Məhkəmə qərarları › İş №1(102)-1831/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1831/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1831/2024 16.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 26 aprel 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim İlham Mahmudovun sədrliyi, hakimlər Faiq Qəniyev və Məhəmməd Əkbərovdan ibarət tərkibdə) 24 yanvar 2023-cü il tarixli, 1(101)-348/2023 nömrəli hökmü ilə xx xxxx 1992-ci il tarixdə Ağdam rayonu Maqsudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu A.Novruzov küçəsi ev 25 mənzil 09-da qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu Saratov küçəsi ev 44-də yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətinə azadlıqdan m əhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2022-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs 2017-2020-ci illərdə Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsi 523-cü məhəllədə olan Zərərçəkmiş şəxs yaşadığı 42/3 saylı fərdi yaşayış evində fərdi qaydada usta işləyərkən evdə dəmir seyf gördüyünü bildikdən sonra, gördüyü dəmir seyfdə ev sahibi tərəfindən külli miqdarda pul vəsaitinin saxlanıla biləcəyini güman etdiyindən, 2022-ci ilin iyun ayının sonlarında həmin ünvana qanunsuz dax il olmaqla külli miqdarda əmlakı oğurlamaq barədə Təqsirləndirilən şəxsla razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya əsasən Məhkum və Təqsirləndirilən şəxs ev sahibi və ailə üzvlərinin yaşayış sahəsində olmadıqları münasib vaxtda cinayətkar niyyətlərini həyata keçirmək üçün, bir neçə dəfə həmin ünvana gedib kənardan müşahidə apararaq oğurluq edəcəkləri vaxtı dəqiqləşdirdikdən və oğurluq vaxtı dəmir seyfi kəsmək üçün istifadə edəcəkləri avtogen aparatını və digər əşyaları onların həqiqi niyyətindən xəbəri və cinayətə aidiyyəti olmayan Şahid4ın yaşadığı qonşu həyətdə başqa adla yerləşdirdikdən sonra 30 iyun 2022-ci ildə saat 01 radələrində Məhkum Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şə xs yaşadığı 42/3 saylı fərdi yaşayış evinin mişar daşlarından inşa edilmiş hasarını qonşu həyətdən aşmaqla həyətyanı sahəyə qanunsuz daxil olmuş, daha sonra yaşayış sahəsi olan üçmərtəbəli fərdi evin zirzəmisində yerləşən qarajın pəncərəsini əhatə edən dəmir barmaqlıqları özləri ilə gətirdikləri lom aləti vasitəsi ilə əyməklə, həmin yerdən evə qanunsuz daxil olmaqla, ikinci mərtəbədə olan yataq otağına keçib orada yerləşdirilmiş kiçik ölçülü şkafın içindəki dəmir seyfi köməkli hamam otağına daşımaqla, özləri ilə gətirdikləri avtogen aparatı ilə kəsərək içərisindən Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 6.800 manat təşkil edən 4.000 ABŞ dollarını, 2400 manat dəyərində bir ədəd içində “Frederıque Constant Ceneve”, “Dual Time Automatic” yazıları həkk edilmiş qol saatı, 12.288 man at dəyərində bir ədəd içində “Gp:Girard-p- Perregaux” yazısı həkk olunmuş qızıl qol saatı, 11240 manat dəyərində bir ədəd içində “Cartier” yazısı həkk olunmuş qızıl qol saatı, 2200 manat dəyərində bir ədəd içində “Tissot Lelocle” yazısı həkk olunmuş qızıl qol saatı, 19040 manat dəyərində bir ədəd içərisində “Girard-Perregaux” yazısı həkk olunmuş qızıl qol saatı, 9800 manat dəyərində yeddi ədəd “15”-lik qızıl sikkə, 3880 manat dəyərində dörd ədəd “10”-luq qızıl sikkə, 7500 manat dəyərində 15 ədəd “5”lik qızıl sikkə, 2760 manat dəyərində üç ədəd qulplu “10”-luq qızıl sikkə, 1800 manat dəyərində dörd ədəd qulplu “5”-lik qızıl sikkə, 2400 manat dəyərində bir ədəd üzərində “Georgia 25 Lari Golden Fleece % 02 Gold 9999” yazısı həkk edilmiş “25”-lik qızıl sikkə, 9000 manat dəyərində bir ədəd ağ ş əffaf brilyant qaş, 3605 manat dəyərində bir ədəd şəffaf brilyant qaş, 4777 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl kolye, 52300 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl kolye, 11261 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl bilərzik, 8355 manat dəyərdə 1 ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan qızıl bilərzik, 2617 manat dəyərində bir ədəd qaş yerləri boş qızıl bilərzik, 5006 manat dəyərində bir ədəd gümüşü rəngli metaldan ortasında yaşıl və kənarlarında ağ şəffaf qaşları olan qızıl sırğa cüt üzük dəsti, 5127 manat dəyərində bir ədəd kulonu üzərində göy və ağ şəffaf qaşları olan qızıl boyunbağı-üzük dəsti, 23877 manat dəyərində bir ədəd kulonu üzərində bir ədəd ağ şəffaf qaş olan qızıl boyunbağı, 2861 man at dəyərində bir ədəd ürək formalı kulon üzərində ağ şəffaf qaşları olan qızıl boyunbağı, 5109 manat dəyərdə 1 ədəd yarpaq formalı elementləri üzərində ağ şəffaf qaşları olan kulonlu qızıl boyunbağı, 5216 manat dəyərində iki ədəd qızıl boyunbağı, 273 manat dəyərində bir ədəd dairə formalı qızıl kulon, 217 manat dəyərində bir ədəd romb formalı qızıl kulon, 1346 manat dəyərində bir ədəd üzərində “40” rəqəmi həkk olunmuş qızıl sikkə, 1294 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl yaxa sancağı, 2461 manat dəyərdə 1 ədəd üzərində sarı rəngli böyük ölçülü, qırmızı və ağ rəngli şəffaf qaşları olan qızıl yaxa sancağı, 2054 manat dəyərində bir ədəd yarpaq formalı üzərində ağ şəffaf qaşları olan qızıl yaxa sancağı, 3989 manat dəyərində iki ədəd üzərində bir ədəd ağ şəffaf qaşı o lan qızıl qol düyməsi, 3305 manat dəyərində bir ədəd üzə- rində ağ şəffaf qaşları olan qızıl qol düyməsi, 189 manat dəyərdə bir ədəd gözmuncuqlu qızıl yaxa sancağı, 2414 manat dəyərində bir ədəd kəmərin 02 hissədən ibarət qızıl kilid yeri, 5735 manat dəyərində bir ədəd “Pasqualebruni” markalı üzərində sədəf rəngli daş, iki ədəd çəhrayı rəngli və ağ şəffaf qaşları olan kulonlu qızıl boyunbağı-üzük dəsti, 5258 manat dəyərində bır ədəd Pasqua- lebruni markalı üzərində mavi rəngli və şəffaf qaşları olan kulonlu qızıl boyunbağı-üzük-sırğa cütü, 8130 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl sırğa cütü-üzük dəsti, 7161 manat dəyərində bir ədəd “Bulgari” markalı üzərində ağ şəffaf qaşları olan qızıl sırğa cütüüzük dəsti, 5823 manat dəyərində bir ədəd “Faberge” markalı üzəri ndə rəngli gül formalı elementləri və ağ şəffaf qaşları olan qızıl sırğa cütü-üzük dəsti, 5374 manat dəyərində Pasqualebruni markalı bir ədəd üzərində böyük bənövşəyi və ağ şəffaf qaşları olan qızıl sırğa cütü- üzük dəsti, 1183 manat dəyərində 1 ədəd tor toxunuşlu qızıl sırğa cütü-üzük dəsti, 4759 manat dəyərində 1 ədəd üzərində göy, bənövşəyi və ağ şəffaf qaşları olan qızıl sırğa cütü-üzük dəsti, 7693 manat dəyərində 01 ədəd üzərində qırmızı və ağ şəffaf qaşları olan qızıl sırğa cütü-üzük-kulon dəsti, 16816 manat dəyərdə bir ədəd üzərində göy və ağ şəffaf qaşları olan qızıl sırğa cütü, 2834 manat dəyərində bir ədəd “Roberto Coin” markalı üzərində göy-ağ şəffaf qaşları olan qızıl sırğa cütü, 42616 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan platin sırğa cütü, 2146 manat dəyəri ndə bir ədəd üzərində mirvari muncuq və ağ şəffaf qaşları olan qızıl sırğa cütü, 795 manat dəyərində bir ədəd üzəridə ağ şəffaf qaşları olan qızıl sırğa cütü, 1405 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl sırğa cütü, 1942 manat dəyərində bir ədəd üzərində sarı və ağ şəffaf qaşları olan qızıl sırğa cütü, 2031 manat dəyərində iki ədəd üzərində mina qatı və ağ şəffaf qaşlı qızıl üzük, 711 manat dəyərində bir ədəd üzərində mina qatı və ağ şəffaf qaşlı olan qızıl üzük, 3483 manat dəyərində bir ədəd üzərində yaşıl və ağ şəffaf qaşları olan qızıl üzük, 3593 manat dəyərində bir ədəd üzərində göy və ağ şəffaf qaşlı qızıl üzük, 1280 manat dəyərində bir ədəd üzərində damla formalı böyük ölçülü tünd yaşıl rəngli daş və ağ şəffaf qaşlı qızıl üzük, 344 manat dəyərində bir ədəd üzər ində yaşıl şəffaf qaşları olan qızıl üzük, 478 manat dəyərdə 1 ədəd üzərində qırmızı romb formalı qaşlı qızıl üzük, 1016 manat dəyərində bir ədəd üzərində qırmızı və ağ şəffaf qaşları olan qızıl üzük, 3015 manat dəyərində bir ədəd üzərində qırmızı və ağ şəffaf qaşları olan qızıl üzük, 1712 manat dəyərində bir ədəd üzərində göy və ağ şəffaf qaşı olan qızıl üzük, 1705 manat dəyərində bir ədəd üzərində göy və ağ şəffaf qaşları olan qızıl üzük, 3496 manat dəyərində bir ədəd üzərində mirvari muncuq və ağ şəffaf qaşı qızıl üzük, 1270 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük, 474 manat dəyərdə bir ədəd üzərində ağ şəffaf qaşlar olan qızıl üzük, 446 manat dəyərində bir ədəd qızıl nişan üzüyü, 2308 manat dəyərində 04 ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük, 925 ma nat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl alyans üzük, 683 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşlı qızıl üzük, 980 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları qızıl üzük, 836 manat dəyərində bir ədəd "Cartier” markalı üzərində ağ şəffaf qaşları qızıl üzük, 4643 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük, 2627 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük, 1670 manat dəyərində 2 ədəd üzərində ağ şəffaf qaşları qızıl üzük, 2113 manat dəyərində bir ədəd üzərində tünd çəhrayı rəngli qaşları qızıl üzük, 1130 manat dəyərində bir ədəd üzərində tünd çəhrayı və bənövşəyi rəngli qaşları qızıl üzük, 1254 manat dəyərində bir ədəd üzərində açıq mavi daş bənövşəyi və ağ şəffaf qaşları qızıl üzük, dəyərində bir ədəd üzəri ndə qırmızı və ağ şəffaf qaşları qızıl üzük, 1195 manat dəyərində bir ədəd üzərində qırmızı və ağ şəffaf qaşları qızıl üzük, 1290 manat dəyərində bir ədəd üzərində qırmızı və ağ şəffaf qaşları olan qızıl üzük, 1931 manat dəyərində bir ədəd üzərində açıq yaşıl və ağ şəffaf qaşları olan qızıl üzük, 1614 manat dəyərində üzərində yaşıl və ağ şəffaf qaşları olan qızıl üzük, 1655 manat dəyərində bir ədəd üzərində göy və ağ şəffaf qaşları olan qızıl üzük, 1334 manat dəyərində bir ədəd “Bulgari” markalı üzərində ağ şəffaf qaşları olan qızıl üzük, 678 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları qızıl üzük, 1396 manat dəyərində üzərində ağ şəffaf qaşları qızıl üzük, 1861 manat dəyərində üzərində ağ şəffaf qaşları ikili qızıl üzük, 23897 manat dəyərində bir ədəd tək qaşlı platin üzük, 536 man at dəyərində bir ədəd üzərində ağ şəffaf qaşlı qızıl üzük, 521 manat dəyərində bir ədəd üzərində qırmızı və ağ şəffaf qaşları qızıl sırğanın tayı, 74 manat dəyərində bir ədəd ağ şəffaf qaşları qızıl məmulat hissəsi, 2 manat dəyərində bir ədəd ortasında ağ rəngli daş üzərində gül təsviri dəmir məmulat hissəsi və 01 manat dəyərində açar formalı əlvan metal məmulatdan ibarət olan, cəmi 439.196 manat dəyərində müxtəlif çeşidli qızıl-zinət əşyaları qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 445.996 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi), Qədim Babayev v ə Anar Tanrıverdiyev) 26 aprel 2023-cü il tarixli, 1(103)-779/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(103)-779/2023 nömrəli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkumun Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən ona daha yüngül cəza təyin edilməsi və həmin Məcəllənin 70-ci maddəsi ilə barəsində şərti məhkum etmə tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırmışdır ki, Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarı əsassız və ədalətsizdir. Belə ki, işə baxan apellyasiya instansiyası məhkəməsi cinayət qanunvericiliyinin tələblərini pozaraq onun əməlindəki yüngülləşdirici halları nəzərə almadan barəsində CMin 62 və ya 70-ci maddələrinin tətbiqinin mümkünlüyünü araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi onun cəzasını yüngülləşdirən halları qərəzli şəkildə nəzərə almamış və şikayətini təmin etməmiş və bu halı öz qərarında açıqlamamışdır. Kassator CM-in 62 və 70-ci maddələrinin onun barəsində tətbiq edilməsi üçün bütün halların mövcud olduğunu qeyd edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlə rə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxla yaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçin in məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində əməlin hüquqi tövsifi mübahisələndirilmir. Məhkum kassasiya şikayətinin başlıca dəlili onun barəsində Azərbaycan Respublikası CM-in 62 və ya 70-ci maddələrinin tətbiq edilməməsinin əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62.1ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İşin materiallarından görünür ki, iş üzrə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmaması barədə məhkəmələrin gəldiyi nəticə əsaslıdır. Müdafiəçinin kassasiya şikayətinin digər dəlilinə, yəni məhkumun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. İş materiallarından, o cümlədən hökmdən və qərardan görünür ki, məhkəmələr qeyd olunan normada göstərilən bütün halları təhlil edərək nəzərə alıb məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymamış və nə səbəbdən belə qənaətə gəldiyini qərarlarında şərh etmişlər. Məhkəmələrin gəldiyi bu nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğun olduğundan məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə gö rə məhkumun törətdiyi cinayətin ağırlığı və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, kassasiya şikayətində istinad olunan hallardan heç biri Məhkum barəsində şərti məhkum etmənin tətbiq olunmasının mümkünlüyünü əsaslanan amil kimi qiymətləndirilə bilməz. Həmçinin kollegiya məhkəmələr tərəfindən Məhkum təyin edilmiş cəzanın ağır olması dəlilinə də münasibət bildirərək qeyd edirlər ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sos ial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə f ərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş ziyanı könüllü olaraq tam şəkildə ö dənilməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, törətmiş olduqları cinayəti etiraf edərək əməllərindən səmimi peşiman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları nəzərə alaraq, məhkuma təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə əsasən işə baxaraq Məhkum törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, onun şəxsiyyətini və işin hallarını, habelə təyin edilmiş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, m əhkuma cəzanın CM-in 62-ci maddəsinə əsasən təyin edilməsi və ya CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən bu barədə apelyasiya şikayətini təmin etmədən, Məhkum barəsində olan hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Apellyasiya məhkəməsinin mövqeyi cinayət qanununun yuxarıda sadalanan normalarına, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Konstitusiya Məhkəməsinin Plenumlarının tövsiyələrinə tam uyğun gəldiyindən məhkəmə kollegiyası həmin apellyasiya məhkəməsinin qərarını qanuni və əsaslı hesab edir və kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbay can Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah et mə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2023-cü il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbay can Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddə ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar