Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-183/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakları ilə x xxxxxxxx 1979-cu il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Abşeron rayon mərkəzi xəstəxanası” Publik Hüquqi Şəxsin doğum şöbəsində həkim mama-ginekoloq vəzifə sində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2024-cü il tarixli 1(105)-305/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 1(012)-18/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim X3) Məhkum - Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə dövlət və özəl tibb müəssisələrində məsul v ə rəhbər vəzifə tutma, həmçinin həkim peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2024-cü il tarixli 1(105)-305/2024 nömrəli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), E.G.Rəhimov və E.M.Əhmədov) verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 20 fevral 2024cü il tarixli 1(012)-18/2024 nömrəli hökmü dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutma, həmçinin həkim peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Doğum şöbəsində həkim mama-ginekoloq vəzifəsində işləyərkən, 4 yanvar 2022-ci il tarixdə gecə saat 3 radələrində doğuş ağrıları (sancıları) ilə həmin xəstəxanaya gətirilmiş Zərərçəkmiş şəxs hamiləliyinin 37-38 həftəlik hestasiya müddətində aparılmış ultrasəs müayinəsi zamanı onda dölün boynuna dolanmış göbək ciyəsinin olduğu müəyyən edildiyi üçün doğuşun tibbi göstəriş əsasında “Qeysəriyyə kəsiyi” cərrahiyə əməliyyatı ilə uşaqlıq üzərində kəsik aparılmaqla doğuşun abdominal yolla başa çatdırılmalı olmasına baxmayaraq, vəzi fəli şəxs kimi öz xidməti vəzifələrini, yəni Səhiyyə sistemində qüvvədə olan Səhiyyə Nazirliyi kollegiyasının 03 oktyabr 2013-cü il tarixli 30 saylı qərarı ilə təsdiq edilmiş “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə kilinik protokol”unda qeyd olunan “dölün disstressi (dölün disstressinə şübhə)” qeysəriyyə əməliyyatına göstərişdir”, “bu əməliyyatın aparılması üçün zəruri şərtlərdən hesab edilən cərrahi texniki bacarığına malik mama-ginekoloq, anestezioloqreanimatoloq, həkim-neonatoloqdan ibarət ixtisaslaşmış mütəxəssislər briqadasının olması”, “anamnezində olan məlumatlara əsasən hamilənin vəziyyətini düzgün qiymətləndirməli”, Səhiyyə Nazirliyi kollegiyasının 29 iyun 2012-ci il tarixli 22 saylı qərarı ilə təsdiq edilmiş “Normal doğuş üzrə kilinik protokol”-unda qeyd olunan “hamiləyə doğuş zamanı maksimal dəstək verməli, risk amillərini dəyərləndirməli və fəsadları mümkün qədər tez müəyyən etməli, doğuş prosesinin gedişinə, dölün vəziyyətinə diqqətlə nəzarət etməli”, habelə Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı”-nda göstərilən “həkim mama-ginekoloq müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli, fizioloji və patoloji doğuşları aparmalı, zərurət yarandığı halda təcili və təxirəsalınmaz mamalıq yardımı göstərməli, o cümlədən aidiyyəti üzrə cərrahi müdaxilələri həyata keçirməli” tələblərinə əməl etməyib normativ sənədlər lə və digər normativ aktlarda müəyyən edilmiş qaydada məsuliyyətini lazımi qaydada dərk etməyib öz işinə laqeyd yanaşaraq, öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyib, cinayətkarcasına özünə güvənib baş verə biləcək ictimai təhlükəli nəticələri qabaqcadan görsə də, kifayət qədər əsaslar olmadan onların qarşısını alacağını güman edərək, həmin gün saat 14:25 radələrində Zərərçəkmiş şəxs doğuşunun təbii yolla aparılması barədə qanunsuz və əsassız qərar qəbul edib doğuş zalında qalmaqla əməliyyatın aparılmasına, yəni başa çatdırılmasına cavabdeh şəxs olmasına baxmayaraq, sancılar bağlanacağı halda onu çağırmalarını deyərək hamiləni doğuş zalında ixtisasca uyğun olmayan tibb işçiləri ilə tək qoyub getmiş, saat 14:33-də doğuş başlanan zaman orada olmadığına görə şöbənin maması Şahid5 mama-ginekoloqun nəzarəti olmadan əməliyyatı tək idarə etmək məcburiyyətində qalmışdır. Nəticədə, mama-ginekoloq Məhkum tərəfindən doğuş taktikasının düzgün seçilməməsi dölün göbək ciyəsinin doğuş yollarında dartılmaqla qan dövranının pozularaq hipoksiyasının baş verməsinə, onun vəziyyətinin ağırlaşmasına və sonradan dölün “İntranal hipoksiyanın postnatal asfiksiyaya keçməsi nəticəsində inkişaf etmiş kəskin tənəffüs çatmamazlığı” səbəbindən ağır nəticəyə - ölməsinə gətirib çıxarmış, doğuşdan sonra zərərçəkmişin aralıq nahiyəsində baş vermiş ağır dərəcəli cırıqları venadaxili narkoz fonunda bərpa etsə də, tibbi sənədlərdə bu cırıqları özbaşına tikiş qoyulmadan bitişmək xüsusiyyətinə malik 1-ci dərəcəli cırıq kimi qeyd etmiş, bu hərəkətləri ilə o, zərərçəkmişin hüquqlarına mühüm zərər vuru lmasına və digər ağır nəticələrə səbəb olan səhlənkarlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün zəruri olan komisyon məhkəmə-tibb ekspertizasının keçirilməsinə dair müdafiə tərəfinin vəsatəti təmin olunmamış, ekspertlərin özlərinin də mübahisələndirdiyi rəy əsasında X6 məhkum olunmuşdur. Belə ki, komisyon tibbi ekspertlərinin rəyi, yəni uşağın mexanik i asfiksiya nəticəsində ölməsi, işin faktiki hallarına tamamilə ziddir, bu fakt həm meyitin üzərində tədqiqat aparmış ekspert Ceyhun Allahverdiyev tərəfindən təkzib edilir, həm də məhkəmədə ifadə vermiş Zərərçəkmiş şəxs, doğuş da iştirak etmiş tibbi işçilərinin (mama Şahid5, neonatoloq Şahid4 və sair) ifadələri ilə təkzib edilir. Yəni komisyon tibbi ekspert rəyi mövcud olmayan uydurma fakta əsaslanaraq (göbək ciyəsinin uşağın boğazına dolanması faktına) belə nəticəyə gəlmişlər ki, guya ki qeysəriyyə əməliyyatı keçirilsəydi uşağı xilas etmək mümkün olardı. Bundan əlavə komisyon tibbi rəy vermiş ekspertlər qeyd etmişlər ki, “doğuş ixtisasca uyğun olmayan tibb işçisi tərəfindən aparılmışdır”. Bu tamamilə yanlışdır. Belə ki doğuş mama Şahid5 tərəfindən qəbul edilmişdir. Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 7 saylı əmri ilə təsdiq edilmiş “Tibbi müəssisələrdə çalışan tibb, əczaçı və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarında mamanın vəzifə təlimatının 7-ci bəndində qeyd edilmişdir ki, mama normal (fizioloji) doğuşu qəbul edir. Normal doğuş üzrə kliniki protokolda qeyd edilmişdir ki, normal doğuş hamiləliyin 37-ci həftəsindən 41 həftəsinə qədər müddətdə özbaşına başlanır, yardımsız və ya minimal yardımla davam edir. X1 doğuşu bu kriteryalara uyğun gəlir və “doğuşun ixtisasca uyğun olmayan tibb işçisi tərəfindən aparılmasına dair" komisyon ekspertizasının rəyi tam əsassızdır. Komisyon məhkəmə-tibbi ekspertlərinin rəylərinin qüsurlu, ziddiyyətli və qeyri-mötəbər olmasını nəzərə alaraq müdafiə tərəfi təkrar komisyon ekspertizasının təyin edilməsi barədə məhkəməyə vəsatət verib, ekspertin qarşısında suallar qoymuşdur. Lakin obyektiv həqiqəti müəyyən etmək istəməyən məhkəmə həmin vəsatəti rədd etmişdir, lakin bunun səbəblərini əsaslandırmamışdır. İş kassasiya instansiya məhkəməsində baxılan zaman Məhkum ərizə ilə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı Məhkum və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının 15 avqust 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2024-cü il tarixli 1(105)-305/2024 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-183/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-183/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver