Məhkəmə qərarları › İş №1(102)-1832/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1832/2023

17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1832/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 04 aprel 2023-cü il tarixli, 1(103)752/2023 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bəraət almış şəxs Məhkum 31 avqust 1985-ci ildə Gədəbəy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.

2. İttiham aktına əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Seyid Əzim» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında sonuncudan 28 sentyabr 2021-ci il tarixdə ünvan 1 ünvanın qarşısında satış məqsədi ilə qanunsuz olaraq, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,678 qram, 0,597 qram, ümumi təmiz çəkiləri 1,275 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 2 ədəd üzərində «methadone 40» göstəriciləri olan blisterdə 10 ədəd ağ rəngli tabletlərin tərkibində təsiredici maddəsinin miqdarı 0,4 qram olan narkotik vasitə metadon, 3 ədəd kağız kəsiyi bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,198 qram, 0,161 qram və 0,205 qram olmaqla, ümumi çəkisi 0,564 qram olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 28 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,615 qram, 0,615 qram, 0,683 qram, 0,377 qram, 0,663 qram, 0,472 qram, 0,567 qram, 0,851 qram, 0,682 qram, 0,489 qram, 0,344 qram, 1,177 qram, 3,83 2 qram, 3,215 qram, 1,150 qram, 0,856 qram, 0,514 qram, 0,846 qram, 0,126 qram, 0,614 qram, 0,761 qram, 0,742 qram, 0,484 qram, 0,226 qram, 0,404 qram, 0,601 qram, 0,380 qram, 4,284 qram, ümumi təmiz çəkisi 26,570 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib, qara rəngli əl çantasında qara rəngli pul qabının içərisində saxlamaqla daşımış, 30 sentyabr 2021-ci il tarixdə, saat 19:40 radələrində ünvan 2 ünvanında Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4- cü PŞ-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı boynundan a sılı vəziyyətdə olan qara rəngli əl çantasında qara rəngli pul qabının içərisindən qeyd olunan narkotik vasitələr aşkar edilərək götürülmüşdür.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-109/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Məhkum təqsirliliyi sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir.

4. Hökmdən Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli, 1(103)-752/2023 nömrəli qərarı ilə apelyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-109/2023 saylı, 24 yanvar 2023-cü il nömrəli hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış dır.

6. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. Kassasiya protestinin dəlilləri və protestə qarşı etirazlar 7.Kassasiya protestində dövlət ittihamçısı qeyd etmişdir ki, iş materiallarında məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 223 №-li rəyində müayinə zamanı Məhkum narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Bundan əlavə, dövlət ittihamçısı protestdə cinayət işinin materiallarına əlavə edilmiş 26 noyabr 2021-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokolda Məhkum məxsus “Samsung Galaxy A01 Core” markalı mobil telefonda Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumatların aşka r edildiyini və buna görə də Məhkum özündə narkomaniya xəstəliyi müəyyən olunmadığı üçün müxtəlif növlərdə, külli miqdarda narkotik vasitələr və psixotrop maddələri tutulma təhlükəsini dərk etdiyi halda küçəyə çıxıb üzərində gəzdirməsi onun həmin maddələri şəxsi məqsədi üçün yaymaqda ifadə olunan satış məqsədi ilə daşımasına dəlalət etdiyini göstərmişdir. Məhkum üzərində olan xəsarətlərin məhkəmə-tibbi ekspertiza rəyində və ekspert Nurlana Mirzəyevanın birinci instansiya məhkəməsində verdiyi ifadəsində onun özü-özünə yetirilməsi az inandırıcı olması, yəni istisna edilməməsi göstərilsə də, məhkəmələrin bu ifadəni təhrif edib “inandırıcı deyildir” kimi göstərərək, xidməti vəzifələrinin icrası birbaşa olaraq Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən, cinayətkarlıqla mübarizə, dövlə tçiliyin, həmçinin vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində daim səmərəli fəaliyyət göstərən polis əməkdaşları tərəfindən təqsirin boynuna alınması məqsədilə təqsirləndirilən şəxsə xəsarətlər yetirilməsi kimi ittihamın məhkəmə tərəfindən irəli sürülməsinin qanuna zidd olmaqla yanaşı, təəssüf doğuran bir hal olduğu qeyd olunmuşdur. Protestdə məhkəmələrin iş üzrə bəzi protokollarda imzaların təqsirləndirilən şəxsə və müdafiəçiyə məxsus olmamasını əsas gətirərək, bunun Məhkum müdafiə hüququnun pozulması ilə bağlı heç bir səbəbli əlaqə müəyyən etmədən, əsaslandırma aparmadan, həmin protokollarda əks olunanların digər sübutlarla təsdiq olunmasını nəzərə almadan sonuncunun təqsirsiz olması qənaətinə gəldikləri göstərilmişdir.

8. Məhkəmələr Azərbaycan Respublikası CPM-nin sübutla r və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlmiş, ona həmin maddə ilə bəraət verməklə əsassız və qanunsuz qərar qəbul etmişlər. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPMnin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli, 1(103)-752/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişd ir.

9. Kassasiya protestinə qarşı Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən etiraz daxil olmuşdur. Etirazda bütün halların məhkəmə tərəfindən hərtərəfli, obyektiv araşdırılması göstərilməsi qeyd olunmişdur. Təhqiqat zamanı tərtib edilmiş izahatın nə Müdafiəçi1, nə də Məhkum tərəfindən imzalanmadığı,cinayət işinin materiallarında olan sənədlərdə təqsirləndirilən şəxsə fiziki zor tətbiq edilmişdir. İşdə olan video görüntülərdən də aydın görünür ki, video çəkiliş dayandırılmaqla, montaj olunmaqla həyata keçirilmişdir. Bundan başqa etiraz da qeyd olunur ki, ittiham mülahizələrə yox konkret faktlara əsaslanmalıdır. 10.Təqsirləndirilən şəxsin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun narkotik vasitə alverçisi olmasını təsdiq edən telefon danışıqları, satışı təsdiq edən danışıqlar, şahidlə r, narkotik vasitə alıcıları və ya şərti alıcı, nömrələnmiş pullar və sairə bu kimi mötəbər sübutların olmaması şəxsin narkotik vasitə istifadəçisi olmasından başqa, ona verilən ittihamı sübut etmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq dövlət ittihamçısının kassasiya protestinin təmin edilməməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin Məhkum barəsindəki hökm və qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər

11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araş dırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildi rir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində məhkəmənin Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Azərbaycan Respublikası CM-nin 234..4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqın da nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verməklə əsassız və qanunsuz qərar qəbul etdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli, 1(103)-752/2023 nömrəli qərarının qanun iliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

18. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfi nin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).

19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

20. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CinayətProsessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəll əsinin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

21. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

22. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötə bərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

23. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.

24. Kassasiya protestində məhkəmə tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onl arın yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPMnin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

25. Beləli klə, iş materiallarında olan məhkəmə qərarlarının tədqiqi belə nəticəyə gəlməyə imkan verir ki, hazırki kassasiya protestində irəli sürülən bütün dəlillər aşağı instansiya məhkəmələri tərəfindən ətrafı araşdırılmış, onlar geniş şəkildə təhlil edilmiş və məhkəmələrin gəldiyi nəticələr istər Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyi, istərsə də işin hallarına aid Avropa Məhkəməsinin qərarlarında əks edilmiş müvafiq hüquqi mövqeyinə əsaslanmaqla yetərli dərəcədə təsvir edilmişdir.

26. Əlavə olaraq, aşağı instansiya məhkəmələrinin ibtidai istintaq dövründə əldə edilmiş şahid ifadələri ilə müqayisədə şahidlərin məhkəmə istintaqı dövründə verdiyi ifadələrinə üstünlük vermələri ilə bağlı kassasiya protestinin dəlillərinə münasibətdə məhkəmə Avropa Məhkəməsi yanaşması na istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, çəkişmə əsasında aparılan ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, ittiham tərəfinin təqdim etdiyi şahidin məhkəməyədək dövrdə aparılmış dindirmə protokolu ilə müqayisədə məhkəmələr daha çox sonuncunun bilavasitə onlar qarşısında iclasda verdiyi ifadəsinə əhəmiyyət versinlər. Digərləri ilə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, ibtidai istintaq dövründə dindirmə nəticəsində əldə edilmiş ifadə ittiham tərəfinin məhkəmədə ittihamı müdafiə etmək üçün toplanılan məlumatların hissəsini təşkil edir, məhkəmə istintaqını aparan tribunalın vəzifəsi isə müttəhimin təqsirinin məhkəmədə faktiki olaraq təqdim edilmiş bütün sübutların bilavasitə tədqiqinə əsaslanan ədalətli qiymətləndirmə nəticəsində m üəyyən edilməsindən ibarətdir (Hüseyn və Digərləri Azərbaycana qarşı, № 35485/05 və s., § 211, 26 iyul 2011).

27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin qəbul etdiyi bir çox qərarlarında müəyyən edilmişdir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmeti yalnız hüquqi məsələlər olduğu kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmamışdır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020).

28. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərə k qeyd edir ki, onlar apellyasiya protestində qaldırılan iddialardan fərqlənmir, kassasiya protestinin müəllifi hər hansı yeni və diqqətəlayiq amilə istinad etməmiş və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmamışdır. Məhkəmə kollegiyası bu halı kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və bir daha qeyd edir ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya protestində mübahisələndirilən məsələlərə dair müvafiq geniş əsaslandırma verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr protest müəllifinin dəlillərinin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəl əri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan, apellyasiya məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hər iki instansiya məhkəməsi cinayət işini araşdırardkən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı pis rəftar və fiziki zorak ılığa məruz qalması iş materialları, ekspert rəyi ilə öz təsdiqini tapmasını, onun mobil telefonundakı “Whatsap” yazışmalarının fotoşəkilləri və ya elektron daşıyıcıya yüklənmiş mətni iş materiallarında olmamasını, mobil telefona baxış keçirilməsi haqqında protokolda sms mətnlərinin olduğu kimi və təhrif edilmədən əks edilməsinin mötəbər sübutlarla təsdiq edilməməsini, "xxxx" MMC tərəfindən göndərilən CD diskdəki sms mətnlərində təqsirləndirilən şəxs tərəfindən natkotik vasitələrin satışı məzmununda smslərin daha əvvəl deyil, yalnız tutulmasından bir gün əvvəl ona göndərilməsini, göndərilən həmin mesajlara təqsirləndirilən şəxs tərəfindən hər-hansı bir cavab göndərilməməsini Məhkum barəsində ittiham hökmünün çıxarılması üçün kifayət olmaması qənaətinə haqlı olaraq gəlmiş, həmçinin məhkəməl ərin iş üzrə olan müəyyən şübhələrin iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapmadığıdan təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməməsi qənaətinə gəlməsi Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olmuş, obyektiv və əsaslı mövqeləri məhkəmələr tərəfindən hökm və qərarlarında kifayət qədər əsaslandırılmışdır.

30. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli, 1(103)-752/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli, 1(103)-752/2023 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar