Məhkəmə qərarları › İş №1(102)-1829/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1829/2025

22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1829/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 12 mart 2025-ci il tarixli, 1(103)-220/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Leyla Əsgərova-Məmmədova (sədrlik edən və məruzəçi), Rasim Sadıxov və Novruz Kərimov) 30 sentyabr 2024-cü il tarixli, 1(101)-219/2024 nömrəli hökmü ilə xx xxxx 2001-ci il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, CM-in 221.3-cü maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-i n 181.2.5-ci maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplanılmaqla qəti olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 avqust 2022-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum silah və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etmiş və qabaqcadan əlbir olmuş bir qrup şəxs halında, habelə ümumi niyyətdən kənara çıxmaqla silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 23 avqust 2022-ci il tarixdə, saat 18:00 radələrində tanışı Təqsirləndirilən şəxs ilə birlikdə bir qrup şəxs halında ictimai yer hesab olunan ünvan 3 ünvanda yerləşən Zakir Əhmədov adına 64 saylı orta məktəbin həyətində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 ilə Şahid1, Şahid2, Şahid5 arasında olan sözlü mübahisəyə aidiyyəti olmadan müdaxilə etməklə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan ümumi niyyətdən kənara çıxaraq üzərində olan soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici-deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını silah qismində istifadə olunan əşya olaraq tətbiq edib həmin bıçağın arxa tərəfi ilə Zərərçəkmiş şəxs1 burun nahiyəsindən qəsdən vuraraq ona burun beli nahiyəsində sıyrıq ilə nəticələnən dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək yerə yıxmış, Zərərçəkmiş şəxs1 ayağa qalxmaq istəyərkən Təqsirləndirilən şəxs əli ilə sonuncunun sol göz nahiyəsindən qəsdən yumruq zərbəsi vuraraq ona sol göz orbitası və gözaltı nahiyədə hemat oma və bu fonda sol göz almasının ağlı qişasında qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmiş, zərbənin təsirindən Zərərçəkmiş şəxs1 yerə yıxılarkən ona məxsus bel nahiyəsindən asdığı bir ədəd qara rəngli bel çantası yerə düşmüş, həmin vaxt o və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 üzərinə gəlmiş, o, əli ilə Zərərçəkmiş şəxs2 baş nahiyəsindən yumruq zərbələri vurmaqla ona başın sol alın nahiyəsinin sıyrığı ilə nəticələnən dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib yerə yıxmış, Təqsirləndirilən şəxs yerə düşmüş Zərərçəkmiş şəxs1 məxsus içərisində üzərində 12 manat dəyərində “Azercell” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə olan bir ədəd qara rəngli “Çin” istehsallı 100 manat dəyərində “Sam sung Galaxy A10S” markalı mobil telefon olan bir ədəd 40 manat dəyərində qara rəngli bel çantasını açıq formada ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 152 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etdikdən sonra o, ictimai təhlükəli əməlini davam etdirərək Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 üzərinə doğru getmiş, lakin ümumi niyyətdən kənara çıxaraq əlində olan bıçağı silah qismində istifadə edilən əşya olaraq onlara nümayiş etdirməklə həyat və sağlamlıqları üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərkən o, Zərərçəkmiş şəxs2 müqavimətini qırmaq və ona məxsus əmlaka əlçatanlığı təmin etmək məqsədilə sonuncunun üzərinə doğru gedib əli ilə sifət nahiyəsindən yumruq zərbələri vuraraq ona başın sol alın nahiyəsinin sıyrığı ilə nəticələnən dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib yerə yıxmış, yerdə yıxılmış vəziyyətdə olarkən də o və Təqsirləndirilən şəxs əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri vuraraq ona sol dirsək oynağı və bel nahiyəsində sıyrıqlar ilə nəticələnən dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmiş, bundan sonra o, əlində olan bıçağı ümumi niyyətdən kənara çıxaraq silah ismində istifadə edilən əşya olaraq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 nü mayiş etdirməklə onların həyat və sağlamlıqları üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib Zərərçəkmiş şəxs2 məxsus və üzərində hər biri 5 manat olmaqla “Azercell” mobil operatoruna məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 180 manat dəyərində bir ədəd qara rəngli “Realme C21” markalı mobil telefonu və Zərərçəkmiş şəxs3 məxsus üzərində hər biri beş manat olan “Azerfon” mobil operatoruna məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 180 manat dəyərində bir ədəd qara rəngli Vyetnam istehsallı “Samsung Galaxy A12” markalı mobil telefonu ələ keçirərək Zərərçəkmiş şəxs2 190 manat, Zərərçəkmiş şəxs3 190 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qəniyev (sədrlik edən və məruzəçi), İbrahim İbrahimli və Əfqan Ələkbərov) 12 mart 2025-ci il tarixli, 1(103)-220/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2024cü il tarixli, 1(101)-219/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2025-ci il tarixli, 1(103)-220/2025 nömrəli qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2025-ci il tarixli, 1(103)-220/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 22 oktyabr 2025-ci il tarixə təyin edilmiş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydasında baxılarkən yəni, 22 oktyabr 2025-ci il tarixdə məhkəmə prosesində Məhkum vəsatət vərərək müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü və kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq və geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib kassasiya şikayətlərinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkə mə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum vəsatəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2025-ci il tarixli, 1(103)-220/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Kassasiya şikayətinin baxılmasına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar