Məhkəmə qərarları › İş №1(102)-1824/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1824/2025

22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1824/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbayc an Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2024-cü il tarixli hökmü ilə (hakimlər Əliyev Samir İmamverdi oğlu (sədrlik edən və məruzəçi), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 93.1.2-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirinin tətbiq edilməklə ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə heroini əldə edib, üzərində saxlamış və daşımış, 12 sentyabr 2022-ci il tarixdə saat 12:30-da Bakı şəhər Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəs əbəsi, 2-ci Bülbülə küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtrarış və götürmə istintaq hərəkətlərini keçirən zaman əynində olan qara rəngli idman şalvarın sağ cibindən 1 ədəd ”Sobranie” yazısı olan siqaret qutusunun içərisində 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,146 qram, 10,299 qram, 9,527 qram, 10,042 qram, 8,924 qram, ümumi təmiz çəkisi 48,938 qram narkotik vasitə heroin və həmin şalvarın sol cibindən üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Əliyev Mehman Qardaşxan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlə r: İbrahimov Anar Firdovsi oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) 16 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək əməlinin CMin 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsi və bu maddə ilə ona yüngül cəzanın təyin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə və barəsində qəbul edilmiş yekun məhkəmə aktların a istinad edən Məhkum həmin şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cinayət-prosessual qanunvericiliyin tələblərini pozaraq əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibinin olmasını təsdiq edən hər hansı sübut olmadığı halda ehtimallara əsaslanmaqla onu həmin maddə ilə təqsirli bilərək barəsində qanunsuz ittiham hökmü çıxarmış, apellyasiya instansiyası məhkəməsi də heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə iclasında onun ittihamda göstərilən növdə və miqdarda narkotik vasitənin satışı ilə bağlı hər hansı hərəkət etməsi, bu vasitənin satışından qazanc əldə etməsi, yaxud digər şəxsi maraq məqsədi ilə yayması və istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi müəyyən edilməmişdir. Belə olan halda isə onun törətdiyi əməldə CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri mövcuddur. Qeyd olunanları nəzərə alaraq Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli qərarının ləğv edilərək əməlinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası həddində yüngül cəzanın təyin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar dövlət ittihamçısı R.T.Məmmədlinin rəyini di nləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2025-ci il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılanadək Ali Məhkəməyə Məhkum ərizəsi daxil olmuşdur. Məhkumun ərizəsi onun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 1 oktyabr 2025-ci il tarixli 3-16-17/33/2-2427/2025 saylı məktubu ilə müşaiyət edilmişdir. Ərizədə Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etmişdir. Ərizənin məzumundan göründüyü kimi, Məhkum faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin 16 may 2024-cü il tarixli qərarından verdiyi kassasiya tələbindən imtina edərək məhz bu əsasla həmin şikayətə baxılmasına xitam verilməsini xahiş edir. Belə olan halda isə prosessual qanunvericiliyin aşağıdakı tələbinə əsasən kassasiya kollegiyası kassasiya şikayətinə baxıl masına xitam verilməlidir. Belə ki, CPM-in 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdən keçirib həmin ərizənin təmin edilərək kassasiya şikayətinə baxılmasına xitam verilməsi barədə dövlət ittihamçısı R.T.Məmmədlinin çıxışını dinləyərək, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsi ndəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxılmasına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxılmasına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar