Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1833/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum2 və onun müdafiəçisi Mirzəyev Ruslan Soltanağa oğlunun iştirakları ilə, Lənkəran Ağır C inayətlər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə və Məhkum1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli hökmü ilə isə Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə, onun CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına, Məhkum1 qarşı irəli sürülmüş ittihamdan CM-nin 234.4.1-ci maddəsnin xaric edilməsinə və onun CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərə findən verilmiş kassasiya protestinə və Məhkum2 müdafiəçisi R.S.Mirzəyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Əli Abdulla oğlu (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə) Məhkum2, xx xxxxx 1982-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işlməmiş, əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 may 2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 (on bir) ay 21 (iyirmi bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl şərti azad edilmiş, məhkuluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il 06 (altı) ay müddətə, və Məhkum1, xx xxxxxxx 1991-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, heç yerdə işləməmiş, ünvan 2 ünvanda yaşamış, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum2 2022-ci ilin mart ayının sonlarında tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Bakı şəhərində müəyyən edilməyən vaxtda və şəxsdən külli miqdar hesab edilən 01 (bir) bükümdə, təmiz çəkisi 42,204 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş və həmin narkotik vasitə heroini Məhkum1 üzərində daşımaqla saxla mış, 30 mart 2022-ci il tarixdə narkotik vasitə heroinin satışını realizə etmək məqsədi ilə idarə etdiyi “Kia Rio” markalı, xxVS-xxx dövlət qeydiyyat nişanlı avtomobillə qabaqcadan əlbir olduğu Məhkum1 ilə birlikdə Lənkəran rayonuna gələrkən 31 mart 2022-ci il tarixdə, saat 05 radələrində Lənkəran şəhəri, A.İsmayılov küçəsində BNMİ CBRŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, bundan sonra məsuliyyətdən yayınmaq üçün özünü polis əməkdaşlarına taksi sürücüsü kimi təqdim edərək Lənkəran rayonundan Bakı şəhərinə qayıtmış, əlbir olduğu Məhkum1 isə saxlanılaraq BNMİ CBRŞ-nə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sol iç cibindən həmin bükümdə və çəkidə narkotik vasitə olan heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, Məhkum2, 2022-c i ilin aprel ayının əvvəllərində, Qaradağ rayonunda müəyyən edilməyən vaxtda və şəxsdən 02 (iki) ədəd, bir həbdə 0,04 qram olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə metadon həblərini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu 03 aprel 2022-ci il tarixdə, saat 21:05 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsində olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan idman şalvarının kəmər yerinin ön hissəsinin içərisindən qeyd olunan çəkidə və sayda narkotik vasitə olan metadon həbləri aşkar edilərək götü rülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli hökmündən Məhkum2 müdafiəçisi Musazadə Elşən Möhrab oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 02 may 2023-cü il tarixli hökmü ilə apellyasiya şikayəti qismən təmin edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilmiş və iş üzrə çıxarılmış yeni hökmlə Məhkum2 əməlində CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibi olmadığından ona həmin maddələrlə bəraət verilmiş, o, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisə sində çəkməklə 1 (il) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum1 qarşı irəli sürülmüş ittihamdan isə CM-nin 234.4.1-ci maddəsi xaric edilərək o, CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protesti verərək həmin hökmün ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini, Məhkum2 müdafiəçisi R.S.Mirzəyev isə kassasiya şikayəti verərək həmin hökmün Məhkum2 CM-nin 234.1-ci maddəsi ilə təqsirli hesab edilməsi hissəs ində ləğv edilərək həmin maddə üzrə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: İş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, həmin iş üzrə toplanmış sübutlara, CM-nin və Azərbayan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına istinad edən dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protestini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yeni hökm çıxarılarkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, şəxsin əməlində CM-nin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmaması barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmiş və bunun nəticəsi olaraq Məhkum2 əsassız olaraq bəraət verilmiş, həmçinin Məhkum1 qarşı irəli sürülmüş ittihamdan CM-nin 234.4.1-ci maddəsi əsassız olaraq xaric edilmişdir. Belə ki, məhkəmə kollegiyası Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verərkən və Məhkum1 elan olunmuş ittihamdan CM-nin 234.4.1-ci maddəsini xaric edərkən yalnız təqsirləndirilən şəxs Məhkum2 məhkəmələrdə verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ziddiyyətli ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları qəbul etməməklə, Mə hkum2 əməlində ona istinad olunan cinayətlərin tərkib əlamətlərinin olmaması kimi işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, bununla da işin halları məhkəmə tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. İşin hallarından göründüyü kimi, Məhkum2 tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək külli miqdarda 42,204 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, Məhkum1 həmin heroini üzərində daşımaqla saxladığı, Məhkum2 heroinin satışını realizə etmək məqsədi ilə idarə etdiyi avtomobillə qabaqcadan əlbir olduğu Məhkum1 ilə birlikdə Lənkəran rayonuna gəldikləri iş üzrə toplanmış biri-birini tamamlayan sübutların məcmusu ilə tamamilə təsdiq edilmiş, apellyasiya instansiyası məhkəməsi isə Məhkum2 ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması, birinci instansiya məhkəməsinin onu təqsirli bilib məhkum edərkən konkret sübutlara deyil, istintaq oqanının mülahizələrinə əsasən mötəbər olmayan, ziddiyyətli və yolverilməz sübutlara əsaslanaraq yekun qərar qəbul etməklə yanlış nəticəyə gəlməsinə dair qənaəti üzrə ona CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə bəraət vermiş, həmin məhkəmənin bu qənaəti isə işin faktiki hallarına uyğun olmamışdır. Birinci və apellyasiya instansiyası məhkəmələrində tədqiq edilmiş təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, X8in və başqalarının ifadələri, şəxsi axtarış və götürmə protokolları, digər istintaq hərəkətlərinin aparılması haqqınd a protokollar, ekspertiza rəyləri, əməliyyat məlumatları və digər sübutlarla Məhkum2 ittiham olunan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası isə hökmlə işin hallarını müəyyən edərkən yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında iltizamı imzalayan və xidməti vəzifələrini icra edən polis əməkdaşlarının və digər şahidlərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri ifadələrini, şəxsi axtarış, götürmə və digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, əməliyyat məlumatlarını, eləcə də iş üzrə digər sübutları nəzərə almamış, yalnız yalan ifadə verməyə görə heç bir məsuliyyəti olmayan təqsirləndirilən şəxs Məhkum2 məhkəmədə verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digə r sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar Məhkum2 ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinməsi üçün kifayət etməmiş, lakin iş üzrə sübutların bir hissəsinin qəbul, digər hissəsinin isə rədd edilməsini hökmdə kifayət qədər əsaslandırmamışdır. Halbuki iş üzrə üzrə toplanılmış mötəbər sübutlarla Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşımaqla saxlama cinayət əməlini törətməsi tamamilə təsdiq olunmuşdur. Məhkəmə kollegiyası qeyd olunan gedişatda Məhkum2 BNMİ-nin CBRŞ-nin əməkdaşı X8ə Məhkum1 L ənkərana satmaq üçün narkotik vasitə gətirməsi barədə məlumat verdiyini və polis əməkdaşlarının əməliyyat keçirərək Məhkum1i ifşa edəcəyini düşündüyünü, buna görə də Məhkum1 aşkar edilmiş narkotik vasitənin Məhkum2 hər hansı aidiyyətinin olmasını, onun həmin narkotik vasitəni Məhkum1 ilə qabaqcadan əlbir olmaqla sataraq gəlir əldə etmək niyyətində olmasını istisna etdiyi kimi əsassız qənaətə gəlmiş, bununla da Məhkum2 qarşı qanunsuz əməliyyat qurulmasını əsasladırmağa çalışmışdır. Məhkəmə bu nəticəyə gələrkən yalnız təqsirləndirilən şəxs Məhkum2 məhkəmələrdəki ifadələrinə istinad etmişdir. Halbuki, Məhkum2 ibtidai istintaq zamanı bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada verdiyi bütün izahat və ifadələrində digər təqsirləndirilən şəxs Məhkum1 ilə birlikdə Xırdalan şəhərində AAF parkın yaxınlığındakı küçədən bir ədəd sellofan bükümdə narkotik vasitə heroin götürdüklərini, həmin heroini satmaq üçün Məhkum1 adam tapmağını xahiş etməsini, onun isə Məhkum1 2-3 gün ərzində ona xəbər edəcəyini deməsini, 30 mart 2022-ci il tarixdə Məhkum1 ilə telefonda danışaraq, onda olan narkotik vasitəni satmaq üçün Lənkəran şəhərinə getməyi təklif etməsini, bu məqsədlə birlikdə həmin gecə, yəni 30 mart 2022-ci il tarixdə saat 00:00 radələrində idarə etdiyi avtomobillə Bakı şəhərindən Lənkəran şəhərinə doğru yola çıxdıqlarını təsdiq etmişdir. Məhkum2 qeyd edilən ifadələrində göstərilən halları digər təqsirləndirilən şəxs Məhkum1 də istər məhkəməyədək icraat zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında təsdiq etm işdir. Bundan başqa, Məhkum2 Məhkum1 ilə birlikdə taksi kimi onu Lənkəran şəhərinə aparmaq üçün yola çıxaraq, Rasimin törətdiyi cinayət əməlinin ifşa edilməsi məqsədilə yol boyu polis əməkdaşı X8lə öz telefonu vasitəsilə əlaqə saxlayaraq bu barədə məlumat verməsi ilə bağlı bildirdikləri də, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8in ifadəsi, eyni zamanda məhkəmə istintaqı zamanı Məhkum2 istifadəsində olmuş mobil telefon danışıqları haqda məlumatlarının tətqiq edilməsi zamanı da tam neytral sübutla təkzib edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası Məhkum2 bəraət verilməsinin əsaslarından biri kimi, iş üzrə dindirilmiş digər təqsirləndirilən şəxs Məhkum1 ifadəsinin Məhkum2 qarşı sübut kimi qəbul edilməsinin düzgün olmadığını göstərmişdir. Məhkəmə mövqeyini onunla əsaslandı rmışdır ki, Məhkum1 ilkin izahat və ifadələrində Məhkum2 onun üzərində narkotik vasitənin olmasından məlumatsız olduğunu bildirdiyi halda, onun polis tərəfindən yaxalanmasında Məhkum2 xidmətinin və rolunun olması ona məlum olduqdan sonra o, törətdiyi cinayəti Məhkum2 yaxından iştirakı ilə törətmiş olması barədə ifadələr verməyə başlamış, Məhkum2 qeyd edilən maddələrlə təqsirləndirilən şəxs kimi cəlb edilməsi yalnız bundan sonrakı mərhələdə baş vermişdir. Dövlət ittihamçısının mövqeyinə görə, məhkəmənin bu qənaəti qanunvericiliyin müvafiq normalarına və istintaq-məhkəmə təcrübəsinə uyğun deyil. Həmçinin məhkəmə nəzərə almamışdır ki, digər təqsirləndirilən şəxs Məhkum1 həm ibtidai sitintaq zamanı ona heç bir təsir-təzyiq göstərilmədən, həm də birinci instansiya məhkəməsəində işin hallarına d air ətraflı və obyektiv ifadələr vermişdir. Göründüyü kimi, işdə olan və yuxarıda sadalanan bu cür mötəbər sübutlara düzgün qiymət verməyən və ya həmin sübutları təkzib edə bilməyən məhkəmə kollegiyası cinayətin tövsifi ilə bağlı əsassız nəticəyə gəlmiş və qanunsuz bəraət hökmü çıxarmış və bu zaman yalnız Məhkum2 mövqeyindən çıxış etmişdir. Kassasiya protestində irəli sürdüyü dəlillərə əsaslanaraq dövlət ittihamçısı E.Ə.Hüseynov həmin protestin təmin edilməsini xahiş edir. Həmçinin ş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, həmin iş üzrə toplanmış sübutlara, CM-nin və CPM-nin bir sıra normalarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına istinad edən müdafiəçi R.S.Mir zəyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi Məhkum2 barəsində onun CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə ittiham hökmü çıxararkən ibtidai istintaq zamanı yol verilmiş qanun pozuntularına əhəmiyyət verməmiş, ibtidai araşdrma zamanı toplanmış natamam sübutlara, o cümlədən məhkəmə baxışı zamanı verilmiş ifadələrə düzgün hüquqi qiymət verməmiş, Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinin, CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət etməmiş, Məhkum2 əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə səhv nəticəyə gəlmişdir. Belə ki, cinayət işinin materiallarından da göründüyü kimi, hüquqlarını müdafiə etdiyi Məhkum2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tə qsirli bilməmiş, həmçinin cinayət işinin materiallarından göründüyü kimi, BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili Şahid1 yazdığı raportla rəhbərliyə yalnız Məhkum1 tərəfindən narkotik vasitə və psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması barədə məlumat vermiş və əməliyyat tədbiri də həmin raporta uyğun həyata keçirilmişdir. Lakin cinayət işinin materiallarından görünür ki, ibtidai və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin hər ikisinə Lənkəran rayonun Girdəni kəndində deyil, Xırdalan şəhərində əldə olunmuş narkotik vasitəyə görə ittiham elan olunmuşdur. Digər tərəfdən, Məhkum1 ilkin izahat və ifadələrində onun üzərində narkotik vasitənin olmasından məlumatsız olduğunu bildirdiyi halda, onun polis əməkdaşları tərəfindən yaxalanmasında Məhkum2 xidmətinin və rolunun olması ona məlum olduqdan sonra ilkin ifadəsindən imtina edərək ittiham olunduğu cinayəti Məhkum2 yaxından iştirakı ilə törətməsi barədə ifadələr vermiş, sonuncunun təqsirləndirilən şəxs kimi cəlb edilməsi də yalnız bundan sonra həyata keçirilmişdir. Müdafiəçi həmçinin qeyd etmişdir ki, Məhkum2 müxtəlif psixi və fiziki təzyiqlərə məruz qalaraq 2022-ci ilin aprel ayının əvvəllərində 02 ədəd, bir həbdə 0,04 qram olmaqla ümumi çəkisi 0,08 qram narkotik vasitə metadon həblərinin ona məxsus olduğunu etiraf etmək məcburiyyətində olmuşdur. Cinayət işi üzrə toplanmış sübutlarla isə müəyyən olunur ki, Məhkum1 31 mart 2022-ci il tarixdə saxlandıqdan az sonra qərəzli olaraq ifadəsini dəyişdiyindən Məhkum2 da məsuliyyətə cəlb olunması üçün saxlanılmışdır. Qeyd olunanlardan görünür ki, Məhkum2 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi üçün məhkəmənin istinad etdiyi sübutlar CPM-nin 125-ci maddəsində sadalanan tələblərə cavab vermir və buna görə həmin sübutlar mötəbər sübutlar kimi qəbul edilə bilməz. Odur ki, qeyd olunanları nəzərə alaraq müdafiəçi R.S.Mirzəyev kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayəti ilə yanaşı müdafiəçi R.S.Mirzəyev kassasiya protestinə yazılı etiraz verərək həmin etirazında dövlət ittihamçısı E.Ə.Hüseynov tərəfindən verilmiş həmin protestin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya protestinə və kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum1 həmin iclasda iştirak etmək ar zusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya müraciətlərinə Məhkum1 iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: assasiya protestinin məzmunu ndan göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı E.Ə.Hüseynov öz kassasiya protestində apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qanuna müvafiq qaydada tədqiq edilməməsini, Məhkum2 əməlinin yalnız CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilməməsini və sonuncuya CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız olaraq bəraət verilməsini, iş üzrə digər Məhkum1 qarşı irəli sürülmüş ittihamdan CM-nin 234.4.1ci maddəsinin əsassız olaraq xaric edilməsini, məhkəmənin çıxardığı hökmün əsasını isə yolverilməz sübutlar təşkil etdiyini iddia edərək bunlarla bağlı 02 may 2023-cü il tarixli hökmün ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Müdafiəçi R.S.Mirzəyev isə kassasiya şikayətində iş üzrə toplanmış sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməməsini, bunun da nəticəsində hüquqlarını müdafiə etdiyi şəxsin qanunsuz və əsassız olaraq məhkum olunmasını iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum2 barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi barədə kassasiya tələbini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində müəyyən edilmiş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrinə əsasən isə kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələri nin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə. Belə olan halda, məhkəmə kollegiyası dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestini və Məhkum2 müdafiəçi R.S.Mirzəyevin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum2 və Məhkum1 barələrindəki cinayət işinin materiallarını, o cümlədən hazırki cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin 02 may 2023-cü il tarixli hökmünü yoxlayıb aşağıdakıları qeyd edir. Məh kəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiy a instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya ins tansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin k assasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassas iya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya müraciətlərinin dəlillərinə cavab verilməsi üçün qanunvericiliyin yuxarıda təsvir edilən normalarına əsaslanaraq məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının m üdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini, digər tərəfdən isə hər bir insannın və ümumiyyətlə cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsini, cinayət törətmiş şəxslərin isə hər hansı cinayətin törədilməsində təqsirlilikləri sübuta yetirildiyi hallarda cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd o lunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsul iyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və human izm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəs inin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühaki mə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüqu qi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təq sirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar ş übhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 13 9-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutları n məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəx sin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik p rezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək ü çün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qər arda göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyi nə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Az ərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hü quqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurbulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində tə qsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin, o cümlədən subyektiv cəhətin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. Təsvir edilən normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş ş əxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-nin bir maddəsindən digərinə tövsif etmək, şəxsə qarşı irəli sürülmüş ittihamdan bu və ya digər epizodu xaric etmək hüququna da (CPM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş hüquq) malikdirlər o şərtlə ki, bu haqda hökmün çıxarılması və ya qərarın qəbul edilməsi ilə cinayət törətmiş şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irəli sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ m addi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, hazırki iş üzrə həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin hökmlərindən göründüyü kimi, birinci instansiyası məhkəməsi Məhkum2 CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum1 isə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi, apellyasiya instansiyası məhkəməsi isə Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi və onun CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi, Məhkum1 qarşı irəli sürülmüş ittihamdan isə CM-nin 234.4.1-ci maddəsinin xaric edilməsi haqqında biri-birindən fərqli nəticələrə gələrkən əsasən Məhkum2, şahidlər X8 və Şahid1h İlqar oğlunun verdikləri if adələrinə, habelə iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla (CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən) toplanmış və birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında tədqiq edilmiş digər sübutlara əsaslanaraq həmin ifadələri başqa sübutlarla birlikdə müxtəlif şəkildə qiymətləndirmişlər. Məhkəmə kollegiyası kassasiya müraciətlərinin dəlillərinə cavab verilməsi üçün bu sübutların bir qisminə, habelə onlara verilmiş qiymətin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün cinayət qanunu normalarının tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayət işlərinə baxılması zamanı vahid məhkəmə təcrüb əsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 04 mart 2011-ci il tarixdə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarındakı izah və tövsiyələrə müraciət etməyi zəruri bilir. Belə ki, Məhkum2 məhkəmə iclaslarında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur, əvvəllər CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, narkotik vasitə olan metadondan istifadə edir. Məhkum1 onun tanışıdır, onunla uşaqlıqdan bəri biri-birini tanımışlar. 28 mart 2022-ci il tarixdə Məhkum1 əlaqə saxlayaraq onu Xırdalan şəhərinə aparmağını xahiş etmişdir. O, həmin tarix də idarə etdiyi “Kia-Rio” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Məhkum1 Xırdalan şəhərinə aparmış, sonuncu Xırdalan şəhərində AAF parkın yaxınlığındakı küçədə avtomobildən düşmüş və yolun kənarında qoyulmuş bir ədəd sellofan bükümü götürərək avtomobilə əyləşmişdir. Rasimin deməsinə görə həmin sellofan bükümdə narkotik vasitə heroin var və onu İran vətəndaşı göndərmişdir. Yolda Məhkum1 həmin narkotik vasitə heroini sata bilməsi üçün adam tapmağını xahiş etmiş, o, da Rasimə bunun üçün bir qədər gözləmək lazım olmasını, 2-3 gün ərzində ona xəbər verəcəyini 30 mart 2022-ci il tarixdə Məhkum1 ilə telefonda danışmış və onda olan narkotik vasitəni satmaq üçün Lənkəran şəhərinə getməyi təklif etmiş, o da bu təklifini qəbul etmiş, həmin gecə, yəni, 30 mart 2022-ci il tarixdə saa t 00:00 radələrində onlar idarə etdiyi avtomobillə Bakı şəhərindən Lənkəran şəhərinə yola çıxmışlar. Lənkəran şəhərində yerləşən Ləvəngi dairəsində polis əməkdaşları onları saxlamış, Məhkum1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmiş və onları Lənkəran şəhəri, P.Təhməzov küçəsində yerləşən regional polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına taksi sürücüsü olduğunu, Məhkum1 bu əməllərindən məlumatsız olduğunu bildirmiş və bundan sonra o, sərbəst buraxılmış, Məhkum1 isə polis şöbəsinə aparılmış, o, isə Bakı şəhərinə qayıtmışdır. Bundan başqa, 02 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində əvvəllər də narkotik vasitə satın aldığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün iki ədəd metadon həbi almış, bunun qarşılığında həmin şəxsə 15 manat pul vermişdir. Həmin narkotik vasitə metadonu öz istifadəsi üçün almış, satmaq məqsədi olmamışdır. Bundan bir gün sonra, yəni, 03 aprel 2022-ci il tarixdə o Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən yaşadığı evin qarşısında olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərinin Lənkəran rayon polis şöbəsinin əməkdaşları olduğunu bildirmiş və onu şöbədə istintaqı aparılan cinayət işi ilə bağlı ifadə verməsi üçün polis şöbəsinə dəvət etmişlər. Bundan sonra o polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Şöbənin inzibati binasında, xidməti otaqların birində polis əməkdaşları tərəfindən hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün ona öz istəyi əsasında dövl ət hesabına vəkil Elşən Musazadə təyin edilmiş, daha sonra isə vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. O, da əynindəki idman şalvarının kəmər hissəsinin ön tərəfində gizlətdiyi iki ədəd narkotik vasitə olan metadon həblərini axtarış aparan təhqiqatçıya təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş həblər metadondur və bu həblər ona məxsusdur, onları 02 aprel 2022-ci il tarixdə Lökbatan qəsəbəsində adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 15 manat qarşılığında almışdır. Təqdim etdiyi həblər zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edimiş, o, da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkum2 həmçinin qeyd etmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış və belə əməlin törədilməsi ilə bağlı Məhkum1 ilə qabaqcadan əlbir olub cinayt əlaqəsinə girməmişdir. İş materiallarından görünür ki, Məhkum2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində və Məhkum2 birinci instansiya məhkəməsində verdiyi ifadəsində Məhkum1 narkotik vasitə satmaq üçün Lənkərana aparmaq niyyəti barədə NMBİ-nin Cənub Regionu üzrə şöbəsinin əməkdaşı X10 məlumat verməsi göstərildiyindən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinə məhkəmə baxışını qismən məhkəmə istintaqı aparmaqla keçirmişdir. Həmin iclas da şahid qismində dindirilmiş NMBİ-nin Cənub Regionu üzrə şöbəsinin əməkdaşı X13 apellyasiya instansiyası məhkəməsində şahid qismində dindirilərkən göstərmişdir ki, Məhkum2 həqiqətən də ona zəng vuraraq Məhkum1 satmaq üçün Lənkəran şəhərinə narkotik vasitə gətirəcəyi barədə məlumat vermiş, lakin bu məlumat əsasında o, heç bir hərəkət etməmişdir. Bunu adı çəkilən şahid onunla əsaslandırmışdır ki, həm Məhkum2, həm də Rasm Ağazadə ona mütəmadi olaraq belə məlumatlar vermiş, lakin onların arasında hansısa narazılıq və ya münaqişə olduğuna görə Məhkum2 Məhkum1 barəsində həqiqətə uyğun olmayan məlumatı ona çatdırmışdır. etmişdir. X8 həmçinin qeyd etmişdir ki, Məhkum2 əvvəllər də bir neçə dəfə oxşar məlumatlar vermiş və həmin məlumatların biri əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı təqsirli şəxslərin ifşa edilməsi istiqamətində müsbət nəticə əldə edilmiş, digər hallarda isə məlumatın əsaslı olmaması, yəni təstiqini tapmaması müəyyən edilmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında polis əməkdaşı Şahid1h İlqar oğlu göstərmişdir ki, Məhkum1 üzərində qanunsuz olaraq narkotik vasitənin onun tərəfindən Lənkəranın Girdəni kəndindən əldə etməsi barədə məlumat əsasında onun ətrafında əməliyyat tədbiri keçirilmiş, Məhkum1 saxlanılarkən yanında Məhkum2 da olmuş, lakin onlar avtomaşında deyil, həmin avtomaşının yanında dayanaraq söhbət etmiş, onlar saxlanılarkən isə Məhkum2 onun Məhkum1 narkotik vasitə olmadsı haqda məlumatı olmadığını bildirdiyinə görə, o, sərbəst buraxılmış, Məhkum1 isə polis şöbəsinə aparılmışdır. Şahid1 həmçinin qeyd etm işdir ki, X8 Məhkum2 ona Məhkum1 barədə məlumat verməsi barədə onlara heç nə deməmişdir. Qeyd olunanlardan görünür ki, Məhkum2 BNMİ CBRŞ-nin əməkdaşı X8ə Məhkum1 Lənkərana satmaq üçün narkotik vasitə gətirməsi barədə məlumat verdiyindən və polis əməkdaşlarının əməliyyat tədbiri keçirərək Rasimi ifşa edəcəyini düşündüyündən bu vəziyyət Məhkum1 aşkar edilmiş narkotik vasitənin sonradan həmin narkotik vasitəni Məhkum1 hansı polis qurumu tərəfindən və hansı qaydada aşkar etməsindən asılı olmayaraq Məhkum2 hər hansı aidiyyətinin olmasını, sonuncunun həmin narkotik vasitəni Məhkum1 ilə qabaqcadan əlbir olmaqla sataraq gəlir əldə etmək niyyətində olmasını istisna edir. Ən azından ona görə ki, Məhkum2 Məhkum1 tərəfindən törədilən cinayət barədə polis əməkdaşı olan X8ə həqiqətən məlumat verməsi Məh kum2 ifadələri ilə yanaşı həmçinin X8in də ifadələri ilə təsdiq edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən işin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən sübutlar CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilməmiş, sübutların hansına və nə üçün üstünlük verilməsi həmin məhkəmə tərəfindən çıxarılmış hökmdə kifayət qədər əsaslandırılmamış və nəzər almamışdır ki, Məhkum1 Məhkum2 barəsində ifadələri, yəni onların birlikdə narkotik vasitənin dövriyyəsi ilə bağlı cinayət törətməsi barədə ifadələri sonuncunun onun haqqında polis əməkdaşına xəbər verməsini bildikdən sonra göstərməyə başlamış, sonuncu da yalnız bundan sonra cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 Məhkum1 tərəfindən törədilmiş cin ayət barədə polis əməkdaşına məlumat verməsi işdə olan sübutlarla öz təsdiqini tapdığından, ona qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamın irəli sürülməsi və onun həmin maddələrlə təqsirli blinərək məhkum olunması üçün başqa mötəbər və kifayət edən sübutlar ümumiyyətlə əldə olunmadığından, apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq ona əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi haqqında qanuni bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən çıxış edərək apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə bağlı həmin məhkəmənin o, mövqeyi ilə də razılaşır ki, məhkəmənin hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir və buna görə məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nə ticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Məhkəmə hökmünün əsaslılığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsi, yəni həmin sübutların CPM-nin 146-cı maddəsinin tələbinə cavab verməsidir. Məhkəmə hökmünün qanuniliyini şərtlərindən əsaslardan biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmənin yekun məhkəmə aktı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İttiham hökmü şəxsin təqsirliliyinə heç bir şübhə olmadan qəti və birmənalı surətdə sübut edilmiş olduqda çıxarıla bilər. Təqsirsizlik prezum psiyasının rəhbər tutulması, şəxsin təqsirliliyinin ona qarşı irəli sürülən ittihama CPM-nin qaydalarına riayət edilməklə məhkəmədə baxılmasının nəticələri ilə əsaslandırılması, şəxsin təqsirliliyinin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslandırılması, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi şəxsin təqsirliliyinin sübut edilməsini şərtləndirir. Hazırki işin materiallarından isə göründüyü kimi, Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutlar mötəbər olmamış, sonuncuya qarşı irəli sürülmüş ittiham yalnız mülahizələr üzərində qurulmuş, əldə edilmiş sübutların CPM-nin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yo l verilmədiyi müəyyən edilmiş və buna görə də apellyasiya instansiyası məhkəməsi tərəfindən aradan qaldırılması mümkün olmayan mövcud ziddiyyətlər və şübhələr Məhkum2 xeyrinə təfsir edilərək həll olunmuşdur. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham olunaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Xüsusi olaraq qeyd edilməlidir ki, hazırkı cinayət işinə baxan birinci instansiya məhkəməsi ibtidai istintaq orqanının səhvlərini təkrarlayaraq iş üz rə toplanmış sübutları Məhkum2 qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirmişdir. Bu isə CPM-nin 143146-cı maddələrinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6- cı maddəsində nəzərdə tutulmuş təminatların pozulması deməkdir. Buna görə, məhkəmə kollegiyası hazırki iş üzrə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin yol verdikləri pozuntuların və ziddiyyətlərin, digər tərəfdən isə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşqdırılmış mötəbər sbutların fonunda hesab edir ki, iş üzrə Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən başqa sübutlar əldə olunmadığından və araşdırılmadığından həmin m əhkəmə mümkün sübutları araşdırmaqla mötəbər nəticəyə gəlmiş, bu nəticəni təkzib edən sübutlar isə kassasiya protestinin müəllifi tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır. Kassasiya protestinin Məhkum1 qarşı irəli sürülmüş ittihamdan CM-nin 234.4.1-ci maddəsinin xaric edilməsinə dair dəlilinə cavab olaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Məhkum1 törətdiyi cinayət əməlinin məhz “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi barədə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin ehtimal xarakterli nəticələri apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinin materiallarına əsaslanmaqla və cinayət prosesinin iştirakçıları dinlənilməklə yoxlanılmış və məhkəmə haqlı olaraq Mə hkum2 əməlində CM-nin 234.4.1 ə 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmamasına görə haqlı olaraq Məhkum1 qarşı irəli sürülmüş ittihamdan CM-nin 234.4.1-ci maddəsini ittihamdan xaric etmişdir. Belə ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə bu cinayəti birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışı isə CM-nin 34.2-ci maddəsində verilmişdir. CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyekt iv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkr et cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesa edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törə dilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. Qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhk əməsinin Plenumu da təhlil edilən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi anlayışlarına yuxarıda göstərilən təfsirə və hüquqi mövqeyə uyğun müvafiq izah və tövsiyələr vermişdir. Belə ki, həmin Qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-nin 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmələrə izah edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-nin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-nin 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yalnız Azərbaycan Respublikası CM-nin 234.2 v ə 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-nin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özün ün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası CM-nin 34.2-ci maddəsində nəzərdə tuulmuş anlayışa, həmin anlayışa verilmiş təfsirə, şərhə və izaha əsaslanaraq xüsusilə onu vurğulamağı lazım bilir ki, Məhkum1 Məhkum2la narkotik vasitənin satışı barədə razılşmaları, yəni cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri birlikdə icra etməklə onun eyni nəticələrinə nail olmaq məqsədini izləmələrini təsdi q edən sübutlar da cinayət işinin materiallarında aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmçinin Məhkum2 CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə bəraət verildiyindən, Məhkum1 ona istinad olunan cinayəti məhz qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsi barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Göründüyü kimi işin faktiki hallarına əsasən müəyyən olunur ki, Məhkum1 Məhkum2la aralarında cinayətkar razılaşma olmamış, narkotik vasitələrin qrup şəklində satışı il bağlı qabaqcadan razılığ əldə edilməmiş, bununla bağlı heç bir mötəbər sübut olmamış və belə olan halda, apellyasiya instansiya məhkəməsi Məhkum1 əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməsi barədə qanuni nəticəyə gəlmişdir. Həmçinin Məhkum2 müd afiəçisi R.S.Mirzəyevin hüquqlarını müdafiə etdiyi şəxsə CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməli olmasna dair dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan metadonu şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşımasına və saxlamasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum2 özünün də etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq e dilir. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, Məhkum2nin təhlil edilən əməli törətməsi ilə bağlı sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum2 2022-ci ilin aprel ayının əvvəllərində, Qaradağ rayonunda müəyyən edilməyən vaxtda və şəxsdən 02 (iki) ədəd, bir həbdə 0,04 qram olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə metadon həblərini satış məqsədi olmadan qanunsuz olaraq əldə ed ərək üzərində saxlamaqla daşımış, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu 03 aprel 2022-ci il tarixdə, saat 21:05 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsində olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan idman şalvarının kəmər yerinin ön hissəsinin içərisindən qeyd olunan çəkidə və sayda narkotik vasitə olan metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası kollegiyası hesab edir ki, həm birinci, həm də apelyasiya instansiyası məhkəmələri Məhkum2 ona CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə nəticəyə gələrkən məhz araşdırdıqları və qanuna müvafiq qaydada qiymətləndirdikləri mötəbər sübutlara əsaslanmış, bu sübutların əldə edilməsi zamanı isə CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməsi isə iş materialları ilə müəyyən edilmir (qeyd edilən epizod üzrə toplanmış və araşdırılmış sübutların hamısı həm birinci, həm də apelyasiya instansiyası məhkəməsinin hökmlərində ətraflı təsvir edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda onların təkrarən təsvirinə ehtiyac görmür). Beləliklə, təsvir olunanlardan görünür ki, Məhkum2 müdafiəçisi R.S.Mirzəyevin kassasiya şikayətində irəli sürülmüş dəlillər tamamilə əsassız olmaqla baxılan işdə CPMnin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumun əməllərində cinayət tərkibinin olmaması kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsin i və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən pozuntulardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin isə təmin edilməməsi haqda Məhkum2 və onun müdafiəçisi R.S.Mirzəyevin, həmin şikayətin təmin edilməməsi, kassasiya protestinin isə təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli və Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələ ri ilə bəraət verilməsinə, onun CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına, Məhkum1 qarşı irəli sürülmüş ittihamdan CM-nin 234.4.1-ci maddəsnin xaric edilməsinə və onun CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli hökmü kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D I: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə, onun CM-nin 23 4.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına, Məhkum1 qarşı irəli sürülmüş ittihamdan CM-nin 234.4.1-ci maddəsinin xaric edilməsinə və onun CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli hökmü kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1833/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1833/2023
31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver