Məhkəmə qərarları › İş №1(102)-1826/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1826/2023

17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1826/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-217/2023 saylı, 10 may 202 3-cü il tarixli qərarından dövlət ittihamçısı İlqar Əsədov tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1980-ci ildə Astara rayonu Şiyəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, hazırda işləməyən, məhkum olunmamış, Astara rayonu Şiyəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru X6 ilə 28 sentyabr 2020-ci il tarixdə bağladığı əmək müqaviləsinə əsasən Cəmiyyətin Astara rayonu Pensər kəndində yerləşən anbarına satıcı-anbardar vəzifəsinə işə qəbul edildikdən sonra əmək müqaviləsində qeyd olunan əmək funksiyaları, elə cə də cəmiyyətin direktoru ilə bağladığı eyni tarixli tam maddi məsuliyyət haqqında müqavilə əsasında inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi və heç bir halda idarəyə, müəssisəyə və təşkilata ziyan vurmamağı öhdəsinə götürməklə qeyd olunan vəzifədə işləmişdir. Məhkum həmin vəzifədə işləyərkən tanışı X1 ilə qabaqcadan cinayət əlaqəsinə girərək tamah niyyəti ilə Cəmiyyətə məxsus əmlakı əvəzsiz və qanunsuz olaraq öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaq qərarına gəlib, maddi məsul şəxs kimi 18 noyabr 2020-ci il tarixindən 02 fevral 2022-ci il tarixinədək olan dövr ərzində AT00-006191, AT00-000997, AT00-002861, AT00-003050, AT00-003082, AT01-000468, AT01-000538, AT01-000782, AT01-00094 1, AT01-000994, AT01-000996, AT01-001267, AT01-001411, AT02-000033, AT02-000011, AT02-000089, AT02-000323, AT02-000461 və AT02000483 nömrəli təhvil-təslim aktları ilə ona etibar edilərək maddi məsuliyyətində qalan 23 çeşid - yəni ümumi 1 litr həcmində “Acente 1.8 EC / Sunset Kimya (18 g/l Abamectin)”, ümumi 2 litr həcmində “Afaroz 40 SL / Sunset Tarim (40 g/l İmazamox)”, hər kisəsi 50 kq olmaqla, ümumi 300 kisə, yəni 15000 kq həcmində “Ammofos / Apatit / Phosagro (12:52 NP)”, hər kisəsi 50 kq olmaqla, ümumi 30 kisə, yəni 5000 kq həcmində “Ammofos / Evroxim (12:52 NP)”, hər kisəsi 50 kq olmaqla, ümumi 1050 kisə, yəni 52500 kq həcmində “Ammonium Nitrat / Evroxim (34.4 % AN)”, hər kisəsi 50 kq olmaqla, ümumi 400 kisə, yəni 20000 kq həcmində “Ammonium Nitrat / Evroxim (34.4 % AN) Agrolizing logolu”, hər kisəsi 50 kq olmaqla, ümumi 60 kisə, yəni 3000 kq həcmində “Ammonium Nitrat / Minudobreniya (34.4 % AN)”, hər kisəsi 50 kq olmaqla, ümumi 320 kisə, yəni 16000 kq həcmində “Ammonium Nitrat / Rustavi Azot (34.4 % AN)”, hər kisəsi 50 kq olmaqla, ümumi 300 kisə, yəni 15000 kq həcmində “Ammonium Sulfat / Kuybışev (21:24 NS)”, 5 litr həcmində “Artfonil SL / Sunset Kimya (480 g/l Ethephon)”, 1 litr həcmində “Artonil SC / Sunset Kimya (120 g/l Thidiazuron + 60 g/l Diuron)”, 5 kq “KAMP/Azot Rustavi”, hər kisəsi 40 kq olmaqla, ümumi 1325 kisə, yəni 53000 kq həcmində “Karmabid Marka B / SOCAR”, 0,8 kq “Kingcozeb M-45 / Sunset Kimya (80 % Mancozeb)” 1 litr “Kurnaz EC / Sunset Tarim (116,2 g/l Clethodim), 5 litr “Mass Plant Forte 20 SP / Sunset Kimya (20 % Acetamiprid)”, hər kisəsi 50 kq o lmaqla, ümumi 200 kisə, yəni 10000 kq həcmində “Nitroammofos / Evroxim (NPK 16-16-16)”, hər kisəsi 50 kq olmaqla, ümumi 200 kisə, yəni 10000 kq həcmində “Nitroammofos / Minudobreniya (NPK 16-16-16)”, 0,8 kq həcmində “Raneb 5 SG / Sunset Tarim (5 % Emamectin Benzoate)”, 5 litr “Redrum 10 SC / Sunset Kimya (110 g/l Etoxazole)”, 5 litr “Sunamin 500 SL / Sunset Tarim (500 g/l 2,4 D Acid)”, 2 litr “Venison 150 SC / Sunset Kimya (150 g/l İndoxacarb)” və 10 kq “Yonca toxumu Gea Dor 7/ Continental” adlı gübrə məhsullarından 14552,05 kq - yəni cari satış qiymətlərinə uyğun olaraq 21980,05 manat (iyirmi bir min doqquz yüz səksən manat beş qəpik) dəyərində gübrə məhsullarını qabaqcadan formalaşmış cinayətkar niyyətə uyğun Əlizamin Mustafayevlə birlikdə qanunsuz və əvəzsiz olaraq mülkiyyətlərinə keçir məklə və 824,16 (səkkiz yüz iyirmi dörd manat, on altı qəpik) manat məbləğində pul vəsaitini isə sistemə daxil etməli olduğu halda, sistemə daxil etməyərək öz mənafeyi üçün götürməklə, ona etibar edilmiş, ümumilikdə 22804,21 (iyirmi iki min səkkiz yüz dörd manat, iyirmi bir qəpik) manat dəyərində gübrə məhsullarını – özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında, vahid niyyətlə əhatə olunmuş qəsdlə qanunsuz və əvəzsiz olaraq mülkiyyətlərinə keçirib, zərərçəkmiş hüquqi şəxsə - "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xeyli miqdarda ziyan vurmaqla mənimsəyib talamışdır.. 3.Astara Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 1(018)-20/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təq sirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, iş üzrə mülki iddianın qismən təmin olunması, Məhkum 17.804,21 (on yeddi min səkkiz yüz dörd manat, iyirmi bir qəpik) manat məbləğində vurulmuş maddi ziyanın və 144 (yüz qırx dörd) manat məbləğində məhkəməyə ödənilmiş olan dövlət rüsumunun, cəmi 17.948,21 (on yeddi min doqquz yüz qırx səkkiz manat, iyirmi bir qəpik) manat pulun alınaraq zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı – "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, iddianın qalan hissədə təmin olunmaması hökm edilmiş, iş üzrə məhkəmə məsrəfi məsələləri həll edilmişdir.

3. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2023-cü il tarixli, 1(106)-217/20 23 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 1(018)-20/2023 saylı hökmü Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilərək Məhkum Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2023-cü il tarixli, 1(106)-217/2023 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri 6.Apellyasiya instansiya məhkəməsi yekun qərarını əsaslandırmağa çalışarkən qeyd etmişdir ki, Məhkum birinci instansiya məhkəməsində baxış zamanı 22.804,21 manat məbləğində maddi ziyandan 5.00 0 manat hissəsini ödəməsi, apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı 07 aprel 2023-cü ildə 5.000 manat, 13 aprel 2023-cü ildə 2.000 manat, 15 aprel 2023-cü ildə 1.500 manat, 16 aprel 2023-cü ildə 1.000 manat, ümumilikdə qeyd edilən müddət ərzində 9.500 manat maddi ziyanı ödəməsi onun cəzasını yüngülləşdirən yeni hal kimi qiymətləndirilməli və təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməlidir. Aşağıda şərh edilənlərə əsasən hesab edirəm ki, məhkəmə kollegiyasının həmin qərarı Məhkum cəza təyininə qanunauyğun qərar qəbul edilmədiyinə dair hissədə əsassız olduğundan, ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Belə ki, apelyasiya instansiya məhkəməsi iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, məhkəmə tərəfindən Məh kum cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də onun şəxsiyyətinə uyğun olmamasına baxmayaraq, məhkəmə az ağır cinayətlər kateqoriyasına aid olan əməllərə görə ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin etmiş, bununla Məhkum gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısı alınmasının təmin olunmasına xidmət etməmişdir. Belə ki, məhkəmə kollegiyası Məhkum apellyasiya instansiya məhkəməsində vu rduğu zərərin bir qisminin ödəməsini də əsassız olaraq cəzasını yüngülləşdirən yeni hallar kimi nəzərə almaqda haqlı olmamışdır. İş materiallarından göründüyü kimi, Məhkum vurduğu ziyandan cəmi 5.000 manat pulu yalnız məhkəmə baxışında ödəmiş, ziyanın digər daha böyük hissəsi isə, yəni 9.500 manat pul ona azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdən sonra qohumları tərəfindən ödənilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Məhkum azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi sosial ədalətin bərpası, ziyanın ödənilməsi, onun islah olunması və cəmiyyətin tələbatına uyğun olmuşdur. Ona görə ki, birinci instansiya məhkəməsi Məhkum azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə ziyanın daha böyük hissəsinin ödənilməsinə nail olmuşdır. Lakin məhkəmə kollegiy ası qanunun tələblərini və prinsiplərini kənara qoyub, Məhkum maraq və mövqeyindən çıxış edərək əsassız və ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə Məhkum cəza təyin edərkən yuxarıda qeyd edilən güya cəzanı yüngülləşdirən yeni halı nəzərə alsa da, belə bir nəticəyə gəlməyinin motivlərini qərarın təsviriəsaslandırıcı hissəsində göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən hallar yalnız sübutlara əsasən müəyyən edilir. CM-in 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkə məsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiya məhkəməsi Məhkum yuxarıda qeyd edilmiş güya cəzasını yüngülləşdirən yeni halı nəzərə almış, onun təqsirli bilindiyi cinayət əməllərinə görə cəza növünü müəyyən edərkən hesab etmişdir ki, Məhkum azdlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Göründüyü kimi, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə yüngüllüyünə görə ədalətsiz cə za təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz qərarı ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Məhkəmə bütün bunları nəzərə almayaraq Məhkum yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Odur ki, apellyasiya instansiya məhkəməsi bu iş üzrə ədalətli, əsaslı və qanuni deyil, təqsirləndirilən şəxsin mövqeyinə uyğun yekun qərar qəbul edilməsinə üstünl ük verərək, yüngüllüyünə görə Məhkum təyin edilmiş cəzaya münasibətdə açıq-aydın ədalətsiz qərar qəbul etmişdir. Həmçinin məhkəmə kollegiyası qərarının nəticə hissəsində, Məhkum cəza təyin etdikdən sonra CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti cəza saxlayarkən, onun 01 fevral 2023-cü il deyil, 01 fevral 2021-ci il tarixdən 10 may 2023-cü il tarixədək həbsdə saxlanıldığını nəzərə almaqla səhvə yol vermişdir. Beləliklə, yuxarıda sadalananlardan görünür ki, apelyasiya instansiya məhkəməsi Məhkum təyin edilmiş cəzanı yüngülləşdirməklə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onun nəticəsi, törədilməsi halı, şəraiti, məqsədi və motivi, Məhkum şəxsiyyətini, cinayətin törədilməsi zamanı davranışını nəzərə almamaqla, bu zaman cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3 -cü maddələrinin tələblərini pozmuş, “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərinə əməl etməmiş, “Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyyələri nəzərə almamış, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları düzgün müəyyən etməmiş, habelə cəza təyin edilərkən cinayət qanunu normaları düzgün tətbiq etməmiş, nəticədə də Məhkum münasibətdə yüngül cəza təyin olunmuşdur. Məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etməsi CPM-in 416.1.21-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməs i üçün əsasdır. Göstərilənlərə əsasən, CPM-in 84, 408-412 və 416-cı maddələrini rəhbər tutub Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2023-cü il tarixli qərarı ləğv edilməyini və cinayət işi yeni apelyasiya baxışına təyin edilməsi xahiş edilmişdir. III.Hüquqi məsələlər 10.Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir. 11.Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və möv cud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 12.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. 13.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. 14.Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. 15.Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 16.Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinə n şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbay can Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 10 may 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). 17.Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli t ədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. 18.Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. 19.Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. 20.Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

21. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

22. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

23. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPMnin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışı na təyin etməlidir.

24. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq daha böyük, pozuntu isə daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.

25. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.

26. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, vurmuş olduğu 22.804,21 (iyirmi iki min səkkiz yüz dörd manat, iyirmi bir qəpik) manat məbləğində maddi ziyandan 5.000 (beş min) manat hissəsini ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin nəticələrlə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır.

27. Apellyasiya məhkəməsi əlavə olaraq təqsirləndirilən şəxs Məhkum apellyasiya icraatı dövründə ümumilikdə dəymiş ziyandan 9500 manat maddi ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən yeni hal kimi qiymətləndirmişdir.

28. Kassasiya məhkəməsi qeyd edir ki, zərərçəkmiş tərəf də təqsirləndirilən şəxs Məhkum ziyanı mütəmadi ödədiyini nəzərə alıb, apellyasiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə mövqeyini bildirmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmələrin sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz.

31. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri məhkum edilmiş şəxs Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzası üçün nəzərdə tutulan ən yuxarı həddə cəza təyin etməklə, Azərbaycan Respublikası CM-də nəzərdə tutulan cəzanın məqsədlərini təmin etmişdir.

32. Qeyd olunan hallar baxımından Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı Şirvanldə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətləndirilə bilməz.

33. Kassasiya məhkəməsi qey d edir ki, apellyasiya məhkəməsi qərarında Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 01 fevral 2021-ci il tarixdən 10 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 9 (doqquz) günün bir gününün, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla 6 (altı) ay 18 (on səkkiz) gün ona təyin edilmiş cəzadan çıxmış və onun üzərində qəti olaraq 11 (on bir) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlamışdır.

34. Qərardan görünür ki, apellyasiya məhkəməsi texniki səhvə yol verərək 10 may 2021ci əvəzinə 10 may 2023-cü il qeyd etmişdir.

35. Kollegiya qeyd edir ki, qərarda 10 may 2021-ci əvəzinə 10 may 2023-cü il qeyd edilsə də, nəticədə yekun cəzadan həbsdə saxlan ıldığı 3 (üç) ay 9 (doqquz) gün çıxılmışdır. Qeyd edilən texniki səhv yekun cəzaya təsir etməmiş və anlaşılmazlıq qərarı ilə aradan qaldırılması mümkündür.

36. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

37. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 10 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və A zərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 10 may 2023-cü il tarixli, 1(106)-217/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar