Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-183/2020 06.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkumun iştirakları ilə Abşeron Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.4, 200.2.2, 200.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum Əbülfəz oğlu barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Ş.H.Nəcəfova) xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, ünvan1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.4, 200.2.2, 200.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlə rin törədilməsində təqsirli bilinib, CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.4-cü maddələri ilə 03 il müddətə, CM-nin 200.2.2, 200.2.3-cü maddələri ilə 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla 03 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 76.6.3-cü maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin 21.07.2014-cü il tarixli hökmü ilə təyin olunmuş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə ləğv edilməklə, həmin hökmlə ona təyin olunmuş 04 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 05 ay 01 gün müddətə olan hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən hazırki cinayət işi üzrə ona təyin edilmiş 03 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 09 ay 17 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 il 04 ay 13 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin X2, X8 və X16 da təqsirli bilinib məhkum olunmuşlar. İŞİN HALLARİ: Abşeron Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli hökmü ilə Məhkum Əbülfəz oğlu təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə qanunsuz yaşayış sahəsinə daxil olaraq, həmçinin təkrarən qabaqcadan əl bir olan bir qrup şəxs halında, maddi ziyan vurmaqla oğurluq etmiş və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda maddi ziyan vurmaqla oğurluğa cəhd etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında istehlakçıları aldatmaq məqsədi ilə mal ətinin istehlak xüsusiyyətinə və keyfiyyətinə dair istehlakçıları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi Dövlət xidmətinə külli miqdarda ziyan vurmaqla aldatmışdır. Belə ki, o, vahid niyyətlə 15-17 mart 2017-ci il tarixlərində Cəlilabad rayonu, Maşlıq kəndi ərazisində X14 və X16 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istehlakçıları aldatmaq məqsədi ilə bir kiloqramı 9 manat olan 1.220 kq mal ətindən fərqli olmaqla keyfiyyətsiz, aqon iya və ya öldükdən sonra kəsilmiş heyvan ətlərini sataraq istehlak xüsusiyyətinə, və keyfiyyətinə görə istehlakçıları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi Dövlət xidmətini ümumilikdə 10.980 manat, yəni külli miqdarda aldatmışdır. Bundan başqa, Məhkum tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 02 iyul 2017-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 qızının fərdi yaşayış eviniı həyətyanı sahəsinə qanunsuz daxil olmuş və orada olan dəyəri 3.500 manat qiymətində bir baş inəyi gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi il ə 04 sentyabr 2017-ci il tarixdə saat 02:30 radələrində tanışı X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Abşeron rayonu, Hökməli qəsəbəsi Atyalı yaşayış massivində yerləşən X3 fərdi yaşayış evinin həyətyanı sahəsindəki tövlənin qapısının asma qıfılını sındırmaqla açıb içəri qanunsuz daxil olmuş və orada olan ümumi dəyəri 3.850 manat qiymətində iki baş inəyi gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 10 sentyabr 2017-ci il tarixdə saat 18 radələrində tanışları X2 və X8 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Abşeron rayonu Hökməli qəsəbəsinin ərazisindəki örüş sahəsindən X12 məxsus ümumi dəyəri 2.700 manat olan iki baş, X17 məxsus ümumi dəyəri 2.750 manat olan iki baş, Zərərçəkmiş şəxs3 məxsus ümumi dəyəri 2.600 manat olan iki baş inəyi gizli olaraq talayıb oğurlayarkən, heyvan sahiblərinin gəldiyinə görə bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməllərini öz iradələrindən asılı olmayan səbəblərə görə başa çatdırmamaqla özgənin ümumilikdə 8.050 manat məbləğində, yəni xeyli miqdarda əmlakını oğurlamağa cəhd etmişdir. Hökmdən Məhkumun müdafiəçisi X13 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Əhmədov Elman Məmməd oğlu, hakimlər Zeynallı Fərmayıl Gülmalı oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 15 avqust 2019-cu il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli hökmü məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətində cavanlığını, törətdiyi cinayəti tam etiraf edərək əməlindən peşiman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, eləcə də, digər zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini nəzərə alaraq ona təyin olunmuş cəzanı yüngülləşdiməklə daha ədalətli cəza təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdi r. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə v ə ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişlər. Bu məsələlər həll olunarkan Azərbayc an Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Məhkum Əbülfəz oğlunun hərəkətləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.4, 200.2.2, 200.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməlləri düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticəni və apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətində təyin edilmiş cəzanın sərt olduğu iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər müdafiə tərəfinin apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsin də araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməsinə dair məhkumun və onun müdafiəçisinin, şikayətin rədd edilməklə hökmün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmalıdır. İş mater iallarından görünür ki, Məhkum ona elan edilmiş ittihamda özünü təqsirli bilmişdir. Onun əməli səmimi etirafından başqa, iş üzrə dindirilmiş digər təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, eləcə də, birinci instansiya məhkəməsində tədqiq olunmuş digər mötəbər sübutlarda da öz əksini tapmış və bu hissə üzrə hökmün əsaslılığı apellyasiya şikayətində də mübahiəsələndirilmir. Məhkum təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi barədə apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, şikayətlərdə sadalan hallar onun cəza çəkmədən islah olunmasının mümkünlüyünə əsas vermir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də ba şqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ict imai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə almır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkum əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, təqsirləndirilən şəxsin əməlində cinayətin residivinir olmasını iş üzrə cəzanı ağırlaşdıran hal kimi müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, məhkumun şəxsiyyətim törədilmiş ci nayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Belə ki, cəza təyininin ümumi prinsiplərini nəzərə alan birinci instansiya məhkəməsi məhkuma təqsirli bilindiyi maddələrin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən Məhkum azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqı nda qərar qəbul etməsinin zəruriliyini hökmdə əsaslandıraraq ona qanuni və ədalətli cəza təyin etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09. 11.2017-ci il tarixli məhkumluq haqqında arayışından, müvafiq məhkəmə hökmünün qərarının surətlərindən görünür ki, X10 Abşeron rayon Məhkəməsinin 21.07.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü madələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 23.11.2015-ci il tarixli qərarına əsasən cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 23.05.2017-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 5 ay 01 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən cinayətin residivinə görə cəza təyininin ümumi prinsiplərini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmiş, həmçinin hökmlərin məcmusu qaydasında qəti cəza müəyyən edərkən qanunun tələblərini rəhbər tutmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum əvvəllər də eyni kateqoriyalı cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi h alda yenidən qəsdən oğurluq cinayəti törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir, məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün kifayət qədər əsaslar görmür və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Beləliklə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, müdafiəçi Mehman Əliyevin apellyasiya şikayəti təmin edilməməli, Məhkumun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.4, 200.2.2 və 200.2.3-cü maddələri, X1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.4-cü maddələri, X5 Azərbaycan Respublikas ı CM-nin 29, 177.2.1 və 29,177.2.4-cü maddələri, X9 Azərbaycan Respublikası CM-nin 200.2.1, 200.2.2 və 200.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Abşeron rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli hökmü Məhkum müdafiəçisi Mehman Əliyev tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır....”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmamasının səbəblərini qərarda göstərmiş, gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məh kəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası həm də qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şikayətdə isə belə bir dəlilə istinad olunmamışdır ki, məhkəmələr tərəfindən cəza məsələsi həll edilərkən hər hansı bir məsuliyyəti ağırlaşdıran halların nəzərə alınmadığı və ya yüngülləşdirən halların qanunsuz olara q nəzərə alındığı qənaətinə gəlməyə əsas versin. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində göstərilən hallar) və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum Əbülfəz oğlunun islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına a lmağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.4, 200.2.2, 200.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhku m Əbülfəz oğlu barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-183/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-183/2020
06.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver