Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1827/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Əliyev Mehman Qardaşxan oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkə məsinin 2 fevral 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əliyev Mehman Qardaşxan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 fevral 2021-ci il tarixli 1(099)-24/2021 nömrəli (hakimlər: Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 28 iyul 1988-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, xxx qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müddətinin əvvəli 7 noyabr 2019-cu il tarixindən hesablanması hökm edilmişdir. Məhkəmənin hökmündən narazı qalan məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Əliyev Vaqif Əvəz oğlu apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2021- ci il tarixli 11(106)-390/2021 nömrəli (hakimlər: Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Bağırov Məhəmməd Ənvər oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 fevral 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2021-ci il tarixli qərarından məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Əliyev Mehman Qardaşxan oğlu kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatət vermişdir. Həmin vəsatətə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən), Bağırov Məhəmməd Ənvər oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət məhkəmə tərkibində) 27 aprel 2023-cü il tarixli 1(106)-390/2021 nömrəli qərarı ilə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası və kassasiya şikayətinin baxılması üçün aidiyyəti üzrə kassasiya instansiyası məhkəməsinə göndərilməsi barədə vəsatət rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının həmin qərarından Məhkum müdafiəçisi Əliyev Mehman Qardaşxan oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Əliyev Mehman Qardaşxan oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğ undan, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan kassasiya instansiyası məhkəməsində mütləq ləğv olunmalı vəsatətin təmin olunması barədə qərar qəbul edilməlidir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2021-ci il tarixli qərarı təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 15 saylı Cəzaçəkmə Müəssisəsində xx.xx.2022-ci il tarixdə rəsmi olaraq təqdim olunmuş və bununla bağlı Məhkum qəbzə imza etmişdir. Qəbzdə yazılmışdır: Mən Məhkum, bu qəbzi verirəm ondan ötrü ki, Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-390/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarın surətini aldım. İmza: İmza edilib. Tarix xx.xx.2022-ci il. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 15 saylı Cəzaç əkmə Müəssisəsinin rəisi vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən ədliyyə polkovnik-leytenantı İqbal Qəmbərovun imzası ilə Şirvan Apellyasiya Məhkəməsinin hakimi cənab Rafiq Cəfərova xx.xx.2022-ci il tarixli, xx/xx-1564 saylı məktubla müraciət olunmuşdur ki, Hörmətli Rafiq müəllim. 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum alınmış qəbz Sizə göndərilir. Qoşma: “01 ” vərəq. Hörmətlə, 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən ədliyyə polkovnikleytenantı İqbal Qəmbərov. İmza. Bir daha təsdiq olunur ki, Məhkum Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının surətini xx.xx.2022-ci il tarixdə rəsmi olaraq almışdır. Ona görə də qanunla nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə kas sasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına təqdim etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Əliyev Mehman Qardaşxan oğlu kassasiya şikayətlərinin dəlillərinə uyğun çıxış edərək, kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkə mə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən aşağıdakı müddətlərdə verilir: 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilm əsi haqqında məhkəmə qərarından — onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilə bilər. İş materiallarında olan qərarın surətinin təqdim olunması barədə ilk qəbzdən aydın olur ki, Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2021-ci il tarixli qərarını 27 avqust 2021-ci il tarixdə qəbul etdiyini öz imzası ilə təsdiq etmişdir. Bununla da müəyyən olunur ki, mübahisələndirilən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2021-ci il tarixdə çıxarılmış həmin qərardan kassasiya şikayəti vermək üçün prosessual qanuna əsasən məhkum üçün nəzərdə tutulmuş müddət 28 avqust 2022-ci il tarixdə bitmişdir. İş materiallarından görünür ki, Məhkum kassasiya şikayəti və kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatəti 24 mart 2023-cü il tarixdə tərtib edilməklə birbaşa Şirvan Apellyasiya Məhkəməsinə ünvanlamış, yəni kassasiya şikayəti verilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş müddəti təqribən 7 (yeddi) ay ötürərək vermişdir. Göründüyü kimi, Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2021-ci il tarixli qərarının çıxarıldığı vaxtdan kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra kassasiya şikayəti vermək qərarına gəlmiş və şikayətini qanunla müəyyən edilmiş müddətdə verə bilməməsini heç bir sübut ilə əsaslandırmamışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayətində göstərdiyi məhkumun apellyasiya məhkəməsin in qərarının xeyli gec əldə etməsi barədə dəlilləri yuxarıda sadalanan sübutların məcmusu ilə tamamilə təkzib olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 411-ci maddəsinə görə kassasiya şikayəti vermə müddəti yalnız aşagıdakı hallarda – kassasiya şikayəti vermə hüququna malik olan şəxsin uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanına malik olmaması, həmin şəxsi kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verməsi və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə bərpa oluna bilər. Məhkəmə kollegiyası yu xarıda qeyd edilənlərə əsasən hesab edir ki, Məhkum tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermə müddətinin buraxılmasına səbəb olan hallar üzrlü səbəblər kimi qəbul edilə bilməz və kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 411 və 419.10.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum müdafiəçisi Əliyev Mehman Qardaşxan oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 fevral 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2023-cü il tarixli qərarı verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1827/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1827/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver