Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-183/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nurlan Sahib oğlu Əliyevin, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Ni zami Rayon Məhkəməsinin (hakim Emin Axundov) 07 may 2018-ci il tarixli hökmü ilə 24 aprel 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-in 170.1-ci maddəsi ilə 1 (bir) il müddətinə, CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 15 mart 2017-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X7, X12, X13, X14 və X5 da təqsirli bilinib məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə on səkkiz yaşına çatmış şəxs olmaqla qohumu 27 noyabr 2000-ci il təvəllüdlü X10 və tanışı 02 avqust 1999-cu il təvəllüdlü X8, yəni yetkinlik yaşına çatmayanları vədlər verməklə cinayətkar fəaliyyətə cəlb edərək qabaqcadan əlbir olub qrup təşkil edərək, 2016-cı ilin avqust ayından 2016-cı ilin sentyabr ayına qədər olan müddət ərzində dəqiq günü istintaqa məlum olmayan tarixlərdə hisəhissə olmaqla vahid niyyətlə əhatə olunan davamlı qəsdlə kirayədə yaşadıqları X3 məxsus G əncə şəhəri, ünvan 1 ünvanında yerləşən evdə ev sahibinin əşyalarını saxladığı qapısı bağlı olan və mənzildə kirayədə yaşayan şəxslərin də həmin otaqlara daxil olmalarına icazələri olmadıqları halda qeyd edilən otaqların qapısının kilidini sındırma yolu ilə açıb qanunsuz olaraq saxlanc yerinə daxil olaraq otaqlarda mənzil sahibi X6ya məxsus olan 1 ədəd 450 manat dəyərində üzərində qırmızı gül bəzəkləri olan 5x4 ölçüdə xalçanı, 1 ədəd 700 manat dəyərində ağ rəngli “LG” markalı 6 kq həcmində üzərində yanıq ləkəsi olan paltaryuyan maşını, 1 ədəd 700 manat dəyərində ağ rəngli Rusiya istehsalı olan şüşəsinin üzəri qırmızı zolağı 4 gözlü qaz sobasını, 1 ədədi 50 manat dəyərində olan 2 ədəd elektron ətçəkən maşınları, 1 ədəd 15 manat dəyərində əl ilə işləyən dəmir ətçəkən maşını, 1 ədəd 30 mana t dəyərində qırmızı rəngli istifadə olunmuş tozsoranı, 30 ədəd 175 manat dəyərində göy rəngli nəlbəkisi ilə birlikdə billur stəkanları, 1 dəsti 30 manat dəyərində olan 3 dəst 6 ədəd stəkanları ilə birlikdə qrafini, 1 dəsti 30 manat dəyərində olan 2 dəst içərisində 3 ədəd olmaqla şirəli qazan dəstini, 1 dəsti 40 manat dəyərində 2 dəst ağ və göy rənglərdən ibarət olan çaynik dəstləri, 1 ədəd 50 manat dəyərində bıçaq dəstini, 20 manat dəyərində 12 ədədlik billur araq stəkanlarını, 10 manat dəyərində 6 ədədlik su Stəkanlarım, 20 manat dəyərində 6 ədədlik 3 gözlü ləpə qablarım, 10 manat dəyərində 12 ədədlik duz qablarını, 100 manat dəyərində 50 ədədlik gümüş çəngəl, qaşıq və çay qaşıq dəstlərini, 10 manat dəyərində 12 ədədlik dovğa qaşıq dəstini, 1 dəsti 100 manat dəyərində olan 5 dəst çay serv islərini, 200 manat dəyərində 6 ədəd balından, 1 ədədi 100 manat dəyərində olan 3 ədəd yorğanları, 1 ədəd 25 manat dəyərində ədyalı, bir dəsti 50 manat məbləğində 10 dəst ağ rəngli yataq dəstlərini, 1 ədədi 10 manat dəyərində olan 5 ədəd böyük dəsmalı, 1 ədədi 20 manat olan 12 ədəd kiçik əl dəsmalım, 1 ədədi 5 manat dəyərində olan 2 ədəd bodnusları, 1 ədəd 200 manat dəyərində DVD playeri, 1 ədəd 50 manat dəyərində oyuncaq dəstini, bir dəsti 50 manat dəyərində olan 2 dəst atlas yataq dəstini, 1 ədəd 250 manat dəyərində pərdəni, 1 ədədi 50 manat dəyərində olan 6 ədəd billur konfet qablarını, 1 ədədi 50 manat dəyərində olan 4 ədəd meyvə qabım, 1 dəst 150 manat dəyərində stəkanları ilə birlikdə bagima qrafini, 1 dəst 130 manat dəyərində xırda stəkanları ilə birlikdə bagema qrafini, 60 manat də yərində 6 ədədlik billur araq stəkanlarını, 1 dəst 25 manat dəyərində çay servisi, 100 manat dəyərində 12 ədədlik araq stəkanlarım, 10 manat dəyərində 3 ədəd qab yumaq üçün dəst, 1 ədəd 25 manat dəyərində çörək qabım, 1 ədəd 30 manat dəyərində şirə çəkən maşını, 1 dəst 20 manat dəyərində solfet qabı naborunu, 1 ədəd 10 manat dəyərində bıçaq dəstini, 1 ədəd 100 manat dəyərində elektrik sobasını, 100 manat dəyərində 60 ədəd 3 kq, 30 ədəd litrlik boş bankaları, 15 manat dəyərində 6 ədədlik tort boşqablarını, 15 manat dəyərində 6 ədədlik ağ rəngli tort boşqablarını, 1 ədədi 5 manat dəyərində olan 2 ədəd banka bağlayan qurğunu, 1 ədəd 50 manat dəyərində tavanı, 1 ədədi 25 manat olan 2 ədəd termusları, 30 manat dəyərində 12 ədədlik nəlbəkisi ilə birlikdə armudu stəkanları, 1 ədədi 1 manat olan 6 ədəd mürəbbə qablarım, 1 ədədi 39 manat dəyərində olan 2 ədəd ütüləri və 1 ədədi 50 manat dəyərində olan 2 ədəd aliminium qazanlardan ibarət əmlakını gizli yolla talayıb ümumilikdə zərərçəkmiş şəxsin xeyli miqdar hesab edilən 6659 manat məbləğində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə yuxarıda qeyd edilən cinayət hadisəsini törətdikdən sonra 2016-cı ilin sentyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə kirayədə yaşadıqları X4ma məxsus Gəncə şəhəri, ünvan 2 ünvanında yerləşən evdə ev sahibinin əşyalarını saxladığı qapısı bağlı olan və mənzildə kirayədə yaşayan şəxslərin də həmin otaqlara daxil olmalarına icazələri olmadıqları halda qeyd edilən otaqların qapısının kilidini sındırma yolu ilə açıb qa nunsuz olaraq saxlanc yerinə daxil olaraq otaqlarda mənzil sahibi X6ya məxsus olan 50 dəst 100 manat dəyərində boşqabları, 30 manat dəyərində 30 ədədlik böyük kasaları, 10 manat dəyərində 12 ədədlik qaşıqları ilə birlikdə xırda kasaları, 30 manat dəyərində 6 ədədlik xəngəl buludlarını, 1 ədədi 10 manat dəyərində olan 2 ədəd böyük qaşıqları, 1 ədəd 40 manat dəyərində çarpayı örtüyünü, 15 manat dəyərində 25 ədədlik stəkan dəsmalım, 1 ədəd 30 manat dəyərində oyuncağı, 1 ədəd 10 manat dəyərində salat qabından ibarət olan ümumilikdə zərərçəkmiş şəxsin 285 manat dəyərində əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Xasməmmədov (sədrlik edən və məruzəçi), Teyyub Muxtarov və Çingiz Məmmədovdan ibarət tərkibdə) 04 iyul 2018-ci il tarixli qərarı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) ilə endirilmiş, CM-in 66.2-ci maddəsinə əsasən həmin cəza hökmlə CM-in 170.1-ci maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplanmaq yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Apellyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilsin və ona yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilsin. Kas sasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, məhkəmə tərəfindən təyin edilmiş cəza ədalətsizdır. Belə ki, cəza çəkərkən anasını və yeni doğulan övladını itirmişdir, böyük övladı ağır xərçəng xəstəliyindən əziyyət çəkir, ailəsi başsız qalıb, həyat yoldaşının atasının təqaüdü ilə dolanırlar. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, qərar dəyişdirilməməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin də lillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına t am uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum kassasiya şikayətinin başlıca dəlili ona təyin edilmiş cəzanın ədalətsiz və ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, y əni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habe lə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdən görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona, CM-in 170.1-ci maddəsi ilə 1 il müddətinə, CM-in 60-cı maddəsini nəzərə almaqla CM-in 177.2-ci maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə Məhkum CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təyin edilmiş cəza hədinin azaldıla biləcəyini, yəni cəzanı azaldılması cəzan ın məqsədinə xələl gətirməyəcəyini, törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, işin hallarını nəzərə alıb ona təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını 2 ilə endirmişdir. Məhkum təqsirli bilindiyi CM-in 177.2-ci maddəsinin sanksiyasında 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi də maddənin sanksiyasının minimum həddində cəza təyin etmiş, cəzaları toplayanda da qəti cəzanı aşağı həddə (2 il 6 ay) müəyyən etmişdirdir. Belə cəzanı heç də ağır hesab etmək mümkün deyildir. Həmçinin, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin bu barədəki dəliləri ilə razılaşmaq olmur. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, məhkəmə Məhkum təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafiz ə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin də lilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2018-ci il tarixli qərarının Məhkum dair hissədə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2018-ci il tarixli qərarı Məhkum dair hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-183/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-183/2019
12.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver