Məhkəmə qərarları › İş №1(102)-183/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-183/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-183/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Cəfərov Cavid Novruz oğlunun iştirakları ilə xx xxxxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ü nvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Cəfərov Cavid Novruz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli hökmünə əsasən (hakim E.A.Nuriyev) Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək və məhkəmə icraatı zamanı 17 mart 2020-ci il tarixdən 17 iyun 2020-ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs1 üzərində çəkilməsi üçün qəti olaraq 03 (üç) il 0 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 20 noyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X5 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələri ilə və X3 Azərbaycan Respublikası CM-in 194.1ci maddəsi ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək məhkum olunmuşlar. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs1 özü və X2 müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), R.M.Abdulov və Ə.S.Seyfəliyev) apellyasiya şik ayətləri təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmişdir. Hökmlə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri təyin edilmiş 03 (üç) il azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il 03 (üç) aya endirilmiş, CM-in 66.2-ci maddəsinə əsasən hökmlə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) i müddətə azadlıqdan məhrum etmə cəzası hazırki qərarla təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddət cəzaçəkmə müd dətinə hesablanmaqla onun üzərində 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə X5 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 12 mart 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq, qonaq otağında yerləşən künc divanın saxlanc yerindən, içərisində Azərbaycan Respublikası Mərkəzi Bankının valyuta məzənnəsi ilə 17.340 manat ekvivalentində 10.200 ABŞ dolları, 7.500 manat nağd pulu, hər biri 420 manat olmaqla cəmi 9.240 manat dəyərində 22 ədəd 5-lik qızıl sikkələri, 4.200 manat dəyərində “Polyot” m arkalı, qızıl qolbaqlı, Rusiya istehsalı, kişi qızıl saatını, 7.500 manat dəyərində Rusiya istehsalı olan 01 cüt sırğadan və 01 ədəd üzükdən ibarət brilliant qaşlı qızıl komplekti, 01 ədəd 200 manat dəyərində “Sony” markalı rəqəmsal fotoaparatı, 01 ədəd 140 manat dəyərində “Samsung” markalı, “SM-A600” modelli mobil telefonu, 01 ədəd 10 manat dəyərində “Toshiba” markalı noutbuk çantasını, adaptoru ilə birlikdə 01 ədəd 80 manat dəyərində “HP 625” markalı noutbuku gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 46.210 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 və X5, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, 13 mart 2020-ci il tarixdə, saat 03 radələrində Zərər çəkmiş şəxs1 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub həyətdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Skoda Fabia” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmışlar, həmçinin “Skoda Fabia” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobildə olan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 120 manat dəyərində “DERA 3P” markalı, “DK30L” modelli hava kompressorunu, 01 ədəd 25 manat dəyərində üzərində “VİGEX Pofessional Quality” sözləri yazılmış direli, 01 ədəd 120 manat dəyərində “DERA” markalı, “DK2185B” modelli elektrik mişarı, 01 ədəd 60 manat dəyərində “KEN” markalı, “9925D” modelli laqondanı, 01 ədəd 30 manat dəyərində “BOSCH” markalı, “PST 650” modelli elektrik lobziki, 01 ədəd 3 0 manat dəyərində “Viktor” markalı, “CRS - 125E” modelli “şkurka” aparatını, 01 ədəd 80 manat dəyərində “DERA” markalı, “DK312C” modelli təmir tikinti avadanlığı – elektrik rəndəni, 01 ədəd 60 manat dəyərində “Royce RFS-1400” markalı elektrik cilalayıcını, 01 ədəd 20 manat dəyərində “Brand Nailer F30” markalı təmir tikinti avadanlığını, 01 ədəd 270 manat dəyərində elektrik vintaçanı gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 815 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsi xah iş olunur. Müdafiəçi hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri nəticəsində dəymiş ziyanın ödənilməsi, zərərçəkmiş şəxslə barışması, səmimi peşmançılıq keçirməsi onun cəzasını yüngülləşdirici hallar olsa da, məhkəmələr tərəfindən kifayət qədər nəzərə alınmamış və məhkuma sərt cəza təyin edilmişdir. Müdafiəçinin fikrincə, həmin yüngülləşdirici hallar nəzərə alınmaqla ittiham olunduğu maddələrin sanksiyasında olan və azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edilə bilərdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi C.Cəfərovun, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinc i və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız məhkum Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın ağır olması mübahisə edil ir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs1 təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. 177.2. “Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsində “Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. 185.1. Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 185.2. Eyni əməllər: 185.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlar ını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası C M-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs1 cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məh kəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli v ə cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs1 barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməklə, onunla barışması, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olma ması cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmaması və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasın a xidmət edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar