Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1832/2024 08.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Müdafiəçi - Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və Təqsirləndirilən şəxs barələrində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-156/2021 saylı, 25 iyun 2021-ci il tarixli (sədrlik edən M.M.Ağalarov, hakimlər Ə.M.Abasov və E.Ə.Mikayılov) hökmü ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi, ev 670-də qeydiyyatda olmaqla yaşamış, hazır da Penitensiar Xidmətin N saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 8 oktyabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması, xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Akademik Qarayev küçəsi, dalan 2, ev 4-də qeydiyyatda olub, Bakı şəhəri, İ.Məmmədov küçəsi, ev 15-də yaşamış, hazırda Pe nitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 20 iyun 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması müəyyən edilmiş, iş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmışdır. Hökmlə maddi sübutların taleyi və digər məsələlərdə həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs X2 müdafiəçisi X6 apellyasiya şikayəti verərək, Azərbaycan Res publikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinən Məhkum barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-156/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli hökmünü ləğv edərək, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 156/2021-nömrəli cinayət işi üzrə 25 iyun 2021-ci il tarixli hökmünü Təqsirləndirilən şəxs barəsində ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim Rəşad Abdulov, hakimlər Qədim Babayev və Kamran Əkbərovdan ibarət tərkibdə) 07 yanvar 2022-ci il tarixli, 1(103)45/2022 saylı qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021ci il tarixli, 1(101)- 56/2021 nömrəli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs və Məhkum tərəfindən törədilmiş əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrindən həmin Məcəllənin 322.2-ci maddəsinə tövsif edilmiş və onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinmiş, lakin həmin maddəyə münasibətdə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəl ləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs və Məhkum həmin maddə ilə cəza təyin edilməmiş, Təqsirləndirilən şəxs və Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və onlar məhkəmə iclas zalından azad edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 21 sentyabr 2022-ci il tarixli, 1(102)-1077/2022 nömrəli qərarı ilə Məhkum və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, kassasiya protestinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Təqsirləndirilən şəxs və və Məhkum barəsində 07 yanvar 2022-ci il tarixli qərarının kassasiya protestinə münasibətdə ləğv edilməsi və cinayət işinin həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməsi qəra ra alınmışdır. Həmin hökmdən təqsirləndirilən şəxslər Məhkum, Təqsirləndirilən şəxs, müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-238/2021 saylı, 26 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 8 oktyabr 2019-cu il tarixdən - 7 yanvar 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) il 2 (iki) ay 30 (otuz) gün müddət ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 1(101)- 156/2021 saylı hökm ü ilə təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalında dərhal həbsə alınmış, cəzasının əvvəli 26 oktyabr 2023-cü il tarixdən hesablanmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 iyun 2019-cu il taixdən - 7 yanvar 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) il 6 (altı) ay 18 (on səkkiz) gün müddət ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 1(101)- 156/2021 saylı hökmü ilə təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri s eçilmiş və o, məhkəmə iclas zalında dərhal həbsə alınmış, cəzasının əvvəli 26 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. Dövlət ittihamçısı tərəfindən kassasiya protesti, kassasiya şikayətinə qarşı etiraz və digər məhkum Təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə cinayətkar razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qrup üzvləri Təqsirləndirilən şəxs 8.500 manat pul borcu olan Zərərçəkmiş şəxs borcunu vaxtında ödəmədiyinə görə bunun «cəzası» olaraq qaytarmalı olduğu puldan artıq məbləğdə, yəni, xeyli miqdarda N.000 manat pulu hədə-qorxu ilə tələb edib ələ keçirmək üçün sonuncunu Təqsirləndirilən şəxs vasitəsilə görüşüb söhbət etmək adı ilə 30 aprel 2019-cu il tarixdə Bakı şəhəri Nizami rayonu, «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığına dəvət etmiş, həmin gün saat 20 radələrində qeyd olunan ünvanda baş tutan görüş zamanı özünü cinayətkar aləmdə «Maqa» ləqəbi ilə tanınan nüfuz sahibi kimi təqdim edən Məhkum, qrup üzvlərindən olan Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa məlum olmayan «Elnur» adlı şəxslə birlikdə söhbət etmək adı ilə Zərərçəkmiş şəxs Hövsan qəsəbəsinə kafeyə dəvət etmiş, sonuncu bu dəvəti qəbul etdiyi üçün birlikdə sonuncunun idarə «Subaru Forester» markalı avtomobillə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində dəniz kənarında yerləşən «Türkan Sahili» adlı kafeyə gəlmiş, orada dəniz kənarında açıq havada stol arxasında əyləşdikdən və yanlarına şəxsiyyəti istintaqa məlum olmayan əlavə dörd nəfər şəxs gəldikdən sonra Zərərçəkmiş şəxsla üzbəüz əyləşmiş və yanındakı şəxslərin «Maqa» deyə müraciət etdiyi Məhkum zərərçəkmiş şəxsə psixoloji təsir göstərməklə onda qorxu hissi yaratmaq üçün hər iki əlini stolun altına aparıb nə isə edərək odlu silahın çaxma ğının çəkilməsini xatırladan səs çıxarmış və daha sonra nümayişkaranə şəkildə stolun altından çıxartdığı taxta saplı baltanı stolun üstünə qoyub yanındakı qrup üzvlərindən Təqsirləndirilən şəxs əli ilə göstərərək sonuncuya olan 8.500 manat pul borcunu vaxtında ödəmədiyinə görə bunun «cəzası» olaraq qaytarmadığı puldan artıq məbləğdə yəni, N.000 manat pulu iki gün ərzində ödəməli olduğunu, həmin məbləği deyilən müddətdə verməyəcəyi halda nümayiş etdirdiyi balta ilə qulağının kəsiləcəyini, başına oyun açılacağını, odlu silahla vurulacağını deyərək və qrupun digər üzvü «Elnur» adlı şəxs Məhkum dediklərini təkrar edərək birlikdə zərərçəkmiş şəxsin üzərində zor göstərmə hədəsi ilə Zərərçəkmiş şəxs xeyli miqdarda N.000 manat pul verməsini hədə-qorxu ilə tələb etmiş, yaranmış şəraitdə Zərərçəkm iş şəxs səslənən təhdidləri real və dərhal həyata keçirilə bilən hədə kimi qəbul etdiyindən qorxduğu üçün tələb olunanməbləği ödəməyə razı olduğunu bildirmiş və o, cinayətkar qrup üzvləri ilə birlikdə hadisə yerindən birbaşa Sumqayıt şəhəri X7 qəsəbəsində yerləşən hərbi şəhərciyə gələrək özü tək yaşadığı mənzilə qalxıb 2.000 manat pul götürüb aşağı düşüb həmin pulu cinayətkar qrup üzvlərindən Təqsirləndirilən şəxs verərək, qalan məbləği bir müddət sonra çatdıracağını bildirmişdir. Təqsirləndirilən şəxs aldığı 2.000 manat pulu Məhkum təhvil verdikdən sonra cinayətkar qrup üzvləri Zərərçəkmiş şəxs ayrılaraq çıxıb getmiş, sonrakı müddətdə Təqsirləndirilən şəxs və qeyrilərinin hədə-qorxu ilə tələb etdikləri pulun qalan hissəsinin ödənilməsini Zərərçəkmiş şəxs gecikdirdiyi üçün aralarında əldə olunmuş ümumi razılaşmaya əsasən vahid cinayətkar niyyətdən çıxış edərək qrup üzvlərindən şəxsiyyəti istintaqla araşdırılan «Elnur» adlı şəxs bir müddət sonra +**********43 nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan +**********16 nömrəli mobil telefona zəng edərək söz verdiyi qalan 11.000 manat pulu onlara çatdırmayacağı təqdirdə başından güllə ilə vurulacağını deyərək zərərçəkmiş şəxsin üzərində zor göstərmə hədəsi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etdikləri xeyli miqdarda N.000 manat pulun qalan 11.000 manatını tələb etmiş, Zərərçəkmiş şəxs bununla bağlı müraciəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən 20 iyun 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı cinayətkar qrup üzvlərindən Təqsirləndirilən şəxs əvvəlcədən görüş yeri olaraq təyin edilmiş Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev adına parkda saat 18:15-də Zərərçəkmiş şəxsla görüşərək seriya və nömrələri əvvəlcədən protokolda qeyd olunmaqla sonuncuya verilmiş C 33562036; C 73536442; C 39254700: C 46759755; A89830076; A 72860173; A 10428441; A 92653950; A 91239038; A 57658625; A 89591400; B 09384778; B 07162327; A 55312319 seriya və nömrəli 14 ədəd 100 manatlıq pul əskinaslarından ibarət cəmi 1.400 manat məbləğində nağd pulu Zərərçəkmiş şəxs alıb əynindəki tünd göy rəngli cins şalvarının sağ arxa cibindəki qəhvəyi rəngli portmanat tipli pul kisəsinin içərisinə qoyduqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerində saxlanılmışdır. Bundan sonra polis əmək daşlarının təklifinə əsasən Təqsirləndirilən şəxs şalvarının cibindən çıxarıb təqdim etdiyi portmanat tipli pul kisəsinin içərisindəki bir qədər əvvəl qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etməklə ələ keçirdiyi əvvəlcədən seriya və nömrələri qeyd olunmuş 14 ədəd 100 manatlıq pul əskinazlarından ibarət cəmi 1.400 manat nağd pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə Məhkum və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə cinayətkar razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qrup üzvləri Təqsirləndirilən şəxs 8.500 manat pul borcu olan Zərərçəkmiş şəxs borcunu vaxtında ödəmədiyinə görə bunun «cəzası» olaraq qaytarmalı olduğu puldan artıq məbləğdə yəni, xeyli miqdarda N.000 manat pulu hədəqorxu ilə tələb edib ələ keçirmək üçün sonuncunu Təqsirləndirilən şəxs vasitəsilə görüşüb söhbət etmək adı ilə 30 aprel 2019-cu il tarixdə Bakı şəhəri Nizami rayonu «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığına dəvət etmiş, həmin gün saat 20 radələrində qeyd olunan ünvanda baş tutan görüş zamanı Təqsirləndirilən şəxs, onun yanında olan qrup üzvlərindən özünü cinayətkar aləmdə «Maqa» ləqəbi İlə tanınan nüfuz sahibi kimi təqdim edən Məhkum və şəxsiyyəti istintaqa məlum olmayan «Elnur» adlı şəxslə birlikdə söhbət etmək adı ilə Zərərçəkmiş şəxs Hovsan qəsəbəsinə kafeyə dəvət etmişdir. Zərərçəkmiş şəxs bu dəvəti qəbul etdiyi üçün birlikdə sonuncunun idarə «Subaru Forester» markalı avtomobillə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində dəniz kənarında yerləşən «Türkan Sahili» adlı kafeyə gəlmişlər. Orada dəniz kənarında açıq havada stol arxasında əyləşdikdən vəyanlarına şəxsiyyəti istintaqa məlum olmayan əlavə dörd nəfər şəxs gəldikdən sonra Zərərçəkmiş şəxsla üzbəüz əyləşmiş və yanındakı şəxslərin «Maqa» deyə müraciət etdiyi Məhkum zərərçəkmiş şəxsə psixoloji təsir göstərməklə onda qorxu hissi yaratmaq üçün hər iki əlini stolun altına aparıb nə isə edərək odlu silahın çaxmağının çəkilməsini xatırladan səs çıxarmış və daha sonra nümayişkaranə şəkildə stolun altından çıxartdığı taxta saplı baltanı stolun üstünə qoyub yanındakı qrup üzvlərindən Təqsirləndirilən şəxs əli ilə göstərərək sonuncu ya olan 8.500 manat borcunu vaxtında ödəmədiyinə görə bunun «cəzası» olaraq qaytarmadığı puldan artıq məbləğdə yəni, N.000 manat pulu iki gün ərzində ödəməli olduğunu, həmin məbləği deyilən müddətdə verməyəcəyi halda nümayiş etdirdiyi balta ilə qulağının kəsiləcəyini, başına oyun açacağını, odlu silahla vurulacağını demiş və qrupun digər üzvü «Elnur» adlı şəxs Məhkum dediklərini təkrar edərək birlikdə zərərçəkmiş şəxsin üzərində zor göstərmə hədəsi ilə Zərərçəkmiş şəxs xeyli miqdarda N.000 manat pul verməsini hədə-qorxu ilə tələb etmiş, yaranmış şəraitdə Zərərçəkmiş şəxs səslənən təhdidləri real və dərhal həyata keçirilə bilən hədə kimi qəbul etdiyindən qorxduğu üçün tələb olunan məbləği ödəməyə razı olduğunu bildirmiş və o, cinayətkar qrup üzvləri ilə birlikdə hadisə yerindən birbaşa Sumq ayıt şəhəri X7 qəsəbəsində yerləşən hərbi şəhərciyə gələrək özü tək yaşadığı mənzilə qalxıb 2.000 manat pul götürüb aşağı düşüb həmin pulu cinayətkar qrup üzvlərindən Təqsirləndirilən şəxs verərək, qalan məbləği bir müddət sonra çatdıracağını bildirmişdir. Təqsirləndirilən şəxs isə aldığı 2.000 manat pulu Məhkum təhvil verdikdən sonra cinayətkar qrup üzvləri Zərərçəkmiş şəxs ayrılaraq çıxıb getmişdir. Sonrakı müddətdə Təqsirləndirilən şəxs və qeyrilərinin hədə-qorxu ilə tələb etdikləri pulun qalan hissəsinin ödənilməsini Zərərçəkmiş şəxs gecikdirdiyi üçün aralarında əldə olunmuş ümumi razılaşmaya əsasən vahid cinayətkar niyyətdən çıxış edərək qrup üzvlərindən şəxsiyyəti istintaqla araşdırılan «Elnur» adlı şəxs bir müddət sonra +**********43 nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadə sində olan +**********16 nömrəli mobil telefona zəng edərək söz verdiyi qalan 11.000 manat pulu onlara çatdırmayacağı təqdirdə başından güllə ilə vurulacağını deyərək zərərçəkmiş şəxsin üzərində zor göstərmə hədəsi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etdikləri xeyli miqdarda N.000 manat pulun qalan 11.000 manatını tələb etmiş, Zərərçəkmiş şəxs bununla bağlı müraciəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən 20 iyun 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı cinayətkar qrup üzvlərindən Təqsirləndirilən şəxs əvvəlcədən görüş yeri olaraq təyin edilmiş Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev adına parkda saat 18:15-də Zərərçəkmiş şəxsla görüşərək seriya və nömrələri əvvəlcədən protokolda qeyd olunmaqla sonuncuya verilmiş C 33562036; C 73536442; C 39254700: C 46759755; A89830076; A 72860173; A 10428441; A 92653950; A 91239038; A 57658625; A 89591400; B 09384778; B 07162327; A 55312319 seriya və nömrəli 14 ədəd 100 manatlıq pul əsginaslarından ibarət cəmi 1.400 manat məbləğində nağd pulu Zərərçəkmiş şəxs alıb əynindəki tünd göy rəngli cins şalvarının sağ arxa cibindəki qəhvəyi rəngli portmanat tipli pul kisəsinin içərisinə qoyduqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerində saxlanılmış, bundan sonra polis əməkdaşlarının təklifinə əsasən Təqsirləndirilən şəxs şalvarının cibindən çıxarıb təqdim etdiyi portmanat tipli pul kisəsinin içərisindəki bir qədər əvvəl qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs hədə-qorxu il ə tələb etməklə ələ keçirdiyi əvvəlcədən seriya və nömrələri qeyd olunmuş 14 ədəd 100 manatlıq pul əsginaslarından ibarət cəmi 1.400 manat nağd pul aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırır ki, Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının iş üzrə xx.xx.2023-cü il tarixli, 1(103)- 238/2023 nömrəli qərarını aşağıdakılara əsasən qanunsuz və əsassız hesab edirik ona görə ki, hədə-qorxu ilə tələb etmənin əsas tərkibini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 oktyabr 2011- ci il tarixli qərarında hədə-qorxu ilə tələb etmə cinayətinə verilmiş təfsirdən aydın olur ki, hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilələrdən ibarətdir. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq hədəqorxu ilə tələb etmənin xüsusiyyəti tələbin qanunsuz olması, yəni heç bir qanuni əsası və ya şifahi razılıqdan irəli gələn real ehtimala əsaslanmaması, habelə qəsdin zərərçəkmişin mübahisə doğurmayan əmlakına və ya əmlaklarına yönəlməsidir. Apellyasiya instansiya sı təqsirləndirilən şəxslərin əməlini tövsif edərkən işin faktiki hallarını nəzərə almamış və eyni zamanda zərərçəkmişlə təqsirləndirilən şəxslərin arasında borc münasibətlərinin olmasını və həmçinin təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsdən pul tələb etməsini hər hansısa bir qanuni, hüquqi və ya mülki xarakterli əsasının olub- olmamasını əsasını nəzərə alıb qiymətləndirməmişdir. İş üzrə kassasiya instansiyasının qərarında belə apellyasiya instansiyası tərəfindən zərərçəkmişlə təqsirləndirilən şəxslərin arasında olan münasibətin və təqsirləndirilənin zərərçəkmişdən pul tələb etməsinin hər hansı bir tələb hüququna söykənməsinin araşdırılmasına dair göstəriş qoyulmuşdur və həmin qərarda birbaşa göstərilir ki, zərərçəkmişin Təqsirləndirilən şəxs borcunun olması işin mübahisəsiz halıdır, apellyasiya instansiyası təqsirləndirilən şəxslərin zərərçəkmişdən həmin borcdan əlavə cərimə tələb etməsi məsələsini araşdırmalı idi. Əgər təqsirləndirilən şəxslər zərərçəkmişdən mövcud borcdan əlavə cərimə tələb edirdilərsə, yalnız bu zaman həmən tələb olunan əlavə məbləğə münasibətdə hədə-qorxu ilə tələb etmə cinayət əməlinin tərkibi yarana bilərdi. İşin mübahisəsiz halıdır ki, Zərərçəkmiş şəxs tərəfindən 2018-ci ilin sentyabr-oktyabr aylarında məhkum edilmiş Kərimli Pərvin Yusif oğlundan qaytarmaq şərtilə müəyyən məbləğdə pul hissə-hissə alınmışdır. Digər tərəfdən ibtidai araşdırma orqanı tərəfindən verilmiş və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş ittihamdan göründüyü kimi məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs 8500 manat pul borclu olan Zərərçəkmiş şəxs borcunu vaxtında ödəmədiyinə görə bunun cəzası olaraq qaytarmalı olduğu məbləğdən artıq məbləğdə yəni xeyli miqdarda N.000 manat məbləğ miqdarında pulu hədə-qorxu ilə tələb etmişlər, yəni başqa sözlə həm ibtidai araşdırma orqanı, həm də birinci instansiya məhkəməsi tələb olunan məbləğin 8500 manat hissəsini borca verilmiş pul olmasını qəbul edirlər. Belə olan halda Məhkum və Təqsirləndirilən şəxs qəsdinin qeyri-qanuni əmlaka, yəni Zərərçəkmiş şəxs mənsub olan əmlaka və yaxud əmlaka olan hüquqa, yoxsa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs borc müqabilində vermiş olduğu əmlaka yönəlməsinin dəqiqləşdirilməsi məhkum edilmiş şəxslərin əməllərinin hüquqi tövsif edilməsi baxımından əhəmiyyətli idi ki, iş üzrə kassasıya instansiyasının qərarında da bu göstəriş qoyulmuşdur. Həmçinin apellyasiya instansiya sı göstərilən hala qiymət verərkən adları çəkilən şəxsləri həm ibtidai araşdırma dövründə, həm də birinci instansiya məhkəməsində, eyni zamanda hazırki Apellyasiya Məhkəməsinin iclasında vermiş olduqları ifadələri qarşılıqlı təhlil etməli idi. Məhkəmənin nəzərinə çatdırıram ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixində şübhəli şəxs qismində vermiş olduğu ifadəsi, birinci instansiya məhkəməsində və Apellyasiya Məhkəməsində vermiş olduğu ifadələrində heç bir əhəmiyyətli fərq yoxdur. Belə ki, məhkum edilmiş şəxsin vermiş olduğu ifadələrində borc məbləğinin hissə-hissə olması, həmin məbləğin N.000 manatdan az olmaması ilə bağlıdır. Təqsirləndirilən şəxs ifadələrində ziddiyyətli məqam Zərərçəkmiş şəxs verilmiş ilkin məbləğlə bağlı olmuşdur. Belə ki, məhkum edilmiş şəxs əvvəl vermiş olduğ u ifadələrində ilkin olaraq 10.500 manat, daha sonra isə lombarddan 3500 manat götürdüyünü bildirdiyi halda məhkəmə istintaqında vermiş olduğu ifadələrində ilkin olaraq zərərçəkmişə N.000 manat daha sonra qızıl- zinət əşyalarım verdiyi və lombarddan 3500 manat pulun zərərçəkmiş şəxs tərəfindən götürüldüyünü bildirmişdir. Eyni zamanda qaytarılmış məbləğə münasibətdə məhkum edilmiş şəxs vermiş olduğu borc puldan zərərçəkmiş şəxsin xx.xx.2019-cu il tarixində 2000 manat qaytardığın, əməliyyat keçirildiyi gün isə sonuncu tərəfindən ona qalan məbləğin qaytardığını bildirmişdi: Buncan fərqli olaraq Zərərçəkmiş şəxs ifadələrinin əksər hissəsi zıddıyyətli olmuşdur. Belə ki, zərərçəkmiş şəxsin ilkin ərizəsində məhkum edilmiş Təqsirləndirilən şəxs hissəhissə olmaqla borc olaraq 5550 götürdüyünü bil dirdiyi halda, daha sonra vermiş olduğu ifadəsində həmin məbləğin 10.500 manat olduğunu bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs vermiş olduğu ifadələrində həmin məbləğin alınması və qaytarılması ilə bağlı ziddiyyətli ifadələr vermişdir. Belə ki o, ifadəsində sonuncu Pərvindən ümumilikdə 10.500 manat aldığını, 5.500 manat daha əvvəl borc aldığını, daha sonra isə əlavə olaraq 5.000 manat götürdüyünü, həmin borcdan 2.000 manat ödədiyini və 8.500 manat borcu qaldığı və hadisədən baş verdiyi tarixdən sonraki iki ay ərzində qalan pulu ödədiyini bildirdiyi halda birinci instansiya məhkəməsində ilkin olaraq Təqsirləndirilən şəxs ilkin olaraq 1.500 manat götürdüyü, sonra az-az pul götürməklə və cəmi 5.000 manat olduğunu, 3.500 manat lombarddan götürdüyünü və ümumilikdə götürdüyü məbləğ cəmi 8.500 m anat olduğunu, əməliyyat baş tutan günü Təqsirləndirilən şəxs 1.000 manat borcu qaldığını bildirmişdir. İşə birinci dəfə Apellyasiya Məhkəməsində baxılarkən Apellyasiya Məhkəməsinin məhkəmə istintaqında vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs 10.500 manat pul götürdüyünü, daha sonra sonuncunun ona təqdim etdiyi qızıl zinət əşyalarını lombarda qoyub daha 3.500 manat götürdüyünü, eyni zamanda Təqsirləndirilən şəxs atasına 2021-ci il tarixdə borclu qaldığı puldan 2.000 manat ödədiyini bildirmişdir. İşə sonuncu dəfə apellyasiya icraatında baxılarkən isə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq və birinci instansiya məhkəmələrinfə verdiyi ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs borcu var idi. Aralarında dostluq münasibətləri olmuşdur. Həmişə bir-birindən borc alıb-vermişdilər. Təqsirləndirilən şəxs son dəfə ona təxminən N.500 ya da 15.500 manat borcu olduğunu demiş və ondan borcunu istəmişdir. O, həmin vaxt onun çox pul tələb etdiyini hesab etmişdir. Sonra digər şəxsləri də məsələyə daxil etmişdir. O da qorxub polisə müraciət etmişdir. O, ibtidai istintaqda baltanın sadəcə kaburasını gördüyünü bildirmiş, baltanı və silahı gördüyünü deməmişdir. Təqsirləndirilən şəxs 10.500 manat məbləğ pul və 3.000 manat dəyərində qızıl almışdır. Lakin qızıl barədə istintaqda heç nə deməmişdir Pər. inlə aralarında çox borc alınıb verilməsi olmuşdur. Zərərçəkmiş şəxs 20 iyun 2019-cu il tarixdə vermiş olduğu ifadəsində 9 ay əvvəl Pərvin Kərimovdan 1-2 aya qaytarmaq adı ilə 10.500 manat borc aldığın: 2 ay tamam olmamış Təqsirləndirilən şəxs Samir adlı şəxslə onun işlədiyi hərbi hissəyə gəldiyi və ona olan N.000 manat borcu tələb etdiyini bildirmiş, zərərçəkmiş şəxsin ifadəsində istinad etdiyi hal məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən təsdiq olunmuşdur. Nəzərinizə çatdırmaq istəyirəm ki, bundan sonra müstəntiq tərəfindən keçirilmiş üzləşmə istintaq hərəkətində eyni zamanda həm məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, həm də zərərçəkmiş Zərərçəkmiş şəxs alınmış ifadələrdə Samir adlı şəxsin adı çəkilməklə sonuncunun verilmiş borcun qaytarılmasını tələb etdiyi qeyd olunsa da, Samirin zərərçəkmiş şəxsdən tələb etdiyi N.000 manat məbləğ heç bir prosessual sənəddə əks olunmamışdır. Göründüyü kimi apellyasiya instansiyasında sonuncu dəfə işə baxılarkən də məhkəmə iclasında ifadə verən zərərçəkmiş şəxs 20 iyun 2019-cu il tarixli verdiyi ifadəyə uyğun ifadə verərək, əvvəlcə Təqsirləndirilən şəxs 10.500 manat məbləğində pul, 3.500 manat pul məbləğində isə lombarda qoymaq üçün qızıl zinət əşyaları aldığım bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs 20 iyun 2019-cu il tarixdə vermiş olduğu ifadə göstərir ki, hələ cinayət hadisəsinin baş verilməsi ehtimal olunan 30 aprel 2019-cu il tarixdən qabaq da məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs ona N.000 manat borcunun olmasını sonuncuya bildirməklə ondan həmin məbləğdə pulun qaytarılmasını tələb etmişdir. Bu isə öz növbəsində 30 aprel 2019-cu il tarixədək Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında borc münasibətlərinin olmasına və həmin borc məbləğinin N.000 manat təşkil etməsinə, hadisənin ilkin və sonrakı gedişatında onun zərərçə kmiş şəxsdən həmən məbləği israrla tələb etməsinə, həmçinin Təqsirləndirilən şəxs ifadələrinin borc məbləği ilə bağlı həqiqəti əks etdirməsini deməyə əsas verir. Təqsirləndirilən şəxs borc məbləği ilə bağlı ifadələrini zərərçəkmiş Zərərçəkmiş şəxs da hər iki apellyasiya baxışında məhkəmə iclasında təsdiq etmişdir. Göründüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Məhkum Zərərçəkmiş şəxs onun Təqsirləndirilən şəxs borclu olduğu məbləğdən əlavə “cərimə” şəklində pul tələb etməsinə dair məhkəmədə hər hansısa bir mötəbər sübut əldə edilməmişdir. Lakin apellyasiya instansiyası ifadələri sadalamaqla bu nəticəyə gəlmişdir ki, zərərçəkmişlərin əməlində hədə-qorxu ilə tələb etmə cinayət tərkibi vardır. Apellyasiya instansiyası təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslərin ifadələr ini sadalamış, lakin öz qərarında təqsirləndirilən şəxslərin əməlində hədə-qorxu ilə tələb etmə cinayət tərkibi olmasının nəticəsini bu sübutlardan hansı ilə təsdiq olunduğunu göstərməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-23 8/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə məhkum edilməsinə dair qərarın dəyişdirilməsini, Məhkum tərəfindən törədilmiş əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrindən həmin məcəllənin 322-ci maddəsinə tövsif edilməsini və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə təqsirli bilinməsini, həmin maddəyə münasibətdə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Məhkum həmin maddə ilə cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin və kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməl i, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilməli, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.4-cü maddələrindən CM-in 322.2-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyr inə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkum kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçi3 tərəfindən verilmiş şikayətdə Məhkum istinad edilən cinayət hadisəsini törətməməsi, onun əməlinin düzgün tövsif edilməyərək cinayət məsuliyyətinə cəlb edilməsi, törətdiyi cinayət əməlinin CM-in 322.2-ci maddəsinə tövsif edilərək qərarın dəyişdirilməsi və məhkuma h əmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CM-nin 322.2-ci maddəsində “Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda, eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədilməy ə” görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-nin 182.1-ci maddəsində Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə, 182.2. Eyni əməllər: 182.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 182.2.2. təkrar törədildikdə; 182.2.3. zor tətbiq etmə ilə törədildikdə; 182.2.4. xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə: görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamə tlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N9-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiya məhkəmələri məhkəmə istintaqı aparmaqla ittiham tərəfinin irəli sürdüyü sübutları araşdıraraq Məhkum və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özg ənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədəqorxu ilə törətdikləri qeyd olunan cinayət əməlinin əsassız sayılması üçün kifayət qədər dəlillər və sübutların olmasına baxmayaraq, işin faktiki hallarına, cinayət əməlinin motivinə, hadisənin baş vermə mexanizmi, səbəbi, ardıcıllığı və törədilmə şəraitinə düzgün qiymət verməmiş və nəticədə mahiyyəti üzrə yanlış nəticəyə gələrək elan edilmiş ittihamla əməlin tövsifi hissəsində razılaşıb Məhkum və Təqsirləndirilən şəxs əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinmələrinə dair yekun nəticəyə gəlmişlər. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiya məhkəmələri sözügedən həmin ittiham üzrə törədilən ictimai təhlükəli əməlin obyektiv və subyektiv əlamətlərinin məcmusu ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etmədən törədilmiş əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddəsi ilə tövsif etməklə və məhkum edilmiş şəxslərin müvafiq maddələrlə təqsirli bilib cəzalandırılmaları ilə bağlı yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hədə-qorxu ilə tələb etmənin əsas tərkibini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin dispozisiyasından, eləcə də «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 o ktyabr 2011-ci qərarlarında hədə-qorxu ilə tələb etmə cinayətinə verilmiş təfsirlərdən aydın olur ki, hədə-qoxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilələrdən ibarətdir. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq hədə-qorxu ilə tələb etmənin xüsusiyyəti, tələbin qanunsuz olması, yəni heç bir qanuni əsasa və ya şifahi razılıqdan irəli gələn real ehtimala əsaslanmaması, habelə qəsdin zərərçəkmiş şəxsin mübahisə doğurmayan əmlakına və ya ə mlak hüquqlarına yönəlməsidir. Odur ki, belə işlərdə cinayətin motivinə dair məsələnin araşdırılması xüsusi əhəmiyyət kəsb edir və bu məqsədlə bilavasitə cinayətin törədilmə halları ilə yanaşı, şəxslərin qarşılıqlı münasibətləri və davranışları ilə bağlı xüsusatların müəyyən edilməsi çox vacibdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən isə cinay ət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qə rəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 23-cü bəndində n əzərdə tutulmuş tövsiyələrdən göründüyü kimi, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İbtidai araşdırma orqanı tərəfindən verilmiş və məhkəmələr tərəfindən qəbul edilmiş ittihamdan göründüyü kimi məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs 8.500 manat pul borcu olan Zərərçəkmiş şəxs borcunu vaxtında ödəmədiyinə görə bunun «cəzası» olaraq qaytarmalı olduğu puldan artıq məbləğdə yəni, xeyli miqdarda N.000 manat pulu hədəqorxu ilə tələb etmişlər. Yəni başqa sözlə desək həm ibtidai araşdırma orqanı, həm də birinci instansiya məhkəməsi tələb olunun məbləğin 8.500 manat hissəsinin borc pul olduğunu qəbul etmişlər. Belə olan halda məhkəmə kollegiyası Məhkum və Tə qsirləndirilən şəxs qəsdinin qeyri-qanuni əmlaka, yəni Zərərçəkmiş şəxs mənsub olan əmlaka və ya yaxud əmlaka olan hüquqa yoxsa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs borc müqabilində vermiş olduğu əmlaka yönəlməsinin dəqləşdirilməsini məhkum edilmiş şəxslərin əməllərinin hüquqi tövsifinin dəqiq müəyyən edilməsi baxımından əhəmiyyətli olmasını qeyd edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 2-1 bəndində göstərilmişdir ki, əmlakın və yaxud əmlaka olan hüququn verilməsi barədə tələb mülkiyyət və yaxud sahiblik hüququna dair sənədlərlə təsdiq olunmaqla qanuni olduqda və yaxud müvafiq sənədələrdən irəli gəlməsə də, ağlabatanlıqla ehtimal edilən hüquqa əsaslandıqd a, tələbin Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən hədə ilə və yaxud 182.2.3 və ya 182.3.3-cü maddələrində göstərilən zorakılıqla müşayiət olunması şəxsin hədə-qorxu ilə tələb etməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas vermir. Şəxsin hərəkətlərində digər, misal üçün öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə (CM-in N4-cü maddəsi) və yaxud qəsdən sağlamlığa ağır (CM-in 126-cı maddəsi) və ya az ağır zərər vurma (CM-in 127-ci maddəsi) və yaxud özbaşınalıq (CM-in 322-ci maddəsi) kimi cinayətlərin tərkibi olduqda, əməl Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə tövsif olunmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsinə əsasən özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına və zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədilməsi mühüm ziyan vurduqda - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası ibtidai araşdırma orqanı tərəfindən cinayət təqibi ilə bağlı toplanmış mötəbər sübutları əlaqəli şəkildə tədqiq edərək, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında əks olunmuş hüquqi. mövqeyini əsas götürərək belə qənaətə ki, 30 aprel 2019-cu il tarixdə Təqsirləndirilən şəxs, Məhkum və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə qabaqc adan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qrup üzvləri Təqsirləndirilən şəxs borcu olan Zərərçəkmiş şəxs Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində dəniz kənarında yerləşən «Türkan Sahili» adlı kafedə sonuncunun borcunu vaxtında ödəmədiyinə görə zor tətbiq etmə hədəsi ilə tələb etdikləri xeyli miqdarda yəni N.000 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxsə mənsub olmamaqla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs borc müqabilində vermiş olduğu əmlak olduğundan (ittihamda qeyd olunduğu kimi mövcud borc məbləğindən əlavə “cərimə” adı altında heç bir miqdarda pul tələb edilmədiyindən) məhkum edilmiş şəxslərin əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə tövsif edilməsi istisna olunur və məhkum edilmiş şəxslərin tələblə rinin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq (məhkəməyə müraciət edib tələb etməli olduqları halda) zor tətbiq etmə hədəsi ilə (zərərçəkmiş şəxsə balta göstərməklə və odlu silahın çaxmağının çəkilməsini xatırladan səs çıxardılması ilə bağlı müşayiət olan hərəkətlər etməklə) müşayiət olunmaqla mühüm ziyana (sonuncu həmin vaxt həyat və sağlamlığının real təhlükə qarşısında olduğundan qorxaraq hərəkət etmiş) səbəb olduğundan onların əməlləri müvafiq olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə tövsif edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 124-cü maddəsinin t ələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs və Məhkum ittiham olunduqları əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cə zalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin ş ərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyr ənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CPM-in 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qal dırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız CinayətProsessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tə ləb edir. CPM-in 28.4.2-ci maddəsi cinayətmühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündə n iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 389.1-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin hökm və ya qərarından apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi onların qanuni qüvvəyə minməsini dayandırır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırıl ması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2 və 42.2.1-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tut ulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Yuxarıda sadalanan normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs və Məhkum 19 aprel 2019-ci il tarixdə törətdikləri cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət əməlidir. Həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti cinayət qanunu ilə 2 il nəzərdə tutulduğundan və müddətlər cinayətin törədildiyi gündən hökmün qanuni qüvvəyə minənədək olan müddətdə hesablandığından, Təqsirləndirilən şəxs və Məhkum hazırki cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş olur. Məhz bu səbəbdən də məhkəmə kollegiyası qərarın dəyişdirilməsini, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilə n şəxs və Məhkum təqsirli bilindikləri həmin maddə ilə cəza təyin edilməməsini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarından da göründüyü kimi əməlin Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.4-cü maddələrinə tövsif edilməsi qanuni deyildir. Odur ki, məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilməklə, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs törətdiyi əməlləri Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.4-cü maddələrindən CM-in 322.2-ci maddəsinə tövsif edilməli, onlar həmin maddə ilə təqsirli olsalar da, həmin maddəyə münasibətdə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onlara təqsirli bilindikləri həmin maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 1(103)-238/2023 saylı qərarı dəyişdirilsin. Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs hər ikisinin törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrindən həmin məcəllənin 322.2-ci maddəsinə tövsif edilsin. Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 75.1.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələblərinə uyğun olaraq Məhkum və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə cəza təyin edilməsin. Məhkum və Təqsirləndirilən şəxs cəza çəkdiyləri cəzaçəkmə müəssisəsindən dərhal həbsdən azad edilsinlər. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1832/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1832/2024
08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver