Məhkəmə qərarları › İş №1(102)-1829/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1829/2023

13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1829/2023 13.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının və Məhkum iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyun 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsini n 30 mart 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim N.F.Quliyev, hakimlər A.Ə.Musayev və C.Ş.Səfərlidən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1987-ci ildə ünvan4ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli olub boşanmış, bir övlad atası, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla 06 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, ünvan2-də qeydiyyatda olmaqla, faktiki ünvan3-də yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsini n 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin oulnmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 15 sentyabr 2021-ci il tarixdən hesablanması, narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyun 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi ha kim R.M.Cəfərov, hakimlər E.İ.Əliyev və İ.Q.Abdullayevdən ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyun 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum istintaqa məlum olmayan tarixdə şəxsiyyəti istintaqa məlum olmayan, “Kərbəlayi” adlı İran İslam Respublikası vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda - 2491,336 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə edib sonuncunun vas itəsiylə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirmiş, sonra isə həmin narkotik vasitəni özü ilə daşıyaraq yaşadığı ünvan 1 ünvanında yerləşən evinə aparıb satış məqsədilə saxlamış, daha sonra həmin narkotik vasitəni hissələrə ayıraraq, 1,336 qram çəkidə hissəsini üzərində, qalan 2490,0 qram çəkidə hissəsini satış məqsədi ilə yaşadığı evdə saxlamış, xx xx xx 2021-ci il tarixdə saat 14 radələrində XXX15nin X3 əməkdaşları tərəfindən saxlanılaraq üzərində aparılan şəxsi axtarış zamanı həmin narkotik vasitənin 01 ədəd bükülüdə 1,336 qram çəkidə hissəsi onun əynində olan cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş, daha sonra keçirilmiş tədbirlərin davamı olaraq mənzildə axtarış aparılan zaman narkotik vasitənin 01 ədəd qara rəngli sellofan torbanın içərisində olan 02 ədəd parça torbada ayrıayrılıqda təmiz çəkisi 1360,0 qaram və 1130,0 qram olmaqla ümumi təmiz çəkisi 2490,0 qram olan hissəsi və 1 ədəd elektron tərəzi yaşadığı ünvan 1 ünvanda yerləşən evin ona məxsus olan otağındakı şkafın yuxarı hissəsindən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, özünü Cinayət Məcəlləsinin 32.4,206.2 və 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilmədiyi halda əsasız olaraq həmin maddələrlə təqsirli bilinib 12 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyun 2022-ci il tarixli q ərarının mübahisələndirilməsinə dair kassasiya şikayətinə ədalətlə baxılmasını və həmin qərarın obyektiv və hərtərəfli yoxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyü nü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Lakin Məhkum tərəfindən verilmiş kassasiya şikayətində CPM-in 416-cı maddəsində göstərilən əsaslarla uzlaşdırıla biləcək heç bir konkret dəlil irəli sürülmədən, müstəsna olaraq Məhkum özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilməməsinə istinad edilməklə Şirvan Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarı mübahisələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsaslandırılmamış müraciət olduğuna dəlalət edən həmin halla yanaşı mübahisələndirilən qərarın ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərən hallar kimi həmçinin aaşağıdakıları qeyd edir. Məhkum ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, yəni qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda – 2491,336 qram heroin narkotik vasitəsini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, daşıması və saxlaması, habelə həmin narkotik vasitənin qaçaqmalçılığı cinayətində köməkçi rolunda iştirak etməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə onun özü və müdafiəçisi tərəfindən irəli sürülmüş iddia apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin iddia və onun əsaslandırılması üçün gətirilən dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məh kəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayətkar hərəkətlərinin faktiki məzmunu, hüquqi tövsifi, onun həmin hərəkətlərə görə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Məhkum cəza təyin edilərkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verməmiş, birinci instansiya məhkəməsi ona təqsirli bilindiyi maddələrlə və CM-in 66.3-cü maddəsinə müvafiq olaraq – cinyətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə, apellyasiya instansiyası məhkəməsi təyin olunmuş cəzaları dəyişdirilmədən saxlamaqla cəzanı y üngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Belə ki, Məhkum himayəsində azyaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilsə də, onun əvvəllər CM-in 206.2, 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması ilə əlaqədar cinayətlərin təhlükəli residivi CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran və bu səbəbdən təqsirkara cəzanın CM-in 65.2-ci maddəsinin müəyyən etdiyi həddə (təqsirli bilindiyi maddələrdə nəzərdə tutulan daha ciddi cəza növünün üçdə ikisindən az olmamaq şərti ilə) təyin olunmasını tələb edən hal qismində müəyyən edilmişdir. Qeyd olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 8 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan R espublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 8 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar