Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1828/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxxx 1986-cı ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 1(107)-9/2024 nömrəli qərarından apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir şəhər Məhkəməsinin (sədrlik edən hakim Ə.M.Hüseynov) 30 mart 2023cü il tarixli 1(051)-06/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müə ssisində çəkməsi, cəzaçəkmənin əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmışdır. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti vermiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər X.H.Səmədov (sədrlik edən), G.İ.Cavadova və İ.H.Şükürov) apellyasiya protesti təmin edilməmiş, Mingəçevir şəhər Məhkəməsinin 30 mart 2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum xx.xx.2022-ci il tarixdə saa t 08 radələrində BC dərəcəli sürücülük vəsiqəsi ilə ayıq vəziyyətdə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz E 270» markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhərinin H.Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətdə hərəkətdə olarkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyib gəldiyi 60 km/saat sürətlə hərəkətini davam etdirərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu zaman şəhərin H.Əliyev prospektində asfalt yolda səkidən avtomobil yoluna çıxıb yolu sağ tərəfdən sol tərəfə keçmək istəyən piyada X7 idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vuraraq Yaşar Mehdiyevə dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan qapalı kəllə beyin travması, baş beyinin gicgah paylarının əzilməsi nəticəsində inkişaf edən travmatik beyin qanaxması, sağ baldır sümüklərinin açıq sınıqları, sol bazu və sol dirsək oynağı sümüklərinin qapalı yerdəyişən sınıqlarının əmələ gəlməsi ilə nəticələnən ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X9 travmatik beyindaxili qanaxmadan hadisə yerində ölmüşdür. Kassasiya protestinin dəlilləri: Dö vlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan, cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməyən həddindən artıq yüngül cəza təyin etmiş, bununla da məhkəmə tərəfindən cinayət qanununun cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamaqla eyni pozuntulara yol vermişdir. Kassasiya protestində xüsusilə ona istinad olunur ki, Məhkum səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhdlər etməsi məhkəmələr tərəfindən əsassız olaraq cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınm ışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini və işin apelyasiya instansiya məhkəməsində yenidən baxılmasını xahiş edir. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan, şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 f evral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədə n cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa ş əxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cə zanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPMin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudlar ı nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənli k prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum təyin olunmuş cəzanın açıq-aydın yüngül olması barədə nəticəyə gəlmək üçün əsas vermədikləri müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozma cinayəti Cinayət Məcəlləsinin 15.3cü maddəsində az ağır cinayət kimi təsbit edilmiş təqsirin ehtiyatsızlıq formasında törədilən əməldir. Həmin maddənin sanksiyasında əsas cəza kimi 2 (iki) ildən 6 (altı) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və əlavə cəza kimi 3 (üç) ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkum isə CM-in 263.2-ci maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, yəni sanksiyada müəyyən edilmiş azadlıqdan məhrum etmənin aşağı həddindən 3 (üç) il çox, yuxarı həddən 1 (bir) il az cəza təyin edilmişdir (eynilə əlavə cəzanın da müddəti sanksiyada göstərilən yuxarı həddən bir il azdır). Məhkum təqsirli bilindiyi cinayətin törədilmə hallarından görünür ki, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilən nəticəyə (zərərçəkən şəxsin ölməsinə) səbəb olmuş yol-nəqliyyat hadisəsi Məhkum cinayət karcasına etinasızlığı nəticəsində baş vermişdir. Baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Məhkum əvvəllər məhkum olunmamış, ailəni dolandıran yeganə şəxs olmaqla himayəsində 4 azyaşlı övladı var, törətdiyi cinayəti etiraf edib əməlinə görə peşmandır. Bundan başqa, o, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etmişdir. Qeyd olunan hallardan birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, apellyasiya instansiyası məhkəməsi də bununla razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması onu əvvəllər məhkum olunmuş, kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlabatan əsasdır. Göstərilənlərlə yanaşı CM-nin 58.3-cü maddəsi nin tələbləri baxımından Məhkum cəza təyini zamanı onun şəxsiyyəti və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, Məhkum (ailənin yeganə dolandıran şəxs olması yüngülləşdirilən hal kimi qəbul edilmiş) daha yuxarı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi himayəsində olan 4 azyaşlı uşaqlarının maddi-mənəvi durumunun ağırlaşmasına və nəticədə törədilmiş əməllə təyin edilmiş cəzanın (yuxarıda sadalanmış yüngülləşdirici hallar fonunda) qeyri mütənasibliyinə səbəb ola bilərdi ki, həmin xüsusat aşağı məhkəmələr tərəfindən cəza təyini zamanı kifayət qədər nəzərə alınmışdır. Həmçinin işdən görünür ki, Məhkum barəsində ibtidai istintaq dövründən azadlıqdan məhrum etmə ilə bağlı olmayan başqa yerə getməmək haqqında iltizam qəti mkan tədbiri seçilmiş və o, həmin tədbirin şərtlərini pozmamış, ibtidai istintaq orqanının, məhkəmələrin çağırışlarına vaxtlı-vaxtında gəlmişdir. Qeyd olunan hallar müvafiq sübutlara əsaslanır. Məhkəmələrin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaətləri də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Kassasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 263.2-ci maddəsində təsbit edilən cinayətin obyektini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən hallar bu maddənin sanksiyası müəyyən olunarkən qanunvericinin nəzərə aldığı xüsusiyyətlərdir və onun tərəfindən həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə nəinki 5 il müddətə azadlıqdan məhrum etmə cəzası, hətta bundan da az müddətə (2 il azadlıqdan məhrum etmədən və 1 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmədən başlayan) cəzanın təyin edilməsi mümkün görülmüşdür. Qeyd olunan halların fonunda (həmçinin, cinayətin törədilmə halları nəzərə alındıqda) Məhkum təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törə dilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halın müəyyən edilmədiyini, yəni həmin müraciətlərin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyərək qərara alır ki, dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 1(107)-9/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 1(107)-9/2024 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasi
Məhkəmə qərarları › İş №1(102)-1828/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1828/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver