Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1831/2025 26.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1996-cı il tarixdə Abşeron rayonunun, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan R espublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2154/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-577/2024 nömrəli 15 avqust 2024-cü il tarixli hökmü ilə (hakimlər Ə.Q.Quliyev (sədrlik edən və məruzəçi), F.A.Namazov və T.Q.Hüseynovdan ibarət məhkəmə tərkibində) Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi i lə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 14 mart 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2154/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər M.Müdafiəçi1 (sədrlik edən və məruzəçi), Q.X.Babayev və S.X.Bəhrəmzadədən ibarət məhkəmə tərkibində) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-577/2024 nömrəli 15 avqust 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmə qərarlarına əsas ən Məhkum satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə 2023-cü ilin mart ayında sosial şəbəkə vasitəsi ilə tanış olduğu “Afşin” adı ilə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına 300 manat pul köçürməklə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən ünvan 2 ünvanda yerləşən yaşayış binalarının yaxınlığında ağacın altına qoyulmuş yerdən 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 201,050 qram narkotik vasitə heroini götürüb qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhər Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 14 mart 2023-cü il tarixdə saat 01:35 radələrində ünvan 2 ünvanda şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş, şöbədə xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd ağ rəngli sellofan bükümdə, külli miqdarda təmiz çəkisi 201,050 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2154/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinin icraatına bəraətve rici əsaslarla xitam verilməsi xahiş olunur. Kassasiya şikayətində göstərmişdir ki, iş materiallarından da göründüyü kimi, şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən videoçəkilişdən istifadə edilmişir. Lakin videoçəkilişdən də göründüyü kimi aşkar edildiyi qeyd olunan narkotik vasitə istintaq hərəkətinin iştirakçılarına təqdim edilməmiş, onların müvafiq olaraq hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməmişdir. Yəni narkotik vasitənin olduğu sellofan torba ümumiyyətlə açılmamışdır. Həmçinin həmin bükümün çəkisi də müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş xx.xx.2024-cü il tarixli məktub və ona əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, baxış zamanı Məhkum sağ gözaltı və sol gözün üst qapağında, başın sol gicgah nahiyəsində sıyrıqlar, hər iki saidin bayır səthində 1 ədəd çapıq toxuması, sol saidin ön səthində 1 ədəd çapıq toxuması aşkar olunmuşdur. Belə ki, şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərə diqqətlə nəzər yetirdikdə Məhkum döyüldüyünü açıq şəkildə müşahidə etmək mümkündür. Həmçinin şikayət müəllifi qeyd edir ki, Məhkum saxlanılmasında iştirak edən, məhkəmənin sübut qismində istinad etdiyi polis əməkdaşlarının ifadələri arasında əhəmiyyətli dərəcədə ziddiyyətlər mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami rayon 25-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 Əlövsət oğlu ifadəsində göstərmişdir ki, şübhəli şəxsin əlinə qandal vur mamışlar. Lakin məhkəmə iclasında şahid qismində dindirilən əməliyyat tədbiri zamanı Nizami rayon 25-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid2 isə ifadəsində göstərmişdir ki, şübhəli şəxs nəqliyyat vasitəsinə mindirildikdən sonra təhlükəsizlik üçün onun qoluna qandal vurulmuşdur. Bundan başqa, Şahid1 Əlövsət oğlu bildirmişdir ki, Məhkum saxlayarkən müdafiəçi ilə birlikdə yaxınlaşıb onu saxlamış və özlərini təqdim etmişlər. Lakin Şahid2 isə bildirmişdir ki, əməliyyat tədbirində o, Şahid1 və təhqiqatçı olmaqla üç nəfər birlikdə iştirak etmişlər. Yəni polis əməkdaşlarından biri Məhkum saxlayan zaman müdafiəçinin də iştirak etdiyini bildirsə də, digəri müdafiəçinin iştirak etmədiyini demişdir. Bundan başqa cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə zamanı çəkilmiş videodan görünür ki, istintaq hərəkətində yalnız Məhkum, Nizami RPİ-nin 25-ci PŞ-nin baş təhqiqatçısı Taleh Cəfərov, Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyatçıları Şahid2 və Şahid1 iştirak etmişdir. Yəni şəxsi axtarış və götürmə istintaq hərəkətində müdafiəçi iştirak etməmişdir. Halbuki iş materiallarından da görünür ki, Məhkum hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Yəni Məhkum dövlət hesabına müdafiəçinin təmin olunması üçün ərizə ilə Nizami RPİ-nin 25-ci PŞ-nin rəisinə müraciət etmişdir. Bakı şəhəri 6 saylı Vəkil Bürosunu vəkili X3 tərəfindən Məhkum dövlət hesabına hüquqi yardım göstərilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə saat 02:35-də şübhəli şəxsin tutulması istintaq hərəkətində iştirak edən müdafiəçi Rahim Alışov 03:00-da keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etməmişdir. Bundan başqa cinayət işi materiallarından göründüyü kimi, Məhkum 14 mart 2023-cü il tarixdə saat 01:35 radələrində ünvan 2 ünvanda polis əməkdaşları tərəfindən saxlanılmışdır. xx.xx.2023-с il tarixdə saat 02:35-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixdə saat 03:00-03:25-də isə Məhkum üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Yəni Məhkum saxlanıldıqdan 1 saat sonra şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxs qismində tutulduqdan 25 dəqiqə sonra onun üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araş dırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və Müdafiəçi2, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instan siyada işin hallan araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.3. külli miqdarda törəd ildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respub likası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki h allarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun g ələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X2rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn əlilliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu m əhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prin siplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəf indən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Belə ki, Məhkum xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində ifadələrində Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə özünü tam təqsirli bilərək ifadələrind ə göstərmişdir ki, 1-2 aydır ki, narkotik vasitə istifadə etmiş, eyni zamanda Abşeron rayonu, Qobu qəsəbəsində üzdən tanıdığı şəxslərə narkotik vasitə satmışdır. Narkotiki müxtəlif yerlərdən tanımadığı şəxslərdən əldə edirmiş. O, ilk dəfə narkotik vasitə kimi tanıdığı heroini “İnstagram” sosial şəbəkəsində tanış olduğu “Afşin” adlı İran İslam Respublikası vətəndaşından “online” qaydada, yəni ödəmə terminalı vasitəsi ilə “Milliön” tətbiqi ilə həmin şəxsin dediyi xatırlamadığı hesab nömrəsinə pul ödəməklə əldə etmişdir. Həmin İran vətəndaşı da narkotik vasitəni qoyduğu ünvanı ona göndərir və o da gedib götürürmüş. 12 mart 2023-cü il tarixdə eyni qaydada narkotik vasitə olan “kakos” kimi tanıdığı heroini İran vətəndaşı olan “Afşin” adlı şəxsin xatırlamadığı hesab nömrəsinə ünvan 5 ünvanda yer ləşən “Spar” marketdə olan ödəmə terminalı vasitəsi ilə 300 manat pul göndərmişdir. 14 mart 2023-cü il tarixdə isə İran vətəndaşı olan “Afşin” adlı şəxs votsapp sosial şəbəkəsi vasitəsi ilə ünvan 2 ünvanda yaşayış binalarının həyətində ağacın yanında bir sellofan bükümündə narkotik vasitənin qoyulduğu yeri ona bildirmişdir. O da həmin günü gecə saat 01:35 radələrində qeyd edilən ünvana, yəni ünvan 6 ağacın yanından bir sellofan bükümündə olan narkotik vasitəni götürmüşdür. O, bir neçə addım hərəkət etdikdə mülki geyimdə olan şəxslər yaxınlaşmışdır. O, həmin şəxslərin polis əməkdaşları olmasını bilmədiyi üçün qışqırıb müqavimət göstərməyə çalışmış, lakin sonradan onların polis əməkdaşları olduqlarını bildiyi üçün sakitləşmişdir. Polislər ona narkotik vasitələrin daşınmasında saxlanmasında ş übhəli olduğunu izah edib Nizami RPİ-nin 25-ci polis şöbəsinə dəvət etmişlər. O da heç bir etiraz etmədən Nizami RPİ-nin 25-ci PŞ-nə getmişdir. Polis şöbəsinin xidməti otaqların birində üzərinə baxış keçirəcəkləri ona izah olunaraq videoçəkilişdən istifadə olunacağı bildirilmişdir. Daha sonra isə ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif edilmişdir. O da əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd ağ rəngli sellofan bükümünü və sağ cibindən mobil telefonumu çıxardıb polis əməkdaşlarına təqdim edərək həmin bükümün içərisində olan heroin kimi tanıdığı narkotik vasitə olmasını və hansı yolla əldə etdiyini yuxarıda qeyd etdiyi kimi izah verməsini bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq möhürlənib ekspert müayi nəsinə göndərilmişdir. Həmin narkotiki bir qismini satış məqsədi ilə digər qismini isə şəxsi istifadəsi üçün əldə etmişdir. Saxlanılan zaman ona qarşı heç bir zor tətbiq olunmamışdır. Narkotik vasitənin satışı ilə məşğul olmasını, həmçinin özü də istifadə etməsini bildirmişdir. O, ilk dəfə idi ki, “Afşin” adlı şəxsdən narkotik vasitə almışdır. “Afşin” adlı şəxsin ona satdığı narkotik vasitəni necə, hansı yolla və kimin vasitəsi ilə göndərdiyindən xəbəri olmamışdır. Ona bu haqda heç bir məlumat verməmişdir. Onun “Afşin” adlı şəxs ilə narkotik vasitə satışı ilə bağlı heç bir razılığı olmamışdır. “Afşin” adlı şəxsi təsadüfən instaqram sosial şəbəkəsindən tanımışdır. Məhkumun törətdiyi əməl şahidlər Şahid1 Əlövsət oğlu və Şahid2 oğlunun ifadələrində də öz təsdiqini tapır. Cinayət işinin materi allarında olan “şəxsi axtarış və götürmə haqqında” 14 mart 2023-cü il tarixli protokoldan görünür ki, Məhkum üzərində qanunsuz əşya varsa, təqdim etməsi təklif olunur, bu təklifdən sonra Məhkum əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd ağ rəngli sellofan bükümünü və gödəkcəsinin sağ yan cibindən özünə məxsus 1 ədəd mobil telefonu çıxardaraq təhvil vermiş və 1 ədəd ağ rəngli sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə olmasını həmin narkotik vasitəni “İnstaqram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşı olan “Afşin” adlı şəxsdən online qaydada “M 10” proqramı vasitəsi ilə həmin şəxsin təqdim etdiyi xatırlamadığı hesab nömrəsinə 300 manat pul göndərməklə “Neftçilər, Qara Qarayev” kimi tanıdığı ərazidən əldə edib öz istifadəsi üçün üzərində saxladığını bild irməsi aşkar edilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən 8015 nömrəli 7 aprel 2023-cü il tarixli müşayiət məktubu ilə daxil olmuş telefon danışıqlarına dair cədvəllərin özündə əks etdirən CD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 18:37:15 saniyədə 994 *** ** ** 66 nömrəsindən 994 50 *** ** ** nömrəsinə “Nolar bir mençün düz qoşda”, xx.xx.2023-cü il tarixdə saat 20:47:22 saniyədə 994 50 *** ** ** nömrəsindən 994 50 *** ** ** nömrəsinə “Qaqa bu nedense lapm az oldu he qardaş canı iki dene narmanni cet çıxdı he bunun icinen qardaş canı bu niye bele olduki ay qaqa, xx.xx.2023-cü il tarixdə saat 17:04:57 saniyədə 994 50 *** ** ** nömrəsindən 994 50 *** ** ** nömrəsinə “Salam, Murad görüşməy isdiyirem sənlə tema lazımd ı mənə buralardasan, xx.xx.2023-cü il tarixdə saat 23:57:57 994 50 *** ** ** nömrəsindən 994 50 *** ** ** nömrəsinə “ama.murad.budeyqe Ölürem mene özündünda olsa yarımqıram verginen”, xx.xx.2023-cü il tarixdə saat 00:39:56 dəqiqədə 994 50 *** ** ** nömrəsindən 994 50 *** ** ** nömrəsinə “Qaqa 10luq alınar” və sair sms-lər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş xx.xx.2024-cü il tarixli məktub və ona əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, baxış zamanı Məhkum sağ gözaltı və sol gözün üst qapağında, başın sol gicgah nahiyyəsində sıyrıqlar, hər iki saidin bayır səthində 1 ədəd çapıq toxuması, sol saidin ön səthində 1 ədəd ç apıq toxuması aşkar olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin sorğusuna əsasən, Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Məhkum polis əməkdaşları tərəfindən saxlanılarkən döyülməsi xüsusatları üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 14 mart 2023-cü il tarixli 6/1558 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №165” dairəvi möhür əksi, “Vət. Məhkum aşkar olunmuş 1 ədəd bükümdə tozşəkilli maddə şübhəli şəxs(imza) Muradov“ yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 201,050 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırla nmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri”n siyahısına daxildir. Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 9 iyun 2023- cü il tarixli 3623 nömrəli rəyindən görünür ki, Məhkum opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında qeyd edilir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırl aması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 14 iyul tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq CM-in 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 234.4. 3-cü maddəsi ilə tövsif edib həmin maddələr ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin də lilləri əsassızdır. Müdafiəçi məhkumun zor tətbiqi nəticəsində etiraf ifadəsi verməsini iddia etsə də, bu məsələ də məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə əsasən ətraflı yoxlanılmış və işgəncə faktı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsin in yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiya sı həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı- ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbayc an Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2154/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olun maqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)2154/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1831/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1831/2025
26.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver