Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1829/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlunun və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 2024-cü il 27 mart tarixli, 1(103)-661/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X4-Məmmədova (sədrlik edən və məruzəçi), Rasim Sadıxov və Novruz Kərimovdan ibarət tərkibdə) 15 yanvar 2024-cü il tarixli, 1(101)606/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1979-cu il tarixdə Bərdə rayonunun Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış Bərdə rayonunun Hacallı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əmə lini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 3 may 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi müəyyən edilmiş, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Habil Məmmədovdan ibarət tərkibdə) 2024 -cü il 27 mart tarixli, 1(103)-661/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 1(101)-606/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 7,595 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvana daşımış, Məhkum külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində sonuncu 2023-cü il 3 may tarixində saat 14:20-də ünvan 2 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Baş İdarəyə gətirilib xidməti otaqların birində saat 16:08-dən etibarən üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibindən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 7,595 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MƏHKUMUN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi onun cinayət əməlini CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif etsə də, yenə də tam ədalətli qərar qəbul etməmişdir belə ki, onun narkotik vasitə ilə heç bir əlaqəsi olmamışdır. Apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkum həmçinin himayəsində 1-ci qrup əlil olan qardaşının və 2 azyaşlı uşağının olduğunu bildirmiş və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkum yuxarıda göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 mart tarixli, 1(103)-661/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkum kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Rəşad Məmmədli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 2 34.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024cü il 27 mart tarixli, 1(103)-661/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edil miş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum təqsirsiz olduğunu, qanunsuz məhkum edildiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kas sasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Müdafiəçi kassasiya şikayətində cinayət əməli törətmədiyini, təqsirsiz olduğunu bildirmişdir. Məhkum eyni dəlilləri həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində irəli sürmüşdür. Birinci instansiya məhkəməsi məhkumun dəlillərinə münasibət bildirərək göstərmişdir: “ Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübut olan şəxsi axtarış və götürmə aparılması barədə DVD diskdə əks olunan video görüntülərin tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur.” Birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təyin edilmiş cəza ilə bağlı mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarda apellyasiya şikayətinin dəlillərtinə münasibət bildirərək göstərmişdir: “ Göründüyü kimi, hazırki i ş üzrə təqsirləndirilən şəxs Məhkum və ya onun müdafiəçisi məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxsin hər hansı fiziki və ya psixi zorakılığa məruz qalmasına dair məsələ qaldırmamış, bununla bağlı səlahiyyətli orqana və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə vermiş olduğu ifadələrində heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Həmçinin təqsirləndirilən şəxs verdiyi ifadəsində Bakı İstintaq Təcridxanasında olarkən aclıq elan etdiyi üçün üç qabırğasının sındırıldığını, ciyərinin partladıldığını bildirsə də, birinci instansiya məhkəməsi məhkəməyəqədər icraat dövründə təqsirləndirilən şəxsin üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi məqsədilə Bakı İstintaq Təcridxanasından sorğ u vermiş, əldə edilən tibbi müayinə sənədləri ilə Məhkum Rahim oğlu barəsində hər hansı fiziki zor tətbiq edilməsi halları inkar olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə təqsirləndirilən şəxs Məhkum ittiham olunduğu əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş, onun əməlini CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya şikayətində göstərilən təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışı nın nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində mövcud olmaması və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, Məhkum barəsində bəraət hökmünün çıxarılmasını istisna edir.” Kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiaysı məhkəmələrinin sübutların qiymətləndirilməsi və əməlin tövsifi ilə bağlı mövqeyi ilə razılaşır. Məhkəmə kollegiy ası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, cəzanın növü cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğun olsa da, lakin təyin edilmiş cəza həddi baxımından ağırdır və maddənin sanksiyası həddində yüngülləşdirilməlidir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkum kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edil sin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 mart tarixli, 1(103)-661/2024 nömrəli qərarı Məhkum cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 (üç) ilə endirilsin. Qərar, məhkumun kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1829/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1829/2024
04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver