Məhkəmə qərarları › İş №1(102)-183/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-183/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-183/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı X8 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə) 15 dekabr 2022-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1989-cu il tarixində Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, ü nvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 6 avqust 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. xx xxxx 1986- cı il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 6 avqust 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: İsmayılov Azər İbrahim oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) 11 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-ci maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234. 1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs ittihamından CM-nin 234.4.1-ci maddəsi xaric edilmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs tamah ni yyətilə, tanışı Məhkum və şəxsiyyəti istintaqla müəyyən edilməsi mümkün olmayan «Seva » adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirib qazanc əldə etmə barədə ümumi razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb istifadəsində olan, istintaqla müəyyən edilməsi mümkün olmayan mobil telefonun «Whatsapp» internet sosial şəbəkəsi vasitəsi ilə yazışaraq 6 avqust 2021ci il tarixdə günorta vaxtı Abşeron rayonu, Saray qəsəbəsində «Seva» adlı şəxsdən pul müqabilində beş ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 41,724 qram, 39,736 qram, 26,676 qram, 38,875 qram, 3,049 qram ümumi çəksi 150,06 qram qəhvəyi rəngli kustar üsulla hazırlanm ış, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı 1) daxil edilmiş küllü miqdarda narkotik vasitə olan heroini və dörd ədəd polietilen bükümlərdə ayrı - ayrılıqda təmiz çəkiləri 1,972 qram, 0,481 qram, 0,300 qram, 2,018 qram, ümumi təmiz çəkiləri 4,771 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı2) daxil edilmiş külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, saxlamış və daşımış, həmin narkotik vasitə heroinin bir ədəd bükümdə 3,049 qramını həmin gün saat 20:30 radələrində satmaq üçün qrupun digər üzvü Məhkum vermiş, sonuncu isə ona verilən həmin narkotik vasitə heroini satmaq üçün qanunsuz əldə edib üzərində saxlamış, 6 avqust 2021-ci il tarixdə saat 20:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsində o, Məhkumla birlikdə Abşeron RPİ-nin Saray PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb Saray PB-yə gətirilib, şəxsi axtarışları aparılan zaman onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən üzərində saxladığı dörd ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 41,724 qram, 39,736 qram, 26,676 qram, 38,875 qram, ümumi çəksi 147,011 qram olan narkotik vasitə heroin, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 1,972 qra m, 0,481 qram, 0,300 qram, 2,018 qram, ümumi çəkisi 4,711 qram olan psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi, Məhkum isə əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 3,049 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, əməliyyat-axtarış qrupunun yaradılması barədə əmrdən və bununla bağlı “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli qərardan göründüyü kimi daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs və Məhkum ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış dır. Təqsirləndirilən şəxslərin əlbirliyini təsdiq edən sübutlar- şahid ifadələri olsa da, məhkəmə əsassız olaraq onları nəzərə almamışdır. Təqsirləndirilən şəxs Məhkum üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin satış məqsədi ilə əldə etməsi barədə hüquq mühafizə orqanlarında-Abşeron rayon Polis şöbəsinin əməliyyat aparatında əvvəlcədən əməliyyat məlumatı olmuş və realizə edilən əməliyyat tədbiri zamanı məlumat öz təsdiqini tapmaqla təqsirləndirilən şəxs Məhkum tutulmuşdur. Məhkum üzərindən aşkar edilmiş və daşıdığı narkotik vasitə olan heroinin alqı-satqısı ilə məşğul olması sübuta yetirilmişdir. İşin hallarından görünür ki, Məhkum üzərindən təxminən təmiz çəkisi 3,049 qram narkotik vasitə heroin olmaqla, yəni şəxsi istehlak miqdarı üçün müəyyən edilmiş həddən 20 dəfə çox, küll i miqdar üçün müəyyən edilmiş həddən isə 1,5 dəfə çox heroin aşkar edilmişdir. Qeyd edilən hallar Məhkum üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin şəxsi istehlak məqsədi ilə deyil, şəxsi məqsədi üçün yaymaqda ifadə olunan satış məqsədi ilə həyata keçirməsinə dəlalət edir. Həmçinin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Məhkum heç bir yerdə işləməmiş, müstəqil qazancı və ailəni dolandırmaq üçün kifayət qədər gəliri olmamışdır. Məhkəmə bu xüsusatlara da tənqidi yanaşmamış, sübutlar bir-biri ilə müqayisə etməyərək təhlil etməmiş, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, narkotik vasitələri yaymaqla əhalinin sağlamlığının təhlükəsizliyinin təmin edən ictimai münasibətlərə xələl gətirən Məhkum əməlini narkoti k vasitəni satış məqsədi olmadan əldə etməklə daşıması və saxlaması nəticəsinə gəlməkdə səhvə yol vermişdir. Məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum və Təqsirləndirilən şəxs əməlinin tövsifində səhvə yol verilmişdir. Kassasiya protestində Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasİya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apelly asiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, məhkəmə cinayət işi materiallarını tədqiq edərkən iş üzrə şahid ifadələrini, istintaq hərəkətlərinin protokollarını, istintaq orqanın qəbul etdiyi qərarları sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyası T. Yusifovun əməlində CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin olmaması qənaətinə gəlməkdə haqlı olmasına baxmayaraq, onun tam təqsirsizliyinə dair müdafiə tərəfinin gətirdiyi dəlillərə düzgün hüquqi qiymət verməmiş, əksər dəlillərə münasibətdə isə heç bir hüquqi mövqe nümayiş etdirməmişdir, hansı ki, həmin dəlillər birbaşa olaraq təqsirləndirilən şəxsin təqsirsiz olmasını, aparılmış əməliyyat axtarış tədbirlərinin q urama olmasını tam şəkildə sübuta yetirir. Təqsirləndirilən şəxsin əməlinin tövsif olunması ilə bağlı əlavə etmək istəyir ki, onun əməli daha yüngül maddə ilə tövsif olunsa da belə, təyin edilmiş cəzanın həddi ədalətli hesab edilə bilməz. Çünki ilk dəfə cinayət məsuliyyətinə cəlb edilən, himayəsində azyaşlı uşaqları olan şəxs barəsində 2 il 6 ay azadlıqdan məhrum edilmə cəzasının verilməsi onun şəxsiyyəti və işin halları ilə üst-üstə düşmür. Bu səbəbdən də təyin edilmiş cəzanı belə ədalətli hesab etmək olmaz. Video texniki ekspertizasının 26 may 2023-cü il tarixli rəyi birbaşa olaraq “şəxsi axtarış və götürmə” haqqında protokolu şübhə altına alır (şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir), şübhə altına almaqda kifayətlənmir, hətta həmin protokolun həqiqi olmayan qeyri-mötə bər protokol olmasını sübuta yetirir. İstintaq hərəkəti həqiqətən də protokolda göstərildiyi kimi 22:20-22:45 aralığında aparılıbsa, necə olur ki, saat 22:23-də istintaq hərərkətində iştirak edən Şahid4 ********** mobil nömrəsi vasitəsilə 34 saniyə, Azad Nağıyev isə ********** mobil nömrəsi vasitsilə saat 22:43-də Şahid4 məxsus digər mobil nömrə (**********) 26 saniyə telefonla danışır amma bu danışıq video görüntüdə əks olunmur. CPM-in 124 və 125-ci maddələrinə əsasən “şəxsi axtarış və götürmə” haqqında protokol qeyri-mötəbər olduğundan sübutlar siyahısından çıxarılmalıdır. Şahid4 əməliyyat tədbirlərində və şəxsi axtarışda iştirak etməməsi, yalan ifadə verməsi barədə məhkəmənin mövqeyi əsassızdır, iş materiallarında bu barədə dəlillərini təsdiq edən sübutlar mövcuddur. Apellyasiya məhkəmə si apellyasiya şikayətinin dəlillərində göstərdiyi bir sıra xüsusatlara isə ümumiyyətlə münasibət bildirməmişdir. Hesab edir ki, həmin dəlillərə düzgün və ədalətli hüquqi qiymət verilməsi şəxsin təqsirsizliyinə dəlalət etməklə onun barəsində bəraət hökmünün çıxarılması ilə nəticələnəcəkdir. İstintaqın gəldiyi nəticəyə əsasən, guya təqsirləndirilən şəxsləri 20:30 radələrində saxlanılmış və Məhkum xx.xx.2021-ci il tarixində 22:10-da tutulmuş və saat 22:20-dən 22:45-ədək üzərinə şəxsi axtarış keçirilmişdir. İlk növbədə qeyd edir ki, əgər şəxs istintaqın dediyi kimi həqiqətən də 20:30 radələrində saxlanılıbsa, deməli 1 saat 40 dəqiqə o, polis əməkdaşlarının nəzarətində olmuşdur. Təqsirləndirilən şəxsin tutulduğu yerdə üzərinə şəxsi axtarışın keçirilməməsi, tutulan anda onun müdafiəçi ilə təmin edilməməsi, oradan birbaşa polis əməkdaşlarının nəzarəti və müşayəti ilə 6-7 saat sonra şəxsi axtarışa məruz onun təqsirinin sübut olunmasının istiqamətində ciddi şübhələrin yaranmasına əsas verir. Məhkəmədə dindirilən polis əməkdaşları heç bir maneə olmadığı halda təqsirləndirilən şəxsin tutulduqdan dərhal sonra deyil, bir neçə saat sonra üzərinə axtarış keçirilməsinin səbəbini əsaslandıra bilməmişlər. Təqsirləndirilən şəxsin Abşeron RPİ-nin inzibati binasına gətirilərkən və üzərinə şəxsi axtarış keçirilən müddət ərzində üzərində narkotik vasitənin olmasını təsdiq edən sübut yalnız polis əməkdaşlarının ifadələridir ki, həmin polis əməkdaşlarının birinin əməliyyat tədbirlərində iştirak etməməsi iş materiallarıvideo görüntü və anten dairəsi məlumatları ilə sübuta yetirilir. İş materiallı nda təqsirləndirilən şəxslərdən vəkillərin iştirakı olmadan alınan izahatlardan da görünür ki, Məhkum xx.xx.2021-ci il tarixində Bəhruz və Ramillə birgə 20:30 radələrində X16 yaxınlığında görüşmüş, Ramildən narkotik vasitə istəmişdir. İzahatın əsas məqamı isə ondan ibarətdir ki, T. Yusifov izahatında vəkilin iştirakı ilə üzərinə video kamera ilə şəxsi axtarış aparılmış, guya üzərindən bir büküm narkotik vasitə aşkarlanıb, şəxsi axtarış protokollaşdırılmışdır. Digər diqqətəlayiq məqam isə odur ki, izahatda vəkilin imzası və iştirakı yoxdur.Təqsirləndirilən şəxslər döyüldükdən, yaxşıca tənbehləndikdən, ifadəyə “hazır vəziyyətə” gətirildikdən sonra müdafiəçi dəvət edilmiş və üzərlərinə şəxsi axtarış keçirilmişdir. İşin mahiyyətinə aid olan hallardan da görünür ki, apellyasiya instansiya məhkə məsində sübutlar prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməmiş və prosessual pozuntulara yol verilib. Kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-ci il tarixli qərarının qismən, yəni Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş olunmudur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktları n müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-c i maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və c inayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxslərin əməllərinin tövsif edilməsi barədə apellyasiya instansıyası məhkəməsinin gəldiyi nəticənin səhv olmasını iddia edərək mübahisələndirilən qərarın ləğv edilməli olması barədə tələbini CPM-in 416.1.15-ci maddəsində, müdafiəçi isə kassasiya şikayətində göstərilən məhkəmə tərəfindən sübutların CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyini iddia edərək cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verlməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini CPM-in 4 19-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədi lən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökm ünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəx slərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası ilk əvvəl kassasiya müraciətlərinin məhkum edilmiş şəxs Məhkum əməlinin düzgün tövsif edilməməsi və ya təqsirsizliyi barədə dəlillərinə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir: Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi və məhkum Təqsirləndirilən şəxs ittihamından CM-nin 234.4.1-ci maddəsinin xaric edilməsi nəticəsinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam tək rarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işinin materiallarında olan sənədlərə və aşağı instansiya məhkəmələrində cinayət işi üzrə müəyyən edilmiş hallara əsasən: "Şəxsi axtarış və götürmə” haqqında 06 avqust 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum təklif olunur ki, üzərində hər hansı qadağan olunmuş əşya varsa təqdim etsin. O isə əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən içərisində heroinə bənzər kütlə olan 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm prosesual qaydada qablaşdırılaraq götürülmüşdür; "Şəxsi axtarış və götürmə” haqqında 06 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində hər hansı qadağan o lunmuş əşya varsa təqdim etsin. O isə əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər 8 ədəd sellofana bükülmüş bükülüləri və 1 ədəd gümüşü rəngli elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir; "Şəxsi axtarış keçirilməsi barədə” 06 avqust 2021-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Həmin diskə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır; Məhk əmə fiziki-kimyəvi ekspertizasının 07 avqust 2021-ci il tarixli, 6/3350 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində: "Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 4 (dörd) ədəd polietilen bükümdə ümumi təmiz çəkiləri 147,011 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 4 (dörd) ədəd polietilen bükümdə ümumi təmiz çəkiləri 4,711 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd "gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, üzərində: "TYusifov” yazısı olan zərfdəki 1 (bir) ədəd kağız bükümdə təmiz çəkiləri 3,049 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırl anmış narkotik vasitə heroindir; Məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/4689 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş Təqsirləndirilən şəxs götürülmüş 4 (dörd) bükümdəki heroinlərdən 3 (üç) ədəd bükümdə qəhvəyi rəngli yumuşaq konsisetensiyalı heroinlər xariji əlamətlərinə görə və kimyəvi komponet tərkiblərinə görə eynidirlər, bir ədəd bükümdə isə qəhvəyi rəngli bərk konsistensiyalı heroin 3 ədəd bükümdə olan heroinlərdən kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə fərqlidir; Təqsirləndirilən şəxs götürülmüş, 4(dörd) ədəd bükümdəki, heroinlərdən, lədəd bükümdə qəhvəyi rəngli bərk konsistensiyalı heroin Məhkum götürülmüş, qəhvəyi rəngli bərk konsistensiyalı heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə e ynidir. Lakin Təqsirləndirilən şəxs götürülmüş digər bükümdə olan heroinlərdən kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə fərqlidir. Təqsirləndirilən şəxs götürülmüş, 4 ədəd bükümdəki ağ rəngli kristal şəkilli metamfetamin kiməyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir; Məcburi narkoloji tibbi muayinəyə dair ekspertizanın 03 sentyabr 2021-ci il tarixli, 3227 və 3228 nömrəli rəylərindən görünür ki, Məhkum opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hər ikisinin narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür; Apellyasiya Məhkəməsinin baxışı zamanı Məhkum barəsində keçirilmiş şəxsi axtarışı özündə əks etdirən videogörüntülərinin qeydə alınma tarixinin dəqiqləşdirilməsi ilə əlaqədar müdafiə tərəfinin vəsatəti əsasında keçirilən məhkəmə video texniki ekspertizasının 26 may 2023-cü il tarixli rəyində göstərilmişdir ki, tədqiq olunan bir ədəd “DVD-R” tipli optik diskin yaddaşında olan video faylların “Origin (Mənbə) / Media created (Media yaradıldı)” xassələrində ilkin yaradılma tarixi “20210806_235929” adlı video fayl xx.xx.2021-ci il saat 00:14, “20210807_003313” adlı video fayl xx.xx.2021-ci il saat 00:43 və “20210807_014347” adlı video fayl xx.xx.2021-ci il saat 01:46 kimi əks olunmuşdur. Tədqiq olunan video faylların xassələri əsasında onların “Android” əməliyyat s istemi ilə təchiz olunmuş cihazla qeydə alınması müəyyən olundu. Formatından asılı olmayaraq hər bir fayl ilkin mənbə olaraq hansı cihaz vasitəsilə yaradılırsa və ya çəkilirsə bu zaman həmin anda cihazda mövcud olan tarix və zamana uyğun yaradılmış faylın (foto, video, və s kimi fayllar) “Origin(Mənbə)/Media created(Media yaradıldı)” xassələrində tarix və zaman əks olunur. Bütün bunları nəzərə alaraq təqdim edilmiş optik diskin yaddaşında olan video faylların çəkilişinin aparılmış olduğu cihazın, çəkiliş aparılan zaman vaxt göstəricilərinin real tarix və zamanla uyğun olub-olmamasını hal-hazırda yoxlamaq mümkün olmadığından həmin video faylların dəqiq yaradılma, yəni ilkin mənbədə çəkiliş tarixini müəyyən etmək mümkün deyildi. Təqdim edilmiş bir ədəd “DVD-R” tipli optik diskin yaddaşında olan video faylların “Accessed (Əlaqə yaradıldı)” xassələrində qeyd olunan tarix və saat həmin faylların diskə yazılma tarixini və zamanını göstərir. Aparılmış tədqiqat nəticəsində “DVD-RW” tipli optik diskin yaddaşında olan video faylların “Accessed (Əlaqə yaradıldı)” xassələrinə əsasən fayların diskə yazılma tarixi “20210806_235929” adlı video faylda xx.xx.2021-ci il saat 11:25:06, “20210807_003313” adlı video faylda xx.xx.2021-ci il saat 11.26:01 və “20210807_014347” adlı video faylda xx.xx.2021-ci il saat 11:26:37 kimi əks olunması müəyyən olundu. Məlumat üçün bildirilir ki, təqdim edilmiş optik diskin yaddaşında olan video faylların diskə yazılma tarixi və zamanı həmin faylların diskə yazılması üçün istifadə olunan kompüterin (qurğunun) cari andakı tarix və zaman göstəricilərinə uyğu n olaraq faylların “Accessed (Əlaqə yaradıldı)” xassələrində öz əksini tapır. Kompüterdə video fayliarın diskə yazılması anındakı tarix və zaman göstəricilərinin real tarix və zamanla uyğun olubolmamasını hal-hazırda yoxlamaq mümkün olmadığından video faylların diskə yazılmasının dəqiq vaxtını müəyyən etmək mümkün deyildir; Abşeron rayon polis idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Abşeron RPİ-nin istintaq şöbəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan «Seva» adlı şəxs müəyyən olunmadığından, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı istintaq təcridxana sından apellyasiya məhkəməsinə təqdim olunmuş məktubundan görünür ki, həbs edilmiş şəxs Məhkum xx.xx.2021-ci il tarixdə Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına daxil olmuş və ilkin tibbi müayinələrdən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı xəsarət aşkar olunmamışdır; Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 17 aprel 2023-cü il tarixli Abşeron rayon prokurorluğunun qərarından görünür ki, Məhkum zor tətbiq edilməsi, işgəncəyə məruz qalması təsdiq olunmamışdır. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə münasibət bildirən apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallara əsasən: -Məhkum polis şöbəsinə günorta saatlarında gətirilməsi, barəsində keçirilən axtarış isti ntaq hərəkətinin protokolda göstərilən saatda deyil, daha gec keçirilməsi, bu müddət ərzində təyziqlərə məruz qalması təsdiq olunmur. Belə ki, video texniki ekspertizanın qeyd olunan rəyi ilə diskdəki videogörüntülərin ilkin olaraq hansı vaxtda çəkilməsinin müəyyən edilməsinin mümkün olmaması barədə rəyi şəxsi və axtarış keçirilməsi barədə protokolun şübhə altına alınması üçün əsas ola bilməz. Həmin protokol prosessual məcəllənin tələblərinə uyğun olaraq tərtib edilmiş və diskdə əks olunan görüntülərdə şəxsi axtarışın keçirilməsi qaydalarında hər hansı pozuntu aşkar edilməmişdir. Bununla bərabər təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən şəxsi axtarışın keçirilməsi barədə protokola hər hansı pozuntu ilə bağlı qeyd edilməmiş, onun doğruluğunu qəbul etmişlər. -Polis əməkdaşı Şahid4 əməliyyat tədbirində və şəxsi axtarışda iştirak etməməsi ilə bağlı hesab edir ki, mobil telefon şəxsdən ayrıla bilən cihaz olduğundan və şəxsin bir neçə mobil telefon və mobil telefon nömrəsi ola bildiyindən, tək bu əsasa görə təqsirləndirilən şəxslərin təqsirsizliyi və aparılan istintaq hərəkətinin etibarsızlığı ilə bağlı hər hansı bir mülahizə irəli sürmək əsassızdır. - Məhkum işgəncə və zor tətbiq edilməsi barədə göstərilənlər təsirləndirilən şəxsin müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirilir. Belə ki, Pentensiar Xidmətdən daxil olmuş və məhkəmə iclasında tədqiq edilmiş məktubdan görünür ki, o, istintaq təcridxanasına daxil ol arkən bədəni üzərində hər hansı xəsarət və onun izi olmamışdır. Apellyasiya məhkəməsi həmçinin Məhkum qabacadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitə əldə etməsi, saxlaması və daşıması ilə bağlı qeyd etmişdir ki: Məhkum cinayət işi üzrə birinci dəfə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və bu barədə tərtib edilmiş ittiham aktı müstəntiq tərəfindən təsdiq edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. Lakin həmin ittiham aktı prokuror tərəfindən imzalanmamış, əlavə araşdırma aparılması və Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülməsi üçün cinayət işi müstəntiqə geri qaytarılmışdır. Prokurorun itiham aktının təsdiq edilməməsi barədə qərarına əsasən Məhkum hərəkətlərində CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətlərinin olması onda aşkar edilmiş narkotik vasitənin çəkisi ilə əlaqələndirilmişdir. - Məhkum və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri (ittiham aktında göstərilən) ifadələrinin məzmunundan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 20.30-da onlar Saray qəsəbəsi "Al” marketin qarşısında görüşərkən Məhkum Təqsirləndirilən şəxs ağrıları olduğu üçün “heroin” istəmiş, Təqsirləndirilən şəxs cavabında həmin gün tanımadığı şəxsdən 5 büküm heroin və 4 büküm metafetamin aldığını bildirmiş, bir büküm heroini təmənnasız olaraq Məhkum vermişdir. Bundan sonra polis əməkdaşları onları saxlayıb polis bölməsinə aparmışlar. İfadələrdən göründüyü kimi hər iki təqsirləndirilən şəxs narkotik maddə əldə etmək üçün “Seva” adlı şəxsin evinə getmə si, narkotiklərin satışı ilə əlaqədar həmin qadınla sövdələşmə əldə etməsi öz əksini tapmır. -İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən tərəzinin “Seva” adlı qadına məxsus olması barədə vəsatətlər verilsə də, ibtidai istintaq orqanı həmin vəsatəti rədd etmişdir. Birinci instansiya məhkəməsi də ittiham hökmü çıxararkən təqsirləndirilən şəxslərin məhkəmədə deyil, ibtidai istintaqda verdikləri ifadələrini sübut kimi qəbul etmiş, onların məhkəmədə verdikləri ifadələrini qəbul etməmişdir. Halbuki, təqsirləndirilən şəxslər “Seva” adlı qadının evinə getmələrini və narkotik vasitəni ondan almalarını məhkəmə iclaslarında bildirmişlər. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, əldə edilən və mötəbərliliyi qəbul edilən sübutlarla irəli sürülən ittiham arasında z iddiyyət yaranmış, bundan başqa, qeyd olunduğu kimi hər iki təqsirləndirilən şəxsə cinayətin “Seva” adlı qadınla qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi ittihamı irəli sürülsə də, Məhkum və Təqsirləndirilən şəxs “Seva” adlı qadınla əlbir olması iş materialları ilə müəyyən edilməmiş, ittiham ehtimal üzərində qurulmuşdur. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edir ki, məhkum edilmiş şəxslərə Seva adlı qadınla əlbir olub cinayət törətmələri barədə verilmiş ittiham üzrə onlar təqsirli bilinə bilməzlər, belə ki, həmin ittiham mövcud olmayan sübuta əsaslanır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarını da rəhbər tutur. Belə ki, həmin qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Bundan başqa məhkəmə kollegiyası Məhkum üzərindən aşkar edilmiş narkotik vasitənin külli miqdarda satış məqsədi ilə əldə etməsi, daşıması və saxlaması ittihamının əsassız olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə də razılaşır. Belə ki, cinayət işi üzrə araşdırılmış sübutlardan göründüyü kimi, məhkum edilmiş şəxs Məhkum məhz satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni külli miqdarda narkotik vasitə əldə etməsi və daşımasını təsdiq edən hər hansı bir mötəbər dəlil və ya sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən «hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qayda da sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsi də Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan maddəsi ilə üst-üstə düşür, əlavə olaraq Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilənin xeyrinə həll edilməsi, eyni ilə cinayət və cinayət prosessual qanunların tətbiqində aradan qaldırılmış şübhələrin də onun xeyrinə həll olunması, ittihamı sübuta ye tirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi göstərilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən çıxan narkotik vasitənin miqdarının külli miqdarda olması həmin narkotik vasitənin satış məqsədi ilə əldə olunması və satış məqsədi ilə daşınması kimi qiymətləndirilməsi üçün əsas ola bilməz.Cinayət işi üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, Məhkum əməlində şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmişdir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır və o, həmin əməli törətməkdə təqsirlidir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırkı cinayət işi üzrə Məhkum satış məqsədi ilə narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması, daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsi sübuta yetirilməli, həmin maddəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməli id i. «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azər baycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etma, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düz gün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək hər hansı bir sübut olmadığından onun tərəfindən məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi, saxlanması və daşıması qənaətinin əsassız olması barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi düzgün və əsaslıdır. Məhkum CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırlması mümkün deyil, ittiahm tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş və iş materiallarında da belə sübut yoxdur. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilsə də, onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və daşıması təsdiq olunmamışdır. Belliklə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyən olunmuş hallardan göründüyü kimi, təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və digər bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş i ttihamın əsassız olması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olmasını təsdiq edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq kassasiya protestinin Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsini, satmasını və həmin əsaslarla da apellyasiya instansiyası məhkəməsinin onun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməsinin düzgün olmaması barədə dəlillərini mülahizə (ehtimal) xarakterli dəlillər kimi qiymətləndirir və hesab edir ki, həmin dəlillər məhkum olunmuş şəxsin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübuta yetirilmiş hesab olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası həmçinin Təqsirl əndirilən şəxs qarşı CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın hazırki iş üzrə Cinayət və Cinayət Prosessual Məcəllənin normalarına uyğun olması barədə kassasiya protestinin dəlillərini əsassız sayır və qeyd edir ki, yuxarıda həmin məhkumun cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi məsələsinə qiymət verilmiş, bu səbəbdən CM-in 234.4.1-ci maddəsinin ittihamdan xaric edilməsinə dair müddəalar Təqsirləndirilən şəxs da şamil edilməsi və həmin maddə üzrə irəli sürülən ittiham onun ümumi ittihamından xaric edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya məhkəmə kollegiyası eyni zamanda kassasiya şikayətinin Məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsinə dair dəlillə rinə münasibətdə qeyd edir ki, göstərilən məhkumun CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsi məsələsinə yuxarıda qiymət verilmişdir. Odur ki, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini bəraətverici əsaslarla istisna edən hallar müəyyən edilməmiş və ona bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Beləliklə, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum edilmiş şəxslərin əməllərinin tövsifi ilə bağlı mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğu n olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunduğu cinayətin törədilməsində deyil, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və məhkum Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı n ümumi ittihamdan xaric edilməsi haqda düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, göstərilən məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətl əndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsir li olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyy ən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumların əməlinin tövsifi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab e dir ki, göstərilən məhkəmə tərəfindən cinayət işinə baxılarkən cinayət və cinayət-prosesseal qanunvericiliyin tələbləri pozulmamış, kassasiya protestinə və kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində irəl i sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2023-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar