Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1825/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 aprel 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyy əti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Hafiz Əliyev (sədrlik edən və məruzəçi), Fəhmin Hümbətov və Aynur Rzayeva) 14 dekabr 2022-ci il tarixli, 1(124)372/2022 nömrəli hökmü ilə xx xxxx 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Nizami küçəsi, 19c məhəllə 6-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Beton zavod ərazisi, 1 saylı İnşaatçı məhəllə komitəsi, ev 129A-da yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübut a yetirilməməsi və cinayət törədilməsinə aidiyyatının olmaması əsasları ilə bəraət verilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 1 (bir) il 21 (iyirmi bir) gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) il 1 (bir) ay 12 (on iki) gün müddətinə bərabər tutulmaqla, həmin müddətin təyin olunan cəzadan çıxılması və onun üzərində qəti olaraq 10 (on) ay 18 (on səkkiz) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə Məhkum təqsirli bilinərək məhkəməyə verilmişdir ona görə ki, o, tanışları Şahid2 və Şahid1 ilə 08 noyabr 2021-ci il tarixdə, ge cə saatlarında özünün idarə etdiyi “Opel İnsignia” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərindən Quba rayonu, Barlı kəndinə gələrək həmin kənddə yaşayan digər tanışı Şahid3 ilə görüşmüş, Şahid2 olan narkotik vasitə qurudulmuş marixuanadan sonuncunun özü, Şahid1 və Şahid3 birlikdə qəbul etdikdən sonra Şahid2 yaxınlıqda münasib yerlərdən oğurluq etməyi təklif etmiş, Şahid3 həmin kənddə yerləşən "xxxx" MMC-nin Quba beton zavodu və qum-çınqıl karxanasından oğurluq edə biləcəklərini dedikdə oradan birlikdə oğurluq etmək barədə aralarında razılıq əldə edilərək özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd olunan tarixdə, saat 06 radələrində Quba beton zavodu və qum-çınqıl karxanasının yaxınlığına gəlmiş, Şahid3 və o, əvvəlcədən aralarında əldə edilmiş rolların bölgüsünə əsasən baş verəcək təhlükə barədə qabaqcadan məlumatlandırmaq məqsədilə yaxınlıqda pusquda dayanıb gözləyərək ətrafa nəzarət etmiş, Şahid2 və Şahid1 dəmir torlu hasarın üstündən aşmaqla saxlanc yeri hesab edilən karxananın həyətinə qanunsuz daxil olmuş, həyətdə olan tikilinin açıq qapısından içəri keçmiş və içəridə yerləşən otağın qapısının üzərindəki qıfılı həyətdən götürdükləri armatur parçası ilə sındıraraq birlikdə içəri - anbara daxil olmuş, həmin otaqda saxlanılan 2008-ci il buraxılışlı “Ford Cargo” markalı avtomobilə məxsus 01 ədəd 4200 manat dəyərində su radiatoru, 01 ədəd 1650 manat dəyərində starter, 01 ədəd 1650 manat dəyərində dinamo, 01 ədəd 550 manat dəyərində podvesnoy, 01 ədəd 180 manat dəyərində trişotka və 01 əd əd 1450 manat dəyərində hidromuftanı götürüb ümumilikdə cəmiyyətə məxsus 9680 (doqquz min altı yüz səksən) manat dəyərində əmlakı gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan əlavə, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə külli miqdarda, yəni ümumilikdə 9,036 qram çəkidə narkotik vasitə heroin, habelə 0,483 qram çəkidə psixotrop maddə metamfetamin və 0,870 qram çəkidə çətənə (kanbnabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranını qanunsuz olaraq əldə edib hissələrə bölərək üzərində və idarə etdiyi Opel İnsignia markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşımaqla saxlamış, törətdiyi oğurluq cinayətinə görə Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticə sində 23 noyabr 2021ci il tarixdə, axşam saatlarında yaşadığı Sumqayıt şəhəri ərazisində saxlanılaraq Quba RPŞ-yə gətirilib istintaqa təqdim edildikdən sonra şübhəli şəxs qismində dindirilərkən üzərində narkotik olduğunu göstərdiyi üçün 24 noyabr 2021-ci tarixdə, saat 00:40-da Quba RPŞ-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibinin üzərindəki ciblikdən 01 ədəd şəffaf sellofan bükülüdə 0,870 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı, 01 ədəd kağız bükümdə 0,084 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd kağız bükümdə 0,265 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin şalvarının qarşı tərəfinin içərisində saxladığı 01 ədəd sellofan bükülünün içərisində olan 09 ədəd şəffaf polietilen bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,786, 0,385, 0,864, 0,821, 0,260, 0,163, 0,849, 0,762, 0,812 qram çəkilərdə, ümumi çəkiləri 5,702 qram narkotik vasitə heroin aşkar edilmiş, bundan sonra həmin gün, saat 01:05-də Quba RPŞ-nin həyətindəki avtomobil duracağında olan ona məxsus Opel İnsignia, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin sürücü tərəfdən əl tutacağının altından 01 ədəd sarı rəngli polietilen kəsiyi bükümündə, təmiz çəkisi 3,250 qram narkotik vasitə heroin və 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,218 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasinin (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Elman Əhmədov) 06 aprel 2023-cü il tarixli 1(105)-18 0/2023 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 1(124)-372/2022 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər Məhkum üzərindən və avtomobilindən narkotik vasitə heroin, həşiş qatranı və psixotrop maddə metamfetamin aşkar olunduğunu gös tərmişlər. Şahidlərin ifadələri arasında heç bir ziddiyyət olmamışdır. Habelə, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edilməsi digər sübutlarla da təsdiq edilmişdir. Belə ki, iş materiallarında olan "Şəxsi axtarış aparılması haqqında" 24 noyabr 2021ci il tarixli protokoldan görünür ki, Məhkum üzərinə 24 noyabr 2021-ci tarixdə, saat 00:40da Quba RPŞ-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibinin üzərindəki ciblikdən 01 ədəd şəffaf sellofan bükülüdə 0,870 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qatranı, 01 ədəd kağız bükümdə 0,084 qram çəkidə narkotik vasitə heroin. 01 ədəd kağız bükümdə 0,265 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin şalvarının qarşı tərəfinin içərisində saxladığı 01 ədəd sellofan bükülünün içərisində olan 09 ədəd şəffaf polietilen bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,786, 0,385, 0,864, 0,821, 0,260, 0,163, 0,849, 0,762 və 0,812 qram çəkilərdə, ümumi çəkiləri 5,702 qram narkotik vasitə heroin aşkar edilmişdir. Hər iki məhkəmə instansiyası "şəxsi axtarış və götürmə haqqında" protokolu mübahisələndirsə də, lakin həmin protokoldan və videoçəkilişdən də görünür ki, Məhkum üzərindən narkotik vasitə heroin, həşiş qatranı və psixotrop maddə metamfetamin aşkar edilmişdir. “Baxış keçirilməsi haqqında” 24 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, saat 01:05-də Quba RPŞ-nin həyətindəki avtomobil duracağında olan Məhkum məxsus “Opel İnsignia” **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin sürücü tərəfdən əl tutacağının alt ından 01 ədəd sarı rəngli polietilen kəsiyi bükümündə, təmiz çəkisi 3,250 qram narkotik vasitə heroin və 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,218 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmələrin “Baxış keçirilməsi haqqında" protokolun mötəbər sübut hesab olunmaması barədə gəldiyi qənaət də düzgün olmamışdır. Belə ki, qeyd olunan protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi ilə birlikdə baxışda iştirak etmiş, narkotik vasitə heroin və psixortop maddə metafetamini polis əməkdaşlarına özü təqdim etmiş, protokolun düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. “Azerfon" MMC-dən 13 mart 2022-ci il tarixli müşayiət məktubu ilə daxil olmuş telefonla aparılan danışıqlara dair məlumatların köçürüldü «DVD» formatlı diskə müvafiq protokol tərti b edilməklə baxış keçirilərkən Məhkum istifadəsində olmuş ***-***-**-** nömrəsi vasitəsilə əlaqə saxlamaqla onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən çoxsaylı SMS yazışmaları aşkar edilmişdir. Məhkum üzərinə şəxsi axtarış aparılan zaman götürülmüş ona məxsus “Samsung” markalı, A10 modelli mobil telefona özünün və müdafiəçisinin iştirakı ilə müvafiq protokol tərtib edilməklə baxış keçirilərkən "WhatsApp" ani mesajlaşma mübadilə sistemində onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən çoxsaylı yazışmalar və danışıq səsləri aşkar edilmişdir. Qeyd edilən xüsusatlar bir daha Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etmə, daşıma və saxlamasını təsdiq edir. Yuxanda təhlil edilən şahid ifadələrindən görünür ki, Məhkum qanunvericiliyin tələblərinə uyğun saxlanılmış, ona qarşı hər hansı qanunsuzluğa yol verilməsi halları aşkar edilməmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı şahid ifadələrinin sübut kimi mötəbərliyi şübhə doğurmamış və həmin sübutlar törədilmiş cinayəti təsdiq etmişlər. Məhkum saxlanılması, tutulması, üzərində şəxsi axtarış və götürmə aparılması tam qanuni aparılmış, ona qarşı qanunsuzluğun olması nə ibtidai istintaq zamanı, nə də məhkəmə zamanı öz təsdiqini tapmamışdır. Bundan əlavə, saxlanıldıqdan sonra faktiki olaraq azadlığı məhdudlaşdırılmış, 6 saat polis əməkdaşlarının sərəncamında olan Məhkum üzərində narkotik vasitə saxlaya bilməsi və bu zaman ərzində polis əməkdaşlarının axtarışda olan şəxsin üzərini ən azından öz təhlükəsizlikləri üçün yoxlanılmamasının məhkəmələrdə əsaslı şübhələr yaratması və buna görə də şəxsi axtarış aparılması və avtomobilə baxış keçirilməsi haqqında protokolların mötəbərliyinə əsaslı şübhələr olması, bu protokolların iş üzrə sübut kimi qəbul edilməsi və təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsində istifadə edilməsinin yolverilməzliyi barədə məhkəmələrin gəldiyi nəticə düzgün deyildir. Belə ki, iş materiallarından da göründüyü kimi, Məhkum narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı deyil, oğurluq faktı ilə əlaqədar Sumqayıt şəhərində saxlanılaraq Quba RPŞ-nə gətirilərək CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulub müdafiəçisinin iştirakı ilə müstəntiq tərəfindən dindirilərkən üzərində və avtomobilində narkotik vasitənin olduğunu bildirdiyinə görə üzərində şəxsi axtarış aparılmışdır. Polis əməkdaşlarında Məhkum narkotik vasitələri saxlaması və ya qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar hər hansı bir məlumat olmamışdır. Məhz buna görə də saxlanıldığı yerdə Məhkum üzərində və avtomobilində axtarış aparılmamışdır. Sadalanan normalara əsaslanaraq, qeyd etmək olar ki, Məhkum təqsirini sübut edəcək sübutların mötəbərliliyini şübhə altına alacaq heç bir hal müəyyən edilməmişdir. Lakin buna baxmayaraq, məhkəmə kollegiyası sübutlara öz şəxsi yanaşmasını ortaya qoyaraq sübutların mötəbər olmadığını vurğulamışdır ki, hansı ki, bu hal da iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçı sının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübah isə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olduğu halda birinci instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsi nəticəsində ona bəraət verilməsinin, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə həmin hökmün qüvvədə saxlamasının qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilə rlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İstintaq orqanı Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə də ittihamı elan etmiş və cinayət işini baxılması üçün məhkəməyə göndərmişdir. İstintaq orqanı Məhkum CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə onun üzərində şəxsi axtarış və avtomobilində axtarış keçirilməsi haqında protokolları, telefon məlumatlarından çıxarışı, şəxsi axtarışda və baxışda iştirak etmiş şəxslər Şahid4, Şahid6 və Şahid5 şahid ifadələrini, məhkəmə-kimyəvi ekspertizasının rəyini təqdim etmişdir. Məhkəmələr sübutları məhkəmə iclasında araşdırıb belə nəticəyə gəlmişdir ki, ittihamın əsasını istintaq orqanının qeyri-mötəbər və ziddiyyətli sübutları təşkil etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutlara nəzər salaraq məhkəmələrin gəldikləri nəticə ilə razılaşır. Belə ki, cinayət işi üzrə Məhkum narkotik vasitənin hər hansı bir konkret şəxsdən alması və ya həmin narkotik vasitənin hər hansı bir konkret şəxsə satması halları müəyyən edilməmişdir. Məhkum qarşı irəli sürülmüş ittiham yalnız maddi sübuta, yəni onun üzərində və avtomobilində narkotik vasitənin aşkar edilməsi faktına əsaslanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübh ə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Məhkəmə iclasında Məhkum qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi və saxlanmasında özünü təqsirli bilməmiş və narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulmasını bildirmişdir. Məhkəmələr hazırki iş üzrə ittihamın əsasını təşkil edən Məhkum üzərində şəxsi axtarış və avtomobilinə baxış keçirilməsi haqqında 24 noyabr 2021-ci il tarixli protokolları qiymətləndirərək əsaslı olaraq nəticəyə gəlmişlər ki, həmin sübutların mötəbərliyi şübhə doğurur. Belə ki, Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Şəxsi axtarış aparıl ması haqqında 24 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum üzərinə 24 noyabr 2021-ci tarixdə, saat 00:40-da Quba RPŞ-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibinin üzərindəki ciblikdən 01 ədəd şəffaf sellofan bükülüdə 0,870 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qatranı, 01 ədəd kağız bükümdə 0,084 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd kağız bükümdə 0,265 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin şalvarının qarşı tərəfinin içərisində saxladığı 01 ədəd sellofan bükülünün içərisində olan 09 ədəd şəffaf polietilen bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,786, 0,385, 0,864, 0,821, 0,260, 0,163, 0,849, 0,762, 0,812 qram çəkilərdə, ümumi çəkiləri 5,702 qram narkotik vasitə heroin aşka r edilmişdir. Baxış keçirilməsi haqqında 24 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, saat 01:05-də Quba RPŞ-nin həyətindəki avtomobil duracağında olan Məhkum məxsus “Opel İnsignia” markalı, **-OR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin sürücü tərəfdən əl tutacağının altından 01 ədəd sarı rəngli polietilen kəsiyi bükümündə, təmiz çəkisi 3,250 qram narkotik vasitə heroin və 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,218 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Məhkum Sumqayıt şəhərində 23 noyabr 2021-ci il tarixdə saat 18-19 radələrində Sumqayıt şəhər Polis İdarəsinin yaxınlığında ünvanı bilmədikləri yerdə saxladıqlarını, Quba rayon Polis Şöbəsinə təxminən saat 24 radələrində çatdıqlarını göstərmişlər. Polis əməkdaşları Məhkum tutulmasını və faktiki olaraq azadlığının məhdudlaşdırılmasını saxlanıldığı yerdə dərhal sənədləşdirməmiş, onu müdafiəçi ilə təmin etməmiş, hüquq və vəzifələri barədə məlumat verməmiş, hətta qanunla həyata keçirməli olduqları bu hərəkətləri Sumqayıt şəhəri Polis İdarəsi və onun müvafiq polis bölmələrində icra etməmişlər, həmin hərəkətlərin altı saatdan sonra Sumqayıt şəhərindən Quba şəhərinə qət etdikdən sonra edilməsinin zərurətini də əsaslandırmamışlar. İstintaq orqanı axtarışla tutulmuş təqsirləndirilən şəxs Məhkum tutulduğu yerdə üzərində şəxsi axtarış aparılmasını mümkünsüz edən hər hansı bir hal göstərilmədən əməliyyat orqanının əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin üzərində və ona məxsus avtomaşında axtarışın tutulduğu yerdə və anda deyil, yalnız altı saat sonra həm təqsirləndirilən şəxsi, həm ona məxsus avtomaşını Sumqayıt şəhərindən Quba rayonuna gətirərək, yəni 140 km-dən artıq məsafəni qət etdikdən sonra aparılmasını qanuna uyğun hesab etmişdir. Həmin axtarışlar keçirilməsi barədə protokollar və axtarış nəticəsində əldə edilmiş sübut - narkotik vasitə Məhkum irəli sürülmüş ittihamın əsasını təşkil etmişdir. Məhkəmələr xüsusi qeyd etmişlər ki, cinayət törədilməsi ilə əlaqədar axtarışla saxlanılmış Məhkum üzərində və onun avtomaşında 6 saat ərzində polis əməkdaşları tərəfindən şəxsi axtarışın aparılmaması öz-özlüyündə şübhə yaradır. Bundan əlavə, Məhkum üzərinə Quba rayon polis şöbəsində şəxsi axtarış və avtomobilinə baxış keçirilərkən qeydə alınmış videogörüntülərə məhkəmə istintaqı zamanı b axış keçirilən zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Məhkum üzərində ona məxsus avtomobilin açarları aşkar edilməmiş, həmçinin polis şöbəsində həyətində saxlanılan avtomobilinin qapılarını açıq, nəzarətsiz vəziyyətdə olmuşdur. Qeyd edilməlidir ki, Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qərarda xüsusi olaraq vurğulamışdır ki, həbslə axtarış arasında vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır. Belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum tutularkən onun üzərində və avtomobilinə dərhal yox, 6 saatdan sonra və tutulduğu yerdən 140 kilometr məsafədə baxış keçirilməsi həmin prosessual hərəkətlərlə bağlı ciddi şübhə yaradır, müdafiə tərəfinin iddia ları isə əsaslı görünür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr təqsirləndirilən şəxs Məhkum üzərində şəxsi axtarış aparılması haqqında 24 noyabr 2021ci il tarixli və avtomobilə baxış keçirilməsi haqqında 24 noyabr 2021-ci il tarixli protokollara qiymət verərək düzgün olaraq nəticəyə gəlmişlər ki, həmin sübutların mötəbərliyinə əsaslı şübhələr olduğundan, bu protokolların iş üzrə sübut kimi qəbul edilməsi və təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsində istifadə edilməsi yolverilməzdir. Əməliyyat axtarış tədbirində iştirak etmiş polis əməkdaşlarının ifadələrinə gəldikdə məhkəmələr həmin polis əməkdaşlarının təqsirləndirilən şəxsə qarşı cinayət təqibinin təşəbbüskarları olduğundan onların maraqlı tərəf olmalarını düzgün qiymətləndirmişdir. Həmçi nin protestdə əks olunmuş ekspertiza rəyi ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitələrin təqsirləndirilən şəxsə məxsus olması ilə bağlı şübhələrin olduğu təqdirdə, həmin rəy narkotik vasitənin növünü, tərkibini və miqdarını müəyyən etsə də, narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmasını təsdiq edə bilməz. Belə ki, məhkəmə-kimyəvi ekspertizasının 24 noyabr 2022-ci il tarixli, 6/5214 nömrəli və məhkəmə-bioloji ekspertizasına dair 24 noyabr 2022-ci il tarixli, 7/1211 nömrəli rəyləri, ambulator məcburi-narkoloji tibbi yoxlamasının 17 fevral 2022-ci il tarixli 764 nömrəli rəyi, Məhkum mobil telefonunda və müvafiq mobil operatordan götürülmüş telefon məlumatlarında olan narkotik vasitələrin satışı məzmunlu yazışmalar narkotik vasitələrin və psixotrop maddən in Məhkum üzərində aşkar edilməsi faktını təsdiq etmir və yalnız bu halın şübhəsiz müəyyən edildiyi təqdirdə onun təqsirini müəyyən edən sübutlar kimi çıxış edə bilər. İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirini təsdiq edən digər sübutlar təqdim edilməmişdir. İşdən göründüyü kimi birinci instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 1 44-146-cı maddələrinin tələblərinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presidentlərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün o lmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən itti hamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetmir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən gö rünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləli klə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 aprel 2023-cü il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1825/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1825/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver