Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1828/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçilər – Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Hüseyn Yavər Cəfər oğlunun və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Q ocayev Ramil Alim oğlunun iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə bəraət verilməsinə, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli 1(099)-652/2022 nömrəli (hakimlər: Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər: Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1978-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikasında doğulmuş, RF vətəndaşı, orta t əhsilli, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, xxx qeydiyyatda olan, ünvan 1 ünvanda müvəqqəti yaşayan X3 Azərbaycan Respublikası CM-nin 206.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, CM-in 206.2-ci maddəsi 3 il 6 ay, 240.3.2-ci maddəsi ilə isə 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 ay 2 gün cəzasından çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 1 dekabr 2022-ci il tarixdən hesablanması və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalında həbs edilməsi, habelə CM-in 52.1 və 52.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılması və onun Azərbaycan Respublikasına gəlmək hüququ hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılması hökm edilmiş, həmçinin iş üzrə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Hüseyn Yavər Cəfər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023-cü il tarixli 1(106)-143/2023 nömrəli (hakimlə r: Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən), Bəşirov Kamil Sücəddin oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli hökmü X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilmiş, təqsiri sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə bəraət verilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli hökmü X1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə aid hissədə dəyişdirilmiş, həmin hökmlə X2 Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası, barəsində Ci nayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 il 6 aya endirilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli hökmünə görə Rusiya Federasiyasının vətəndaşı X3 2022-ci ilin iyun ayının sonlarında İran İslam Respublikasında olarkən m əlum olmayan mənbədən qəsdən, tamah və satış məqsədilə qanunsuz əldə etdiyi külli miqdar 40,2 qram cəkidə cəmi 268 həbi, 3 karton qutuda hər qutuda 3 konvolyut, hər konvolutda 10 həb olmaqla narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan tərkibindəki preqabalin güclü təsir edən maddəsinin üzərində “Pregabin 150” yazısı olan 90 həbi 1 ədəd sellofan paketdə saxlamış, həmçinin üzərində heç bir markalanma göstəricisi olmayan narıncı-göy rəngli preqabalin tərkibli 178 həbi isə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Volvo” markalı “e458cx53/ae803905” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında olan əvvəlcədən yan ciblərini içəridən sökdüyü tünd göy rəngli gödəkçənin astar hissəsində gizlədərək qanunsuz saxlayıb İİR-dən Az ərbaycan Respublikasına daşımış, 29 iyun 2022-ci il tarixdə saat 11 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən “Astara” gömrük postunda üzərində “Pregabin 150” yazısı olan həmin 90 həbi gömrük orqanına yazılı bəyan etməməklə, üzərində heç bir markalanma göstəricisi olmayan preqabalin tərkibli 178 həbi isə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarının pozulması ilə qərara gəlinmişdir. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə, Xin güclü təsir edən maddə olan preqabalin həblərini satış məqsədilə deyil, Dağıstanda yaşayan həmyerlisinin xahişi ilə xəstə müalicəsi üçün aldığı təsdiq edilmiş, eyni zamanda onun həmin dərman həblərini qanunsuz yolla deyil, qanuni yolla, yəni İran İslam Respublikasında mövcud olan qaydalara uyğun olaraq əczaxanadan (aptekdən) əldə etməsi müəyyən olunur. Halbuki, Xin həmin güclü təsir edən maddənin tibbi resepti olmadan və külli miqdarda əldə etməsi, onları qanunsuz və satış məqsədilə ilə əldə edilməsinə birbaşa dəlalət edir. Apellyasiya instansiya məhkəməsi ittihamı, ibtidai istintaqda toplanılmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş mötəbər sübutları təkzib edən heç bir fakt və ya sübut gətirmədən, heç daxili inamına da deyil, sadəcə olaraq olaraq təqsirlə ndirilən şəxsin özünümüdafiə xarakterli ifadəsinə, arayışa və ərizəyə əsaslanaraq səhv nəticəyə gəlmişdir. Belə ki, X-in mobil telefonuna baxış protokolundan, onun İİR-in ərazisində olarkən yalnız RF-da olan abonentlərlə əlaqə saxlamasından başqa digər heç bir hal müəyyən edilmir. Həmçinin onu da qeyd etmək vacibdir ki, X-in CM-in 240-ci maddəsində nəzərdə tutulmuş əməldə təqsiri olmaması, yəni aptekdən güclü təsir edən edən maddələrin almasını qanuni hesab edən məhkəmə nəzərdən qaçırmışdır ki, tərkibində güclü təsir edən maddələr olan dərmanlar yalnız tibbi reseptlə alındığı halda qanuni hesab olunur. Bütün digər hallarda qeyd edilən preqabalin dərman preparatlarının əldə edilməsi qanunsuzdur. Bundan başqa, preqabalin maddəsi 27 may 2019-cu il tarixdən güclü təsir edən maddələrin siyahısı na əlavə edilmiş və preqabalinin qanunsuz, yəni tibbi resept olmadan əldə edilməsi RF-in ərazisində cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Ona görə də preqabalinin tibbi resepti olmadan əldə edilməsi RF ərazisində qadağan olunması həm X-ə, həm də ondan bu maddəni əldə edib gətirilməsini xahiş edən şəxslərə məlum idi. Bundan əlavə, məhkəmə kollegiyası X-ə CM-in 206.2-ci maddəsi ilə cəza təyin edərkən, birinci instansiya məhkəməsinin hökmündə olan onun eyni cəzasını yüngülləşdirən halları eləcə hökmünə köçürərək və onları yalnız sadalamaqla kifayətlənərək, araşdırmamış və əsaslandırmamışdır. Belə ki, məhkəmə kollegiyası X-in İİ qrup əlil olması, himayəsində 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olması, eyni zamanda onun əməlinin ağır ictimai təhlükəli nəticələrə səbə b olmaması kimi halları təkrarən CM-in 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrüm etmə cəzasının aşağı həddindən də aşağı həddə cəza təyin edilməsi üçün əsas olduğunu hesab etmişdir. Hökmünü birinci instansiya məhkəməsinin hökmündən yalnız onunla fərqləndirərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin barəsində müəyyən edilən və əhəmiyyətinə görə müstəsna olan bəzi halları cəza təyini zamanı nəzərə almamışdır. Məhkəmə yuxarıda qeyd etdiyi X-in müəyyən edilən və əhəmiyyətinə görə müstəsna olan bəzi hallar, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunması, onun Azərbaycan Respublikasının ərazisində əvvəllər məhkum olunmaması və 5 yanvar 2023cü il tarixdə 4-cü uşağın - Mariyat adlı qızının doğulmasından ibarət olmuşdur. Lakin, məhkəmə X-in yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikasının ərazisində əvvəllər məhkum olunmamasını, yəni ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqda haqlı olmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində X-in müdafiəçiləri Hüseyn Yavər Cəfər oğlu və Qocayev Ramil Alim oğlu ayrı-ayrılıqda eyni məzmunlu çıxış edərək, kassasiya protestinin dəlillərinin tamamilə əsassız olduğunu, verilmiş kassasiya protestinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023cü il tarixli hökmünün dəyişdiril mədən qüvvədə saxlanılmasını xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023-cü il tarixli hökmünün ləğv edilərək, işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəlləni n normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin əksinə olaraq apellyasiy a məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPMin 143-146-cı maddələrinin tələblərini pozmaqla məhkuma Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verdiyini, həmçinin, Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə cəza təyini zamanı yüngülləşdirici halları düzgün qiymətləndirmədiyini, əsassız və qanunsuz olaraq yeni məhkəmə hökmünü çıxardığını iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət a lmış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibi nin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, X1 narkotik vasitələrə və ya psixotr op maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə edib saxlamaqla daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərinə nəzər yetirdikdə müəyyən olunur ki, protestdə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi mübahisələndirilməmişdir. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya protestinin X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair dəlillərini cinayət işinin materialları ilə müqayisəli qiymət verərək, onları əsassız hesab edir. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X- özünü dərman preparatlarını gömrük bə yannaməsi tərtib etmədən qaçaqmalçılıq yolu ilə keçirməkdə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, İranın Astara şəhərində olarkən həmyerlisi Aslan Dağıstandan ona zəng edərək İrandan bəzi dərmanların ucuz olduğundan həmin dərmanları alıb gətirməsini xahiş etmişdir. Aslan ona bildirmişdir ki, hazırda müharibə şəraiti olduğundan həmin dərmanlar Dağıstanda tapılmır. Aslanın ona dediyi dərmanları İranın Astara şəhərində yerləşən tanımadığı apteklərin birindən almışdır. Aptekə getmiş, dərmanları tanımadığından aptekdə çalışan əczaçı ilə Aslanı mobil telefonda danışdırmış, Aslan həmin dərmanların adını əczaçıya demişdir. Cinayət işinin materiallarında olan X-in istifadəsində olmuş “HUAWEİ P30 Lite” markalı mobil telefonuna 2 iyul 2022-ci il tarixdə keçirilmiş baxışın protokolundan g örünür ki, onun ifadəsində qeyd etdiyi Aslan adlı şəxslə xx.xx.2022-ci il tarixdə saat 18:51-dən sonra əlaqə saxladığı həqiqətən müəyyən edilmişdir. Həmçinin, cinayət işinin materiallarında olan 24 sentyabr 2022-ci il tarixdə X-in mobil telefonuna təkrar baxış keçirilmiş və “Whatsapp” sosial mesajlaşma tətbiqində “Maqa Xa” kimi qeyd edilmiş +**********6 mobil nömrəsinin və “Marğəm” kimi qeyd edilmiş +7965488-88-80 nobil nömrələrin olduğu və həmin nömrələrlə müxtəlif vaxtlarda qarşılıqlı zənglərin edildiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Rusiya Federasiyası Dağıstan Respublikası Levaşi Mərkəzi Rayon Xəstəxanasının tibbi arayışından görünür ki, X9 “şizofreniyanın paranoidal forması, fasiləsiz-proqrediyent gedişi” diaqnozu ilə Dağıstan Respublikası Levaşi Mərkəzi Rayon Xəstəxanasında həkim-psixiatrın qeydiyyatındadır və ona “preqobolini 150 mq.” və “serna” preparatlarını qəbul etmək məsləhət görülmüşdür. O cümlədən, cinayət işində olan Dağıstan Respublikasının Levaşi rayonunun Ulluaya kənd sakini, Rusiya Federasiyasının vətəndaşı X10 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə ünvanladığı notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, o, qardaşı xx.xx.1959-cu il təvəllüdlü X7 psixi xəstə olduğunu, onun müalicəsi üçün bəzi dərmanların lazım olduğunu, həmin dərmanların onların yaşadığı yerdə əlçatmaz olduğunu, bu səbəbdən başqa dövlətlərə müraciət etməli olduqlarını, bununla əlaqədar qardaşı üçün lazım olan dərmanları İranda olan X-ə sifariş etdiyini və buna görə X-in saxlanıldığını və cinayət məsuliyyətinə cəlb olunduğunu bildirib, sözügedən dərmanlara ehtiyaclarının olduğunu, onların qardaşı üçün alındığını nəzərə alınmasını və X-in cinayət məsuliyyətinə cəlb olunmamasını xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestinin tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə istinad edilən cinayətdə təqsirli bilinməməsinə dair nəticənin əsasına duran faktiki hallara dair məhkəmə tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Belə ki, cinayət işinin materiallarına nəzər yetirdikdə aydın olur ki, X1 güclü təsir edən maddələri qanunsuz əld ə etməsi, o cümlədən bu əməlin satış məqsədilə ilə törədilməsi toplanılmış sübutlarla öz təsdiqini tapmamış, həmin güclü təsir edən maddə olan preqabalin həblərini Dağıstanda yaşayan həmyerlisinin xahişi ilə xəstə müalicəsi üçün almışdır. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilm əsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X1 məhkəmə istintaqında verdiyi ifadələri həqiqəti əks etdirir və cinayət iş i üzrə toplanılmış digər sübutları ilə təsdiq olunaraq mötəbərliyi şübhə doğurmur. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək X1 narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama və daşıma ilə bağlı ittihamın obyektiv həqiqəti əks etdirməməsi və ona görə də X1 məhkəmədə verdiyi ifadələrin əsl həqiqəti əks etdirməsi barədə nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə münasibət bildirərək eyni zamanda aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cin ayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qə rəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Kassasiya məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə və apellyasiya məhkəməsinin hökmündə ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq belə qənaətə gəlmişdir ki, X1 Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirliliyi olmasına dair ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin hökmünü kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarlarına və Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə bəraət verilməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhə lərin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə hökmün qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin ( şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırm aqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində məhkəmə tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhk əmə dinləmələrinin, onların yekununda çıxarılmış apellyasiya məhkəməsinin hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində həmçinin, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi təyin olunmuş cəzanın yüngül olduğu, şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı və CM-nin 62-ci maddəsinin tətbiqi üçün əsasların olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya protestinin dəlillərinə qiymət verərək qeyd edir ki, cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəs ində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu (CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunması və cəzanın onun ailəsinin həyat şəraitinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhku m etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. İşdən görünür ki, məhkum edilmiş şəxs X1 cəzasını yalnız yüngülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş cəza ilə nə üçün is lah olunmayacağını və cəzanın məqsədinə daha ağır cəzanın təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəza təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsini xahiş etmişdir. Halbuki CPM-nin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qə rarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Belə ki, işdə olan 24 sentyabr 2013-cü il tarixli arayışdan və 3 iyun 2022-ci il tarixli vəsiqədən görünür ki, X gözdən İİ dərəcəli əlil olmaqla 702 rubl manat məbləğində pensiya alır. Cinayət işinin materiallarında olan 5 iyul 2022-ci il tarixli 563 nömrəli arayışdan görünür ki, X-in ailəsi arvadı X, xx.xx.2007-ci il təvəllüdlü qızı X, xx.xx.2011-ci il təvəllüdlü oğlu X və xx.xx.2021-ci il təvəllüdlü oğlu X-dan ibarətdir. Həmçinin, işdə olan 21 yanvar 2023-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə X4 adlı qızı doğulmuşdur. Cinayət işinin materiallarında olan Rusiyanın Levaşi rayonu üzrə DİN şöbəsinin 5 iyul 2022-ci il tarixli arayış-xasiyyətnaməsindən görünür ki, X- yaşayış yeri üzrə müsbət xarakterizə olunur. O cümlədən, işdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, X Azərbaycan Respublikasının ərazisində əvvəllər məhkum olunmamışdır. Məhkəmələr tərəfindən məhkum X2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (himayəsində üç azyaşlı və bir yetkinlik yaşına çatmış uşağının olması, gözündən 2-ci qrup əlil olması, əməlinin ağır ictimai təhlükəli nəticələrə səbəb olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, Azərbaycan Respublikasının ərazisində əvvəllər məhkum olunmaması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə a lınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, X1 islah olunması məqsədini və Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassas iya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə bəraət verilməsinə, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023-cü il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1828/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1828/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver