsuz olaraq tövsif etmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası qərar çıxararkən əməlin tövsifi ilə bağlı hissədə cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq etməmiş, əməlin tövsifində səhvə yol vermişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Müdafiəçi k assasiya şikayətində qeyd etmişdir ki, ərizəçi dindar şəxsdir. Ərizəçi bildirir ki, təqsirsizdir. 06 dekabr 2022-ci ildə iş yerinin yanında dostunun gözü qabağında mülki geyimli şəxslər onu tutub və Nəsimi RPİ-yə gətiriblər. Həm avtomobildə olarkən, həm də Nəsimi RPİ-də ona işgəncə verilib. İşgəncənin ağırlığından səhhətində ciddi problemlər yaranıb. Tutulan andan tamamilə müdafiəsiz qalmış, evinə zəng edib xəbər verməyə imkan verilməmiş, vəkili də olmayıb ki, onun müdafiəsini təşkil etsin. Sənəddə dövlət hesabına X7 adlı vəkil təyin edilib, lakin məhkum həmin vəkili görməmi, ona verilən sənədlərə oxumağa imkan verilməmiş, məcbur ediblər ki, imza etsin. Ona verilən ittihamın heç bir əsası yoxdur. İstintaq prosessual pozuntularla aparılmış, şəxsə təzyiq olmuş, müdafiə hüququ pozulmuşdur. Mə hkəmə isə heç bir əsaslandırma olmadan müdafiə tərəfinin vəsatətlərini təmin etməmiş, obyektiv araşdırma aparmamış, şəxsi əsassız məhkum etmişdir. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2024-cü il tarixli hökmünün ləğv edilməsi və Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, Məhkum İnsan Hüquqları və X3 haqqında Konvensiyanın 3, 5, 6, 8, 9, 10, 11, 13 və 18-ci maddəsində nəzərdə tutulan hüquqlarının pozuntusu tanınması barədə Qərar qəbul edilməsini, həmçinin müstəntiq Zaur Tağıyev və təhqiqatçı Babək Mirzəyevin fəaliyyətinin araşdırılması üçün barəsində və polis nəfərləri Şahid1 Nəzərli oğlu və Şahid2 barədə bilə-bilə yalan ifadə verdiklərinə görə cinayət işinin başlanması üçün xüsusi qərarlar qəbul edilməsi, Məhkum döyməsi faktı ilə bağlı cinayət işinin başlanması üçün Baş Prokurorluğa məlumat verilməsi xahiş olunmuşdur. Məhkum kassasiya şikayətində ona qarşı dini mövqeyi ilə bağlı əsassız ittiham irəli sürülməsini qeyd edərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunmaması, kassasiya şikayətlərinin təmin olunması barədə məhkum və müdafiəçisinin, kassasiya protestinin təmin olunması, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası m əhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının dü zgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya protestində üzrə sübutların düzgün araşdırılmamasını, əməlin hüquqi tövsifinin səhv olmasını, müdafiəə tərəfi isə kassasiya şikayətlərində şəxsin əsassız məhkum edilməsini iddia edərək bu əsaslarla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələblərini CPM-in 416.1.2, 416.1.15 və 416.1.6-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsir li olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İbtidai araşdırma orqanı tərəfindən Məhkum CM-in 234.4.3-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyəti ondan ibarət olmuşdur ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 53,053 qram çəkidə psixotrop maddə metamfetamıni əldə edib özündə saxlamaqla daşımışdır. Cinayət işinin materiallarında olan sənədlərə və aşağı instansiya məhkəmələrində cinayət işi üzrə müəyyən edilmiş hallara əsasən: • “Axtarış aparılması və maddi sübutun götürülməsi” haqqında 06 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum 06 dekabr 2022-ci il tarixdə Nəsimi RPİ-yə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd Samsung A-51 markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 935 manat pul, həmin şalvarın arxa sol cibindən içərisində 1 ədəd Leobank və 1 ədəd Umico bank kartları, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, Mercedes markalı avtomobilə dair qeydiyyat şəhadətnaməsi olan pul kisəsi, əynində olan qara rəngli qış gödəkcəsinin sol iç qoltuq cibindən isə 5 ədəd içərlərində ağ rəngli maddə olan şəffaf rəngli sellofan bükümlər aşkar olunaraq götürülmüşdür • 07 dekabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 1 ədəd üzərində "GOLD” yazısı olan DVD-R diskə istifadə olunan «Lenovo» markalı kompüter monitorunda baxış keçirilərkən, Nəsimi RPİ-nın CAŞ-ın əməkdaşları tərəfindən polis idarəsinə gətirilmiş Məhkum üzərində keçirilən şəxsi axtarış zamanı çəkilmiş video görüntülərin qeydə alınması öz əksini tapmışdır, Belə ki, video çəkiliş zamanı əvvəlcə Nəsimi RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru Babək Mirzəyev özünü təqdim edir, Nəsimi RPİ-nin CAŞ-ın əməkdaşları, saxlanılan şəxs Məhkum və mütəxəssis X4 özlərini təqdim edirlər. Bundan sonra baş təhqiqatçı B.Mirzəyev Məhkum hüquq və azadlıqları elan edir və şübhəli şə xsdən video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşur. Məhkum etiraz etmir və şəxsi axtarış başlayır. İlk öncə baş təhqiqatçı B.Mirzəyev şübhəli şəxsə üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Məhkum ayağa qalxır və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən Samsung A-51 markalı mobil telefonu, şalvarın sol yan cibindən 935 manat məbləğində pulu, şalvarın sol arxa cibindən isə içərisində bank kartları, özünə və avtomobilinə məxsus sənədlər olan qara rəngli dəri pul qabını sonra isə əynində olan gödəkçənin sol içəri qoltuq cibindən içərisində psixotrop maddə-metamfitamin olan 5 bükümü çıxardaraq stolun üzərinə qoymuş, bundan başqa həmin bükümün içərisində olan ağ rəngli krıstallik kütlənin el arasında “patı” deyilən psixotrop maddə metamfitamin olmasını həmçinin yaxından tanımadığı Fərid adlı şəxsdən Bakı şəhəri Binə qəsəbəsində ümumilikdə 300 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirir. Bundan sonra Məhkum üzərinə şəxsi axtarış keçirilir və onun üzərindən heç bir əşya, predmet aşkar olunmur. Daha sonra həmin bükümlərə baş təhqiqatçı B.Mirzəyev tərəfindən baxış keçirilir, baxış zamanı həqiqətən də həmin şəffaf bükümlərin içərisindən psixotrop maddəyə bənzər kütlə aşkar olunur. Məhkum təqdim etdiyi bükümlərin içərisindən aşkar olunmuş maddənin psixotrop maddə metamfetamin olmasını bildirməklə yanaşı həmin psixotrop maddəni saxlanıldığından təxminən 2 gün əvvəl Bi nə qəsəbəsində yaxından tanımadığı Fərid adlı şəxsdən 300 manata şəxsi istifadəsi üçün aldığını bildirir. • Məhkəmə-kimyəvi ekspertiza üzrə 07 dekabr 2022-ci il tarixli 6\6913 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün N2186» dairəvi möhür əksi və «....vət.Məhkum üzərindən aşkar edilərək qablaşdırılan 5 bükümdə olan maddələr; Şübhəli şəxs: Məhkum-imza;İştirak etdi: üç imza, Qablaşdırıldı: baş təhqiqatçı: Babək Mirzəyevimza...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 5 (beş) ədəd bükümlərdəki təmiz çəkiləri 12,124 qram, 11,775 qram, 11,838 qram, 8,768 qram, 8,548 qram, ümumi təmiz çəkisi 53,053 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamındır. • Məhkəmə-narkoloji ekspertiza üzrə 8 dekabr 2022-ci il tarixli 7435 nömrəli ekspert rəyindən görünür ki, Məhkum psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomanıya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 114-115). Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır və o, həmin əməli törətməkdə təqsirlidir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxd ur. Belə ki, Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik m üəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırkı cinayət işi üzrə Məhkum satış məqsədi ilə külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edib üzərində saxlaması və yaşadığı ünvana daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi və saxladığı psixotrop maddəni satmağa yönəldiyi sübuta yetirilməli, həmin maddəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməli idi. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyən olunmuş hallardan göründüyü kimi, təqsirkar şəxsin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamın əsassız olması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olmasını təsdiq edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini əsaslı saymaqla həmçinin qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, istintaq orqanı tərəfindən Məhkum külli miqdarda psixotrop maddəni saxlamaqda niyyətinin və məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, istər məhkəməyədək araşdır ma zamanı, istərsə birinci instansiya məhkəməsində məhkəmə istintaqında, istərsə də apellyasiya baxışı zamanı Məhkum Mircalal oğlunun əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə psixotrop maddəni əldə etməsinə və yaymasına, həmin maddəni əldə etməmişdən öncə başqa şəxslə (şəxslərlə) sövdələşməsinə dair hər hansı mötəbər sübut əldə etmək mümkün olmamışdır ki, belə olan halda işə baxan məhkəmələr Məhkum Mircalal oğlunun əməlini CM-in 234.1-1-ci maddəsi ilə tövsif etməkdə tam haqlı olmuşlar. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum psixotrop maddəni satış məqsədilə əldə etməsini təsdiq edə biləcək hər hansı bir sübut olmadığından onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddənin əldə edilməsi, saxlanması və daşıması qəna ətinin əsassız olması barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi düzgün və əsaslıdır. Məhkum CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırlması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş və iş materiallarında da belə sübut yoxdur. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilsə də, onun psixotrop maddəni satış məqsədilə əldə etməsi təsdiq olunmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq kassasiya protestinin Məhkum psixotrop maddəni satış məqsədi ilə əldə etməsini və həmin əsaslarla da apellyasiya instansiyası məhkəməsinin onun əməlinin Azərbaycan Respublikası CM-i n 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif etməsinin düzgün olmaması barədə dəlillərini mülahizə (ehtimal) xarakterli dəlillər kimi qiymətləndirir və hesab edir ki, həmin dəlillər məhkum olunmuş şəxsin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübuta yetirilmiş hesab olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkum edilmiş şəxsə qarşı polis əməkdaşları tərəfindən qanunazidd hərəkətlər edilməsinə, saxlanılarkən üzərində psixotrop maddə olmamasına, polis əməkdaşlarının təsiri və təzyiqi ilə üzərinə psixotrop maddə qoyulmasına və etirafedici ifadələr verməsinə, cinayət işinin materiallarında olan sənədlərin bir qismini imzalamamasına, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməməsinə dair kassasiya şikayətlərində qeyd edilənlərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən xüsusatlar əsassız olmaqla öz təsdiqini tapmır. Belə ki, təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində üzərindən psixotrop maddə aşkar edilməməsi, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərə yol verilməsi barədə göstərməmiş, həmçinin barəsində qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən 08 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində bu barədə bildirməmiş, həmin məhkəmə prosesində ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, şübhəli şəxs qismində 6 dekabr 2022-ci il tarixdə saat 19:30-da polis əməkdaşları tərəfindən saxlanıldığını, saxlanılarkən hüquq və vəzifələrinin izah edildiyini, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmadığını, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilmədiyini, iş materialları ilə tanış olduğunu, tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına məlumat vermək hüququ təmin edildiyini göstərmişdir. Bundan başqa təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə göstərdiklərinin yoxlanılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən 18 oktyabr 2023-cü il tarixli məktublarla Bakı şəhəri Nəsimi RPİ-nin X6 və Bakı İstintaq Təcridxanasına müvafiq sorğular göndərilmişdir. Məhkəmənin qeyd olunan 18 oktyabr 2023-cü il tarixli sorğusuna cavab olaraq Bakı şəhəri Nəsimi RPİ-nin 13 noyabr 2023-cü il tarixli 51/135778 №-li məktubu ilə məhkəməyə göndərilmiş Məhkum barəsində tərtib edilmiş Nəsimi RPİ-nin MSY-ni «T ibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı»nın surətindən görünür ki, Məhkum 06 dekabr 2022-ci il tarixdə MSY-yə gətirilmiş, 07 dekabr 2023-cü il tarixdə üzərinə keçirilən baxış zamanı heç bir xəsarət aşkar olunmamış, Məhkum şikayəti olmamışdır. Sorğu əsasında təqsirləndirilən şəxs saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Naziriliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 31 oktyabr 2023-cü il tarixli 3-16- 17/38/2-7470/2023 №-li məktubdan və ona əlavə edilmiş Məhkum adına açılmış 11059 №-li «Məhkumun tibbi kitabçası»ndan görünür ki, Məhkum 09 dekabr 2022-ci il tarixdə Bakı İstinitaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərkən xəsarət aşkar edilməmiş, qarnının ön divarında köhnə çapıq toxuması müşahidə ed ilmişdir. Eyni zamanda müdafiəçinin kassasiya şikayətində apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən, bir sıra istintaq sənədlərinin təqsirləndirilən şəxs tərəfindən imzalanmamasına dair qeyd edilənlərə apelyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət vermiş və Məhkum dindirmə protokollarında və digər sənədlərdə olan qeyd edilən imzalar və yazılar məhz Məhkum tərəfindən icra olunmuşdur, imza və yazıların ona məxsus olmaması barədə ifadələri həqiqətə uyğun olmaması barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarı ilə təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 15 avqust 2023-cü il tarixli 4/1301 №-li ekspert rəyindən görünür ki, cinayət işinin 1-ci cildinin 9-cu (06 dekabr 2022-ci il tarixli ərizə), 10-cu (06 dekabr 2022-ci il tarixli müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında protokol), 18-ci (06 dekabr 2022-ci il tarixli müdafiəçi təqdim etmək barədə protokol), 20-ci (06 dekabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərar), 24-cü (06 dekabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokol), 28-ci (06 dekabr 2022-ci il tarixli bildiriş), 30-cu (06 dekabr 2022-ci il tarixli bildiriş), 39-cu (06 dekabr 2022ci il tarixli etiraz hüququnun izah edilməsi haqqında protokol), 40-cı (06 dekabr 2022-ci il tarixli müdafiəçiyə etiraz hüququnun izah edilməsi haqqında protokol), 41 -ci (06 dekabr 2022-ci il tarixli mütəxəssisə etiraz hüqununu izah edilməsi haqqında protokol), 43-cü (06 dekabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında qərar), 46-cı (06 dekabr 2022-ci il tarixli ərizə), 50-55-ci (06 dekabr 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokol), 56-cı (qəbz), 58-ci (kimyəvi ekspertiza təyin edilməsi haqqında qərarı şübhəli şəxsə elan etmək haqqında protokol), 65-ci (07 dekabr 2022-ci il tarixli ekspert rəyinin elan edilməsi haqqında protokol), 67-69-cu (07 dekabr 2022-ci il tarixli şübhəli şəxsi dindirmə protokolu), 75-ci (07 dekabr 2022-ci il tarixli şübhəli şəxsə etiraz hüququnun izah edilməsi haqqında protokol), 76-77-ci (07 dekabr 2022-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokol), 83-cü (08 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar), 86-cı (təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah olunması haqqında protokol), 87-88-ci (Avro pa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında protokol), 89-92-ci (protokollar), 93-96-cı (08 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində dindirilmə protokolu), 102-ci (08 dekabr 2022-ci il tarixli protokol), 108-ci (08 dekabr 2022-ci il tarixli protokol), 116-cı (09 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokol), 167-cı (13 yanvar 2023-cü il tarixli protokol), 168-ci (13 yanvar 2023-cü il tarixli ərizə), 169-cu (13 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxsin vəkildən imtina etməsi haqqında protokol), 173-176- cı (13 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolu), 209-cu (18 fevral 2023-cü il tarixli) vəkilin təqsirləndirilən şəxsə təqdim edilməsi haqqında protokol), 245-c i (14 mart 2023-cü il tarixli ibtidai istintaqın qurtarmasını təqsirləndirilən şəxsə və müdafiəçiyə elan olunması haqqında protokol), 246-cı (istintaq materialları ilə təqsirləndirilən şəxsi və müdafəçisini tanış etmək haqqında protokol), cinayət işinin 1 -ci cild 24-cü vərəqdəki şübhəli şəxsin tutulması haqqında protokolun sonunda «heç bir etirazım və vəsadətim yoxdur» sözlərini, 69-cu vərəqindəki şübhəli qəxsin dindirilməsi haqqında protokolun sonunda «ifadəmə əlavəm yoxdur, sözlərimlə düzgün yazıldı, doğruluğunu imzamla təsdiq edirəm» sözləri, 96-cı vərəqdə 08 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun sonunda «ifadəmi oxudum, sözlərimdən düzgün yazılıb, başqa əlavəm yoxdur, ifadəmi imzamla təsdiq edirəm» sözləri təqsirləndirilən şəxs Məhkum tərəf indən icra olunmuşdur. Kassasiya şikayətlərində göstərilən təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində mövcud olmamas ı və kassasiya şikayətlərinin formal mülahizələrə əsaslanması, Məhkum barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əməlin tövsifi ilə bağlı mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkumun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində deyil, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün toplanmış sübutların hər birini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, düzgün hüquqi nəticəyə gəlmiş; sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri i lə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya M əhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqınd a tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən k onkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qər arda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun əməlinin tövsifi, həmçinin CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsi və cəza təyin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən cinayət işinə baxılarkən cinayət və cinayət-prosesseal qanunvericiliyin tələbləri pozulmamış, kassasiya protestinə və kassasiya şikayətlərinə əsasən əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, h əmin kassasiya protestinin və və kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və və kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsi n. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2024-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1824/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1824/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver